Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
23
ol, hətta onların ən savadlısı içgüdüləri ilə hərəkət edər, hətta ən
yaxşıları səni satar. Lakin mən onu dinləmirəm. Hiss edirəm ki,
öz ləyaqətimi saxlamalıyam: mən şübhəli, qaraqabaq olmağı
arzulamıram, hətta məyus olmağım qaçılmaz olsa belə,
onlardan pis hərəkət gözləmirəm. Elə bu qaçılmazlığa da
inanmıram. Təsəvvür edə bilmirəm ki, həmişə şən-şən
oynadığım dostlarım mənə təhlükəli yad adam kimi baxırlar.
Krakov, mənim gündəlik həyatımın şəhəri, sirlərlə
yox, gizlinlərlə doludur. Sirlərə yaxınlaşdıqca onlar daha da
dumana bürünür, gizlinlərə isə işıq düşən kimi aydınlaşır.
Mənim üçün Krakov – işıq və kölgənin oyunudur, kölgə isə
günəşin və küləyin yaratdığı işıq ləkələrinin parlaqlığını yalnız
artırır. Mənə sevinc bəxş edəcək xoşbəxtlik anlarını əvvəlcədən
hiss edə-edə küçələrdə fikirli-fikirli dolaşıram. Məni musiqi
dərsinə gətirən küçə həmişə olduğu kimi bomboşdur, qəribə
şəkildə adamsızdır. Sanki burda heç kim yaşamır; burda zaman
sükut içində dayanıb, gündəlik vurnuxmadan əsər-əlamət
yoxdur; amma birdən, külək buludları dağıdır və küçəyə istilik
çökür...
Dostlarımla oynadığım parkda cığırlar burularaq geniş
xiyabanla birləşir, gölün yaxınlığında isə ağlayan söyüd –
bundan gözəl mənzərə görməmişəm: onun kədəri gözəlliyin
sinonimidir. Biz bu ağacın yanında oynayır, ipin üstündən
tullanır, qumluqda gəzişirik...
Qışda küçələr qarla örtülür, buz bağlayır və mən
balacayam deyə, anam məni məktəbə xizəklə aparır. Sonralar
mən də, üst-üstdən paltar geyinmiş, hansısa heyvanı xatırladan
bacımı xizəkdə məktəbə aparırdım. İkimiz də böyüdükdən
sonra xizəyi götürüb, evimizin yanındakı təpəciyə qalxırdıq.
Bura uşaqlarla dolu olardı, onlar yuxarıya dırmaşır, sonrasa
aşağıya sürüşürdülər; evə yalnız alatoranlıqda, əldən düşmüş
halda qayıdırdıq.
Şəhər əhvalatlarla doludur, mən bunları hiss etməsəm
də. Mənə şəhərin qədimliyi, çoxlu sayda mərmər stollu
mağaraya oxşar kafelərin olması, orta əsr kilsələrinin şpilləri,
barokko üslubundakı alçaq arkadlar təbii görünür. Qədimlik
rahatlıq hissi doğurur; Krakov həmişə olub, o əbədidir və
demək olar ki, dəyişmir. Burda həyatın təbəqələri bir-birinin
üstündə dayanıb. Baş meydan sanki, maqnit sahəsi kimi,
şəhərin başqa hissələrini öz ətrafında saxlayır. O, bu qüvvə
xətləri səbəbindən ağır görünür; qədimdə onun mərkəzində
Mahudxana adlanan Renessans dövrünün uzun binası var: onun
daxilindəki daşla döşənmiş səs-küylü həyət bir neçə əsr ticarət
meydanı kimi fəaliyyət göstərib, indi isə buradakı qalereyalarda
xanımlar üçün şlyapa və əldə düzəldilmiş müxtəlif əşyalar
satılır. Lakin mənim sevimli yerim – Mahudxananın
qarşısındakı, çay daşı ilə döşənmiş nəhəng meydandır; o,
Renessans üslubunda diaqonal xətlər boyunca genişlənir.
Adətən burda musiqiçilər olur, onlar akkordeonlar və
skripkalarda hansısa sentimental melodiyalar ifa edirlər; və bir
də bura həmişə göyərçinlər uçub gəlir – yüzlərlə göyərçin çörək
qırıntılarından ötrü meydana qonur; adamların çoxu bura
göyərçinləri yemləməyə ya da sadəcə skamyada əyləşmək üçün
gəlir. Bura şəhərin ürəyidir: əlvan rəngli binalar, kitab dükanı;
taxta panellərlə üzlənmiş, dərman iyi verən aptek, çoxlu kafelər;
çoxəsrlik sirlərini qoruyub saxlamış dar küçələr.
Atam adətən “Varşavyak” kafesinə gedir və mən də
bəzən onunla gedib dostlarımın canlı söhbətlərinə qulaq asıram.
Onlar adətən gün ərzində bura toplaşan kişilərdir. Nə vaxt
girsən bura, kiməsə rast gələcəksən. Bir fincan tünd və qara
qəhvə, tələsmədən söhbət – xoşbəxtlik üçün daha nə lazımdır?
Anam məni başqa, daha qədim kafelərə aparır, biz burda gözəl
və hündür qədəhlərdə dadlı dondurma yeyirik. Hərdən biz evə
taksidə gəlirik, anam xahiş edir ki, atama bu bədxərclik
haqqında heç nə deməyim.
Plantlar – xoşbəxtliyin daha bir mənbəyidir. Bir dəfə
mən orda qeyri-adi, sehrli bir şey yaşayıram... Günəşli gündür,
günortadır. Mən sevimli işimlə məşğulam – şabalıd yığıram.
Nəhəng xol-budaqlı ağacın altında tək-tənha oynayıram. Anam
yaxınlıqdakı skamyada oturub, bacımın yatdığı uşaq arabasını
yelləyir. Uzaqlarda şəhərin səs-küyü eşidilir. Günəş indicə zeniti
aşıb və mən onun şüaları altında qızınıram. Yerdəm qırmızımtıl-
qəhvəyi şabalıdı götürürəm və birdən onun nazik, isti qabığının
altından sanki ürəyinin döyüntüsünü eşidirəm. Lakin bu
döyünmə yalnız şabalıdın içində deyil – o, hər yerdədir;
ətrafdakı hər şey döyünür və bərq vurur, sanki həyatın özünün
ürəyi döyünür. Mən ağacın altında dayanıb, əlimdə həyatı
tutmuşam, mən – şəffaf, nəfəs alan harmoniyanın
mərkəzindəyəm. Bu dəqiqələrdə nəyi bilmək lazımdırsa,
hamısını bilirəm. Mən təsadüfən dünyanın mərkəzinə
düşmüşəm, və bu bilinc məndən uzaqlaşmayana qədər tamlıq
və mükəmməllik hissi altında donub qalmışam.
Siyasi həyatın bütün formalarına inamsızlıq əlbəttə ki,
başa düşüləndir, buna söz ola bilməz. Siyasət də, din kimi, oyun
hesab edilir, heç kim, hər halda bizim tanışlarımızdan heç kim
ona inanmır. Hər cür hakimiyyəti, istənilən avtoriteti şübhə
altına almaq üçün polyaklara ifşaedici fəlsəfələrə əl atmaq lazım
deyil. Sistemi dolamaq – sevimli, milli məşğuliyyətdir, demək
olar ki, hər bir küçə söhbəti hökumətin əleyhinə yönəlib.
Mənim valideynlərim, hətta belə arxaik ölkədə, ən qızğın
anarxistlər arasındadır; atam müharibə dövründə başqa
yəhudilərlə birlikdə özünü qeydiyyata aldırmadı və əlbəttə ki,
indi də partiyaya üzv olmaq istəmir və beşillik, “yeni insan”
haqqında axmaq şüarlara aldanmır. May bayramlarında hamı
təntənəli paradlarda iştirak etməyə borcludur, burda tanklar və
əsgərlər, polyak kəndlisinin gücünün simvolu olan buğda
dərzləri və milli geyimlərlə yanaşıdır, lakin atam mərasimi
birinci tərk edənlər arasındadır. Şərtləşdiyimiz yerdə o, sırayla
gəlib bizi tapır. Biz tamaşaçıların arasından keçərək, paradı tərk
edir və Plantlara gəzməyə yollanırıq.
Mənim valideynlərim o qədər tənhadırlar, həyatdan elə
soyuyublar ki, onlarda müxalif ideologiya yaratmaq arzusu
yaxud bizə dost olan polyakların bir neçə araq qədəhindən sonra
“əsil Polşa” haqqında ağlamsınaraq etdikləri vətənpərvər-
nostalgik söhbətlərə qoşulmaq həvəsi yoxdur. Bir qayda olaraq
yəhudilərin qəbul edilmədikləri gizli müqavimət yaxud
müharibədən sonra millətçilərlə kommunistlər arasında gedən
qızğın mübarizə barədə valideynlərim heç xatırlamaq da
istəmirlər. Onların bu siyasi xəritədə heç bir əhəmiyyəti yoxdur,
onlar heç kimə lazım deyillər. “Siyasət – iyrənc işdir”, - anam
həmişə belə deyir. Siyasət onları həmişə əzməyə çalışıb, və bu
Polşa – onların Polşası deyil. Valideynlərim bütün bunları, o
cümlədən yəhudilik haqqındakı xəstə sualı da tez bir vaxtda
mənə aşılamaq istəmir, lakin xəbərdarlıq edirlər ki, məktəbdə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə