Apellyasiya şikayətinin yekununa dair



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix26.09.2017
ölçüsü255,18 Kb.
#2108
1   2   3   4   5   6   7

 

etdikdən sonra birdən avtomaşını geriyə döndərib evə qayıtmaq qərarına gəlmişdir. Orada 



olan  evlərdən  birinin  ara  zolağından  faydalanıb  avtomaşını  arxaya  sola,  daha  sonra  isə 

qabağa  sağa  tərəf  hərəkət  etdirməklə  geriyə  qayıtmaq  istəmişdir.  Bu  məqsədlə  də  idarə 

etdiyi  avtomobili  yolun  ortasında  saxlayaraq  avtomobili  arxaya  tərəf,  yolun  digər  hərəkət 

zolağı tərəfə çarpaz şəkildə sürərək həmin evin  qarşısında olan ara  zolağa tərəf hərəkət 

etdirmişdir.  İdarə  etdiyi  avtomobilin  arxa  hissəsini  həmin  evin  qarşısındakı  ara  zolaqdan 

piyada  yoluna  tərəf  salmışdır.  Bu  zaman  arxadan  taqqıltı  səsinin  gəldiyini  eşitmiş,  lakin 

avtomobilin  yolun  kənarında  olan  beton  səkiyə  dəydiyini  düşünərək,  buna  heç  bir 

əhəmiyyət verməmişdir. İdarə etdiyi avtomobili qabağa doğru hərəkət etdirərək sağa tərəf 

dönüb  yolun  həmin  zolağı  ilə  gəldiyi  istiqamətə  əks  olan  istiqamətdə,  yəni  “Azpetrol” 

yanacaqdoldurma  məntəqəsi  istiqamətində  hərəkət  etmişdir.  İdarə  etdiyi  avtomobili 

rayonun Car kəndində yaşayan yeznəsi Zaqalovun həyətinə sürmüşdür. Avtomobili oraya 

sürdükdən  və  Zaqalovun  həyətinə  saldıqdan  sonra  avtomobilin  arxa  aynasının  tamamilə 

sındığını  görmüşdür.  Avtomobilinin  arxa  hissəsini  tamamilə  sellofanla  örtdükdən  sonra 

oradan  çıxıb  geri  qayıtmaq  üçün  “Orxan”  adlı  tanışına  zəng  edərək,  gəlib  onu  öz 

avtomobili  ilə  aparmasını  bildirmişdir.  Bir  qədərdən  sonra  Orxan  öz  avtomobili  ilə  ora 

gələrək,  onu  oradan  götürdükdən  sonra  şəhərə  tərəf  qayıdan 

zaman  yolda  polis 

əməkdaşları Orxanın avtomobilini saxlamış və onu Zaqatala Rayon Polis Şöbəsinə dəvət 

etmişlər.  Polis  əməkdaşlarına  heç  bir  etiraz  etməyərək,  onlarla  birlikdə  polis  şöbəsinə 

gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra ona idarə etdiyi avtomobili dönüb qayıtmaq üçün 

Zaqatala  şəhəri  Azərbaycan  prospektində  arxaya  sürərək,  evin  qarşısında  olan  aradan 

piyada  yoluna  daxil  edən  zaman  iki  nəfər  şəxsi  avtomobili  ilə  vurması  məlum  olmuşdur. 

Həmin  iki  nəfər  şəxsi  avtomobillə  vurmasını  əvvəlcədən  bilməmiş,  bunu  yalnız  polis 

şöbəsinə gəldikdən sonra bilmişdir. Həmin şəxslərin heç birini əvvəllər tanımamış, onlarla 

hər  hansı  bir  münasibəti,  dostluğu,  ədavəti  və  ya  düşmənçiliyi  olmamışdır.  Avtomobilinin 

arxa şüşəsi qara tor örtüyü ilə örtülü olduğu üçün avtomobilini geri verərək dönmək istəyən 

zaman “Nihad” və “Nərgiz” adlı şəxslərin piyada yolu ilə keçmələrini görməmişdir. “Nihad” 

və  “Nərgiz”  adlı  şəxsləri  qəsdən  vurmamışdır.  Avtomobilin  arxa  bamperinin  sol  tərəfinin 

sındığını və arxa şüşənin sınmasını hiss

 

etməmişdir. Bunları yeznəsi Zaqalovun həyətinə 



avtomobili  gətirdikdən  sonra  görmüşdür.  Əgər  hadisə  törətdiyini  və  adamları  vurmasını 

bilsəydi, hadisə yerindən qaçmazdı. Həmin vaxt sərxoş olduğuna görə orada avtomobilini 

saxlayıb  baxarsa  və  orada  ləngiyərsə,  polis  əməkdaşlarının  onu  gəlib  tutacaqlarından 

qorxmuşdur.  Bu  səbəbdən  də  dərhal  avtomobilini  sürərək  oradan  uzaqlaşmış  və  heç  bir 

yerə məlumat verməmişdir. Sonradan gəlib hadisə yerinə baxacağını və nə baş verdiyini 

anlayacağını  fikirləşmişdir.  İdarə  etdiyi  avtomobillə  Azərbaycan  prospekti  ilə  hərəkət 

etməzdən  qabaq  mağazaların  birindən  üç  şüşə  “Efes”  adlı  pivə  almış  və  həmin  üç  şüşə 

pivəni  təkbaşına  içmişdir.  Hadisə  zamanı  avtomobildə  tək  olmuş  və  avtomobildə  başqa 

heç kim olmamışdır. Hadisə yerindən götürülmüş həmin bamperin kauçuk hissəsi və şüşə 

qırıntıları onun avtomobilinə məxsusdur. Həmin bamperin kauçuk hissəsi və şüşə qırıntıları 

avtomobilini  arxaya  verərək  araya  salan  zaman  orada  olan  şəxslərə  və  ya  beton  səkiyə 

dəyməsi  nəticəsində  sınaraq  oraya  düşmüşlər.  Törətdiyi  əməlindən  çox  peşmandır. 

Zərərçəkmiş şəxslərin müalicəsini təşkil etmiş, onların bütün xərclərini ödəmişdir. Hazırda 

o,  zərərçəkmiş şəxslərlə  barışmışdır. Göstərilənləri nəzərə  alaraq, ona yüngül cəza təyin 

edilməsini xahiş etmişdir

Birinci instansiya 



məhkəmə

sinin 


iclаsındа zərərçəkmiş şəxs Məmmədova Nərgiz İsa 

qızı  ifadəsində  göstərmişdir  ki,  o,  yuxarıda  göstərilən  ünvanda  ailə  üzvləri  ilə  birlikdə 

yaşayır  və Zaqatala  şəhər 1 saylı orta məktəbin  10

-

cu sinif şagirdidir.  Ali məktəbə qəbul 



olmaq məqsədi ilə əlavə olaraq Zaqatala rayonunda yerləşən “Modern” hazırlıq kurslarına 

gedərək orada hazırlaşır. 29 mart 2016

-

cı il tarixdə təxminən saat 18



-

00 radələrində kurs 

və  məktəb  yoldaşı  Əliyev  Nihad  Hüseyn  oğlu  ilə  birlikdə  “Modern”  hazırlıq

  kursundan 

çıxdıqdan sonra şəhərin Azərbaycan prospekti ilə evlərinə tərəf yolun sol kənarında olan 

piyada yolu ilə gəlmişlər. Həmin vaxt o, piyada yolunun sağ, yəni yol tərəfi ilə, Nihad isə 

yolun sol, yəni hasar tərəfi ilə hərəkət etmişdir. Həmin küçədə olan 70 saylı evin qarşısına 

çatanda  yolla  hərəkət  edən  tünd  qəhvəyi  rəngli,  “VAZ

-

2106”  minik  markalı,  dövlət 



qyddiyyat  nişanı  yadında  qalmayan  avtomobilin  yolun  ortasında  dayandığını,  qəflətən 

arxaya  tərəf  hərəkət  edərək  onların  istiqamətində  gəldiyini  görmüşlər.  Nihadla  hərəkət 




 

etməyərək,  yerlərində  dayanmışlar.  Həmin  avtomobil  çarpaz  şəkildə  arxaya  hərəkət 



edərək  70  saylı  evin  qarşısında  olan  aradan  içəri  daxil  olub  onlara  tərəf  gəlmişdir.  Bu 

zaman  həmin  avtomobil  onu  və  Nihadı  arxa  hissəsi  ilə  vurmuş,  onunla  Nihad  yerə 

yıxılmışlar.  Həmin  vaxt  avtomobilin  arxa  şüşəsi  sınaraq  yerə  tökülmüşdür.  Yerə  yıxılan 

zaman onun eynəyi gözündən düşdüyü üçün artıq heç nə görə bilməmişdir. Yalnız həmin 

avtomobilin sürücü tərəfdən qapısının açıldığını və bu zaman Nihadın

 

həmin avtomobilin 



sürücüsünə,  sonradan adını bildiyi Səfərov Mərhəmət  Musif oğluna:  “Neynirsən,  ayağımı 

qırdın” 


deməsini eşitmişdir. Həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Mərhəmət 

isə  Nihada:  “Bağışla.” 

-

deyərək  avtomobilin  qapısını  örtmüş  və  avtomobilini  qabağa 



hərəkət etdirmişdir. Bundan sonra həmin avtomobil sürətlə aşağıya doğru hərəkət edərək 

gözdən itmişdir. Həmin vaxt ora çoxlu adam toplaşmışlar. Nihat öz mobil telefonu ilə təcili 

tibbi  yardım  stansiyasına  zəng  edərək,  oradan  kömək  çağırmışdır.  Həmin  vaxt  onunla 

Nihad yerdə yıxılmış vəziyyətdə qalmışlar. Bir qədər keçəndən sonra ora təcili tibbi yardım 

stansiyasından avtomobil və həkimlər gəlmişlər. Onlara hadisə yerində yardım göstərərək 

avtomobillərinə  otuzdurub  Zaqatala  Mərkəzi  Rayon

 

Xəstəxanasına  aparmışlar.  Orada 



məlum oldumuşdur ki, o, alın, sağ əl və hər iki ayğının diz və baldır nahiyələrindən xəsarət 

almışdır.  Xəstəxanada  olan  zaman  Nihadla  maraqlanmış  və  ona  orada  bildirmişlər  ki, 

Nihadın sol ayağının hər iki sümüyü sınmışdır. Onun xəsarəti ağır olmadığına görə həmin 

gün  xəstəxanadan  çıxaraq  yaşadığı  evə  gəlmişdir.  Nihadın  isə  aldığı  xəsarət  ciddi 

olduğuna  görə  həmin gün  xəstəxanada  qalmış,  səhərisi  gün  isə  Nihadı  Bakı  şəhərindəki 

xəstəxanaya  aparmışlar.  “Mərhəmət”  adlı  şəxsi  əvvəllər  tanımamış,  onunla  hər  hansı  bir 

münasibəti, dostluğu, ədavəti və ya düşmənçiliyi olmamışdır. Nihadın həmin şəxsi tanıyıb

-

tanımaması barədə isə məlumatı yoxdur. Hadisə baş verən zaman Mərhəmətin idarə etdiyi 



avtomobildə  başqa  şəxslər  də  olmuş,  lakin  həmin  şəxslərin  kim  olmaları  barədə  heç  nə 

bilmir.  Səfərov  Mərhəmət  Musif  oğlunun  yol

-

nəqliyyat  hadisəsi  törədərək,  onu  vurub 



xəsarət yetirməsi ilə bağlı onun müalicəsinə 500 (beş yüz) manat xərcləmişdir. Mərhəmət 

Səfərovun valideynləri onun müalicə xərcini ödəmiş və ondan üzr istəmişlər. Hazırda onun 

təqsirləndirilən  şəxsə  qarşı  heç  bir  şikayəti  və  tələbi  yoxdur,  onunla  barışmış  və 

təqsirləndirilən şəxsi bağışlamışdır. O, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş 

edərək, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir

Birinci  instansiya 



məhkəmə

sinin 


iclаsındа  şahid  qismində  dindirilən  zərərçəkmiş 

şəxsin  qanuni  nümayəndəsi  Məmmədov  İsa  Qasımoviç  eyni  məzmulu  ifadə  verərək, 

zərərçəkmiş  şəxs  olan  qızı  Nərgiz  Məmmədovanın  ifadəsində  göstərdiklərini  təsdiq 

etmiş


dir. 

Birinci  instansiya 

məhkəmə

sinin 


iclаsındа  ifadəsi  elan  olunmaqla  tədqiq  edilmiş 

zərərçəkmiş  şəxs  Əliyev  Nihad  Hüseyn  oğlu  ibtidai  istintaq  zamanı  verdiyi  ifadəsində 

göstərmişdir  ki,  Zaqatala  şəhər  1  saylı  orta  məktəbin  10

-cu  sinif 

şagirdidir.  Ali  məktəbə 

qəbul  olmaq  məqsədi  ilə  əlavə  olaraq  Zaqatala  rayonunda  yerləşən  “Modern”  hazırlıq 

kurslarına  gedərək  orada  hazırlaşır.  29  mart  2016

-

cı  il  tarixdə  saat  təxminən  18



-00 

radələrində kurs və orta məktəb yoldaşı Məmmədova Nərgiz İsa qızı ilə birlikdə “Modern” 

hazırlıq kursundan çıxdıqdan sonra şəhərin Azərbaycan prospekti ilə evə tərəf getmişlər. 

Bu zaman qarşıdan tünd qəhvəyi rəngli, “VAZ

-

2106” minik markalı, dövlət qeydiyyat nişanı 



yadında  qalmayan  avtomobil  öz  yolundan  çıxaraq  əks  istiqamətə,  yəni  onların  gəldiyi 

istiqamətdə  yüksək  sürətlə  hərəkət  etməyə  başlamış  və  sürücü  avtomobili  onlar  tərəfə 

sürmüşdür.  Avtomobildən  onlar  tərəfə  hərəkət  etdiyindən  qorxaraq,  tullanaraq  yolun 

ortasında olan hündür səkilərin üstünə çıxmışlar. Həmin avtomobil onların yanından keçib 

getmiş  və  onlar  bir  qədər  irəlilədikdən  sonra  yolun  sol  kənarında  olan  piyada  yoluna 

çıxaraq,  həmin  piyada  yolu  ilə  getməyə  başlamışlar.  Həmin  yolda  çala

-

çuxurlar  olduğu 



üçün  sürücünün  avtomobilini  həmin  çala

-

çuxurdan  qaçırtacağını  düşünmüşdür.  Yolla 



gedən  zaman  bir  neçə  dəfə  həmin  avtomobilin  yenidən  gəlib

-

gəlməməsini  görmək  üçün 



baxmışdır. Lakin, həmin avtomobil gəlməmişdir. Onlar hərəkət edərək həmin küçədə olan 

70 saylı evin qarşısına çatmışlar. Həmin vaxt Nərgiz yolun sol, yəni hasar tərəfi ilə, o isə 

yolun sağ, yəni yol tərəfi ilə hərəkət etmişlər. Onlar 70 saylı evin qarşısına çatanda həmin 

vaxt yolla gedən eyni, yəni “VAZ

-

2106” markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan 



avtomobil  yolla  hərəkət  edib  qəflətən  yolun

 

ortasında  dayanmışdır.  Həmin  avtomobilin 



qəflətən arxaya tərəf hərəkət edərək onlar istiqamətində gəlməsini görmüşlər. Onlar bunu 


Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə