Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   120

 
28 
 
 
Qədim Hindistan 
 
Təbiəti, əhalisi və təsərrüfatı 
Hindistan  yarımadası  Asiya  qitəsinin  cənubunda  yerləşir. 
Yarımadanın  şimalında  Himalay  dağları  ucalır.  Hindistan  yarımadası, 
əsasən,  yaylalardan    ibarətdir.  Yayla  ilə  Himalay  dağları  arasında  düzənlik 
yerləşir.  Düzənliyin  qərbində  Hind,  şərqində  Qanq  çayları  axır.  Hindistan 
ərazisi mis  dəmir yataqları ilə zəngindir.  
Hindistanda  e.ə.  III  minilliyə  aid  Mohenco-Daro  və  Harappa 
şəhərlərinin xarabalıqları aşkar olunmuşdur. 
E.ə.  II  minillikdə  köçəri  ari  tayfaları  Hindistana  gələrək  burada 
məskunlaşdılar. Ari tayfalarının Hindistana yürüşü nəticəsində: 

 
Hind xalqı yarandı. 

 
Əhali oturaq həyata keçdi. 
Hindlilər  əkinçiliklə  və  maldarlıqla  məşğul  olurdular.  Onlar    dəmir 
çıxarmağı  və  emal  etməyi  öyrənmişdilər.  Burada  taxıl,  şəkər  qamışı  və 
pambıq  yetişdirilirdi.  Pambıqdan  zərif  parçalar  toxunurdu.  Hindlilər  filləri 
əhliləşdirərək onlardan təsərrüfat işlərində və döyüşlərdə istifadə edirdilər.  
 
 
 
Hindistanda ilk dövlətlərin meydana gəlməsi 
Hindistanda  ilk  dövlətlər  e.ə.  I  minillikdə  meydana  gəlmişdir.  Belə  ki,  e.ə.  I  minillikdə  Hindistanda  əmək 
məhsuldarlığının artması nəticəsində:  

 
Bərabərsizlik yarandı və ilk dövlətlər meydana gəldi. 

 
Adlı-sanlı adamlar quldarlara çevrildilər. 

 
Tayfa başçıları adlanan racələr tədricən padşaha çevrildilər 
Bərabərsizliyin  yaranmasından  sonra  quldarlara  çevrilən  adlı  sanlı  adamlar  azad  icmaçı  kəndliləri  və  qulları 
istismar  etməyə  başladılar.  Qədim  Hindistanda  qulları  «yad»,  «düşmən»  adlandırırdılar.  Artıq  e.ə.  VI-IV  əsrlərdə 
Hindistanın şimal-qərbində bir sıra xırda dövlətlər var idi. 
E.ə.  VI  əsrin  sonlarında  Hindistan  Əhəmənilər  (İran)  imperiyası  tərəfindən  işğal  edildi  və  onun  20-ci 
satraplığına qatıldı. E.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etsə də geri 
çəkildi. İsgəndərin Hindistana yürüşünü davam etdirə bilməməsinin səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
Əhalinin güclü müqavimətinə rast gəlməsi
.
 

 
Əsgərlərinin yorularaq qüvvədən düşməsi
.
 
 
Mauriya sülaləsinin hakimiyyəti (e.ə 317 – e.ə 180) 
 
E.ə.  317-ci  ildə  Hindistanda  Mauriya  sülaləsindən  olan  padşah  Çandraqupta 
Mauriya  dövlətinin  əsasını  (e.ə  317  –  e.ə  180)  qoydu.  E.ə.  III  əsrin  ikinci  yarısında 
padşah Aşokanın hakimiyyəti dövründə: 

 
Bütün Hindistan ilk dəfə vahid dövlətdə birləşdirildi
.
 

 
Vahid Hind dövləti yaradıldı
 
Aşokanın ölümündən sonra Mauriya dövləti tədricən dağıldı. 
E.ə II 
minillikdə baş 
vermiş 
 hadisələr 
 
Ari tayfaları 
Hindistana köç etdi 
 
Türk tayfalarının 
köçü  
başlandı 
 
Çin ərazisində 
 ilk dövlət   
yarandı 
 
 
Fnikiyalılar 
koloniyalar saldılar 
ması 
 
 
Babil padşahlığı  
yarandı 
 
Misirin paytaxtı  Fiv 
şəhərinə köçürüldü 
 
 
 
 
Padşah Aşoka 
 
 
 


 
29 
 
QEYD:
  E.ə  III  əsrdə  Çində  Sin  padşahlığı  ilə  Hindistanda  Mauriya  sülaləsinin  ölkəni  vahid  dövlətdə 
birləşdirməsi və  vahid dövlətin yaradılması Qədim Çin və Hindistan tarixi üçün oxşar cəhət təşkil edir.  
 
Hindistanda kasta quruluşu 
Hindistanda bərabərsizlik onların dinində də öz əksini tapmışdı. Hindistanlılara görə baş tanrı Brahma dünyanın 
və  insanın  yaradıcısı  hesab  olunurdu.  Hind  kahinləri  allah  Brahma  tərəfindən  müəyyən  olunmuş  qaydalar  tərtib 
etmişdilər.  Guya  Brahma  insanları  kastalara  bölmüşdü.  Qəti  müəyyənləşdirilmiş  irsən  keçən  hüquq  və  vəzifələri  olan 
insan qrupu kasta adlanır. Hindistanda insanlar dörd kastaya bölünürdü:
 
1.
 
Brahmanlar.  Bu  kastaya  kahinlər  daxil  idi.  Brahma  onları 
ağzından    yaratmışdı  və  buna  görə  onların  allah  adından 
danışmağa ixtiyarı var idi. 
2.
 
Döyüşçülər. Bu kastanı Brahman öz əllərindən yaratmışdı. 
3.
 
İcmaçı kəndlilər. Bura kəndlilərsənətkarlar və tacirlər daxil 
idi. Bu kasta brahmanın budlarından yaradılmışdı. 
4.
 
Şudralar  (nökərlər).  Bu  kastanı  Brahman  palçıqlı 
ayaqlarından yaratmışdı. 
İnsan ömrü boyu  mənsub olduğu  kastada  qalırdı.  Kastalardan heç 
birinə  daxil  olmayanlara  «toxunulmaz  adamlar»  adlanırdı  ki,  onların 
özlərini və övladlarını doğulduğu gündən murdar sayırdılar. Toxunulmaz 
adamlar natəmiz yerləri təmizləyir, ən çirkli işləri görürdülər. 
 
Din. Buddizm 
Qədim  hindlilərin  dini  etiqadları  və  qanunları  «Veda»  adlı məcmuələrdə  toplanmışdır.  «Veda»  qanunlarına  görə 
qanunları pozanlar ağır cəzalandırılırdı. 
Hindistanda  insanların  kastalara  bölünməsə  qarşı  çıxan    adamlar  var  idi.  Onlardan  biri  Siddahartha  Qautama 
olmuşdur.  Qautamanı  Budda  («Həqiqətlə  işıqlanmış»,  «bilici»),  təlimini  isə  buddizm  adlandırdılar.  adlandırırdılar. 
Beləcə yeni din, budda dini yarandı. Qautama Budda dininin banisi olmuşdur. Buddanın əsas məqsədi insanları yaxşılığa 
çağırmaq idi. Budda deyirdi: “Mənim etiqadım sevgi, yardım və şəfqət yoludurHəyatın əzablarından qurtulmaq üçün 
insanlar  nəfslərini  boğmalı, xeyirxah  işlər  görməli  və  ədalətli  olmalıdırlar”.  Qautamaya  görə  insanların  cəmiyyətdəki 
yeri onların mənşəyi ilə deyil, əməlləri ilə müəyyən olunur. 
 
Qədim Hindistan mədəniyyəti 
Qədim hind xalqının öz əlifbası və yazısı var idi. Onlar finikiya əlifbası ilə tanış idi. 
Qədim  hindlilər  «Mahabharata»    «Ramayana»  dastanlarını  yaratmışdılar.  Bu  dastanlarda  qədim  hindlilərin 
etiqadları  dünyagörüşləri öz əksini tapmışdır. 
Hindistanda elm yaxşı inkişaf etmişdir. Qədim hindlilər elmə aşağıdakı  böyük töhfələri vermişdilər: 

 
Sadə və asan hesab qaydası ixtira etmişdilər. 

 
Sıfır rəqəmi tətbiq etməklə sadə və asan hesab qaydası müəyyən etmişdilər. 

 
On rəqəmi işarəsinin köməyi ilə təklikləri, yüzlükləri və minillikləri ifadə edirdilər. 
QEYD:
 Hindistan rəqəmlərini əvvəlcə ərəblər mənimsəmiş, sonra isə avropalılar öyrənmişdilər. 
Qədim Hindistanda memarlıq  incəsənət inkişaf etmişdir. Padşah Aşokanın dövründə möhtəşəm sütunları olan 
saray  məbədlər inşa olunmuşdur. Daş sütunların yuxarısında heyvan və insan heykəlləri qoyulurdu. Aşoka dövründə 
möhtəşəm sütunların birinin üzərində dörd şir heykəli var idi. Bu təsvir indi Hindistan Respublikasının gerbidir. 
 E.ə.  I  əsrdə  Hindistanda  daşdan  yonulmuş  darvaza  hazırlanmışdı.  Bu  darvazada  bitki  və  heyvanat  aləmi,  hind 
əfsanələrinin qəhrəmanları və s. təsvir edilmişdi.  
Hindistan  şahmat  oyununun  vətəni  hesab  olunur.  Şahmatı  «dörd  növ  qoşun»  adlandırırdılar.  Şahmatın  fiqurları 
ilk vaxtlar sümükdən düzəldilirdi. 
QEYD:
  Azərbaycan  tayfalarının  qədim  hind  tayfaları  ilə  mədəni  və  iqtisadi  əlaqələri  mövcud  olmuşdur.  Bunu 
Azərbaycanın tunc və ilk dəmir dövrü abidələrindən Hindistanın sahil bölgələri üçün səciyyəvi olan bəzək əşyalarının 
tapılması  sübut  edir.  Bu  əlaqələr  vasitəsilə  Azərbaycan  sənətkarları  Şərq  ölkələri  sənətkarlığı  üçün  səciyyəvi  olan  
zərgərlik sənətinin üsullarının mənimsəmişdilər. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə