Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 

 
Qədim Misir 
 
Misirin coğrafi mövqeyi 
Tarixdə  ibtidai  icma  quruluşu  dağıldıqdan  sonra 
qədim  dövlətlər  yarandı.  İlk  dövlətlər  Şərqdə 
yaranmışdır.    Bu  dövlətlərdən  biri  də  qədim  Misir 
dövlətidir.   Misir  Afrikanın  şimal-şərqində  yerləşir. 
Misirin ərazisindən Aralıq dənizinə tökülən və misirlilər 
tərəfindən    Böyük  çay    adlanan  Nil  çayı  axır.  Coğrafi 
mövqeyi  ticarət  üçün  çox  əlverişli  olan  Misir  bir  çox 
ölkələrlə  quru  və  su  yolları  vasitəsilə  əlaqə  saxlayırdı. 
Dağlıq ərazidən müxtəlif növ tikinti daşları və qiymətli 
daşlar (zümrüd, firuzə və s.) əldə edilirdi. 
Misirdə  sənətkarlığın    dulusçuluq,  metalişləmə, 
zərgərlik,  toxuculuq,  daşişləmə,  sümükişləmə  sahələri  
yaxşı inkişaf etmişdi. Misirin ticarət karvanları uzaq Ön 
Asiya  ölkələrinə  qədər  gedirdi. Gəmiçiliyin  inkişafı 
ticarətin  daha  da  genişlənməsinə  səbəb  olmuşdu. 
Ticarətin inkişafında Nil çayı  mühüm rol oynayırdı. Bir 
çox ölkələr Misiri müxtəlif sərvətlərlə təmin edirdi:  

 
Nubiyadan qızıl gətirilirdi. 

 
Suriya  Fələstindən mis gətirilirdi. 

 
Efiopiya  Finikiyadan tikinti üçün ağac 
gətirilirdi. 
 
 
Nil daşqınları 
Nil  çayı  ildə  bir  dəfə  daşaraq  öz  məcrasından  çıxırdı.  Çay  sularının  gətirdiyi 
mineral maddələrlə zəngin olan lil vadidə çöküntü təbəqəsi yaradırdı. Nilin gətirdiyi lilli 
qara  torpaq  asanlıqla  şumlanırdı.  Qədim  dövrdə  Misir  Qara  torpaq  adlanırdı.  Misirin 
Qara  torpaq  adlandırılmasının  səbəbi  Nil  vadisindəki  torpağın  münbit  və  məhsuldar 
olması  idi.  Vadidə  əhalinin  məskunlaşdığı  məntəqələri  və  əkilən  torpaq  sahələrini 
daşqından  qorumaq  məqsədilə  Nil  sahili  boyunca  damba  deyilən  bəndlər  tikilirdi. 
Bəndlər təpə formasında olur və doğranmış qamış qatılan gildən qurulurdu.  
Misirdə  süni  suvarma  inkişaf  etmişdi.  Hündürdə  yerləşən  tarlalara,  bağlara  su 
vermək  üçün şadufdan   istifadə  olunurdu.    Nil  vadisində  müxtəlif  növ  bitkilər  bitirdi. 
Bunlardan  ən  əhəmiyyətlisi  papirus  qamışı  idi.  Qədim  misirlilər  papirus  qamışından 
kiçik lövhələr kəsir və bu lövhələrin üzərinə yazı yazırdılar.  
 
 
Qədim Misirdə nomların meydana gəlməsi 
Nil vadisində əkinçi və maldar  tayfalar məskunlaşmışdı. Həmin  tayfalar öz aralarında birləşərək ayrı-ayrı təşkilatlar 
yaradırdılar. Bu təşkilatlar «nom» ( yunanca vilayət deməkdir) adlanırdı. İlk vaxtlar nomların sayı çox idi. Hər bir nomun öz 
hökmdarı,  özünəməxsus  dini  və  tanrıları  var  idi. Nomların  mərkəzi  müdafiə  divarları  ilə  əhatə  olunurdu.  Nomların 
mərkəzində  hökmdara, əyanlara məxsus saraylar, baş tanrının məbədi yerləşirdi. 
 
Qədim Misirdə vahid dövlətin yaranması 
 Nomlar  arasında  daim  rəqabət  gedirdi.  Hər  bir  nomun  hökmdarı  istəyirdi  ki,  zəif  nomları  özünə  tabe  etsin.  Nomlar 
birləşdikcə onların sayı azaldı. Nəticədə e.ə. IV minilliyin 2-ci yarısında iki müstəqil padşahlıq  -  Yuxarı Misir və  Aşağı 
Misir  dövləti  yarandı.  Bu  iki  padşahlıq  arasında  uzun  müddət  vahid  Misir  dövləti  yaratmaq  uğrunda  mübarizə 
getmişdi. E.ə. IV minilliyin sonunda Yuxarı Misir ilə Aşağı Misir padşahları arasında müharibə nəticəsində: 

 
İqtisadi cəhətdən güclü olan Yuxarı Misir qalib gəldi
.
 

 
Yuxarı və Aşağı Misir birləşdirildi
.
 

 
Qədim Misirin vahid dövlətdə birləşdirilməsi başa çatdı
.
 

 
Vahid Misir dövləti yarandı
.
 
Qədim Misir dövlətinin ilk paytaxtı Memfis, e.ə. II minillikdə isə Fiv (Fiva) şəhəri olmuşdur. 
 
 
Şaduf 
 
 


 

 
Qədim Misir dövlətinin idarəetmə sistemi və ordu 
Qədim  Misir  dövlətinin  hökmdarı  firon  adlanırdı.  Ölkədə  aparılan  bütün  hərbi,  dini  və  inşaat  tədbirləri  fironun 
adından  həyata  keçirilirdi.  Misirdə  ali  məmur  və  fironun  ən  yaxın  köməkçisi  çati  hesab  olunurdu.  Firon  çati  vəzifəsinə 
adətən, öz övladlarını təyin edirdi. Çatinin səlahiyyətlərinə aşağıdakı məsələlər daxil idi: 

 
Təsərrüfat və məhkəmə orqanlarını  idarə edirdi. 

 
Firon dəfətəxanasına və dövlət xəzinəsinə nəzarət edirdi. 
Bütövlükdə  fironun  əlində  olan  Hərbi  idarənin  başında  hərbi  rəis  dururdu. 
Misirdə ordunun əsasını piyada qoşun təşkil edirdi. Döyüşçülər ox, yay  qısa xəncər 
ilə silahlanırdılar. 
Qədim Misir dövlətində dini idarələrə başçılıq edən kahinlər çox böyük nüfuza 
malik idilərKahinlər: 

 
Fironu müqəddəsləşdirərək ona sitayiş edir, onu yer üzünün tanrısı, 
«
Günəş 
oğlu
» 
adlandırırdılar. 

 
Əhalini fironu yer üzünün yeganə allahı olmasına inandırmağa çalışırdılar. 
 
Misirdə sosial qruplar 
Qədim Misirdə əhali üç sosial qrupa (təbəqəyə) bölünürdü: 

 
I təbəqəyə  varlı əyanlar, kahinlər, varlı icma üzvləri daxil idi. 

 
II təbəqəyə azad icma üzvləri (əkinçilər, maldarlar və sənətkarlar) daxil idi. 

 
III təbəqəyə  istismar olunan təbəqə, əsasən qullar daxil idi. 
Birinci  və  ikinci  təbəqəyə  daxil  olan  adamlar  azad  insanlar  idi.  İcmanın  üzvü 
olan xırda əkinçilər və maldarlar ―kiçiklər” adlanırdı. 
Misirdə  üçüncü  təbəqə  hesab    olunan  qulların    əsas  mənbəyi  müharibələr  idi. 
Müharibə  zamanı  tutulan  əsirlər  kölə  -  qul  halına  salınırdı.  Misirlilər  qulları  «canlı 
ölülər»  adlandırırdılar.  Qulun  sahibi  onu  döyə,  sata  və  hətta  öldürə  bilərdi.    Qədim 
Misirdə qul əməyindən əsasən aşağıdakı sahələrdə istifadə olunurdu: 

 
Dövlət və məbəd təsərrüfatında.
 
 

 
Zadəganların malikanələrində. 
 
Fironların hərbi yürüşləri 
E.ə  II  minilliyin  əvvəllərində  firon  I  Tutmos  hakimiyyətə  gəldiyi  zamandan  başlayaraq  Misir  işğalçılıq 
müharibələrini genişləndirməyə başladı. I Tutmosun  hakimiyyəti dövründə: 

 
Misir işğalçılıq müharibələrini genişləndirdi. 

 
Şərqi Aralıq dənizi ölkələrinə uğurlu hərbi yürüşlər təşkil edildi. 
I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə uğurlu yürüşləri nəticəsində Misirin ərazisi Fərat çayına qədər çatdı. 
I  Tutmosun  nəvəsi  III  Tutmosun  (1504-1450)  hakimiyyəti  dövründə  Misirin  siyasi  hakimiyyəti  altında  olan  Ön 
Asiya ölkələri firona tabe olan canişinlər tərəfindən  idarə edilirdi. 
Firon  II  Ramzes  (1301-1235)  hakimiyyətə  gələn  zaman  Misirin  Ön  Asiyada  nüfuzu  zəifləmiş,  Fələstin,  Finikiya  və 
Suriya Misirin itaətindən çıxmışdı. Lakin II Ramzesin hakimiyyəti dövründə: 

 
Misirin yenidən geniş işğalçı yürüşləri başlandı. 

 
E.ə. XIII əsrin əvvəllərində II Ramzes het tayfalarını məğlub edərək onlarla sülh bağladı. 

 
Fələstin, Finikiya və Suriyanın cənubu yenidən Misirin hakimiyyəti altına düşdü.  
Beləliklə, II Ramzes III Tutmos kimi işğalçı  müharibələr apararaq Fələstini, Finikiyanı  və Suriyanı Misirə tabe etdi. 
Lakin II Ramzesin vəfatından sonra Misirin mövqeyi Ön Asiyada zəiflədi. 
II Ramzes 66 il fironluq etdiyi dövrdə Misirdə aşağıdakı quruculuq işləri həyata keçirdi: 

 
Yeni şəhərlər saldırdı, Misir və Nubiyada böyük sərdabələr, saraylar və məbədlər tikdirdi. 

 
Nubiyadakı məbəddə 24 metrlik heykəli ucaldıldı. 
 
 
 
 
Misir işğalçılıq 
müharibələri apardı
 
 
Şərqi Aralıq dənizi 
ölkələrinə uğurlu 
yürüş edildi 
 
 
 
Fələsti, Finikiya və 
Suriya Misirə tabe 
edildi 
 
I Tutmosla II Ramzesin ümumi cəhətləri
 
 
 
Misirin sərhədləri 
xeyli genişləndi 
 
 
 
Firon
Çati
Hərbi rəis


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə