49
98. Əbu Zərr belə rəvayət etmşdir: “Mən məscidə daxil oldum. Peyğəmbər
də (bir tərəfdə) oturmuşdu. Günəş batdıqda o soruşdu: “Ey Əbu Zərr! Bu
günəşin hara getdiyini bilirsənmi?” Dedim: “Allah və Onun elçisi daha yaxşı
bilir!” Peyğəmbər buyurdu: “O, gedib səcdə etmək üçün izin istəyir və ona
izin verilir. (Amma elə bir zaman gələcək ki,) ona: “Gəldiyin yerdən qayıt!”-
deyiləcək və o, (gedib) məğribdən doğacaq”. Sonra o: “Abdullah (ibn
Məsudun) qiraəti ilə: “Bu onun qaldığı yerdir”. (Yasin 38) oxudu. (Buxari 7424,
Muslim 229, 420;)
Peyğəmbərə Vəhyin Başlanması
99. Möminlərin anası Aişə rəvayət edir ki, Allahın Elçisinə ilk vəhyin
gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi
ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Sonra onun qəlbinə tənhalığa
çəkilmək meyli salındı. Peyğəmbər Hira dağındakı (Məkkə yaxınlığına)
mağarada xəlvətə çəkilib, ailəsinin yanına qayıdanadək müəyyən gecələri
orada ibadət edərdi. (O özü ilə azuqə götürüb xəlvətə çəkilərdi). Sonra
Xədicənin yanına qayıdıb yenə bir o qədər müddət qalmaq üçün azuqə
50
götürərdi. Nəhayət, Peyğəmbər Hira dağındakı mağarada olarkən ona haqq
nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!” dedi. O isə: “Mən oxumağı
bacarmıram!” deyə cavab verdi. (Peyğəmbər) dedi: “O zaman mələk məni
tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!” dedi. Mən də:
“Oxumağı bacarmıram!” dedim. O ikinci dəfə məni tutub nəfəsim kəsilənədək
sıxdı, sonra da buraxıb: “Oxu!” dedi. Mən isə: “Oxumağı bacarmıram!” dedim.
O üçüncü dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi:
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin
Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana
bilmədiklərini öyrətdi”. (əl-Ələq 1-5). (Bu hadisədən sonra) Peyğəmbər
qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, Xədicə bint Xuveylidin
(evinə) daxil olub: “Üstümü örtün, üstümü örtün!” dedi. Onun üstünü
örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər başına gələn
hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gələcəyindən
qorxdum”. Xədicə: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay
etməz. Çünki sən qohumluq əlaqələrini möhkəmləndirir, zəiflərin yükünü
daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda (insanlara)
yardım edirsən.” Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa İbn Nofəl İbn Əsəd
İbn AbdulUzzanın yanına gətirdi. O, cahiliyyət dövründə nəsrani (Xristian)
olmuş bir adam idi və ibranicə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər
(bəzi şeylər) yazardı. O artıq gözləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi:
“Ey əmim oğlu! Qulaq as, gör qardaşın oğlu nə deyir!” Varaqa ondan: “Ey
qardaşım oğlu! Sən nə görürsən?” deyə soruşdu. Peyğəmbər də gördüyü
şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gördüyün, Allahın Musaya
göndərdiyi sirrin sahibidir (Cəbrail). Kaş dəvət edəcəyin vaxt mən gənc
olaydım! Kaş qövmün səni (yurdundan) qovacağı zaman sağ olaydım!”
Peyğəmbər soruşdu: “Məgər onlar məni qovacaqlar?”. Varaqa: “Bəli! Sənin
gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb
ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin (dəvət edəcəyin) günə qədər
yaşasam, var gücümlə sənə kömək edəcəyəm.” Lakin çox keçmədi ki, Varaqa
vəfat etdi və bir müddət vəhy nazil olmadı. (Buxari 3, Muslim 231, 422)
100. Cabir İbn Abdullah əl-Ənsari vəhyin (müvəqqəti olaraq) kəsilməsindən
danışarkən rəvayətində bunu da söyləmişdir: “(Peyğəmbər ) demişdir: “(Bir
dəfə) mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də
51
gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan
kürsünün üzərində əyləşmişdir. Mən ondan qorxdum. (Evə) qayıdıb “Üstümü
örtün, üstümü örtün!” dedim. Uca Allah da: “Ey (əbasına) bürünüb örtünmüş
(peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini
təmiz saxla! Pis şeyləri tərk et!”. (əl-Mudəssir 1-5). ayələrini nazil etdi. Sonra
vəhy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı. (Buxari 4, 4925, 4954,
Muslim 232, 425)
101. Cabir İbn Abdullah əl-Ənsari, Yəhyə İbn Kəsir deyir ki: “Əbu Sələmə İbn
AbdurRahmandan soruşdum: “Quranın hansı (ayəsi) daha əvvəl nazil
olmuşdur?” Dedi: “Ey (libasına bürünüb) örtünmüş (peyğəmbər)!” Dedim:
“Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!..” (və sonrakı dörd ayə) daha öncə
nazil olmuşdur?” Dedi: “Mən Cabir ibn Abdullahdan bu barədə soruşdum və
ona sənin dediklərini dedim. (Quranın hansı (ayəsi) daha əvvəl nazil
olmuşdur?” Dedi: “Ey (libasına bürünüb) örtünmüş (peyğəmbər)!” Dedim:
“Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!”) Cabir: “Mən sizə Peyğəmbərin bizə
danışdığından başqa bir şey danışmayacağam. O buyurdu: “Hira dağında
qaldım. Qaldığım müddət başa çatdıqdan sonra aşağı endim. Mən vadinin
içində ikən mənə nida olundu. Dərhal sağıma baxdım, heç bir şey görmədim,
soluma baxdım, heç bir şey görmədim, önümə baxdım, heç bir şey görmədim,
arxama baxdım lakin heç kəsi görmədim. (Sonra yenə məni səslədilər) bu səfər
başımı yuxarı qaldırdıda bir şeylər gördüm...., Mən Xədicənin yanına gəlib:
“Məni bürüyün və üstümə su tökün” dedim. Məni bürüdülər, üstümə də su
tökdülər. Onda Allah bu ayələri nazil etdi: “Ey (libasına bürünüb) örtünmüş
(peyğəmbər)! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini
təmiz saxla!”. (əl-Mudəssir 1-5). (Buxari 4922, Muslim 233, 427).
Peyğəmbərin Meraca Qaldırılması Və Namazın Fərz
Edilməsi