819
1809. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizin istifadə
etdiyiniz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir.” (Bir nəfər) dedi:
“Ya Rəsulullah, elə bu da bəs edər!”. Peyğəmbər: “Cəhənnəm odu dünyadakı
oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri (gördüyünüz)
od qədər yandırıb-yaxandır.” (Buxari 3265, Muslim 7344, 2843/30)
Cəhənnəmə İnadkarlar (Təkəbbürlülər), Cənnətə İsə Zəiflər
Daxil Olacaq
1810. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Bir dəfə)
Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: “Mən (məxsusi olaraq)
inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam.” Cənnət dedi: “Mənə
nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?” Onda ulu və
uca Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə
qullarımdan dilədiyim kimsəyə rəhm edərəm.” Sonra Cəhənnəmə buyurdu:
“Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qullarımdan dilədiyim
kimsəyə əzab verərəm.” Onların hər biri (kifayət qədər insan və cinlə)
doldurulacaq. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun
üstünə qoyacaq və o: “Yetər, yetər!” deyəcək. Onda o, artıq dolacaq və
(içindəkiləri) qaplayacaq. Qüdrətli və əzəmətli Allah qullarında heç kəsə zülm
etməz. Cənnətə gəlincə, qüdrətli və əzəmətli Allah onun (dolması) üçün başqa
varlıqlar yaradacaq.” (Buxari 4850, Muslim 7354, 2846/36)
820
1811. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cəhənnəm
deyəcəkdir: “Yenədə varmı?”. İzzət sahibi Allah ona ayağını qoyacaqdır.
Cəhənnəm: “İzzətinə and olsun ki, bəsdi, bəsdi!” deyər və hər iki tərəfdən də
yığılar. (Buxari 6661, Muslim 7356, 2848/37)
1802. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Qiyamət
günü) ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: “Ey
Cənnət əhli!” deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaq-
lar. Carçı: “Bunu tanıyırsınızmı?” deyə soruşacaq. Onlar: “Bəli, bu ölümdür!”
deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Sonra carçı:
“Ey Cəhənnəm əhli!” deyə səsləyəcək. Cəhənnəm əhli başlarını qaldırıb ona
tərəf baxacaqlar. Carçı: “Bunu tanıyırsınızmı?” deyə soruşacaq. Onlar: “Bəli,
bu ölümdür!” deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü
görmüşdülər. Bundan sonra ölümün (başını) kəsəcəklər. Sonra (onlara)
deyiləcək: “Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz! Ey
Cəhənnəm əhli, siz də əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz!”. Sonra
Peyğəmbər: “Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! Çünki
onlar qəflətdədirlər...” ayəsini oxudu və: “Bu dünyanın sakinləri
xəbərsizdirlər” dedi, sonra da davam etdi və: “və iman gətirmirlər”– deyərək
ayəni tamamladı.” (Buxari 4730, Muslim 7360, 2849/40)
1813. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cənnət əhli
Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə yerləşdikdən sonra ölüm (qoç
şəklində) Cənnətlə Cəhənnəmin arasına gətirilib boğazlanacaq. Sonra carçı:
“Ey Cənnət əhli, artıq ölüm yoxdur! Ey Cəhənnəm əhli, artıq ölüm yoxdur!”
deyəcək. (Bu xəbər) Cənnət əhlinin fərəhinin üstünə fərəh artırar, Cəhənnəm
əhlinin isə qəminin üstünə qəm gətirər.” (Buxari 6548, Muslim 7363, 2850/43)
821
1814. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Cəhənnəmə
düşən hər bir) kafirin çiyinləri arasındakı məsafə atlının (öz atını) dörd nala
çapıb üç günə qət etdiyi məsafəyə bərabər olacaqdır.” (Buxari 6551, Muslim
7365, 2852/45)
1815. Harisə İbn Vəhb əl-Xuzai demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Sizə Cənnət əhli barədə xəbər verimmi?! (Bu,) hər bir fağır,
təvazökar (mömindir). Əgər o and içərsə, Allah onun andını mütləq gerçəyə
çevirər. Sizə Cəhənnəm sakinləri barədə xəbər verimmi?!” (Bu,) hər bir
daşürəkli, tamahkar və yekəxana (adamdır).” (Buxari 4918, 6071, Muslim 7366,
2853/46)
1816. Abdullah İbn Zəma Peyğəmbərin xütbə verərkən dişi dəvə
150
və
onun diz vətərini kəsən (səmudlu) barəsində (Allahın):
“Onların ən bədbəxti
dəvəni kəsməyə qalxdı” (ayəsini oxuyub)
belə dediyini eşitmişdir: “Əbu
Zəmaya oxşar, çox qüvvətli, (gözləri) qızmış və havadarlarının himayəsində
olan birisi qalxıb dişi dəvəni kəsməyə tələsdi.”Sonra Peyğəmbər qadınlar
haqqında (camaata nəsihət edib) dedi: “Bəziləriniz öz həyat yoldaşlarını kənizi
döydüyü kimi döyür, sonra da olur ki, günün axırında onunla bir yatağa
girir.” Sonra Peyğəmbər birisinin yel buraxmasına gülən əshabələrini tənbeh
edib dedi: “Siz nə üçün kiminsə (yel buraxmağına) gülürsünüz?!”. Digər
rəvayətdə Peyğəmbər demişdir: “Zubeyr İbn Əvvamın əmisi Əbu Zəmaya
oxşar...” (Buxari 4942, Muslim 7370, 2855/49)
150
“Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi. Onların ən bədbəxti dəvəni kəsməyə
qalxdıqda Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane
olmayın!” Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu
günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.” (əş-Şəms 11-14).