36
Fermopil döyüşü
I Dara vəfat etdikdən sonra onun oğlu Kserks (e.ə 486-465) atasının Yunanıstanı işğal etmək siyasətini həyata
keçirmək məqsədi ilə
e.ə. 480-ci ildə Orta Yunanıstana hücum etdi. Bu zaman yunan şəhər dövlətləri Kserksin
yürüşünün qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirdilər:
Bütün yunan-şəhər dövlətləri iranlılara qarşı birləşdilər.
Sparta şahı Leonidin başçılığı ilə Fermopil keçidi bağlandı.
Döyüşdən əvvəl Kserks yunanların yanına elçi göndərib təslim olmalarını tələb etdi. İran elçisi:
“bizim ox və
mizraqımız günəşin qabağını tutacaqdır” demiş, spartalıdan:
“Nə olar, kölgədə vuruşarıq” cavabını almışdı. Fermopil
döyüşü
nəticəsində:
Leonid və döyüşçüləri həlak oldu.
İranlılar Orta Yunanıstanı tutdular.
Salamin dəniz vuruşması
Fermopil məğlubiyyətindən sonra Afina ordusunun sərkərdəsi
Femistokl Afinanı müdafiə etməyin mümkün olmadığını görərək
aşağıdakı tədbirləri həyata keçirdi:
Əli silah tutan bütün kişiləri orduya səfərbər etdi.
İranlıları Fermopil keçidində ləngidərək öz donanmalarını
möhkəmləndirdi.
E.ə. 480-cı ildə yunanlarla iranlılar arasında
Salamin dəniz
vuruşması baş verdi. Salamin vuruşması
nəticəsində:
Yunanlar parlaq qələbə qazandılar
.
İranlılar məğlub olaraq Yunanıstanı tərk etdi
.
Salamin döyüşündə İran ordusunun məğlub olmasının səbəbi
yunanların dayaz yerlərə və sualtı qayalara yaxşı
bələd olması, yunanların yüngül və sürətli triyera adlı gəmilərindən fərqli olaraq iranlıların ağır və ləng hərəkət edən
gəmilərə sahib olması idi. Yunanların
triyera adlanan hərbi gəmilərinin sağ və sol tərəfində 3 sıra avar olduğundan
dənizdə asanlıqla və çevik hərəkət edirdi.
Plateya döyüşü. Afina dəniz ittifaqının yaradılması. Yunan-İran müharibələrinin nəticələri
E.ə. 479-cu ildə Plateya şəhəri yaxınlığında döyüşdə yunanlar iranlıları məğlub etdi və onları Yunanıstandan
tamamilə çıxardı. Lakin dəniz döyüşləri 30 ilədək davam etdi. Ona görə də yunan şəhər dövlətləri
Afinanın başçılığı
altında öz aralarında
Afina dəniz ittifaqı yaratdılar. İttifaqın ordusuna və donanmasına
Afina strateqi başçılıq etdiyi
üçün bu ittifaq Afina dəniz ittifaqı adlanırdı. Afina dəniz ittifaqı İran donanmasını məğlub etdi. Beləliklə, Yunan-İran
müharibələri yunanların qələbəsi ilə başa çatdı.
E.ə. 449-cu ildə İranla yunanlar arasında sülh bağlandı. Sülhün şərtlərinə görə:
1.
İran Miletin, Egey dənizi və Kiçik Asiyadakı şəhər dövlətlərin istiqlaliyyətini tanıdı
.
2.
İran hərbi donanmasına Egey dənizində üzmək qadağan olundu
.
Beləliklə, Yunan-İran müharibəsi
nəticəsində:
Yunanlar qələbə qazanaraq böyük qənimət ələ keçirdilər.
Yunanıstan Aralıq dənizi hövzəsində hakim dövlətə çevrildi.
Afinalıları «dəniz sahibləri» adlandırmağa başladılar.
Afinanın 6 kilometrliyində Pirey limanı inşa edildi.
Yunan gəmiləri Aralıq dənizində sərbəst üzməyə başladı.
Yunanlar öz istiqlaliyyətini qorudular.
Yunanıstanda ticarət və sənətkarlıq sürətlə inkişaf etdi.
Marafon döyüşündən
on il
sonra baş
vermişdi
İranlılara Kserks,
yunanlara isə Leonid
başçılığ edirdi
Xəyanət yolu ilə
yunanlar məğlub
oldular
İranlılar Orta
Yunanıstanı
tutdular
Fermopil döyüşü
Salamin dəniz döyüşü