Аллаһын елчиси



Yüklə 1,48 Mb.
səhifə31/40
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#42568
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

AĞIL NURUNUN SəMəRəSİ


Doğru bir müdiriyyət və rəhbərlik yaratmaq üçün insanın tutumu, ağıl nuru mühüm rol oynayır və xeyli səmərəlidir. Ağıl nuru müxaliflərin və biganələrin haqqa yaxınlaşmasına, fikir oyanışına səbəb olur. Ağıl nuru və müdrik baxış başqalarını dəyərləri qiymətləndirməyə, quruculuğa həvəsləndirir. Rəhbərin ağıl nuru onu səmərəsiz fəaliyyətlərdən çəkindirir, ictimai qüvvələrin təşkilinə səbəb olur. Bu xüsusiyyətlərə görə insanların büdrəmələri bağışlanır. Nəhayət, ağıl nuru təxribatın və qüvvə itkisinin qarşısını alır, qüvvələri mütəşəkkil formada hədəfə doğru yönəldir.

RəSULULLAH (S) MÖHKəMLİK Və QəTİYYəT


Qeyd olundu ki, gözəl əxlaqın ölçüsü ilahi sifətlərdir! «O insan gözəl əxlaq nümunəvi həyata malikdir ki, ilahi sifətlərlə bəzənsin». Peyğəmbər (s) bir nümunəvi insan, ilahi sifətlərin ifadəsi idi. Allah-taala bağışlayan və mərhəmətli olmaqla yanaşı, həm də böyük əzab sahibidir: «Bəndələrimə xəbər ver ki, Mən, həqiqətən bağışlayan rəhm edənəm! Eyni zamanda əzabım da çox şiddətlidir» («Hicr» 49-50).

Peyğəmbər (s) ilahi sifətlərin, «kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətli» ayəsinin ifadəsidir. O, lazım gələndə mərhəmətli bir insan olduğu kimi, bəzən də aşkar qətiyyət göstərirdi. Əgər həzrət (s) əbu Süfyanı bağışlayırdısa, demək, artıq əbu Süfyan qorxulu deyildi. Hansı ki, onun bağışlanması bir çox müşriklərin islama qayıtmasına səbəb oldu. Amma elə ki, qətiyyət göstərilməsi daha səmərəli olur, bu vaxt həzrət (s) tərəddüd etmədən qətiyyət göstərir.

əgər dində qılınc vardırsa, uyuğun şəraitdə işləməlidir. Bu qılınc insan öldürmək üçün deyil. Din qılıncı cərrah bıçağı tək paklana bilməyən və başqalarını da paklanmağa qoymayan çirkinlikləri kəsib atır. «əhd bağladıqdan sonra andlarını pozsalar dininizi yamanlayıb təhqir etsələr, onların başçıları ilə vuruşun» («Tövbə» 12). «Ey Peyğəmbər, kafirlər münafiqlərlə cihad et, onlarla tünd rəftar et» («Təhrim» 9). Bu qətiyyət və tündlük küfr və nifaqa qarşıdır. Rəsulullah (s) zərurət zamanı bu göstərişlərdən istifadə edir və küfr başçıları ilə sərt rəftar edərdi.

Rəsulullah (s) Məkkənin fəthi zamanı Əbdüllah ibni Səd, Əbdüllah ibni Xətl, Fərtəna, Qərəynə, Həvirəs ibni Nəqid, əkrəmə, Həmzənin qatili Vəhşi kimi fitnəkarların qətlin göstəriş verdi. Eyni zamanda ümumi əfv elan olunmuşdu. Tarixə əsasən Bəni-qərizə döyüşündə düşmədən altı və ya yeddi yüzünü şəhər meydanında boynu vuruldu. Hansı ki, Peyğəmbər (s) altı min əsiri birdəfəyə azad etmişdi.

Hicaz yayının şiddətli istisində, eləcə də iqtisadi çətinlik şəraitində Peyğəmbər (s) öz ümmətini rumlularla Təbuk döyüşünə hazırladığı bir vaxtda bir dəstə münafiq müxtəlif bəhanələrlə xalqı döyüşdən çəkindirir. «Deyirlər ki, yayın bu istisində cəbhəyə getməyin. De ki, cəhənnəmin istisi daha yandırıcıdır» («Tövbə» 81). Bir dəstə münafiq bir yəhudinin evində toplanaraq müsəlmanları döyüşdürməkdən çəkindirmək üçün yol axtarırdılar. Həzrət (s) bu qurğudan xəbər tutur. Təlhə ibni Übeydullahı bir dəstə adamla göndərir ki, həmin evi oda çəksinlər.

Döyüşə hazırlıq getdiyi bir vaxtda münafiqlər təfriqə salmaq üçün məscid tikməyə başlayırlar. Məscid tikiləndən sonra onun açılışı üçün Peyğəmbəri dəvət edirlər. Həzrət (s) döyüşə hazırlıq görüdüyü üçün üzürlü olduğunu söyləyir. Təbuq səfərindən sonra yolda ikən Allah-taala Peyğəmbəri agah edir ki, həmin adamların məqsədi məscidi tikmək yox, təfriqə mərkəzi yaratmaqdır. «Müsəlmanlar arasında təfriqə salmaq, Allah Peyğəmbərlə vuruşmaq üçün məscidi seçənlər and içirlər ki, məscidi tikməkdə xoş məqsədimiz var. Allah and içir ki, onlar yalan deyirlər» («Tövbə» 107).

Özünüz fikirləşin, münafiqlər dini mərkəzi hansı məqsədlə tikirdilər və Allah-taala hansı səbəbləri göstərir – küfr, təfriqə mərkəzi və Allaha, Peyğəmbərə qarşı müharibə ocağı. Hətta xalqı aldatmaq üçün açılış mərasiminə həzrəti də dəvət edirdilər. Həqiqətən Peyğəmbər özü onların işini bəyənir. O zaman ki, onların alçaq niyyətindən xəbər tutur, göstəriş verir ki, məscid sökülsün.

Bütün bunlar Peyğəmbərin kafirlər və münafiqlərə qarşı qətiyyətini göstərir. Məscid adı ilə fitnə mərkəzi tikənlərin kökünü kəsir. Peyğəmbərin kafirlərlə belə rəftarı böyük dərsdir. İslami ümmət üçün, xüsusi ilə islami rəhbərlər üçün deyilənlər nümunədir. Bu üsul islam ümmətini birləşdirir yeni rəhbərlik üsulu ortaya çıxardır. Peyğəmbərin (s) bu qətiyyətinin təsiri ilə müsəlman ümmət birləşir və tam qüdrətlə dünya kafirləri ilə üz-üzə gəlir. Həzrət bir çox rəhbərlərə məktub göndərərək onları həqiqətin qəbuluna çağırır. Hətta o dövrün zorluları olan Rum və İran imperatorlarına yazır ki, ya haqqı qəbul edib islama gəlin, ya da sizinlə vuruşacağıq. Bu nümunələrdən aydın görünür ki, islam rəhmət dini olsada, heç vaxt fəsada qarşı yumşaqlıq göstərmir. İmkan verilir ki, münafiqlər müsəlmanlara hakim olub, onların azadlığını hədələsinlər.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə