Apellyasiya şikayətinin yekununa dair



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix26.09.2017
ölçüsü255,18 Kb.
#2108
1   2   3   4   5   6   7

 

sonradan  adlarını  bildiyi  “Gülnar”  və  “Leyla”  adlı  qızların  da  olduğunu  görmüşdür. 



Mərhəmətin  avtomobilinə  mindirdikdən  sonra  onları  kənddə  olan  bir  kafeyə  aparmışdır. 

Həmin kafedə oturub yeyib

-

içmişlər. Həmin vaxt Mərhəmətlə bir şüşə, Leyla və Gülnar isə 



təxminən 100 qram araq içmişlər. Gülnar evə getməli olduğu üçün oradan təxminən saat 

17:00  radələrində  çıxmış  və  Zaqatala  şəhərinə  yola  düşmüşlər.  Həmin  vaxt  o  da  onlarla 

birlikdə  gəzmək  üçün Zaqatala  şəhərinə  gəlmişdir.  Həmin  vaxt  avtomobili  Mərhəmət  özü 

idarə  etmiş,  onunla  Gülnar  arxa  oturacaqda,  Leyla  isə  qabaq  oturacaqda  oturmuşdur. 

Gülnarı “Çinar” kafesinin qarşısında düşürtdükdən sonra üçü, yəni o, Leyla və Mərhəmət 

bir  qədər  şəhərdə  avtomobillə  gəzmişlər.  Sonra  ona  dostu  Elmir  zəng  etmiş  və  onunla 

görüşmək  istədiyini  bildirmişdir.  Mərhəmətə  onu  “Qala  Düzü”  deyilən  yerə  aparmasını 

bildirmiş və Mərhəmət də onu oraya aparmışdır. Orada avtomobildən düşmüş, Mərhəmət 

isə  Leyla  ilə  birlikdə  oradan  getmişdir.  Elmirlə  görüşərək  onunla  gəzə

-

gəzə  “Meydan” 



deyilən  yerə  tərəf  gəlmişlər.  Orada  olan  zaman  Mərhəmət  ona  zəng  etmiş  və  ondan 

harada  olmasını  soruşmuşdur.  Mərhəmətə  yerini  demişdir.  Bir  qədər  keçəndən  sonra 

Mərhəmət  ağ  rəngli,  “VAZ

-

2107”  markalı,  dövlət  nömrə  nişanını  bilmədiyi  avtomobillə



 

onların  yanına  gəlmiş,  onunla  Elmir  həmin  avtomobilə  oturmuş  və  bu  zaman  Mərhəmət 

onlara yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Yolla gedən zaman onları yolda polis 

əməkdaşları  saxlamış  və  Mərhəmətə  onlarla  birlikdə  Zaqatala  Rayon  Polis  Şöbəsinə

 

g

etməsini  təklif  etmişlər.  Mərhəmət  də  polis  əməkdaşlarına  heç  bir  etiraz  etməyərək, 



onlarla  birlikdə  polis  şöbəsinə  getmişdir.  Həmin  vaxt  özü  də  polis  şöbəsinə  gəlmiş  və 

orada ona məlum olmuşdur ki, Mərhəmət yol nəqliyyat hadisəsi törədərək, iki nəfər şəxs

vurmuşdur. Həmin şəxslərin heç birini əvvəllər tanımamış, onlarla hər hansı bir münasibəti, 



dostluğu, ədavəti və ya düşmənçiliyi olmamışdır. Mərhəmətin özünün deməsinə görə o, da 

həmin  şəxsləri  əvvəldən  tanımamışdır.  Nə  hadisə  baş  verən  zaman,  nə  də  sonr

adan 

Mərhəmətin avtomobilində olmamışdır. Hadisədən bir müddət qabaq Mərhəmət onu parkın 



yanına  aparmış  və  orada  Mərhəmətin  avtomobilindən  düşərək,  dostu  Elmirlə 

görüşmüşdür.  Sonradan  Mərhəmət  ona  zəng  etmiş  və  ona  avtomobillə  adam  vurduğunu 

bildirmişdir.  Daha  sonra  Mərhəmətlə  görüşüb  başqa  avtomobillə  hərəkətdə  olan  zaman 

onları  polis  əməkdaşları  saxlayaraq  Mərhəməti  polis  şöbəsinə  dəvət  emiş  və  o  da 

Mərhəmətlə birlikdə polis şöbəsinə gəlmişdir.

 

Birinci  instansiya 



məhkəmə

sinin 


iclаsındа  dindirilən  şahidlər

 

Məmmədli  Elmir  Elnur 



oğlu  və  Bayramov  Orxan  Rövşən  oğlu  şahid  Nurullayev  Dilqəm  Mervan  oğlu  ilə  eyni 

məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər.

 

Birinci instansiya 



məhkəmə

sinin 


iclаsındа ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid 

Ömərova


 

Leyla Nadir qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 mart 

2016-

ci  il  tarixdə  səhər  saatlarında  tanışı  “Mərhəmət”  adlı  oğlanın  evinə  getmişdir  ki, 



onunla  görüşsün.  Bir  qədər  Mərhəmətgildə  oturandan  sonra  Mərhəmətlə  birlikdə  şəhərə 

gəzməyə  çıxmışdır.  Mərhəmətlə  “Meydan”  deyilən  yerdə  olan  zaman  “Gülnar”  adlı 

rəfiqəsinə  zəng  edərək,  onu  da  yanlarına  dəvət  etmişdir.  Gülnar  təxminən  saat  14:00 

radələrində onların yanına gəlmiş və onlar görüşmüşlər. Bu zaman Mərhəmətə onun dostu 

“Dilqəm” adlı şəxs zəng edərək, onalrı yaşadığı Zaqatala rayonu Çobankol kəndinə yeyib

-

içməyə  dəvət  etmişdir.  Bu  səbəbdən  də  onunla  Gülnar  Mərhəmətin  “VAZ



-

2106”  minik 

markalı, AZ 60

-BE-


726 dövlət qeydiyyat nişanlı avtomobilinə oturaraq, Çobankol kəndinə 

getmişlər. Orada Dilqəmi də avtomobilə mindirdikdən sonra  Çobankol kəndində yerləşən 

tanımadığı  bir  kafeyə  getdərək,  həmin  kafedə  oturub  yeyib

-

içmişlər.  Həmin  vaxt  özü  və 



Gülnar təxminən 100

-

200 qram araq içmiş, Mərhəmətlə Dilqəm isə iki şüşə araq içmişlər. 



Daha  s

onra  o,  pivə  də  içmiş  və  onlar  sərxoş  olmuşlar.  Gülnar  evə  getməli  olduğu  üçün 

oradan  təxminən  saat  17:00  radələrində  çıxaraq,  Zaqatala  şəhərinə  yola  düşmüşlər. 

Həmin  vaxt  Dilqəm  də  onlarla  birlikdə  Zaqatala  şəhərinə  gəlmişdir.  Bu  zaman  vaxt 

avtomobili  Mərhəmət  özü  idarə  etmiş,  Dilqəmlə  Gülnar  arxa  oturacaqda,  o  isə  qabaq 

oturacaqda  oturmuşdur.  Gülnarı  “Çinar”  kafesinin  qarşısında  düşürtdükdən  sonra 

Mərhəmətin avtomaşını ilə Dilqəmlə  Mərhəmət  onu evlərinə çatdırmaq üçün Azərbaycan 

prospekti  ilə  aşağıdan  yuxarıya  doğru  istiqamətdə  hərəkət  etmişlər.  Həmin  prospektdəki 

körpüyə çatmamış, nə səbəbdənsə, Mərhəmət idarə etdiyi “VAZ

-

2106” markalı avtomobili 



yolun  əks  hərəkət  zolağı  ilə  arxa  sol  tərəfə  sürmüşdür.  Bu  zaman  yolun  kənarında  olan 

piyada yolu ilə bir qızla bir oğlan getmişlər. Mərhəmət avtomaşını sürətlə arxaya verdikdə, 




 

birdən avtomaşın arxada nəyəsə dəyərək, taqqıltı səsi gəlmiş və avtomaşının arxa aynası 



tamamilə  sınaraq  yerə  tökülmüşdür.  Həmin  vaxt  arxadakı  oğlanın  qışqırıb:  “Ay,  mənim 

ayağım  ağrıdı” 

deməsini  eşitmişdir.  Bu  zaman  Mərhəmət  qapını  açaraq  həmin  oğlana: 



“Bağışla” 

deyib  qapını  bağlamış  və  avtomaşını  yolun  əks  hərəkət  hissəsinə  doğru 



çevirərək  irəliyə  sürməyə  və  sürətlə  hərəkət  edərək  həmin  yerdən  uzaqlaşmağa 

başlamışdır. Mərhəmətə avtomobili saxlamasını və oğlanla qıza nə olmasını öyrənməsini 

demiş, lakin, Mərhəmət ona qulaq asmamış və oradan uzaqlaşaraq avtomobilini Axaxdərə 

kəndi  istiqamətində  sürməyə  başlamışdır.  Mərhəmət  avtomobilini  sürüb  oradan  tez 

uzaqlaşdığı  üçün  ayağının  ağrıdığını  deyən  arxadakı  oğlana  və  qıza  nə  olduğunu 

bilməmişdir.  Bərk  qorxmuş  və  Mərhəmətə:  “Maşını  saxla,  düşürəm” 

demişdir.  Lakin, 



Mərhəmət ona qulaq asmayıb dayanmamış və sürətlə avtomaşını sürüb getməyə davam 

etmişdir.  Məhrəmət  tutulacağından  qorxmuş  və  bu  səbəbdən  avtomaşını  gizlətmək 

qərarına  gəlmişdir.  Bir  müddətdən  sonra  rayonun  Axaxdərə  kəndində  yanında  sərhəd 

zastavası  olan  bir  evə  gəlmişlər.  Həmin  evin  qapısına  çatdıqda,  Mərhəmət  özü 

avtomaşından  düşüb  darvazanı  açmışdır.  Bu  zaman  o  və  arxada  oturmuş  Dilqəm 

avtomaşından yerə düşmüşlər. Mərhəmətdən bu evin kimə məxsus olmasını soruşduqda, 

Mərhəmət  onlara  yeznəsinin  evi  olduğunu  bildirmişdir.  Onlar  Mərhəməti  yolda  gözləmiş, 

Mərhəmət  isə  avtomaşını  həmin  evin  həyətinə  sürmüşdür.  Onlar  yolda  Mərhəməti 

gözləyərkən  həmin  evə  yolla  bir  nəfər  orta  yaşlı  şəxs  gəlmişdir.  Həmin  şəxs  kənardan 

onları  görmüş  və  həmin  şəxs  həyətə  daxil  olduqda,  Mərhəmət  həyətdən  çölə  çıxmışdır. 

Bundan sonra Mərhəmət kiməsə zəng edərək, ora çağırmışdır. Bir qədər keçəndən sonra 

ora bir 


avtomobil gəlmiş və onların üçü də həmin avtomaşına oturaraq Zaqatala şəhərinə 

gəlmişlər. Mərhəmətgil onu evnin qapısı yanında düşürdərək, getmişlər. Bundan sonra isə 

nə  baş  verdiyindən  məlumatı  olmamışdır.  Mərhəmət  Səfərovun  hansı  səbəbdən 

Azərbaycan  prospektində  idarə  etdiyi  avtomobilini  yolun  ortasında  saxlayaraq  qəflətən 

arxaya  verməsi  və  əks  hərəkət  zolağı  ilə  sürüb  getməsi  barədə  hec  nə  bilmir.  Nədənsə, 

Mərhəmət  avtomobilini  qəflətən  yolun  ortasında  saxlayıb  arxaya  vermiş  və  bu  zaman 

oğlanla qızı vurmuşdur. Həmin gün avtomobildə rəfiqəsi Gülnar da olmuşdur. Gülnar hətta 

onlarla  Çobankol  kəndinə  də  getmişdir.  Lakin,  həmin  hadisədən  bir  qədər  əvvəl  Gülnar 

Zaqatala  şəhərində  yerləşən  “Çinar”  adlı  restoranın  qarşısında  Mərhəmətin 

avtomaşınından  düşmüşdür.

 

Həmin  hadisə  olan  vaxtı  avtomobildə  onunla  Dilqəmdən 



başqa  heç  kim  olmamışdır.  Həmin  şəxslərin  heç  birini  əvvəllər  tanımamış,  onlarla  hər 

hansı bir münasibəti, dostluğu, ədavəti və ya düşmənçiliyi olmamışdır. Mərhəmətin və ya 

Dilqəmin  həmin  şəxsləri  tanıyıb

-

tanımamalarını  bilmir.  Hamısı  arxa  şüşənin  sınmasını 



görmüş  və  bunu  bilmişlər.  Lakin  arxa  bamperin  sol  tərəfinin  sındığını  hiss  etməmişlər. 

Bunu Mərhəmətin avtomobili həyətə salan zaman görmüşlər. Mərhəmət hadisə törətdiyini 

və adamları vurmasını bilmiş, lakin buna baxmayaraq hadisə yerindən yayınmışdır.

 

Birinci instansiya 



məhkəmə

sinin 


iclаsındа ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid 

Qurbanov Zaqalov Mirzə oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 

yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və himayəsində iki nəfər 

azyaşlı  uşağı  vardır.  Səfərov  Mərhəmət  Musif  oğlu  onun  qaynı  olmaqla  Mərhəmətlə 

münasibətləri  hər  zaman  yaxşı  olmuş,  aralarında  heç  bir  ədavət  və  ya  düşmənçilik 

olmamışdır. Mərhəmətin “V

AZ-

2106” markalı, AZ 60



-BE-

726 dövlət qeydiyyat nişanlı minik 

avtomobili  vardır.  29  mart  2016

-

cı  il  tarixdə  saat  təxminən  19



-

00  radələrində  küçələri  ilə 

yaşadığı  evə  qayıdan  zaman  qaynı  Mərhəmətin  onların  evinin  həyətinin  darvazasını 

açaraq  özünə  məxsus  avtomobilini  onların  həyətinə  salmasını  görmüşdür.  Həmin  vaxt 

Mərhəmət  tək  olmamış  və  onun  yanında  bir  nəfər  oğlanla  bir  nəfər  qız  olmuşdur.  Onları 

yaxından görə bilmədiyinə və Mərhəmətgilin də onun yanına yaxınlaşmadığına görə həmin 

oğlanın  və  qızın  kim  olmasını  bilməmişdir.  Həyət  darvazasının  açıq  olmasını  görmüş  və 

həyətə daxil olmuşdur. Bu zaman Mərhəmətə məxsus olan avtomobilin həyətdə olmasını 

görmüşdür.  Həmin  avtomobilə  yaxınlaşan  zaman  həmin  avtomobilin  arxa  şüşəsinin 

sellofanla  örtülü  olmasını  görmüşdür.  Həmin  sellofanı  qaldırıb  baxan  zaman  avtomobilin 

arxa  şüşəsinin  və  arxa  bamperinin  sol  tərəfinin  kauçuk  hissəsinin  sınıq  olmasını 

görmüşdür. Yaşdığı evə getmiş və nə baş verməsini anlaya bilməmişdir. Bundan təxminən 

iki  saat  sonra  yaşadığı  evə  polis  əməkdaşları  gələrək,  ondan  Mərhəmətə  məxsus 

avtomobil barədə soruşmuşlar. O, da polis əməkdaşlarına Mərhəmətə məxsus avtomobilin 




Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə