Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   2   3   4   5   6   7   8   9   ...   60

8        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
üçün də müəyyən çətinliklər yarada bilər. Azərbaycan Respublikasının 
Prezidenti  yanında  Strateji  Araşdırmalar  Mərkəzinin  təqdim  etdiyi  bu 
kitab (əslinə qalsa, monoqrafiya) siyasi və hidroloji tədqiqatların nəticəsi 
olmaqla,  qlobal  şirin  su  problemlərinə,  onların  obyektiv  və  subyektiv 
yaranma  səbəblərinə,  proqnozlaşdırılan  su  müharibələrinə  və  siyasi 
münaqişələrə,  ən  nəhayət,  bu  təhdidlərin  aradan  qaldırılması  yollarına 
həsr  edilmişdir.  İsrafçılıq  bəşəriyyəti  elə  bir  çətin  problem  qarşısında 
qoymuşdur  ki,  onu  yalnız  qüvvələri  birləşdirməklə  aradan  qaldırmaq 
olar. İndi artıq suyun həm fiziki, həm maddi, həm də mənəvi tərəfdən 
müstəsna qiymətini dərk etməyə başlayırıq. Artıq şirin su mənbələrindən 
istədiyimiz kimi və istədiyimiz qədər, sərbəst, maneəsiz istifadə etmək 
dövrü arxada qalmışdır. Yer kürəsi də insan orqanizmi kimidir: qocaldıq-
ca «orqanizmin» tərkibindəki suyun miqdarı da azalır. 
Müasir dünyada şirin su azalmağa doğru neqativ tendensiyaya malik-
dir. İçməli su təminatının XXI əsrin əsas probleminə çevrilməsi riski var 
və o, bəşəriyyətin gələcək inkişaf yolunu müəyyənləşdirən resursdur. Hər 
gün dünyada altı mindən çox insan susuzluqdan dünyasını dəyişir, mil-
yonlarla insan istifadəyə yararsız su üzündən müxtəlif xəstəliklərə yoluxur. 
Dünya alimlərinin fikrincə, əgər ötən əsrdə bəşəriyyət ərazi uğrunda iki 
dünya müharibəsi ilə üzləşmişdirsə, Üçüncü dünya müharibəsinə səbəb 
isə  içməli  su  ehtiyatları  olacaqdır.  İçməli  su  bir  ölkədən  digərinə  artıq 
tankerlərlə daşınır və ticarət əmtəəsinə çevrilmişdir. Məsələn, Niderland 
Norveçdən, Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur isə Malayziyadan 
tankerlərlə içməli su alır. Şirin su problemi bu gün dünyanın aktual siyasi 
və sosial-iqtisadi probleminə çevrilmişdir. Təəssüflə qeyd edilməlidir ki, 
onun həlli yolları lazım olan səviyyədə deyildir. Əgər, bu gün şirin suyun 
bir litrinin qiyməti bir litr neftin satışı ilə bərabər səviyyəyə gəlib çatıbsa, 
sabahın acı gələcəyini təsəvvür etmək heç də çətin deyildir. Su qıtlığı ilə 
əlaqədar yaxınlaşan təhlükəni nəzərə alaraq, bir çox dövlətlər, o cümlədən 
Azərbaycan bu sahədə strateji plan və layihələr hazırlamışlar. 
Beynəlxalq təşkilatlar isə hazırda su ehtiyatlarının ədalətlə və qarşılıqlı 
razılaşma prinsipləri üzrə bölüşdürülməsi üçün fikir mübadilələri aparır, 
sudan  istifadənin  beynəlxalq  və  hamılıqla  qəbul  oluna  biləcək  hüquqi 
əsaslarını hazırlayırlar. Çünki, hər bir dövlətin su ehtiyatları hazırda təkcə 
onun  ərzaq  və  enerji  təhlükəsizliyini  təmin  etmir,  həm  də  bütövlükdə 
ölkənin  milli  təhlükəsizliyinin  təminatıdır.  Lakin,  bu  cəhdlərə  baxma-


       9
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yaraq, bəzi ölkələr öz qonşularına siyasi və iqtisadi təsir göstərmək üçün 
su  ehtiyatlarından  təzyiq  vasitəsi  kimi  istifadə  etməyi  planlaşdırırlar. 
Bir sıra dövlətlər isə, məsələn, Ermənistan Respublikası transsərhəd su 
axarlarından Azərbaycana qarşı diversiya məqsədilə istifadə edir. Qeyd 
edim ki, Beynəlxalq Hüquq Assosiasiyası ilk dəfə olaraq «Transsərhəd 
su  axarlarından  istifadəyə  dair»  qaydalar  hazırlamışdır.  Tövsiyə  xarak-
terli həmin sənəd sonralar «Helsinki qaydaları» adı ilə tanınmışdır. Bu 
sənəd BMT-nin Avropa İqtisadi Komissiyasının «Transsərhəd su axar-
larının və beynəlxalq göllərin mühafizəsinə və istifadəsinə dair» Helsin-
ki  Konvensiyasının  (1992-ci  il)  əsasını  təşkil  etmişdir.  Konvensiyanın 
əsas müddəalarından birində qeyd olunur ki, transsərhəd çayının yuxarı 
hissəsində yerləşən dövlət onun aşağı hissəsindəki dövlətin razlığı olma-
dan  çayın  sularının  kəmiyyət  və  keyfiyyət  göstəricisini  dəyişə  bilməz. 
Amma, reallıqda vəziyyət tamamilə fərqlidir. 
Kitabın süjet xətti ümumidən xüsusiyə doğru yönəlib. Əvvəlcə qlobal 
su çatışmazlığı probleminin ümumi mənzərəsi verilir, sonra isə mövzu 
tədricən konkretləşərək regionları və ölkələri, eləcə də Azərbaycanı əhatə 
edir. BMT-nin məlumatına görə, bu gün dünya dövlətlərinin 40%-i ciddi 
su çatışmazlığı problemi ilə qarşılaşmaqdadır. Təəssüflər olsun ki, Dünya 
Təbii Ehtiyatlar İnstitutunun hesabatlarında bu gün transsərhəd suaxar-
lardan asılı olan 13 ölkə arasında Azərbaycanın da adı vardır. Bir misal 
çəkim. 2009-cu ilin may ayında BMT-nin Avropa İqtisadi Komissiyasının 
Cenevrə  şəhərində  «Avropanın  transsərhəd  çaylarında  daşqınların  in-
teqrasiya olunmuş üsulla idarə olunması» mövzusunda keçirilmiş semi-
narında Kür çayında daşqınların inteqrasiya olunmuş üsulla idarə olun-
masına dair məruzə ilə çıxış etmişəm. Tədbir zamanı təşkilatçılar Avropa 
və  onun  transsərhəd  çayları  üzərindəki  ölkələrin  «Helsinki-92»  Kon-
vensiyasına qoşulması xəritəsini nümayiş etdirdilər. Məlum oldu ki, ən 
acınacaqlı vəziyyət Kür çayı ilə bağlıdır. Yəni, bu çayın keçdiyi ölkələrdən 
təkcə Azərbaycan həmin konvensiyanı imzalamış, Türkiyə, Gürcüstan və 
Ermənistan  isə  imtina  etmişlər.  Etiraf  olundu  ki,  beynəlxalq  təşkilatlar 
məhz bu səbəbdən Kür çayının problemlərinin həllində fəal iştirak edə 
bilmirlər. Kitabın qaldırdığı məsələ ilə bağlı başqa bir misal. 1999-cu ildə 
Finlandiyanın Espo şəhərində «İqlim dəyişmələri və Yer kürəsinin su ba-
lansı» mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpoziumun 
əsas  nəticələrindən  biri  planetin  arid  ərazilərində  yağıntının  bir  qədər 


10        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
də  azalacağı  proqnozudur.  Azərbaycan  ərazisinin  60%-nin  arid  zonası 
olduğunu  nəzərə  alsaq,  ölkədə  sudan  düzgün  istifadənin  nə  dərəcədə 
vacib  olduğunu  dərk  edə  bilərik.  Azərbaycanda  şirin  su  ehtiyatlarına, 
onların kəmiyyət və keyfiyyət göstəricilərinə regional qonşuların imkan-
ları kontekstindən yanaşmaq lazımdır. Cənubi Qafqazın əsas su resurs-
ları Kür və Araz çaylarında cəmlənmişdir. Mənbəyi Türkiyənin Ərdahan 
vilayətində  olan  Kür  çayının  su  ehtiyatlarının  çoxillik  orta  həcmi  26,6 
km
3
-ə bərabərdir. Çayın hövzəsindəki ölkələrin illik orta su istifadəsi isə 
23 km
3
-dir. Yəni hövzədəki su resurslarının 86,6%-dən sənaye və kənd 
təsərrüfatının,  əhalinin  ehtiyaclarının  ödənilməsi  üçün  istifadə  olunur. 
Bu  isə  çayın  aşağı  hissəsində  axımın  azalması  ilə  nəticələnir.  Kür  çayı 
hövzəsində yerləşmiş Cənubi Qafqaz ölkələrində sudan istifadənin struk-
turu belədir: Suvarma - 68 %, istilik enerjisi – 11,0 %, sənaye – 6,9 %, 
məişətdə istifadə - 6,3 %, kənd təsərrüfatının su təminatı – 5,2%, balıq-
çılıq təsərrüfatları – 2,6 %. İqlim dəyişmələri ilə əlaqədar yaranmış şərait 
Kür  və  Araz  çayları  hövzələrində  vəziyyəti  bir  qədər  də  gərginləşdirir. 
Məsələn, 1995-2001-ci illərdə təbii axım 25-30%-ə qədər azalmışdır.
Müəllif  postsovet  məkanında  su  ehtiyatları  baxımından  ən  böh-
ranlı  region  olan  Mərkəzi  Asiyada  yaranmış  vəziyyəti  də  obyektiv 
təhlil süzgəcindən keçirmişdir. Məlum olduğu kimi, su müharibələrinə 
ən  «şanslı»  olan  bu  regiondakı  beş  dövlət  -  Qazaxıstan,  Qırğızıs-
tan,  Özbəkistan,  Tacikistan  və  Türkmənistan  transsərhəd  suaxarla-
rın,  xüsusən  Amudərya  və  Sırdərya  çaylarının  ehtiyatlarının  ədalətli 
bölüşdürülməsində hələ də ümumi razılığa gələ bilməmişlər. Və müəllifin 
qeyd  etdiyi  kimi,  fövqəldövlətlərin  «dirijorluğu»  altında  artıq  burada 
hələlik siyasi müstəvidə «kətmən savaşı»na başlanılmışdır. 
«Hidroböhranlar,  hidromünaqişələr  və  hidrostrategiya»  kitabı-
nın əhəmiyyəti və aktuallığı ondan ibarətdir ki, burada ilk dəfə olaraq, 
Azərbaycanın şirin su problemlərinə qlobal və regional aspektdən yana-
şılır, təhdidlər proqnozlaşdırılır və qaldırılan məsələlər beynəlxalq hüquq 
müstəvisindən təhlil edilir. Bundan başqa, problemdən çıxış yollarının 
müəyyən olunması üçün xarici ölkələrin təcrübəsi də öyrənilmiş, dəyərli 
təklif və tövsiyələr verilmişdir. Kitabdakı «Su şəriəti» yarımfəsli üzərində 
bir qədər dayanmaq istərdim. Müəllif göstərir ki, bu gün beynəlxalq su 
hüququnun əsasını təşkil edən aktual müddəalar, məsələn, suyun ümumi 
nemət kimi tanınması, ehtiyatların ədalətli, qarşılıqlı razılıq prinsipi üzrə 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə