Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə10/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   6   7   8   9   10   11   12   13   ...   228

 

 

34 



 



 

66.  (Bir  dəfə)  Əbu  Musa    ağır  xəstələndi  və  başı  zövcələrindən  birinin 



qucağında ikən bayıldı. Bu vaxt zövcəsi (fəryad qoparıb) ağlamağa başladı və 

Əbu Musa ona heç nə deyə bilmədi. Ayıldıqda isə dedi: “Peyğəmbərin  uzaq 

olduğu  kimsədən  mən  də  uzağam.  Həqiqətən,  Peyğəmbər    (müsibət  üz 

verdikdə)  şivən  salıb  ağlayan,  başını  qırxdıran  və  paltarını  cıran  kimsədən 

uzaqdır!”. (Buxari 1296, Muslim 149, 298) 

 

 

 

Nəmmamlığın Qəti Olaraq Haram Edilməsi 

 

 



 

67.  Huzeyfə    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 



“Dedi-qodu yayan Cənnətə girməz!” (Buxari 6056, Muslim 152, 153, 304, 305) 

 

 

 

Libasın Ətəklərinin (İsbal) Yerlə Sürüklənməsi, Yaxşılığı 

Başa Qalxmağın Və Malı Andlarla Satmağın Haram 

Olunması Və Qiyamət Günü Allahın Onlara Baxmayacağı, 

Danışmayacağı Və Təmizə Çıxarmayacağı Üç Sinif İnsanın 

Bəyanı

 

 

 





 

68. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət günü üç 

sinif  insan  olacaq  ki,  Allah  onların  üzünə  baxmayacaq  və  onları  təmizə 

çıxarmayacaqdır  (Başqa  rəvayətdə:  Danışmayacağı).  Üstəlik  onları  üzücü  bir 




 

 

35 



əzab  gözləyir:  –  o  adam  ki,  yol  kənarındakı  suya  sahib  olmuş  və  (oradan 

keçən)  müsafirlərə  bu  sudan  verməmişdir  –  o  adam  ki,  əmirə  yalnız  dünya 

xatirinə beyət etmiş və əmir dünya malından ona verdikdə ondan razı qalmış, 

heç  nə  vermədikdə isə ona qəzəbi tutmuşdur  – o  adam  ki,  malını axşam çağı 

satmağa  çıxarıb:  “Özündən  başqa  məbud  olmayan  Allaha  and  olsun  ki,  bu 

mala filan qədər pul vermişəm” deyər, camaat da ona inanar (Başqa rəvayətdə: 

Libasını  yerlə  sürükləyən  kimsə).  Sonra  Peyğəmbər    bu  ayəni  oxudu: 

“Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər 

üçün  axirətdə heç  bir pay  yoxdur.  Qiyamət  günü  Allah onları  danışdırmaya-

caq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün 

ağrılı-acılı bir əzab vardır”. (Ali İmran 77). (Buxari 2358, Muslim 157, 310) 

 

 

 

İnsanın Öz Canına Qəsd Etməsinin Haram Olunması Və 

Kim Özünə Nə İlə Qəsd Edərsə Onunla Da Cəhənnəmdə 

Əzab Olunar Və Cənnətə Müsəlman Nəfsdən Başqası 

Girməz 

 

 





 

69.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  özünü 

dağdan  atıb  canına  qəsd  edərsə,  Cəhənnəm  odunda  özünü  daima  yuxarıdan 

aşağı  atar  və  orada  əbədi  olaraq  qalar.  Kim  zəhər  içib  özünü  öldürərsə, 

Cəhənnəm  odunda  o  zəhəri  əlində  tutub  həmişə  zəhər  içər  və  orada  əbədi 

olaraq qalar. Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda 

bu  dəmir  parçasını  daim  qarnına  soxar  və orada  əbədi olaraq  qalar.”  (Buxari 

5778, Muslim 158, 313) 

 

 



 


 

 

36 



70. Ağac altında beyət edən əshabələrdən Sabit İbn Dəhhak  rəvayət etmişdir 

ki,  Peyğəmbər    buyurdu:  –  kim  İslamdan  başqa  bir  din  üzərində  olduğuna 

and  içərsə,  and  içdiyi  kimi  olar  –  Adəm  oğlu  gücü  çatmadığı  bir  şeyi  nəzir 

edəcəyinə  dair  söz  verməməlidir  –  kim  bu  dünyada  (hər  hansı)  bir  şeylə  öz 

canına  qəsd  edərsə,  Qiyamət  günü  həmin  şeylə  ona  əzab  verilər  –  kim  bir 

möminə lənət oxuyarsa, onu öldürmüş hesab olunar – habelə, kim bir mömini 

küfrdə ittiham edərsə, onu öldürmüş hesab edilər”. (Buxari 6047, Muslim 160, 

316) 


 

 



 



 

71. Əbu Hureyra  deyir ki: “Biz Peyğəmbərlə  birlikdə Huneyn döyüşündə 

iştirak  etdik.  Orada  Peyğəmbər    müsəlman  adlanan  kimsələrdən  biri 

haqqında: “Bu, Cəhənnəm əhlindəndir” dedi. (Nəhayət,) döyüşə başladığımız 

zaman həmin adam var gücü ilə vuruşdu və (ağır) yaralandı. (Peyğəmbərə  

dedilər):  “Ey  Allahın  Elçisi!  Bayaq  haqqında:  “O,  Cəhənnəm  əhlindəndir” 

dediyin  adam  bu  gün  var  gücü  ilə  vuruşdu  və  (aldığı  yaralardan)  dünyasını 

dəyişdi”. Peyğəmbər: “Onun yolu Cəhənnəmədir” dedi. (Bu sözdən sonra) az 

qaldı ki, müsəlmanların bəzisi şübhəyə düşsün. Onlar şübhə içində ikən birdən 

(səhabələrdən  biri):  “O  adam  ölməyib,  lakin  ağır  yaralanıb”  dedi.  Nəhayət, 

gecə  düşdükdə  həmin  adam  ağrılara  dözməyib  öz  canına  qəsd  etdi.  Onun 

barəsində  Peyğəmbərə    xəbər  verildikdə  o:  “Allah  Böyükdür!  Şahidlik 

edirəm  ki,  mən,  həqiqətən  də,  Allahın  qulu  və  elçisiyəm!”  dedi.  Sonra  Bilala 

buyurdu, o da camaata bunu elan etdi: “Şübhəsiz ki, Cənnətə yalnız müsəlman 

girər.  Və  sözsüz  ki,  Allah  bu  dini  günahkar  bir  adamın  vasitəsilə  olsa  belə, 

qüvvətləndirər”. (Buxari 3062, 6606, Muslim 162, 319) 

 

 






 

 

37 



 

72. Səhl İbn Səd əs-Saidi   rəvayət edir ki, (yürüşlərin birində) Peyğəmbər   



(və  onun  əshabələri)  müşriklərlə  üz-üzə  gəlib  döyüşməyə  başladılar.  (Bir 

müddətdən  sonra)  Peyğəmbər    öz  düşərgəsinə,  müşriklər  də  öz 

düşərgələrinə  çəkildilər.  Peyğəmbərin    əshabələri  arasında  elə  birisi  var  idi 

ki, (döyüşdə) heç bir fürsəti əldən verməmiş, çatdığı hər kəsi qılıncdan keçirib 

qətlə  yetirmişdi.  (Bəziləri)  dedilər:  “Bu  gün  bizim  heç  birimiz  filankəs  kimi 

döyüşmədi”.  Peyğəmbər:  “(Filankəsə)  gəlincə,  o,  Cəhənnəm  əhlindəndir!” 

Əshabələrdən  biri:  “Bu  gün  mən  onu  izləyəcəyəm”  dedi  və  onun  dalınca 

düşdü.  Adam  hər  dayandıqda,  əshabə  onunla  bərabər  dayanar,  tez-tez 

getdikdə isə (ona çatmağa) tələsərdi. Sonra həmin adam ölümcül yaralandı və 

canını  (əzab-əziyyətdən)  qurtarsın  deyə  qılıncının  qəbzəsini  yerə  dayadı, 

tiyəsini  də  sinəsinə  dirədi,  sonra  da  özünü  qılıncının  üstünə  yıxdı.  (Bu 

hadisədən  sonra)  əshabə  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Mən  şahidlik 

edirəm  ki,  sən  Allahın  Elçisisən!”.  Peyğəmbər:  “Nə  olub  ki?”  (Əshabə)  dedi: 

“Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu, hamını 

heyrətə  saldı.  Onda  mən  (öz-özümə):  “Mən  onun  barəsində  sizə  (bir  xəbər) 

gətirərəm” dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam 

ölümcül  yaralandı  və  canını  (əzab-əziyyətdən)  tez  qurtarmaq  üçün  qılıncının 

qəbzəsini  yerə  dayadı,  tiyəsini  də  sinəsinə  dirədi,  sonra  da  özünü  qılıncının 

üstünə  yıxaraq  canına  qəsd  etdi.”  Bunu  eşidəndə  Peyğəmbər    buyurdu: 

“Həqiqətən,  insanlara  kimsənin  Cənnət  əhlinin  əməli  kimi  bir  əməl  etdiyi 

görünə bilər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Həmçinin onlara 

kimsənin  Cəhənnəm  əhlinin  əməli  kimi  bir  əməl  etdiyi  görünə  bilər,  halbuki 

həmin adam Cənnət əhlindəndir.” (Buxari 2898, 4202, Muslim 163, 320) 

 

 



 

73.  Cundəb  İbn  Cunadə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən 



əvvəl  yaşamış  insanlar  arasında  bir  nəfər  yaralandı.  Adam  ağrıya 

dözmədiyindən  bıçaq  götürüb əlini  kəsdi və çoxlu  qan itirib öldü. Uca Allah 

buyurdu:  “Qulum  canına  qəsd  etməklə  Məni  qabaqlamaq  istədi,  Mən  də 

Cənnəti ona haram etdim!” (Buxari 3463, Muslim 164, 321) 

 

 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə