Al-lulu vəl-mərcan


İmanı Zəif Olduğu Üçün İmanından Qorxan Kimsənin



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə13/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   9   10   11   12   13   14   15   16   ...   228

 

 

46 



 

 

İmanı Zəif Olduğu Üçün İmanından Qorxan Kimsənin 



Qəlbinin Ələ Alınması (Yumşaldılması) Və Qəti Dəlil 

Olmadıqca Heç Bir Halda İman Hökmü Verməyin Qadağan 

Olması  

 





 

91.  Səd  İbn  Əbu  Vəqqas    rəvayət  edir  ki,  (bir  gün)  Peyğəmbər    bir  dəstə 

adama  hədiyyə  verərkən  mən  də  (onların yanında)  oturmuşdum.  Peyğəmbər 

  onlardan  ən  çox  xoşuma  gələn  bir  adama  heç  nə  vermədi.  Dedim:  “Ya 

Rəsulullah! Niyə filankəsi kənarda qoydun? Vallahi ki, mən onu mömin hesab 

edirəm.”  (Peyğəmbər):  “Bəlkə  müsəlmandır!”  dedi.  Mən  bir  az  susdum. 

Nəhayət, onun haqqında bildiklərim mənə üstün gəldi və yenə sözümü təkrar 

edib:  “Niyə  filankəsi  kənarda  qoydun?  Vallahi  ki,  mən  onu  mömin  hesab 

edirəm”  dedim.  (Peyğəmbər):  “Bəlkə  müsəlmandır!”  dedi.  Mən  bir  müddət 

susdum. Amma onun haqqında bildiklərim yenə mənə üstün gəldi və bir daha 

sözümü  təkrar  etdim.  Peyğəmbər    də  dediyini  təkrar  söylədikdən  sonra 

mənə  buyurdu:  “Ey  Səd!  Bəzən  bir  adama  Allah  onu  üzüqoylu  Oda  atmasın 

deyə hədiyyə verirəm, halbuki başqasını ondan da çox istəyirəm.” (Buxari 27, 

Muslim 215, 1752, 396, 2480) 

 

 

 

Dəlillərin Təzahürü İlə Rahatlığın Artması 



 

 





 

                                                                                                                             

qaydada  qıldırmazdı.  Elə  bu  səbəbdən  də  Allahdan  qorxan  dindarlar  namazı  gizlində  qorxa-qorxa  qılar, 

sonra da gəlib onun arxasında həmin namazı qılardılar ki, cəzalandırılmasınlar və ya ən azı qınanmasınlar. 

Fəthul Bari 9/298.  



 

 

47 



92. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bizim İbrahimdən 

daha  çox  belə  deməyə  haqqımız  çatır:  “Ey  Rəbbim,  ölüləri  necə  diriltdiyini 



mənə  göstər!”  (Rəbbi  ona):  “Məgər  sən  inanmırsan?”  dedi.  (İbrahim)  dedi: 

“Əlbəttə (inanıram!) Amma istəyirəm ki, qəlbim rahat olsun”. (əl-Bəqərə 260). 

Allah Luta rəhmət eləsin! Həqiqətən, o, möhkəm bir dayağa söykənirdi

19

. Əgər 


mən  Yusuf  qədər  zindanda  qalsaydım,  (sonra  da  padşahın  elçisi  gəlib  məni 

çağırmış  olsaydı,)  mən  onun  çağırışını  dərhal  qəbul  edərdim”.  (Buxari  3372, 

4537, Muslim 216, 4369, 399, 6291) 

 

 

 

Peyğəmbərimiz Muhəmmədin 

 

Bütün Bəşəriyyətə 



Göndərilməsi Və Onun (Göndərilməsiylə) Digər Dinlərin 

Nəsx Edilməsinə İman Etməyin Vacibliyi 

 

 



 

93. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Peyğəmbərlərin hər 



birinə insanı imana gətirəcək möcüzə göstərmək qüdrəti verilmişdir. Mənə isə 

Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Mən ümid edirəm ki, Qiyamət günü 

mənim ardıcıllarım onların hamısından çox olacaq.” (Buxari 4981, Muslim 217, 

402) 


 



 

94.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Üç  qisim  insan 



vardır  ki,  onlar  ikiqat  savab  qazanır:  Kitab  əhlindən  olub  öz  peyğəmbərinə 

iman gətirmiş, sonra da Muhəmmədə  iman gətirən adam; həm Allahın, həm 

də  öz  ağalarının  haqqını  ödəyən  kölə;  və  bir  də  o  kimsə  ki,  yaxınlıq  etdiyi 

kənizinə  yaxşı  tərbiyə  vermiş,  ona  gözəl  tərzdə  elm  öyrətmiş,  sonra  da  (o 

kənizi) azad edib onunla evlənmişdir. Beləsinə də ikiqat savab vardır.” (Buxari 

97, Muslim 219, 404) 

 

                                                



19

 “(Lut) dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”. (Hud 80). 




 

 

48 



 

 

İsa İbn Məryəmin  Peyğəmbərimiz Muhəmmədin 

 

Şəriətilə Hökm Edərək Enməsi  

 



 

95.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Canım  Əlində 



olan  Allaha  and  olsun  ki,  tezliklə  Məryəm  oğlu  (İsa)  aranızda  ədalətlə  hökm 

vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və 

cizyəni  (müsəlman  olmayanlardan  alınan  vergi)  aradan  qaldıracaq.  (Həmin 

vaxt)  mal-dövlət  o  qədər  artacaq  ki,  heç  kəs  sədəqə  götürmək  istəməyəcək.” 

(Buxari 2222, 2476, Muslim 220, 406) 

 

 



 

96. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Məryəm oğlu (İsa) 



yanınıza  nazil olacağı,  üstəlik sizə imamlıq  edən  adamın öz içinizdən olacağı 

zaman sizin halınız necə olacaq?!  (sevinəcəksiniz)”  (Buxari  3449,  Muslim  222, 

409) 

 

 



 

İmanın Qəbul Edilməyəcəyi Zamanın Bəyanı 

 

 



 

 

 



97.  Əbu  Hurayra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Günəş  batdığı 

yerdən doğmayınca Qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman 

insanların  hamısı  birlikdə iman gətirəcək,  (lakin artıq iş işdən  keçmiş olacaq) 

və  ayəni  oxudu:  “Əvvəlcə  iman  gətirməmiş  və  ya  imanında  bir  xeyir 



qazanmamış  kimsəyə  iman  gətirməsi  fayda  verməyəcəkdir”  (əl-Ənam  158). 

(Buxari 4636, Muslim 226, 413;) 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə