Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə227/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   220   221   222   223   224   225   226   227   228

 

 

850 



 

 

1887.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bir  zaman) 



İsrail  oğullarından  bir  dəstə  yox  olmuşdur.  Onların  başlarına  nələr  gəldiyini 

heç  kəs  bilmir.  Mən  isə  onların  siçana  döndüyünü  güman  edirəm.  Belə  ki, 

siçana  dəvə  südü  verilsə,  içməz,  qoyun  südünü  isə  içər

153


”.  (Əbu  Hureyra): 

“Mən bu hədisi Kəbə danışdıqda o (məndən) soruşdu: “Sən Peyğəmbərin  bu 

əhvalatı  danışdığını  eşitmisənmi?”  Mən:  “Bəli!”  dedim.  O,  bu  sualı  dəfələrlə 

təkrar  etdikdə  mən  dedim:  “Məgər  mən  Tövrat  oxuyuram?!

154

”  (Buxari  3305, 



Muslim 7688, 2997/61) 

 

 

 

Mömin Bir Yuvadan İki Dəfə Sancılmaz 

 

 



 

1888.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mömin  bir 

yuvadan iki dəfə sancılmaz

155


”. (Buxari 6133, Muslim 7690, 2998/63) 

 

 

 

Tərif Etməkdə Həddi Aşmaq Və Tərif Edilən Kimsə Barədə 

Fitnəyə Məruz Qalacaqsa Tərif Etməyin Qadağan Olması 

 

 



 

                                                

153

 Vaxtı  ilə  İsrailin  özünə  dəvə  ətini  və  südünü  haram  buyurması  Peyğəmbərimizi    belə  deməyə  vadar 



etmişdir. 

154


 Əbu  Hureyra    bununla  demək  istəmişdir  ki,  o,  rəvayət  etdiyi  hədisi  Tövratdan  yox,  məhz 

Peyğəmbərdən  öyrənmişdir. 

155

 Yəni, bir işdə başına müsibət gələrsə, ikinci dəfə o işi görməz. 




 

 

851 



1889.  Əbu  Bəkrə    demişdir:  “(Bir  dəfə)  bir  nəfər  Peyğəmbərin    yanında 

başqa  birisini  tərifləməyə  başladı.  Bu  vaxt  (Peyğəmbər  )  dedi:  “Vay  sənin 

halına!  Sən  qardaşının  boynunu  qırdın!  Sən  qardaşının  boynunu  qırdın!”  O 

bunu  dəfələrlə  təkrar  etdikdən  sonra  buyurdu:  “Sizdən  biriniz  öz  qardaşını 

tərifləməyi  lazım  bilsə,  qoy  desin:  “Filankəsi  (filan  cür  adam)  hesab  edirəm. 

Onun  (həqiqətdə)  nə  cür  insan  olduğunu  isə  ancaq  Allah  bilir.  Mən  Allaha 

rəğmən heç kəsi təmizə çıxartmıram. Mən onu filan cür adam hesab edirəm.” 

Əlbəttə,  əgər  onun  bu  cür  insan  olduğunu  bilirsə  (belə  desin).”  (Buxari  2662, 

Muslim 7693, 3000/65) 

 

 



 

1890.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    bir  kimsə  başqasını  tərif 

etdikdə  həddini  aşdığını gördükdə:  “Onu həlak etdiniz  və  ya  belini qırdınız” 

deyə buyurdu. (Buxari 2663, 6060, Muslim 7696, 3001/67)  

 

 

 

Böyüyə Vermək Barədə 

 

 

 



1891. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Yuxuda gördüm ki, 

misvakla dişlərimi təmizləyirəm. (Elə bu vaxt) mənim yanıma birisi digərindən 

yaşlı olan iki nəfər gəldi. Mən misvakı onlardan kiçik olanına uzatdım. Mənə: 

“Böyüyə ver” deyildi. Mən də onu  daha böyük olanına verdim.” (Buxari 246, 

Muslim 7700, 3003/70) 

 

 

 

Hədisin Sabit Olduğunu Araşdırmaq Və Elmi Yazmağın 

Hökmü 

 

 



 


 

 

852 



1892.  Aişə    demişdir:  “Peyğəmbər    elə  bir  tərzdə  danışardı  ki,  onun 

sözlərini saymaq  istəyən  adam onu  saya  bilərdi.”  (Buxari  3567,  Muslim  7701, 

2493/71) 

 

 

 

Hicrət Hədisi 

 

 



 

1893.  Bəra  İbn  Azib    deyir  ki,  Əbu  Bəkr    atam  evdə  olduğu  vaxt  yanına 

gəldi və ondan bir minik dəvəsi aldı. Əbu Bəkr, atam Azibə  dedi: “Mənimlə 

bərabər  oğlunu  da  göndər  evə  qədər  ötürsün.  Mən  də  heyvanı  sürərək  çölə 

çıxdım.  Atam  dəvənin  pulunu  alırdı.  Bu  vaxt  Əbu  Bəkrə:  “Ey  Əbu  Bəkr! 

Peyğəmbər    ilə  bərabər  getdiyiniz  zaman  nələr  baş  verdi?  Onu  bizə  danış” 

dedi. Əbu Bəkr: “Bəli, bütün gecəni yol getdik. Nəhayət günəş zenitdə idi. Yol 

təmamilə boşalmışdı. Oradan heç kimsə keçmirdi. Gözümüzə uzun kölgəli bir 

qaya görsəndi. Onun üzərinə günəş düşməmişdi. Qayanın yanında endik. Mən 

qayanın  kölgəsində  Peyğəmbərin    dincəlməsi  üçün  yerə  bir  şeylər  salaraq 

əlimlə bir yer hazırladım. Sən yat Ya Rəsulullah! Mən də ətrafa nəzər salım ki, 

düşmən olmasın. Peyğəmbər   yatdı. Mən də ətrafı araşdırmaq üçün çıxdım. 

Qoyunlarını qayaya tərəf gətirən bir çobanı gördüm. O, da bizim kimi qayanın 

kölgəsində  faydalanmaq  istəyirdi.  Mən:  “Sən  kimi  çobanısan”  dedim.  O: 

“Məkkə  əhalisindən  və  ya  Məkkəli  birinin”  dedi.  Mən:  “Sənin  qoyunlarında 

süd varmı?” dedim. O: “Bəli, sağaram” dedi və bir qoyun tutaraq (sağdı). Mən: 




 

 

853 



“Məməsini  torpaqdan,  otdan  təmi  və  pislikdən  təmizlə”  dedim.  Ravi:  “Mən 

Bəranı  əlini  digərinə  vuraraq  işarə  etdiyini  gördüm.  Çoban  çox  az  bir  süd 

sağdı.  Peyğəmbər    üçün  apardım.  Peyğəmbərin    isə  su  içdiyi,  dəstəmaz 

aldığı  bir  qabı  vardı.  Onun  yanına  gəldim.  Yuxudan  oyatmamaq  üçün 

oyanana qədər gözlədim. Südün üstünə bir az su da tökdüm, hətta qabın aşağı 

hissəsi soyudu.  Peyğəmbər   oyandıqda ona: “İç”  dedim.  Peyğəmbər   içdi, 

mən  də  bundan  xoş  oldum.  Peyğəmbər:  “hərəkət  etmək  vaxtı  gəldi”  deyə 

buyurdu.  Mən:  “bəli”  dedim.  Günəş  batmağa  meyl  etdikdə  hərəkət  etməyə 

başladıq. Arxamızca Suraka İbn Məlik düşmüşdü. Mən: “Bizə yaxınlaşır” dedi. 

Peyğəmbər: “Lə Təhzən İnnəallahə Məanə  - Üzülmə, Allah bizimlədir və onu 

əleyhinə  dua  etdi”.  Bundan  sonra  Surakanın  atı  qarnına  kimi  torpağa  batdı. 

Zənn edirəm biz bu vaxt düz və sərt bir ərazidə idik. Suraka: “Mən bilirəm ki, 

siz mənim əleyhimə bəd dua etmisiniz. İndi isə xeyir dua edin. And olsun ki, 

mən sizin ardınızca düşməyəcəyəm və hər kəsi sizdən geri döndərəcəyəm. Bu 

sözdən sonra Peyğəmbər  ona xeyir dua etdi. O da qurtuldu. Geri döndükdə 

qovuşduğu  hər  bir  kəsi  geri  çevirdi.  Suraka  bizə  bu  cür  köməklik  göstərdi”. 

(Buxari 3615, Muslim 7706, 3015/5) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə