Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə226/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   220   221   222   223   224   225   226   227   228

 

 

846 



 

1875.  Aişə    demişdir:  “Biz  artıq  xurma  və  sudan  doyunca  yeyib  içməyə 

(imkanımız olduğu) zaman Peyğəmbər  vəfat etdi.” (Buxari 5383, Muslim 7645, 

2975/30) 

 

 

 



1876. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  vəfat edincəyə qədər ailəsi 

üç  gün  dalbadal  doyunca  yemək  yeməmişdir”.  (Buxari  5374,  Muslim  7648, 

2976/32) 

 

 

 

Ağlayanlar Müstəsna Olmaqla Nə Badə Özlərinə Zülm 

Edənlərin Diyarlarına Girəsiniz 

 

 



 

1877.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Ağlayanlar  müstəsna  olmaqla  nə  badə  onların  diyarlarına  girəsiniz.  Əgər 

ağlamasanız onlara isabət edən bəla sizlərə də isabət etməsin deyə diyarlarına 

girməyin”. (Buxari 433, Muslim 7655, 2980/38) 

 

 



 

1878.  Abdullah İbn  Ömər    rəvayət  edir  ki, Peyğəmbər   insanlarla  birlikdə 

Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su 

aldıq  və  xəmir  yoğurduq.  Peyğəmbər    aldığımız  suları  boşaltmağımızı  və 

yoğurduğumuz  xəmirləri  isə  dəvələrə  yedirtməyimizi  əmr  etdi.  Peyğəmbər: 

«Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu 

qövmün  yurduna  girsin.  Əgər  ağlamasanız  onlara  toxunan  əzabın  bir 

bənzərinin  sizlərə  də  toxunmasından  qorunmaq  üçün  onların  yurdlarına 

girməyin.  Sonra  Peyğəmbər    vaxtı  ilə  Salehin  dişi  dəvəsinin  su  içdiyi 

quyudan su almalarını onlara əmr etdi”. (Buxari 3379, Muslim 7657, 2981/40) 




 

 

847 



 

 

Dul Qadına, Yoxsula Və Miskinə Yaxşılıq 

 

 

 



1879. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Dul qadınlara 

və kasıblara əl tutan kimsə Allah yolunda olan mücahid kimi, habelə, gündüz 

oruc tutub, gecə namaz qılanlar kimidir.” (Buxari 5353, Muslim 7659, 2982/41) 

 

 

 

Məscid Tikməyin Fəziləti 

 

 



 

1880.  Osman  İbn  Əffan    Peyğəmbərin    məscidini  yenidən  tikdiyi  zaman 

insanların  onun  haqqında  söylədiklərinə  (etiraz  edib)  demişdir:  “Siz  (mənim 

işimə)  çox  müdaxilə  edirsiniz.  Halbuki  mən  Peyğəmbərin    belə  dediyini 

eşitmişəm:  “Kim  Allahın  Üzünü  diləyərək  bir  məscid  tiksə,  Allah onun üçün 

Cənnətdə buna bənzər (bir ev) tikər”. (Buxari 450, Muslim 7661, 533/44) 

 

 

 

Riyanın Haram Olması 

 

 

 



1881.  Cundəb    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  (etdiyi  əməli 

insanlara)  eşitdirmək  məqsədilə  edərsə,  Allah  onu  eşitdirər,  kim  də  (etdiyi 

əməli insanlara) göstərmək məqsədilə edərsə, Allah onu (insanlara) göstərər.” 

(Buxari 6499, Muslim 7667, 7668, 2986/47) 

 

 



 

 

848 



 

Dilin Qorunması 

 

 



 

1882.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qula  bəzən 

fərqinə  də  varmadan  elə  bir  söz  söyləyər  ki,  o  sözü  səbəbilə  atəşin  dibinə 

məşriq  və  məğrib  arası  bir  məsafədə  dərinliyə  düşər”.  (Buxari  6477,  Muslim 

7673, 2988/50) 

 

 

 

Yxşılığı Əmr Edib Özü Etməyən Və Pislikdən Çəkindirib 

Lakin Özü Edənin Əzabı 

 

 



 

1883.  Usamə  İbn  Zeyd    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitmişəm: “Qiyamət günü bir nəfər gətirilib Cəhənnəm oduna atılacaq. Onun 

bağırsaqları  atəşin  içinə  töküləcək  və  o,  dəyirmanın  ətrafında  fırlanan 

uzunqulaq  kimi  fırlanacaq.  Cəhənnəm  sakinləri  onun  başına  yığışıb 

deyəcəklər: “Ay filankəs! Niyə bu kökə düşmüsən? Məgər sən bizə yaxşı işlər 

görməyi  buyurub  pis  əməlləri  qadağan  etmirdinmi?”  O  deyəcək:  “Mən  sizə 

yaxşı işlər görməyi buyururdum, lakin özüm buna əməl etmirdim, pis əməlləri 

qadağan edirdim, amma özüm o işləri görürdüm.” (Buxari 3267, Muslim 7674, 

2898/51) 

 

 

 

İnsanın Öz Pərdəsini (Günahını) Açmaqdan Nəhy Edilməsi 

 



 

 

849 



 

 

1884. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 



“Ümmətimin  hamısı  əfv  ediləcək.  Yalnız  açıq-aşkar  (günah)  işlədənlərdən 

başqa. (Məsələn) birisi gecə bir qələt edir və səhəri gün Allah onun bu qələtini 

ört-basdır  etdiyi  halda  (dost-aşnasına):  “Ey  filankəs,  mən  bu  gecə  filan,  filan 

işləri görmüşəm”deyir. Gecə Rəbbi onun (günahının) üstünə örtük çəkir, səhər 

isə o, Allahın bu örtüyünü açır.” (Buxari 6069, Muslim 7676, 2990/52) 

 

 

 

Asqırana Təşmit Və Əsnəməyin Pislənməsi 

 

 



 

1885.  Ənəs İbn  Malik    demişdir:  “(Bir  dəfə) iki kişi Peyğəmbərin   yanında 

asqırdı və Peyğəmbər  onlardan birinə: “Yərhəmukəllah” dedi, o birinə isə (heç 

nə) demədi.  (Peyğəmbərdən   bunun səbəbini) soruşduqda o dedi: “Bu adam: 

Əlhəmdulillah” dedi, bu isə demədi.” (Buxari 6221, Muslim 7677, 2991/53) 

 

 



 

 

1886.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əsnəmək 



şeytandandır. Birinizi əsnəmək tutsa, qoy bacardığı qədər onun qarşısını alsın. 

Çünki  o  (əsnəyib):  “Haah”  etdikdə  şeytan  ona  gülür.”  (Buxari  3289,  Muslim 

7682, 2494/56) 

 

 

 

Siçan Və Onun Şəkil Dəyişdirmiş Olması 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə