AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə4/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   2   3   4   5   6   7   8   9   ...   144

 

inkişaf  etmiş)ölkələrinin  hərəkətedici  qüvvələrini,”Yeni  sənaye” 

ölkələrinin inkişaf sirlərini dərindən və hərtərəfli bilməlidirlər. 

       


Müasir  dövrün  səciyyəvi  xüsusiyyətlərindən  biri  də  ondan 

ibarətdir  ki,  milli  təsərrüfatların  qarşılıqlı  əlaqədə  olması  faktının  və 

dünyanın  tamlığının  getdikcə  daha  çox  mütəxəssis  və  ekspertlər 

tərəfindən    dərk  edilməsi  prosesi  güclənmişdir.Buna  görə  də  müasir 

sivilizasiyanın  demoqrafik,  ərzaq,  təbii  resurslar,  ekoloji,  beynəlxalq 

təhlükəsizlik,  dünya  okeanı  və  s.  bu  kimi  problemlərinin  mahiyyətini 

hər  kəs  bilməlidir.  Onu  da  yaddan  çıxarmaq  olmaz  ki,  ölkə 

iqtisadiyyatını  inkişaf  etdirmək  üçün  ilk  növbədə  beynəlxalq  iqtisadi 

əlaqələrin  mühüm  formaları  olan  beynəlxalq  ticarəti,  kapitalın  və 

əməyin  beynəlxalq  miqrasiyası  proseslərini  dərindən  dərk  etmək, 

onların sirlərini ortaya çıxartmaq lazımdır. 

       


Məhsuldar  qüvvələrin  beynəlmiləlləşməsi  və  qloballaşması 

prosesi  özünün  yeni  yüksək  nöqtəsinə  çatmışdır.  Bunun  əsasında  isə 

sahibkarlıq  kapitalı  və  onun  üzvi  şəkildə  birləşməsi  durur.Transmilli 

korporasiyalar  və  transmilli  banklar  ölkə  və  dünya  təsərrüfatlarının 

struktur cəhətdən yenidən qurulması amilinə çevrilmiş sənaye cəhətdən 

inkişaf  etmiş  ölkələrlə  inkişafda  olan  ölkələr  arasında  münasibətləri 

birmənalı şərh etmək çətinləşmişdir. İnkişaf etmiş ölkə və regionların öz 

aralarında baş verən proseslər də insanı düşündürməyə vadar edir. İstər 

bütün  dünya  miqyasında  və  istərsə  də  ayrı-ayrı  ölkələrdə  məhsuldar 

qüvvələrin  mahiyyəti,  tərkibi  dəyişmişdir.  Hazırki  dövrdə  insan,  insan 

amili,  elm,  bilik  bacarıq,  sahibkarlıq  fəaliyyəti  məhsuldar  qüvvələrin 

tərkib hissələri kimi çıxış edirlər.Ölkələrdə sosiallaşma prosesi güclənir, 

demokratiya vüsət alır, azad sahibkarlıq inkişaf etdirilir. 

         

Təxminən  eyni  təbii-coğrafi  şəraitə  malik  olan  ölkələr 

müxtəlif sosial-iqtisadi inkişaf dərəcələri  əldə edirlər.Səbəb nədir? Bu 

sualın  cavabı  heç  də  sadə  deyildir.Ona  cavab  vermək  üçün  ölkələrin 

seçdikləri  inkişaf  modellərini  mənimsəmək  lazımdır.Hər  bir  dünya 

ölkəsi  seçdiyi  modelə,həyata  keçirdiyi  struktur  dəyişikliklərinə  uyğun 

inkişaf edir.Məsələyə bu baxımdan yanaşdıqda dövlətin rolunun artması 

zərurəti  meydana  çıxır.  Dövlət  həmişə  güclü  olmalıdır.İslahatların 

müvəffəqiyyətlə keçirilməsi üçün bu,əslində bir nömrəli məsələdir. 

        

Lakin  bəziləri    elə  zənn  edirlər  ki,  guya  bazar  iqtisadiyyatı 

şəraitində  dövlətin  rolu  azalmalıdır,əslində  isə  bu  heç  də  belə 

deyildir.Güclü dövləti olmayan ölkə zəif sükanı olan gəmi kimi qəzaya 




 

uğraya  bilər.Dövlət  güclü  olmalı  və  ölkənin  sosial-iqtisadi  inkişafına 

lazımi  təsir  göstərə  bilməlidir.  Bu  sahədə  dünya    ölkələrinin  zəngin 

təcrübəsi  vardır.  Belə  təcrübələri  öyrənmək  və  konkret  bir  məsələnin 

həllində  ondan  bacarıqla  istifadə  etmək  bütün  dövlət  strukturlarının 

başlıca vəzifəsi olmalıdır. 

       

Bütün  bu  məsələlər  kitabda  öz  əksini  çox  əyani  şəkildə 



tapmışdır.Kitabın  müəllifləri  MEA-nın  müxbir  üzvü,  i.e.d., 

prof.,əməkdar elm xadimi Aqil Əlirza oğlu Əliyev, i.e.d., prof.,əməkdar 

elm xadi

mi  Arif  Şəkərəli  oğlu  Şəkərəliyev  və  i.e.n.,  dosent  İdris 

Şabanəli oğlu Dadaşov kitabı təkmilləşdirmək istiqamətində təkliflərini 

vermək istəyən oxuculara əvvəlcədən öz minnətdarlığını bildirirlər. 

 

                          



 

 

   

I  FƏSİL.  "DÜNYA  İQTİSADİYYATI"  NIN  MƏZMUNU, 

PREDMETİ VƏ  

                                 

FƏRQLİ CƏHƏTLƏRİ 

 

§1. 

"Dünya  iqtisadiyyatı"  elmi  obyektiv    zəruriyyətdən       

meydana g

ələn elmdir 

 

"Dünyada getdikc

ə  artan  qarşılıqlı  asılılıq,  dünya 

iqtisadiyyatının birləşməsi, regionlaşma XX əsrin son mərhələsinin 

f

ərqləndirici xüsusiyyətlərindəndir." 

 

                                                              

H.Ə.ƏLİYEV 

 

T



əbiətin və  cəmiyyətin üzdə  görünən və  üzdə  görünməyən 

sirl


ərinin,  qanunauygunluqlarının  öyrənilməsinin çox qəribə  bir 

xüsusiyy


əti vardır. Uzun illər boyu üzərində tədqiqatlar apararaq, böyük 

əmək sərf edərək  əldə  edilən nəticələr sonralar çox sadə  və  hamının 

d

ərk edə  biləcəyi adi həqiqətə  çevrilir.  Milli  iqtisadiyyatların  dünya 



t

əsərrüfat sistemindəki rolunun, dünya sisteminin və  iqtisadiyyatını 

v

əhdətliyinin dərk edilməsi, dünya iqtisadiyyatının milli iqtisadiyyatlara 



v

ə  əksinə, güclü təsir göstərməsinin mənimsənilməsi, qlobal 

probleml

ərin ancaq bütün ölkələrin birgə  səyi nəticəsində  həll edilə 




 

bilm


əsi  faktının  dərk edilməsi və  s.  bu  kimi  indi  çoxlarının  başa 

düşdüyü problemlər də bu prosesi keçmişlər... Bu cür indi sadə görünən 

m

əsələlərin dərk edilməsi insanlara böyük bəşəri  ideyaların  həyata 



keçirilm

əsinə  yol göstərdi, dünya və  onun  iqtisadiyyatı  haqqında 

düçünc

ələri 


d

əyişdirdi 

və 

saglam 


dünya 

iqtisadiyyatının 

formalaşdırılması zərurətini meydana çıxartdı.  

Ümumiyy


ətlə, götürdükdə  insan fəaliyyəti olduqca mürəkkəb, 

çoxc


əhətli və  qarmaqarışıqlıqdır.  Bu  fəaliyyət ilk vaxtlar bir dövlətin 

s

ərhədləri çərçivəsində  baş  verirdi və  birinci növbədə  maddi nemətlər 



v

ə xidmətlər istehsal edilməsində, elmdə və mədəniyyətdə, siyasətdə və 

ideologiyada öz 

əksini tapırdı. Belə fəaliyyətlə ortaya çıxan və insanlar 

arasında baş verən müxtəlif xarakterli münasibətlər və  yaşayış tərzləri 

d

ə bir dövlət daxilində baş verirdi.    



Dünya  miqyasında  məhsuldar qüvvələrin sürətli  inkişafı 

n

əticəsində  insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili 



ç

ərçivəsinə keçir, bütün ölkələri bütöv bir halda əhatə etməyə başlayır. 

Bel

ə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni 



v

ə  s.  əlaqələr, dövlətlər və  regionlar  arasında  meydana  çıxan  yeni 

münasib

ətlərlə  zənginləşir.  Nəticədə  insan fəaliyyəti mürəkkəbləşir



qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu 

is

ə  bir ölkə  daxilində  baş  verən ictimai istehsaldan yox, bütün planeti 



əhatə edən dünya istehsalından - beynəlxalq iqtisadiyyatdan keçir.  

İnsanlar  öz  tələbatlarını  ödəmək üçün maddi nemətlər istehsal 

edirl

ər və  çoxdan məlumdur ki, bir ölkə  daxilində  istehsalın 



genişləndirilməsi ilk növbədə təbii resurslardan asılı olur. Hava şəraiti, 

t

əbii  resurslar,  torpağın  yararlılığı  ciddi  şəkildə  ölkələrin iqtisadi 



inkişafına təsir göstərir. Lakin hər bir ölkədə və dünya miqyasında baş 

ver


ən daxili proseslərin məğzini təbii amillərlə izah etmək həmişə doğru 

n

əticə çıxarmağa imkan vermir. Təbii şərtlər bu və ya digər səviyyədə 



daimidir.  İqtisadi  inkişaf  isə  dinamikdir. Təxminən eyni təbii  şəraitdə 

ayrı-ayrı cəmiyyətlər tam müxtəlif nəticələr əldə edirlər. Digər tərəfdən 

t

əbii şəraiti müxtəlif olan ölkələrin iqtisadi inkişafının ümumi və oxşar 



şəkildə olması halı heç də nadir hal deyil.  

İqtisadi  proseslərin intensivliyində  təbii amillər nə  qədər güclü 

qüvv

əyə malik olsalar da sonda iqtisadiyyatın inkişafında həlledici rolu 



sosial-

iqtisadi  quruluş və dövlətin seçdiyi iqtisadi model oynayır. Çoxlu 

sayda dünya t

əcrübəsi, alimlərin müşahidələri bəşəriyyətin fikrini belə 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə