Anar İsayev Ramil Rəhimov


Əsr, yüzillik və minillik



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 

 
Əsr, yüzillik və minillik 
Gün, ay, il, əsr zaman ölçüləridir. Tarix 1000, 100, 50, 25 illərə bölünür. 100 il = 1 əsrə, 50 il = yarım əsrə, 25 il = 1 
rübə  (qərinəyə)  bərabərdir.  Tarixi  hadisələrin  xronoloji  baxımdan  ardıcıl  düzülüşü  zaman  oxu  və  ya  tarixi  lent  adlanır. 
Zaman oxu ilə bağlı aşağıdakıları bilmək zəruridir: 

 
Verilən hadisələrin hər ikisi eyni eraya aid olduqda bu hadisələri əks etdirən böyük rəqəmdən kiçik rəqəmi çıxmaq 
lazımdır. 

 
Verilən  hadisələrin  biri  bizim  eraya,  digəri  isə  bizim  eradan  əvvələ  aid  olduqda  həmin  hadisələri  əks  etdirən 
rəqəmləri toplamaq lazımdır. 
 
Tarixi təqvimlər 
Qədim  insanlar  həyatlarında  baş  verdiyi  əlamətdar  hadisələri  birinci  il  adlandırırdılar.  Məsələn,  qədim  yunanlar  öz 
tarixlərini  ilk  Olimpiya  oyunlarının  başlanmasından  (e.ə  776-cı  ildən),  romalılar  isə    Roma  şəhərinin  salınmasından  (e.ə 
753-cü ildə) hesablayırdılar. Hazırda dünyada aşağıdakı iki təqvimdən geniş istifadə olunur: 

 
Miladi  təqvimi.    İsa  peyğəmbərin  anadan  olması  bizim  era  (b.e)  və  ya  xristian  erasının  (miladi  təqviminin) 
başlanğıcı hesab olunur. Birinci ildən əvvəl olan dövr isə  bizim eradan əvvəl (b.e.ə) adlanır. Dünya  xalqlarının 
əksəriyyətinin qəbul etdiyi miladi təqvimində il 365 gün, 6 saatdır. Hər 4 ildən bir il 1 gün uzanır. 

 
Hicri  təqvimi.  E.ə  622-ci  ildə    Məhəmməd  peyğəmbərin  Məkkədən  Mədinəyə  köçməsi  hicri  eranın  başlanğıcı 
hesab olunur. Hicri tarixində zaman ölçüsü olaraq Ay ilindən istifadə edilir. Ay ilinin bir ayı 29,5 gündür. Bir ay 
ili  isə  354  gündən  ibarətdir.  Lakin  Ay  ili  günəş  ilindən  fərqli  olaraq  11  gün  qısadır.  Hicri  təqvimindən  əsasən 
İslam ölkələrində istifadə olunur. İranda Günəş hicri təqvimindən istifadə olunur. Bu təqvimdə il 365 gün olur. 
Qədim Misir kahinləri günəş ili hesablamasına əsaslanan təqvim yaratmışdılar. Roma imperatoru  Yuli Sezar isə bu 
təqvimi daha da təkmilləşdirmişdi. 
Miladi təqvimindən Hicri təqviminə keçmək üçün aşağıdakı düsturdan istifadə olunur: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
QƏDİM  DÖVR 
 
        İbtidai icma quruluşu 
 
Ən qədim insan izləri 
Yer üzərində ən qədim insanların izləri Şərqi Afrika   Asiyada aşkar olunmuşdur. Alimlər Daş dövründə  yaşamış 
qədim insan skeletinin qalıqlarına əsasən onun xarici görkəminin necə olduğunu aşağıdakı kimi müəyyən etmişlər: 

 
Qolları çox uzun olub dizlərinə çatırdı. 

 
Yalnız sadə işlər görə bilirdilər. 

 
Ağacların budaqlarından meyvə yığırdılar. 

 
Torpağı ucu iti sivri daş və ağacla qazaraq meyvə kökü və s. toplayırdılar.  

 
İlk zamanlar sürü halında («ulu icma»da) yaşayırdılar. 

 
Sərbəst danışa bilmir, yalnız qırıq-qırıq səslərlə ünsiyyət yaradırdılar. 
Ən qədim insanların ilk əmək alətləri dəyənək, itiuclu ağac  sivri daşlar, ilk məşğuliyyəti isə yığıcılıq  ovçuluq 
olmuşdur. Zaman keçdikcə insanlar daşdan  sümükdən əmək alətləri hazırlamışlar. Əmək aləti düzəltmək üçün daha çox 
vulkanik şüşə (dəvəgözü), çaxmaqdaşı və əhəngdaşını seçirdilər. Çünki bu növ daşlar zərbə nəticəsində asan parçalanır, iti 
yanları olan qəlpələr əmələ gəlirdi
 
 
 
 
Odun əldə edilməsi 
Hələ insanlar odla Qədim Daş dövründən - Alt Paleolitdən tanış idilər. İbtidai insanlar ilk zamanlar təbiətdə şimşək 
çaxması,  meşə  yanğınları,  vulkan  püskürməsi  zamanı  gördülər  ki,  bu  hadisələr  nəticəsində  yaranan  od  onları  soyuqdan, 
yırtıcı  heyvanlardan  qoruyur.  İnsanlar  da  əsasən  bu  hadisələrdən  istifadə  edərək  ocaq  qalayır,  onun  ətrafına  yığılırdılar. 
İnsanlar  artıq  odun  faydasını  bildikləri  üçün  onu  sönməyə  qoymurdular.  Orta  Paleolit dövründə  insanlar  (neandertallar) 
tədricən  çaxmaqdaşını  bir-birinə  vurmaqla  və  ya  quru  ağac  parçalarını  bir-birinə  sürtməklə  süni  yolla  od  əldə  etməyi 
öyrəndilər.  
 
           Qədim insanların təsərrüfat həyatı
 
«Ağıllı insan»lar («Homo sapiens»ləryeni əmək vərdişləri qazanır, əmək alətlərini təkmilləşdirirdilər. Üst Paleolit 
dövründə qohumluğu əsasında qəbilə icması yarandı, anaxaqanlığı (matriarxat) formalaşdı. 
Orta  Daş  dövründə  (Mezolitdə)  ox  və  kamanın  ixtirası  insanların  qidaya  olan  ehtiyacını  təmin  etdi.  Onlar  iri 
heyvanları ovlayır, balalarını isə tutub xüsusi düzəldilmiş küzdə saxlayır, əhliləşdirirdilər. Beləliklə, ovçuluqdan maldarlıq 
yaranmağa  başladı. Toxumun  yerə  düşüb  cücərdiyini  görən  qadınlar  sonralar  özləri  onu  yumşaltdıqları  torpaq  sahələrinə 
səpir və yenidən məhsul alırdılar.  Əvvəllər taxıl əllə toplansa da sonralar insanlar sünbülü biçmək üçün yeni əmək aləti olan 
və əsasən  sümükdən hazırlan oraq yaratdılar. 
Yeni Daş dövründə (Neolitdə) qədim insanlar toxa əkinçiliyi ilə su mənbəyinə yaxın olan münbit torpaqlı sahələrdə  
əkinçiliklə  məşğul  olurdular.  Ən  qədim  əkinçilərin  ilk  məskənləri  daha  əlverişli  şəraitə  malik  olan  Ön  Asiyada  aşkar 
olunmuşdur. Burada arpa  buğda əkilirdi. Bu dövrdə tədricən sənətkarlığın müxtəlif sahələri meydana gəldi. İnsanlar gilin 
odda  bişərək  bərkidiyini  görüb,  ondan  keyfiyyətli  gil  qablar  istehsal  etməyə  başlamışlar. Beləliklə  dulusçuluq  meydana 
gəldi. Həmçinin dəri işləmə sənəti də ibtidai insanların mühüm peşəsi olmuşdur.  
 
 
 
 
 
 
 
 
İti uclu ağac 
 
Dəyənək 
 
Sivri daş 
 
İlk əmək alətləri 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə