Аллаһын елчиси


RəSULULLAH (S) Və İNSANPəRVəRLİK



Yüklə 1,48 Mb.
səhifə33/40
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#42568
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

RəSULULLAH (S) Və İNSANPəRVəRLİK


İnsanın daxilində iki meyl mövcuddur – fitrətin nura doğru meyli və insan təbiətinin hakimliyə, düşmənçiliyə meyli. İnsana daxildən və xaricdən bu iki meyl yol göstərir. Daxildən ağıl və xaricdən Allah-taala və peyğəmbərlər onu fəzilətə səsləyir. Beləcə, daxildən nəfs və xaricdən ins-cinn şeytanlar onda vəsvəsə yaradır. «Şəms» surəsində buyurulur: «Günah və təqvanı tanıma insanın daxilində qoyulmuşdu.

İnsanlar arasında düşmənçilik toxumu səpən insanın özünəpərəstiş təbiətidir. Əksər təfriqələrin səbəbi həmin bu səbəbdir. Bəşəri ixtilafların iki səbəbi vardır: Birincisi əqidələr, ikincisi hüquqlar arasındakı fərqlərdir. Hər iki yönümdə insanın özünəpərəstişi mühüm rol oynayır. Bu ixtilaflarda hakim peyğəmbərlərdir. Peyğəmbərlər meyllərin tarazlığına müvəffəq olduqları üçün cəmiyyəti qurmaq iqtidarındadırlar. Onlar özünsevər bir cəmiyyətdən insanpərvər cəmiyyət tərbiyə edirlər. Peyğəmbərlər özbaşnalığı cilovlamaqla fitrəti çiçəkləndirdilər. Fitrətin bərəkətindən cəmiyyətdə təravət və səmimiyyət yaranır. İxtilaflar ardan qalxır, hətta müəyyən hallarda ziddiyyətlər yaransa da, peyğəmbərlərin həqiqi hakimliyi ilə ortadan götürülür. Ona görə də peyğəmbərlərin cəmiyyəti fəzilət, sədaqət, əmanətçilik, insanpərvərliyin əks olunduğu bir cəmiyyətdir.

Bu həqiqəti Rəsulullah (s) ən gözəl şəkildə əks etdirdi. Düşmənçilik və qarətçiliklə fəxr edən mədəniyyətsiz, cahil və cəmiyyətdən mütəşəkkil, insanpərvər, səmimi bir ümmət təşkil edildi. İlk ildən alovlanan müharibələr alovu söndürüldü.

Peyğəmbər (s) vəhy göstərişləri əsasında qurduğu mütəşəkkil cəmiyyətin misli bəşər tarixində görünmür. Bu elə bir tarixdir ki, dirsəyədək qana batan düşmənlər əl-ələ verib dost olurlar. Müqavilə bağlanır ki, qardaşcasına dini müdafiə etsinlər.

Peyğəmbər (s) insanları tərkidünyalıq və özünəpərəstişdən həyata və insanpərvərliyə çağırdı. «Hamınız birlikdə Allahın ipindən yapışın, təfriqə yaratmayın» («Ali-imran» 103).

Peyğəmbərin (s) qurduğu cəmiyyət qeyri-müsəlmanlara hörmət qoymaqla yanaşı müsəlmanları birliyə, qardaşlığa çağırırdı. «Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun Allahdan qorxun ki, bəlkə nicat tapasınız («Ali-imran» 200). Mənsəbpərəst bir cəmiyyətdən isarlı, mərhəmətli bir cəmiyyət yarandı. «Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar» («Həşr» 9). Müsəlmanlar bir ailənin üzvü bildirilir və buyurulur ki, «möminlər bir-birləri ilə qardaşdırlar» («Hücərat» 10).

Möminlərin cəmiyyəti bir ruhun hakim olduğu bədən üzvləri kimi tanıtdırılır. Birlik, insanpərvərlik, müsəlmanlara qayğı dini bir vəzifə kimi bəyan olundu.

Peyğəmbər (s) islami ümməti parçalaya biləcək təfriqələr haqqında xəbərdarlıq etdi. Buyurdu ki, hər kəs təfriqə yaradarsa, iman vədəsini yerə salmışdır. («Bəhar» 27).

Rəsulullah (s) bütün mühacirlər və ənsar arasında rəsmi şəkildə qardaşlıq müqaviləsi bərqərar oldu. dini göstərişlərin yardımıyla dini cəmiyyət daxilindəki düşmənçilikləri ortadan qaldırdı. Sözsüz ki, müsəlmanların daxilində olan düşmənçiliyi aradan qaldırmağa hünər lazımdır. «Sən pisliyi yaxşılıqla dəf et. Belə olsa, aranızda düşmənçilik edən şəxsi yaxın bir dost kimi görərsən». («Fussilət» 34).

Həzrətin (s) təşkil etdiyi cəmiyyət sayca az olsa da, elə mükəmməl təşkil olunmuşdur ki, onların arasına heç bir təfriqə yol tapa bilməzdi. Yalnız belə həmdil bir ümmət böyük döyüşlərdən qələbə ilə çıxa bilər, öz ehtiyaclarını ödəyərdi. O dövrün qüdrətləri ilə üzbəüz dayanmaq həmin bu birliyin səmərəsi idi. Məhz həmin həqiqətdən bu günkü islam ümməti qəflətdədir və bu qəflətin acısını daim dadır. Olsun ki, həzrət Peyğəmbərdən (s) nümunə götürməklə birlik və insanpərvərliyimizə qayıda bildik.


RəSULULLAH (S) Və AZADLIQ

AZADLIQ MəFHUMU


Azadlıq kəlməsi hər bir insan üçün gözəl və könüləyatandır. Bu sözü eşitməklə insanın zehnində ümid və sevinc oyanır. Demək olar ki, insanın ictimai həyatında azadlıq ən gözəl sözdür.

Sözlərin bir çoxu bəzən oxşar, bəzən isə əks mənalar verir. Azadlıq da belə sözlərdəndir. Bəzi sözlər bu sözlərə dərindən tanış olmayanlara deyiləndə elə söz mənasında (hədəfi mənada) qəbul olunur. Əslində isə sözün müxtəlif işlənmə mənaları olur. Müxtəlif işləmə mənalarına diqqət etməklə sözün həqiqi mənasını əldə etməklə olar. Bununla belə, azadlıq sözünün mənası hamıya aydındır.


AZADLIQ GERÇəKDə

1-AZADLIQ, YOXSA QUL OLMA


Azadlıq müxtəlif anlamalarda ola bilər. Onun bir mənası fərdi və həyat şəninə uyğun qərarlarda ixtiyar sahibi olmaqdır. Bunun əks mənası qul olmaq, öz talehini təyin etməkdə heç bir hüquqa malik olmamaqdır. Belələrinin əvəzində ağaları qərar çıxarır. Quldarlıq əsrlər boyu cəmiyyəti sıxmış ictimai təzahürlərdəndir. Yalnız vəhy göstərişləri və risalət bərəkti ilə bu mənfi hal aradan qaldırılmışdır. Başqa formalarda istismarla qarşılaşsaq da, hazırda uyğun təzahürə təsadüf olunmur.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə