Apellyasiya şikayətinin yekununa dair



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix26.09.2017
ölçüsü255,18 Kb.
#2108
1   2   3   4   5   6   7

 

görən  kimi  hər  ikisi  hərəkət  etməyərək,  yerlərində  dayanmışlar.  Həmin  avtomobil  çarpaz 



şəkildə  arxaya  hərəkət  edərək  70  saylı

 

evin  qarşısında  olan  aradan  içəri  daxil  olaraq, 



onlara  tərəf  gəlmişdir.  Bu  zaman  həmin  avtomobil  onu  və  Nərgizi  arxa  sol  hissəsi  ilə 

vurmuş və onunla Nərgiz yerə yıxılmışlar. Həmin vaxt Nərgiz bir qədər kənarda, onun isə 

ayağı  avtomobilin  altında  qalmışdır.  Həmin  vaxt  avtomobilin  arxa  şüşəsi  sınaraq  yerə 

tökülmüşdür. Nərgiz yerə yıxılan zaman eynəyi gözündən düşdüyü üçün artıq heç nə görə 

bilməmişdir.  Bu  zaman  həmin  avtomobilin  sürücü  tərəfdən  qapısı  açılmış  və  sürücü 

sonradan adını bildiyi “Mərhəmət” adlı

 

şəxs ona tərəf baxmışdır. O, sürücüyə: “Neynirsən, 



ayağımı  qırdın” 

demiş,  sürücü  isə  ona:  “Bağışla” 



deyərək  qapını  bağlamış  və 

avtomobilini  qabağa  hərəkət  etdirmişdir.  Bunu  görən  kimi  əli  ilə  sol  ayağını  çəkməsəydi 

avtomobil  yenidən  onun  ayağının  üstündən  keçəcəkdi.  Həmin  avtomobil  sürətlə  aşağıya 

doğru  hərəkət  edərək  gözdən  itmişdir.  Həmin  vaxt  ora  çoxlu  adam  toplaşaraq,  onların 

ətrafına  yığılmışlar.  Öz  mobil  telefonu  ilə  təcili  tibbi  yardım  stansiyasına  zəng  edərək, 

oradan kömək çağırmışdır. Daha sonra orada olan tanımadığı bir şəxsə atasının nömrəsini 

verərək,  atasına  zəng  etməsini  və  hadisə  barədə  bildirməsini  xahiş  etmişdir.  Həmin  vaxt 

yerdə yıxılmış vəziyyətdə qalmışdır, Nərgiz isə ayağa qalxıb sağa

-

sola hərəkət etmişdir. O, 



da  ayağa  qalxmaq  istəmiş,  lakin  sol  ayağında  ağrılar  hiss  etdiyi  üçün  ayağa  qalxa 

bilməmişdir.  Bir  qədər  sonra  ora  atası  Hüseyn,  daha  sonra  isə  təcili  tibbi  yardım 

stansiyasından avtomobil və həkimlər gəlmişlər. Həkimlər onlara orada yardım göstərərək, 

onları  avtomobillərinə  otuzdurub  Zaqatala  Mərkəzi  Rayon  Xəstəxanasına  aparmışlar. 

Orada məlum olmuşdur ki, onun sol ayağının hər iki sümüyü sınmışdır. Xəstəxanada olan 

zaman  Nərgizlə  maraqlanmış  və  ona  orada  bildirmişlər  ki,  Nərgiz  alın,  sağ  əl  və  hər  iki 

ayağının  diz  və  baldır  nahiyələrindən  xəsarət  almışdır.  Nərgizin  xəsarəti  elə  də  ciddi 

olmadığına görə həmin gün xəstəxanadan çıxaraq yaşadığı evə getmişdir. Onun isə aldığı 

xəsarəti  ciddi  olduğuna  görə  həmin  gün  xəstəxanada  qalmış,  səhərisi  gün  isə  onu  Bakı 

şəhərində  olan  Respublika  Travmatologiya  Xəstəxanasına  aparmışlar.  “Mərhəmət”  adlı 

şəxsi  əvvəllər  tanımamış,  onunla  hər  hansı  bir  münasibəti,  dostluğu,  ədavəti  və  ya 

düşmənçiliyi  olmamışdır.  Nərgizin  həmin  şəxsi  tanıyıb

-

tanımaması  barədə  heç  nə  deyə 



bilmir.  Həmin  avtomobilin  dövlət  qeydiyyat  nişanı  yadında  qalmasa  da,  onu  hazırlıq 

kurslarına  gedən  zaman  bir  neçə  dəfə  Azərbaycan  prospektində  olan  yuyucu  sexinin 

yanında  görmüş  və  tanımışdır.  Hadisə  baş  verən  zaman  avtomobildə  başqa  şəxslər  də 

olmuş, lakin həmin şəxslərin kim olmaları barədə bilmir. Səfərov Mərhəmət Musif oğlu yol 

nəqliyyat  hadisəsi  törədərək,  onu  vurub  xəsarət  yetirməsi  ilə  bağlı  müalicəsinə  2500  (iki 

min beş yüz) manat xərcləmişdir.

 

Birinci instansiya 



məhkəmə

sinin 


iclаsındа şahid qismində dindirilən zərərçəkmiş

 

şə



xs 

Əliyev Nihad Hüseyn oğlunun qanuni nümayəndəsi Əliyev Hüseyn Kamal oğlu ifadəsində 

göstərmiş

dir 


ki,  Əliyev  Nihad  Hüseyn  oğlu  onun  doğma  oğludur,  Zaqatala  rayon  1  saylı 

orta məktəbin 10

-

cu sinif şagirdidir. Ali məktəbə qəbul olunmaq məqsədi ilə əlavə ola



raq 

Zaqatala  rayonunda  yerləşən  “Modern”  hazırlıq  kurslarına  gedərək  orada  hazırlaşır. 

Hadisə  haqqında  ona  zəng  edib  məlumat  verilmiş  və  o,  dərhal  hadisə  yerinə  getmişdir. 

Hadisə  barədə  ilkin  olaraq  hadisə  yerinə  toplaşmış  insanlardan,  daha  sonra  oğlundan 

məlumat  almışdır.  29  mart  2016

-

cı  il  tarixdə  saat  təxminən  18



-

00  radələrində  sürücü, 

sonradan  adını  bildiyi  “Mərhəmət”  adlı  şəxs  idarə  etdiyi  avtomobilin  arxa  hissəsi  ilə  oğlu 

Nihadı  və  kurs  yoldaşı  Nərgizi  vurub  xəsarət  yetirmişdir.  “Mərhəmət”  adlı  şəxsi  əvvəllər 

tanımamış,  onunla  hər  hansı  bir  münasibəti,  dostluğu,  ədavəti  və  ya  düşmənçiliyi 

olmamışdır.  Hadisədən  sonra  Mərhəmət  Səfərov  hadisə  yerindən  qaçsa  da,  onun 

valideyni Nihadın bütün müalicə xərclərini ödəmiş və onlardan üzr istəmişdir. Hazırda onun

 

və  oğlunun  təqsirləndirilən  şəxsə  qarşı  heç bir  şikayəti  və  tələbi  yoxdur,  onlar  Mərhəmət 



Səfərovla barışmış və təqsirləndirilən şəxsi bağışlamışlar. O, təqsirləndirilən şəxsə yüngül 

cəza verilməsini xahiş edərək, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmiş

dir. 

Birinci instansiya 



məhkəmə

sinin 


iclаsındа dindirilən şahid Nurullayev Dilqəm Mervan 

oğlu  ifadəsində  göstərmişdir

  ki,  29  mart  2016-

ci  il  tarixdə  günorta  saatlarında  ona  tanışı 

“Mərhəmət”  adlı  şəxs  zəng  edərək  bildirmişdir  ki,  Çobankol  kəndinə  gəlmək  istəyir.  Ona 

heç  bir  etiraz  etməmiş  və  onu  kənddə  gözlədiyini  bildirmişdir.  Bir  qədər  keçəndən  sonra 

Mərhəmət  idarə  etdiyi  “VAZ

-

2106”  minik  markalı,  AZ  60



-BE-

726  dövlət  qeydiyyat  nişanlı 

avtomobillə  onun  yaşadığı  kəndə  gəlmişdir.  Bu  zaman  Mərhəmətin  avtomobilində 



Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə