Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
21
Valideynlərim onun samanlığında donmuş, bit basmış,
ac vəziyyətdə, dustaq kimi tam bir il keçirmişdi. Bir dəfə atam
evə yaxınlaşan almanları görür – onlar evi axtarmağa gəlirdilər.
Azca fikirləşdikdən sonra o, pəncərədən tullanmağı qərara alır.
O istəyirdi ki, anam da onunla bərabər tullansın. Lakin anam
imtina edir. “Yaşamağın ya ölməyin mənim üçün fərqi yox idi,
- anam mənə deyir. – O dövrdə bu əhəmiyyətli deyildi. Amma
sənin atan yaşamağı çox istəyirdi... Bizi xilas edən də bu oldu”.
Həmin vaxt almanlar evi axtarmayıb, getmişdilər.
Bronya xala ilə valideynlərim orada tanış olublar. O,
görünür, nisbətən varlı kəndlinin evində xidmətçi işləyirmiş,
lakin bir dəfə o, hər şeyi açıb danışmışdı – demə o da, yəhudi
imiş. O, çox uzaqdan gəlmişdi, kənddə heç kim onu tanımırdı,
xarici görkəmcə enlisifət, kök olduğundan polyaka daha çox
oxşayırdı.
O vaxtdan həmişə valideynlərimə bir parça çörək, sup
gətirərmiş. Ukraynalı axıra qədər bilmədi ki, evində daha bir
yəhudi qadın gizlədib.
Müharibədən sonra valideynlərimin də, Bronya
xalanın da heç kimi qalmamışdı. Onlar bir-birindən möhkəm
yapışdılar. Lvovda bir neçə ay yaşadıqdan sonra, birlikdə
Krakova gəldilər. Onların hamısı eyni hissi keçirirdi – daha bir
ürəyə damma! – Rusiyadansa Polşa yaxşıdır.
Budur Bronya xala bizimlə yaşayır (onun ardınca
başqa qadınlar da bizə gələcək, lakin onların hamısı sadəcə
xidmətçi olacaqlar) və darısqal mətbəximizdəki ensiz çarpayıda
yatır. Valideynlərimi müharibəyə qədərki keçmişlə bağlayan
yeganə bağ odur. Bəli, onun qohum olduğunu demək olar, lakin
mənim anam varlı tacir nəslindəndir – “yaxşı ailədəndir”;
Bronya xala isə - kəndlidir; kasıb yəhudidir. Anam çoxlu kitab
oxuyur, bəzən mən “ikinci otaqda” özümü yuxululuğa vurub,
valideynlərim və onların dostlarının hansısa kitabı yaxud filmi
müzakirə etdiklərini eşidirəm. Bronya xalanın bu söhbətlər
zamanı nə etdiyini bilmirəm, - yəqin ki, məndən fərqli olaraq,
mətbəxə keçib doğrudan da yatır. Bronya kitab oxumur və
kinoya getmir. Anam dəbə uyğun geyinməyə çalışır, bəzən hətta
– bu əsil hadisəyə çevrilir! – nə cürsə evimizdə amerikan
jurnalları olur. Biz parlaq səhifələrə diqqətlə baxırıq, dəb
şəkillərini reklamdan fərqləndirə bilmirik, yaxalıqların,
qatlamaların, reqlanların bütün detallarını öyrənirik, sonra
seçdiyimiz fasonları dərzimizə göstəririk – o da var gücüylə
çalışır ki, belə tiksin.
Bronya xala kosmetikadan istifadə etmir, güllü çitdən
tikilmiş bütün donları əynində torba kimi sallanır; neylon
corablar da geymir. Bronya əlinə qəzet götürmür, nitqi isə
nidalardan ibarətdir. “O, bir az primitivdir, - anam pıçıldayır. –
O qədər mövhumatçıdır ki, menstruasiya vaxtı yuyunmur da.
Lakin anam hamilə olanda, Bronya xala kartlarla fala baxır ki,
görəsən, dünyaya gələn uşaq oğlan yoxsa qız olacaq, anamsa
onun qərarını həyəcanla gözləyir. Mən ona tamamilə inanıram,
onun dediklərinin düz çıxıb-çıxmamasını indi xatırlamasam da. 
Ümumiyyətlə, Bronya xalaya çox inanıram: onun
gəlinciklərimə tikdiyi donlar, səhərlər südlü qəhvəyə batırılmış
çörəklə məni yedizdirməsi çox xoşuma gəlir. Lakin bilirəm ki,
ona, anama olduğu kimi qulaq asmaq lazım deyil, mən onun
üçün ali məxluqam və indidən o mənə hörmətlə yanaşır.
“Pişiyim mənim, qızıl şahzadəm mənim”, o deyir və mən
özümü xüsusi seçilmiş kimi hiss edirəm; mən incə, təmənnasız
məhəbbətlə əhatə olunmuşam, sanki bu məhəbbət mənim
özümdən yaranıb. 
Yeddi yaşım olanda Bronya xala xoşum gəlməyən
insana ərə gedir və Breslauya köçür.
Bronya xala bizə olan sədaqətini Atlantikin ucsuz-
bucaqsız uzaqlığından belə qoruyub saxladı. Kanadada olanda
ondan orfoqrafik səhvlərlə dolu məktublar alırıq. Bu
məktublarda o “əziz Eva”sı haqqında soruşur, lakin mən ona
cavab vermirəm. Bilirəm ki, ona yeni həyatım barədə danışa
bilməyəcəyəm və bundan başqa o, - kəskin nostalgiya hissi
doğuran çoxlu bağlılıqlarımdan biridir və mən onu vicdan əzabı
kimi boğmağa, barmağa batmış tikan kimi çıxarıb atmağa
çalışıram.
Atam demək olar ki, müharibə haqqında danışmır,
onun üçün susmaq – ləyaqətdir. Zaman keçdikcə çox şeylər
haqqında danışmaq onun üçün çətinləşir və yalnız hadisələr
birdəfəlik olaraq keçmişdə qaldıqda o, həmin illərin
əhvalatlarından bir neçəsini danışır – indi bu hadisələr o qədər
uzaqdadır ki, Ceyms Bondun macəraları kimi uydurulmuş təsir
bağışlayır. Keçib-gedən reallığı necə tutmaq, valideynlərimin
başına əslində hansı hadisələrin gəldiyini necə anlamaq olar?
Mən müharibə nəslindənəm, onda mənim köklərim var. Lakin
buna baxmayaraq, öz mənsəbimi anlamaq mənim üçün çətindir.
Bəlkə də biz, hardan gəldiyimizi heç zaman bilməyəcəyik,
hansısa mənada hər şeyi sıfırdan başlamışıq.
Valideynlərim meşə talasında gizlənməmişdən qabaq,
atam faşistlərin əlindən zorla qurtulmuşdu. Şəhərdə yəhudilərin
tuthatutu başlamışdı və Vıdra qardaşlarını – onlar üç nəfər idi
– hər yerdə axtarırdılar. Çünki onlar çoxdan idi ki, gestapo ilə
siçan-pişik oynayırdı. Və bir dəfə yaxınlıqdakı konslagerə
gedən yəhudilərlə dolu yük maşını atamın yanından keçəndə,
həbs olunanlardan kimsə özünü saxlaya bilməyib axmaqcasına
qışqırdı: “Vıdraya bax!” Yük maşınını müşaiyət edən alman,
maşını saxlatdırıb, atama içəri keçməyi əmr etdi. O yük
maşınındakı sərnişinlərdən heç kim sağ qayıtmadı. Atamdan
başqa. Almanlar əsirləri bir gecəliyə hansısa evə yerləşdirmək
üçün yük maşınını saxlayanda, atam açıq qalmış bir qapıdan
keçib evin o biri tərəfindən çıxaraq meşəyə tərəf qaçıb. Tezliklə
arxadan itlərin səsi eşidildi, lakin atam var gücü ilə qaçıb itləri
azdıra bilmişdi. Yer tanış olmadığından sübhə qədər qarla
qaçmış və meşənin o biri kənarına çatanda bir kəndlinin ona
tərəf gəldiyini görmüşdü. Atam bilmirdi ki, bu onun xilası
yoxsa həlakı olacaq, amma onsuz da daha yeriyə bilmirdi.
Kəndli yaxşı insan idi, o, atamı həmin yük maşınının getdiyi
konslagerin qonşuluğunda yerləşən evinə aparmışdı. Sonra
anama ərinin olduğu yeri xəbər vermişdilər, o isə arabayla
atamın dalınca gəlmişdi. Anam deyirdi ki, bundan sonra atam
sətəlcəm olub yatağa düşmüşdü.
Valideynlərim özlərinin düzəltdikləri bunkerdə
gizlənəndə atam hər gecə yemək əldə etmək üçün çölə çıxırdı.
Bəzən o, kənd kilsəsinə qədər gedir, keşişdən azca çörək alırdı.
Amma bir dəfə geri qayıdanda onu gənc ukraynalılar tutmuşdu
– dörd-beş sərxoş kişi idilər. Onlar atamı gestapoya təhvil
verəcəkləri ilə hədələyib qolundan yapışaraq apardılar. Lakin
atam körpüdə - axı o, “öküz kimi güclü” idi – onları hirslə elə
itələdi ki, körpünün sürahisinə tərəf uçdular. (Bunu danışanda


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə