Anar İsayev Ramil Rəhimov


Patrisilərlə plebeylər arasında mübarizə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   120

 
46 
 
Patrisilərlə plebeylər arasında mübarizə 
Respublika  quruluşu  bərqərar  olduqdan  sonra  da  plebeylər  hüquqsuz  qaldılar.  Belə  ki,  Patrisilər  onlara    icma 
torpaqlarından istifadə etməyə   dövlətin idarə işində iştirak etməyə icazə vermirdilər. Bu səbəbə  görə də qədim Romada 
e.ə V əsrdən - e.ə III əsrədək patrisilərlə plebeylər  arasında iki yüz ildən çox müddətdə mübarizə getmişdi. Plebeylər belə 
olduqda orduda xidmət etməkdən imtina edərək, Romanı tərk edib başqa yerlərdə şəhər salacaqları ilə patrisiləri hədələdilər. 
Patrisilər plebeylərsiz ordunun zəif olacağından ehtiyyat edərək onlara güzəştə getdilər. E.ə V əsrədə plebeylər xalq tribunu 
(öz müdafiəçilərini) seçmək hüququ qazandılar. Xalq tribununu öldürmək Romada ən ağır cinayət sayılırdı. Xalq tribunu: 

 
Romada plebeylərin mənafeyini müdafiə etmək üçün seçilirdi. 

 
Xalqa arxalanaraq onların xeyirlərinə qanunlar qəbul edirdilər. 

 
Konsul və senatın plebeylərə aid hər bir sərəncamına veto qoymaq (ləğv etmək) hüququna malik idi. 

 
Plebey istədiyi zaman tribundan kömək istəyə bilərdi. 
Beləliklə,  iki  yüz  ildən  çox  (e.ə  509-265)  davam  edən  patrisilərlə  plebeylərin  mübarizəsi    nəticəsində  plebeylər  qalib 
gələrək aşağıdakı hüquqları qazandılar: 

 
Romanın tamhüquqlu vətəndaşına çevrildilər. 

 
Xalq tribunu seçmək və konsul vəzifəsini tutmaq hüququ aldılar. 

 
İcma torpaqlarından  torpaq payı almaq hüququ qazandılar.  

 
Patrisilər plebeyləri daha borca görə qul edə bilməzdilər. 

 
Hər bir Roma vətəndaşı istənilən vəzifə tutmaq hüququ qazandı. 
Plebeylərin xalq tribunu seçmək hüququ almasından iki əsr sonra Romanın tamhüquqlu vətəndaşına çevrilərək istənilən 
vəzifə tutmaq hüququ qazanmışdılar.Lakin vəzifəyə görə əməkhaqqı verilmədiyi üçün yoxsullar vəzifə tutmaq istəmirdilər.  
QEYD:
  Torpaq  əldə  etmək  və  bütün  vəzifələrə  seçilmək  hüququ  veriməsi    e.ə  VI  əsrdə  Afinada  demosun,  e.ə  III 
əsrdə  Romada  plebeylərin  vəziyyətində  oxşar  cəhət  təşkil  edirdi.  Lakin  e.ə  V  əsrdə  qədim  Yunanıstanda  yoxsullar  dövlət 
vəzifələrinə  seçilə  bildiyi  halda,  e.ə  III  əsrdə  qədim  Romada  yoxsulların  dövlət  vəzifələrinə  seçilə  bilməməsinin  səbəbi 
burada    vəzifəyə  görə  əməkhaqqı  verilməməsi  idi.  Afinada  aristokratlarla  demosun,  Romada  plebeylərlə  patrisilər  arasında 
mübarizənin nəticəsində də oxşarlıq var idi. Belə ki, hər ikis də borca görə qula çevrilməsi qadağan edildi və dövlət vəzifələri 
tutmaq hüququ əldə edirdilər
 
 
 
 
Qədim Roma respublikasının idarəetmə sistemi 
 
 
 
 
Qall tayfalarının Romaya yürüşü (e.ə 390) 
Respublika dövründə Roma dövləti qall tayfalarının hücumlarına məruz qalmışdı. Qall tayfaları:
 

 
Döyüşkən tayfa olub, İtaliyanın şimalında yaşayırdılar. 

 
Yunanlar tərəfindən kelt adlandırılırdılar. 

 
Papaqlarına xoruz lələkləri bağladıqları üçün romalılar onları «qallar» (xoruz) adlandırırdılar. 

 
E.ə 390-cı ildə Romaya yürüş etmişdilər. 

 
Bu gün işlədilən «Qazlar Romanı xilas etdi» – ifadəsi onların adı ilə bağlıdır. 
E.ə.  390-cı  ildə  İtaliyanın  şimalında  məskunlaşan  döyüşkən  qallar  Roma    şəhərinə  hücum  etdilər.  Qall  tayfalarının 
Romaya  yürüşü nəticəsində    Roma ordusu pərən-pərən salındı,  qallar Roma şəhərinin Kapitoli təpəsi  üzərindəki  qaladan 
başqa hər yeri tutaraq dağıtdı. Romanı tutan qallar 300 kq qızıl almaq şərti ilə şəhəri tərk edəcəklərini bildirdilər. Bu zaman 
Senat (Ağsaqqallar şurası)
 
Xalq yığıncağı  
Konsul 
Tribun 
Maliyyə işlərinə baxır, 
müharibə və sülh 
məsələlərini həll edir, Xalq 
yığıncağında səsə qoymaq 
üçün qərarlar hazırlayırdı 
Hər il patrisilərin sırasından 
Romanı idarə etmək üçün 
konsul və məmurları seçirdi 
Bir il Romanı idarə 
edir, müharibə zamanı 
orduya komandanlıq 
edirdi 
Qanunlar qəbul edir, 
Konsul və senatın 
plebeylərə aid hər bir 
sərəncamına veto qoya 
bilirdi 
 
İcma tarlasından 
torpaq almaq 
hüququ əldə 
etdilər 
 
Borca görə qula 
çevrilməmək 
hüququ əldə 
etdilər 
 
Xalq tribunu 
seçmək hüququ 
əldə etdilər 
 
Konsul vəzifəsini 
tutmaq hüququ 
əldə etdilər 
 
Patrisilərlə mübarizədə plebeylərin əldə etdiyi hüquqlar 
 


 
47 
 
qızıl  tərəzidə  çəkilərkən  qalların  başçısı  öz  ağır  qılıncını  tərəzinin  çəki  daşları  qoyulan  gözünə  atdı.  Romalılar  buna  etiraz 
edərkən qalların başçısı demişdir: “Bu məğlubların bəlasıdır”
 
İtaliyanın Roma tərəfindən işğalı 
Roma  dövləti  yeni  ərazilər  tutmaq  üçün  orduya  xüsusi  fikir  verirdi.  Roma  ordusunun 
hərbi quruluşu legion adlanırdı. Roma legionuna aiddir: 

 
Əsas gücü ağır silahlı piyadalardan ibarət idi. 

 
Nizə və qılıncla silahlanır, zirehli paltar geyinirdilər. 
Süvari qoşun hissələri piyadaları cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər. 
Güclənmiş  romalılar  e.ə  III  əsrdə  Cənubi  İtaliyadakı  yunan  şəhərlərini  tutmaqla 
yarımadanın bütün ərazisinə  sahib oldular. Romalılar onlar tabe  etdikləri tayfaları  «Parçala və 
hökmranlıq  et!»  siyasəti  ilə  idarə  edirdilər. Bütün  İtaliyanı  tutduqdan  sonra  Roma  Siciliya 
adasını ələ keçirməyə can atırdı. 
 
Pun müharibələri (e.ə. 264 – e.ə 146) 
Roma  Siciliya  adasını  ələ  keçirmək  istəyərkən  Şimali  Afrikada  yerləşən  güclü  Karfagen  dövləti  də  işğal  etməyə 
çalışırdı. Karfagen  şəhərinin  əsası  finikiyalılar  tərəfindən  qoyulmuşdu.  Romanın  Siciliyanı  istila  etmək  istəyi  Karfagen 
arasında müharibəyə səbəb oldu. E.ə. 264- e.ə 146-cı illərdə fasilələrlə Roma ilə Karfagen arasında davam edən müharibələr 
baş verdi. Romalılar karfagenliləri punlar adlandırdıqları  üçün bu müharibə Pun müharibələri adını aldı. 
 
Pun müharibələrinin gedişi zamanı: 

 
Siciliya, Sardiniya, Korsika adaları Roma tərəfindən işğal olundu. 

 
Karfagen şəhəri tutularaq dağıdıldı. 

 
Roma senatının qərarı ilə Karfagen Romanın əyaləti elan edildi.  
E.ə.  146-cı  ildə  Yunanıstan  da  Roma  tərəfindən  işğal  olundu.  Şəhərlər  ələ  keçirildikdən  sonra  qalib  sərkərdə  qarət 
üçün onu döyüşçülərin ixtiyarına verirdi. Qənimətin bir hissəsi Roma xəzinəsinə daxil olurdu. Qalib sərkərdə triumfla dörd ağ 
at qoşulmuş arabada Romaya daxil olurdu. işğal olunmuş əraziləri canişinlər idarə edirdilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yunanıstan
 
Karfagen
 
 
 
Misir
 
 
İtaliya 
 
Roma işğalları 
 
Makedoniya
 
 
Korsika
 
Siciliya
 
Sardiniya
 
 
Pun müharibələri zamanı Romalıların əli  keçirdiyi ərazilər 
 
 
 
Roma döyüşçüsü
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə