Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə220/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   216   217   218   219   220   221   222   223   ...   228

 

 

822 



 

1817.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mən Amr  İbn 

Amir  İbn  Luhey  əl-Xuzaini  Cəhənnəm  odunda  bağırsaqlarını  (yerlə) 

sürüyərkən gördüm. (Çünki) saibələri

151

 ilk dəfə o sərbəst buraxmışdır.” (Buxari 



3521, Muslim 7371, 2856/50) 

 

 

 

Dünyanın Sonu Və Qiyamət Günü Həşr Olmağın Bəyanı 

 

 



 

1818. Aişə  demişdir: “(Bir dəfə) Peyğəmbər  buyurdu: “(Qiyamət günü) 

siz ayaqyalın, lütüryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız.” 

Mən  soruşdum:  “Ya  Rəsulullah,  kişilər  və  qadınlar  bir-birilərinə  baxacaqlar-

mı?”.  (Peyğəmbər):  “(Onların)  işi  elə çətin olacaq  ki,  bu onları heç  maraqlan-

dırmayacaq.” (Buxari 6527, Muslim 7377, 2859/56) 

 

 

 



1819. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  bizim içimizdə ayağa qalxaraq 

xütbə verdi və buyurdu: “Sizlər lütüryan və sünnət olunmamış halda məhşərə 

toplanacaqsınız”.  “O  gün  göyü  yazılı  səhifələrin  büküldüyü  kimi  bükəcəyik. 

Məxluqatı  ilk  dəfə  yaratdığımız  kimi  yenə  əvvəlki  halına  qaytaracağıq.  Biz 

vəd  vermişik.  Sözsüz  ki,  Biz  onu  yerinə  yetirəcəyik”.  (əl-Ənbiya  104). 

Məxluqlar içərisində Qiyamət günü ilk geyindirilən İbrahimdir. Ümmətimdən 

bir  dəstə  adamlar  gətiriləcəkdir  və  onlar  saxlanılaraq  (atəş)  tərəfə 

aparılacaqlar.  Mən:  “Ya  Rəbbim!  Onlar  mənim  səhabələrimdir!”  deyəcəm. 

Allah:  “Sən  onların  səndən  sonra  dində  nə  bidətlər  çıxardıqlarını  bilmirsən” 

deyə buyurar. Mən Saleh qulun söylədiyi kimi: “Mən onlara ancaq Sənin mənə 



əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz  olan Allaha ibadət edin!" 

                                                

151

 Ardıcıl  olaraq  on  dişi  dəvə  balalayan  və  buna  görə  ərəb  bütpərəstləri  tərəfindən  sitayiş  edilən  dişi 



dəvədir. Bütpərəstlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də 

ancaq qonağa verərdilər. Bu batil əqidənin əsasını isə Amr ibn Luhey əl-Xuzai qoymuşdur. 




 

 

823 



demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni 

onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən 

hər şeyə Şahidsən, Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. 

Əgər  onları  bağışlasan,  şübhəsiz  ki,  Sən  Qüdrətlisən,  Müdriksən”.  (Məryəm 

117,  118).  Mənə:  “Bunlar  geri  dönərək  mürtəd  olmaqda  davam  edənlərdir” 

deyilər. (Buxari 6526, Muslim 7380, 2861/58) 

 

 

 



1820. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət günü 

insanlar üç zümrəyə (bölünüb) məhşərə toplanılacaqlar: (birinci zümrə Allahın 

rəhmətinə)  ümid  bəsləyib  (əzabından)  qorxan  kimsələr olacaq;  (ikinci  zümrə) 

iki-iki, üç-üç, dörd-dörd, on-on dəvələrə minib (həşr) olunacaqlar. Qalanlarını 

isə  od  məhşərə  toplayacaq.  Onlar  dincəldikdə  də,  gecələdikdə  də,  səhərə 

çıxdıqda  da,  axşama  çıxdıqda  da  od  onların  bərabərində  olacaqdır.”  (Buxari 

6522, Muslim 7381, 2861/59) 

 

 

 

Qiyamət Gününün Vəsfi, Onun Dəhşətinə Qarşı Allah 

Köməyimiz Olsun 

 

 



 

1821.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    (Allahın):  “O  gündə  ki, 



insanlar  aləmlərin  Rəbbinin  qarşısında  dayanacaqlar”  (ayəsini  oxuduqdan 

sonra)  dedi:  “Onların  bəzisi  öz  tərinin  içində  qulağının  yarısına  qədər  bata-

caqdır.” (Buxari 4938, Muslim 7382, 2862/60) 

 

 



 

1822. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət günü 

insanlar  o  qədər  tərləyəcəklər  ki,  onların  təri  yerin  yetmiş  ərəş  dərinliyinə 



 

 

824 



keçəcək,  (üstəlik  bəzilərinin)  ağzına  dirənəcək,  hətta  qulaqlarına  çatacaqdır.” 

(Buxari 6532, Muslim 7384, 2863/61) 

 

 

 

Ölən Kimsəyə Cənnət Və Cəhənnəmdəki Yerinin 



Göstərilməsi, Qəbir Əzzabının İsbatı Və Ondan Allaha 

Sığınmaq 

 

 



 

1823.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Biriniz 

öldükdən  sonra  səhər-axşam  ona  yeri  göstərilir.  Cənnət  əhlindəndirsə, 

Cənnətlik, Cəhənnəm əhlindəndirsə, Cəhənnəmlik olacaq. Sonra (ona) deyilir: 

“Qiyamət  günü  Allah  səni  dirildənədək  bu  sənin  qalacağın  yer  olacaq.” 

(Buxari 1379, Muslim 7390, 7391, 2866/65) 

 

 

 



1824. Əbu Əyyub  demişdir: “(Bir dəfə) günəş batdıqdan sonra Peyğəmbər  

(evdən)  çıxdı  və  bir  səs  eşidib  dedi:  “(Bunlar)  qəbirlərində  əzab  çəkən 

yəhudilərdir.” (Buxari 1375, Muslim 7394, 2869/69) 

 

 



 

 

1825.  Ənəs  İbn  Məlik   rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  «Qul  qəbirə 



qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq 

səslərini  eşidir.  Onun  yanına  iki  mələk  gəlir.  Onlar  ölünü  oturdub  ona:  «Sən 

Muhəmməd  deyə  bilinən  adam  haqqında  nə  bilirsən?»  Möminə  gəlincə: 

«Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona: 

«Cəhənnəmdəki  yerinə  bax!  Allah  onun  yerinə  Cənnətdən  sənə  bir  yer  verdi 

və  mömin  hər  iki  yeri  birdən  görür».  Qatadə    deyir  ki:  Möminin  qəbiri 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə