Apellyasiya şikayətinin yekununa dair



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix26.09.2017
ölçüsü255,18 Kb.
#2108
1   2   3   4   5   6   7

 

yaşadığı  evin  həyətində  olmasını,  həmin  avtomobilin  arxa  şüşəsinin  və  arxa  bamperinin 



sol tərəfinin kauçuk hissəsinin sınıq olmasını bildirmişdir. Polis əməkdaşları onun razılığı 

və  iştirakı  ilə,  həmçinin  hal  şahidlərinin  iştirakları  ilə  avtomobilə  baxış  keçirərək  protokol 

tərtib  etmiş  və  o  da  hal  şahidləri  ilə  bərabər  həmin  protokola  imza  etmişdir.  Daha  sonra 

polis  əməkdaşları  Mərhəmətə  məxsus  avtomobili  Zaqatala  Rayon  Polis  Şöbəsinə 

aparmışlar. Polis əməkdaşları onu da həmin vaxt polis şöbəsinə dəvət etmiş və o da etiraz 

etməyərək, onlarla birlikdə polis şöbəsinə gələcəyini bildirmişdir. Polis əməkdaşlarından nə 

baş  verməsini  soruşmuş  və  polis  əməkdaşları  da  ona  Mərhəmətin  özünə  məxsus 

avtomobillə  iki  nəfər  adam  vurduğunu  bildirmişlər.  Polis  şöbəsinə  gəldikdən  sonra  polis 

əməkdaşları ondan izahat almış və o da olanları öz izahatında göstərmişdir. Mərhəmətlə 

həmin  vaxt  görüşmədiyinə

 

görə  Mərhəmətdən  bu  barədə  soruşa  bilməmiş  və  Mərhəmət 



özü də ona bu barədə heç nə bildirməmişdir. Ona yol nəqliyyat hadisəsinin baş verməsi və 

Mərhəmətin  özünə  məxsus  avtomobillə  iki  nəfər  şəxsi  vurması  barədə  sonradan  polis 

əməkdaşları bildirmişlər.

 

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin 



Məhkəmə

-

Tibbi  Ekspertiza  və  Patoloji  Anatomiya  Birliyinin  Zaqatala  Rayon  Şöbəsindən 



verilmiş  08.04.2016

-

cı  il  tarixli  80  nömrəli  canlı  şəxsin  ekspertizası  rəyindən  görünür  ki, 



zərərçəkmiş  şəxs  Əliyev  Nihad  Hüseyn  oğlunun  müayinəsi  zamanı  aşkar  edilmiş 

xəsarətlər –

 

sol baldır sümüyünün orta 1/3–nin qapalı qəlpəli sınığı, sol baldırında sıyrıq və 



sıyrılmış  yaralar  –

 

bərk  küt  əşyaların  və  ya  əşyalara  dəyməsi  təsirindən  törənmişlər,  ilk 



m

əlumatda göstərildiyi ki 29.03.2016

-

cı il tarixdə yol nəqliyyat hadisəsi zamanı hərəkətdə 



olan  avtomobilin  piyadanı  vurması  nəticəsində  yetirilə  bilərdilər,  dərəcəsinə  görə, 

sağlamlığın  uzun  müddətə  pozulmasına  səbəb  olan  sağlamlığa  az  ağır  zərər  vurmaya 

a

iddirlər. 



 

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin 

Məhkəmə

-

Tibbi  Ekspertiza  və  Patoloji  Anatomiya  Birliyinin  Təkrari  Ekspertizalar 



Şöbəsindən  verilmiş  30.06.2016

-

cı  il  tarixli  T  160/2016  nömrəli  canlı  şəxsin  ekspertizası 



rəyindən  görünür  ki,  zərərçəkmiş  şəxs  Əliyev  Nihad  Hüseyn  müayinəsi  zamanı  aşkar 

edilmiş xəsarətlər –

 

sol bazu sümüyünün aşağı 1/3



-

in oynaqdaxili qapalı yerdəyişən sınığı, 

sol dirsək sümüyünün orta 1/3

-

in qapalı qəlpəli sınığı bərk küt əşyanın dəyməsi təsirindən 



törənmişdir  və  avtomobilin  piyadanı  vurması  nəticəsində  əmələ  gələ  bilərdi.  Dərəcəsinə 

görə  sağlamlığın  uzun  müddətə  pozulmasına  səbəb  olan  sağlamlığa  az  ağır  zərər 

vurmaya aiddir. 

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Səhiyyə  Na

zirliyinin 

Məhkəmə


-

Tibbi  Ekspertiza  və  Patoloji  Anatomiya  Birliyinin  Zaqatala  Rayon  Şöbəsindən 

verilmiş  05.04.2016

-

cı  il  tarixli  75  nömrəli  canlı  şəxsin  ekspertizası  rəyindən  görünür  ki, 



zərərçəkmiş  şəxs  Məmmədova  Nərgiz  İsa  qızında  müəyyən  edilmiş  xəsarətlər–

 

alnında 



əzilmiş

-

cırılmış  yara,  sağ  əlinin  yumşaq  toxumalarının  əziyi,  sağ  budunda  və  sağ  diz 



oynağında qançırlar, sol baldırında sıyrıqlar –

 

bərk küt əşyaların təsirindən törənmişlər, ilk 



məlumatda  göstərildiyi  kimi  29.03.2016

-

cı  il  tarixdə  yol  nəqliyyat  hadisəsi  zamanı 



hərəkətdə  olan  avtomobilin  piyadanı  vurması  nəticəsində  yetirilə  bilərdilər,  dərəcəsinə 

görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya 

aiddirlər.

 

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin 



Məhkəmə  Ekspertizası  Mərkəzindən  verilmiş  11.04.2016

-

cı  il  tarixli  7616  nömrəli 



məhkəmə

-

avtotexniki  ekspertizasının  rəyindən  görünür  ki,  istintaq  tərəfindən  təqdim 



olunmuş  məlumatlara  əsasən,  “VAZ

-

2106”  minik  markalı  60  BE  726  dövlət  qeydiyyat 



nişanlı  avtomobilin  sürücüsü  Səfərov  Mərhəmət  Musif  oğlunun  hərəkətlərində  tədqiq 

olunan  şəraitdə  «Yol  hərəkəti  haqqında»  Azərbaycan  Respublikasının  Qanununun  36

-

cı 


maddəsinin  1

-

ci  hissəsinin  3



-

cü  bəndinin  tələblərinə  uyğunsuzluq  olmuş  və  onun  həmin 

maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 

 

Həmin rəydən həm də görünür ki, sürücü Səfərov Mərhəmət Musif oğlu “VAZ



-

2106” 


minik markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən və piyadaları vurduqd

an sonra 

hadisə  yerindən  qaçdığından,  onun  hərəkətlərində  «Yol  hərəkəti  haqqında»  Azərbaycan 

Respublikasının  Qanununun  37

-

ci  maddəsinin  1



-

ci  hissəsinin  8

-

ci  bəndinin  tələblərinə 



uyğunsuzluq olmuşdur.

 



10 

 

Həmin  rəydən  həmçinin  görünür  ki,  Sürücü  Mərhəmət  Səfərov  hadisədən  sonra 



zərərçəkmişlərə  yardım  göstərmədən  və  müvafiq  orqanlara  xəbər  vermədən  hadisə 

yerindən  getdiyindən  onun  hərəkətlərində  “Yol  hərəkəti  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  37

-

ci  maddəsinin  4



-

cü  hissəsinin  tələblərinə  uyğunsuzluq 

olmu

şdur. 


 

İş materiallarına əlavə edilmiş 29.03.2016

-

cı il tarixli 38 nömrəli "Sərxoşluq hallarının 



bütün  növlərinin  təyini  məqsədi  ilə  aparılan  tibbi  müayinə  protokolu"ndan  görünür  ki, 

təqsirləndirilən  şəxs  Səfərov  Mərhəmət  Musif  oğlunda  orta  dərəcəli  alkoqol  sərxoşluğu 

aşkar olunmuşdur.

 

İş materiallarına əlavə edilmiş 29 mart 2016



-

cı il tarixli "Yol

-

nəqliyyat hadisəsi yerinə 



baxış keçirilməsi haqqında” protokolda göstərilir ki, piyadalar Zaqatala şəhəri, Azərbaycan 

prospekti  70  nömrəli  evin  qapısının  yanında

 

vurulmuşdur.  Orada  hərəkət 



nizamlanmayandır  və  yol  nişanları  təsiri  zonasına  düşmür.  Yol  elektrik  işıqları  ilə 

işıqlandırılır.  Hadisə  zamanı  iki  piyada  vurulmuşdur.  Yolun  sol  kənarından  yolun  sağ 

kənarınadək olan məsafə 8,1 metrdir. Piyadalar yolun sol kənarı ilə küçənin aşağısından 

yuxarısına doğru hərəkət etmişlər.

 

 

İş  materiallarına  əlavə  edilmiş  Azərbayan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Baş 



Əməliyyat  Statistik  İnformasiya  İdarəsindən  02.05.2016

-

cı  il  tarixdə  verilmiş  arayışdan 



görünür  ki,  təqsirləndirilən  şəxs  Səfərov  Mərhəmət  Musif  oğlu  Şəki  Ağır  Cinayətlər 

Məhkəməsinin  07.06.2012

-

ci  il  tarixli  hökmünə  əsasən  Azərbaycan  Respublikasının 



Cinayət Məcəlləsinin 126.1

-

ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il azadlıqdan məhrum etmə 



cəzasına məhkum edilmiş, 02.10.2014

-

cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.



 

İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2012

-ci il 

tarixli  1(091)-



054/2012  nömrəli  hökmünün  surətindən  görünür  ki,  təqsirləndirilən  şəxs 

Səfərov  Mərhəmət  Musif  oğlu  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  126.1

-ci 

maddəsində  nəzərdə  tutulan  cinayət  əməlini  törətməkdə  təqsirli  bilinərək,  03  (üç)  il 



müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 02 

oktyabr 2011-ci il tari

xdən hesablanmışdır.

 

İş  materiallarına  əlavə  edilmiş  Zaqatala  Rayon  Məhkəməsinin  13  aprel  2016



-

cı  il 


tarixli  4(033)-

40/2016  nömrəli  qərarından  görünür  ki,  təqsirləndirilən  şəxs  Səfərov 

Mərhəmət  Musif  oğlu  barəsində  03  (üç)  ay  müddətinə  həbs  qətimkan  tədbiri  seçilmiş, 

həbsdə olmanın əvvəli 11 aprel 2016

-

cı il tarixdən hesablanmışdır.



 

İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2016

-

cı il tarixli 



4(033)-

69/2016  nömrəli  qərarından  görünür  ki,  təqsirləndirilən  şəxs  Səfərov  Mərhəmət 

Musif 

oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə, yəni 



2016-

cı ilin avqustun 11

-

dək uzadılmışdır.



 

İş  materiallarına  əlavə  edilmiş  Zaqatala  Rayon  Məhkəməsinin  24 noyabr  2014

-

cü  il 


tarixli  3(033)-

404/2014  nömrəli  inzibati  xəta  haqqında  iş  üzrə  qərarına  əsasən 

təqsirləndirilən  şəxs  Səfərov  Mərhəmət  Musif  oğlu  Azərbaycan  Respublikası  İnzibati 

Xətalar  Məcəlləsinin  296

-1.1-

ci  maddəsində  nəzərdə  tutulan  inzibati  xətanı  törətməkdə 



təqsirli  bilinib,  onun  nəqliyyat  vasitələrinin  idarə  etmək  hüququ  01  (bir)  il  müddətinə 

məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir.

 

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  DİN



-nin  Zaqatala  Rayon 

Polis  Şöbəsinin  DYPB

-

in  rəisi,  polis  mayoru  tərəfindən  Zaqatala  RPŞ



-nin 

rəisi,  polis 

polkovniki  Arif  Babayevə  02.05.2016

-

cı  il  tarixdə  ünvanlanmış  201



-6942-

1116  nömrəli 

məktubdan  görünür  ki,  təqsirləndirilən  şəxs  Səfərov  Mərhəmət  Musif  oğlunun  Mərkəzi 

Məlumat  Bazasının  serverində  yoxlama  zamanı  16.11.2014

-

cü  il  tarixdə  Zaqata



la  Rayon 

Polis  Şöbəsinin  DYPB

-

nin  əməkdaşı  Şahsubutov  Yavər  Şövkət  oğlu  tərəfindən 



avtoxuliqanlıq  hərəkətləri  etdiyi  üçün  Azərbaycan  Respublikası  İnzibati  Xətalar 

Məcəlləsinin  296

-1.1-

ci  maddəsinə  əsasən  CYP



-

384048  nömrəli  inzibati  xəta  haqqında 

protokol  t

ərtib  edilərək  aidiyyatı  üzrə  baxılaraq  tədbir  görülməsi  üçün  Zaqatala  Rayon 

Məhkəməsinə göndərilmiş, 24.11.2014

-

cü il tarixdən Zaqatala Rayon Məhkəməsinin qərarı 



ilə  01  (bir)  il  müddətinə  sürücülük  hüququnun  məhdudlaşdırılması  barədə  qərar 

çıxarılmışdır. Təqsirləndirilən şəxs Səfərov Mərhəmət Musif oğlunun sürücülük hüququnun 

məhdudlaşdırılması müddəti Məhkəmənin qərarı çıxarıldıqdan sonra sürücülük vəsiqəsinin 

təqdim edildiyi gündən hesablanır.

 



Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə