Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   40   41   42   43   44   45   46   47   48

BEYNƏLXALQ  CİNAYƏT MƏHKƏMƏSİNİN  ROMA STATUTU 

2-Ct  HİSSƏ.  YURİSDİKSİYA,  QƏBUL OLUNA  BİLMƏ VƏ 

TƏTBİQ  EDİLƏ  BİLƏN HÜQUQ

6-cı Maddə. Soyqırım

Bu  Slatuta  görə,  "soyqırım"  milli,  etnik,  irqi,  yaxud  dini  qrupu  tamamilə, 

yaxud qismən məhv elmək  niyyətilə görülən aşağıdakı istənilən hərəkəti  bildirir:

a)  belə qrup  üzvlərinin öldürülməsi;

b)  belə  qrup  üzvlərinə  ciddi  bədən  xəsarətlərinin  yetirilməsi,  yaxud  onlarda 

əqli pozğunluq yaradılması;

c)  hər  hansı  bir  qrup  üçün  onun  lıziki  cəhətdən  tamamilə,  yaxud  qismən 

məhv etməni nəzərdə tutan həyal şəraitinin əvvəlcədən düşünülərək yaradılması;

d) belə qrup içində uşaq doğumunun qarşısını almağı nəzərdə tutan tədbirlər;

e)  uşaqların  bir  insan qrupundan  başqa  bir insan qrupuna zorla  verilməsi.

7-ci Maddə.  Bəşəriyyətə qarşı cinayət

h)  eyniləşdirilən  hər  hansı  Nr  qrupun,  yaxud  birliyin  3-cü  bənddə 

müəyyənləşdirildiyi  kimi  siyasi,  irqi,  milli,  etnik,  mədəni, dini,  gender səbəbinə, 

yaxud  başqa  motivlərə  görə,  həmin  bənddə  göstərilən  hər  hansı  bir  hərəkətlə, 

yaxud  Məhkəmə yurisdiksiyası  altına düşən hər hansı  bir cinayətlə bağlı olaraq, 

beynəlxalq  hüquqa  əsasən  hər  yerdə  yolverilməz  qəbul  edilən  digər  səbəblərə 

görə təqib edilməsi;

g) 

"təqib etmə"  bu və ya digər qrupa, yaxud digər birliyə mənsubiyyət əlaməti 



üzrə  beynəlxalq  hüquqa  zidd  olaraq  əsas  hüquqlardan  qəsdən  və  ciddi  şəkildə 

məhrum etməni  bildirir.

112

AZLIQLARA  MƏNSUB ŞƏXSLƏRİN  HÜQUQLARINI 



TƏMİN  ETMƏK HAQQINDA  KONVENSİYA

Minsk, 21  oktyabr  1994-cü il

Bu  Konvensiyanın  bundan  sonra  Razılığa  gəlmiş  Tərəflər  adlandırılan 

iştirakçı dövlətləri;

Onların 

arasında 

dostluq, 

mehriban 

qonşuluq 

və 


əməkdaşlıq 

münasibətlərinin  inkişaf  etdirilməsi  və  möhkəmləndirilməsinin  xalqlarının 

başlıca  mənafelərinə, sülh  və  təhlükəsizlik  işinə uyğun gəldiyini hesab edərək, 

Demokratiyaya, azadlığa  və ədalətə öz sədaqətini  təsdiq  edərək

insan  hüquqları  sahəsində,  o  cümlədən  insan  hüquqlarının  Ümumi 

bəyannaməsində,  mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  pakıda, 

iqtisadi,  sosial,  mədəni  hüquqlar  haqqında  Beynəlxalq  paktda,  milli,  yaxud 

etnik  azlıqlara,  din  və  dil  azlıqlarına  mənsub  şəxslərin  hüquqları  haqqında 

Bəyannamədə,  irqi  ayrı-seçkiliyin  bütün  formalarına  qarşı  mübarizə  haqqında 

beynəlxalq  Konvensiyada,  soyqırım  cinayətlərinin  qarşısını  almaq  və  bu 

cinayətlərə görə cəza haqqında Konvensiyada və insan  hüquqları üzrə digər əsas 

sənədlərdə  təsbit  edilmiş  beynəlxalq  standartlara  əməl  etməyə  öz  sədaqətini 

təsdiq edərək,

Avropa təhlükəsizlik və əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun aktından, 

Madrid,  Vyana  və  Helsinki  yekun  sənədlərindən,  ATƏT-in  insan  meyarı  üzrə 

Kopenhagen və Moskva müşavirələrinin sənədlərindən, mədəni  irsə dair Krakov 

simpoziumu  sənədindən,  eləcə  də.  yeni  Avropa  üçün  Paris  xartiyasından  irəli 

gələn  öhdəliklərini  nəzərə alaraq,

milli  azlıqlara  mənsub  şəxslərin  hüquqlarının  hamının  qəbul  etmiş  olduğu 

insan hüquqlarının  ayrılmaz hissəsi olduğuna  əsaslanaraq,

hər  bir  Razılığa  gəlmiş  Tərəfin  ərazisində  milli  azlıqlara  mənsub  şəxslərin 

yaşadığını  nəzərə alaraq,

göstərilən  azlıqların  yaşadıqları  və  yaşamaqda  olduqları  və  öz  əməkləri, 

özünəməxsusluqları  və  mədəniyyətləri  ilə  zənginləşdirdikləri  cəmiyyətin 

ayrılmaz hissəsi  olduğunu  qəbul  etmişdir.

milli  azlıqlara  mənsub  şəxslərin  hüquqlarının  təşviqinin  və  müdafiəsinin 

onların  yaşadıqları  dövlətlərin siyasi  və sosial sabitliyinə  kömək  hesab etmişdir;

eləcə  də  milli  azlıqların  hüquqlarını  təmin  etmək  və  bu  məqsədlə 

əməkdaşlığın,  həmçinin  ikitərəfli  sazişlər çərçivəsində,  müvafiq  mexanizmlərini 

yaratmaq  üçün  lazımi  tədbirlərinin  görülməsinin zəruriliyini  qəbul edərək, 

aşağıdakılar haqqında  razılığa gəlmişlər:

1-  ci  Maddə

Bu  Konvensiyaya  görə,  milli  azlıqlara  mənsub  şəxslər  dedikdə,  Razılığa 

gəlmiş  Tərəflərdən  birinin  ərazisində  daimi  yaşayan,  onun  vətəndaşlığını  qəbul 

etmiş və etnik  mənşəyinə, dilinə,  mədəniyyətinə,  dininə, yaxud ənənələrinə görə 

həmin Razılığa gəlmiş Tərəflərin əsas əhalisindən fərqlənən şəxslər başa düşülür.

2-  ci Maddə

Razılığa  gəlmiş  Tərəflər  təsdiq  edirlər  ki,  milli  azlıqlara  mənsubiyyət 

əlaqədar  şəxslərin  fərdi  seçim  məsələsidir  və  belə  bir  seçimin  göstərilən  şəxslər 

üçün  heç bir mənfi  nəticəyə səbəb olmayacağına  təminat  verirlər.

113



3-  cil Maddə

1.  Razılığa  gəlmiş  Tərəflərdən  hər  biri  milli  azlıqlara  mənsub  şəxslərə  insan 

hüquqları  sahəsində  hamı  tərəfindən  qəbul  edilmiş  beynəlxalq  standartlara  və 

onun  qanunvericiliyinə  uyğun  olaraq,  mülkü,  siyasi,  sosial,  iqtisadi,  mədəni 

hüquq  və azadlıqlar  təminatını verir.

2.  Razılığa  gəlmiş  Tərəflərdən  hər  biri  milli  azlıqlara  mənsubiyyət əlamətinə 

görə öz ərazisində vətəndaşların hər hansı bir ayrı-seçkiliyə məruz qalmasına yol 

verməmək üçün  tədbirlər görürlər.

3.  Razılığa  gəlmiş Tərəflər  təsdiq  edirlər  ki,  milli  azlıqlara  mənsub  şəxslərin 

hüquqlarına  hörmət  həmin  şəxslər  tərəfindən  ərazisində  yaşadıqları  dövlətə 

münasibətdə öz öhdəliklərini yerinə yetirmələrini nəzərdə tutur.

4-  cü  Maddə

1. 

Razılığa  gəlmiş  Tərəflərdən  hər  biri  milli  azlığa  mənsub  şəxslər  üçün  öz 



etnik,  dil,  mədəni,  yaxud,  dini  özünəməxsusluğunu  fərdi  qaydada,  yaxud  öz 

qrupunun  üzvləri  ilə  birlikdə  sərbəst  surətdə  ifadə  etmək,  saxlamaq  və  inkişaf 

etdirmək  hüququnu  tanıyır.

2.  Razılığa  gəlmiş  Tərəflər  öz  siyasətlərində 

milli  azlıqların  qanuni 

mənafelərini  nəzərdə  tutmağı  və  onların  etnik,  dil,  mədəni  və  dini 

özünəməxsusluqlarını saxlamaq,  inkişaf etdirmək  üçün əlverişli şərait yaratmaq 

məqsədilə  lazımi  tədbirləri  görməyi  öhdələrinə götürürlər.  Belə  tədbirlər  bütün 

cəmiyyətin  mənafeyinə  xidmət  edəcəkdir  və  Razılığa  gəlmiş  Tərəflərin  digər 

vətəndaşlarının  hüquqlarının  məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

5-  ci Maddə

1.  Razılığa  gəlmiş Tərəflərin  hər  biri  milli  azlıqlara  mənsub şəxslərin  ictimai 

və  dövlət  həyatında,  xüsusən,  bölgə  səviyyəsində  onların  mənafelərinin 

müdafiəsinə  aid  məsələlərin  həllində  iştirak  etmək  hüquqlarını  təmin  etməyi 

öhdəsinə götürür.

2.  Razılığa  gəlmiş  Tərəflərdən  hər  biri  milli  azlıqlara  mənsub  şəxslərin  milli 

qanunvericiliyə  uyğun  olaraq  etnik,  dil,  mədəni  və  dini  özünəməxsusluğunu 

saxlamaq  və  inkişaf  etdirmək  məqsədilə  maarifçi,  mədəni  və  dini  xarakterli 

müxtəlif  təşkilatlar  (assosasiyalar,  həmyerlilik  və  s.)  yaratmaq  hüququnu 

tanıyır.


Göstərilən  təşkilatlar  ictimai  binaların,  radio  verlişləri,  televiziya,  mətbuat, 

digər  kütləvi  informasiya  vasitələrindən  istifadə  ilə  bağlı  başqa 

bənzər 

təşkilatlara  verilən  hüquqlara malik  olacaqlar.



6-  cı  Maddə

I.  Razılığa  gəlmiş  Tərəflərdən  hər  biri  milli  azlıqlara  mənsub  şəxslərin 

yaşadıqları  dövlətin  ərazisində  öz  aralarında  sərbəst  surətdə  əlaqəni  davam 

etdirmək  hüququnu,  eləcə  də  onları  etnik  mənşə,  mədəniyyət,  dil.  yaxud  dini 

etiqad  baxımından  bağlı  olduqları  dövlətlərin  vətəndaşları  və  təşkilatları  ilə 

əlaqə saxlamaq  və  bu  əlaqəni  davam  etdirmək  hüququnu  tanıyır.  Belə əlaqə və 

ünsiyyətlər  Razılığa gəlmiş Tərəflərin  milli  qanunvericiliyinə zidd  olmamalıdır.

2  Razılığa  gəlmiş  Tərəflər  digər  Razılığa  gəlmiş  Tərəflərin  öz  ərazisindəki 

məlumat-mədəniyyət mərkəzlərinin  fəaliyyətini  təşviq edəcəklər.

7-  ci Maddə

I.  Razılığa  gəlmiş  Tərəflərdən  hər  biri  milli  azlıqlara  mənsub şəxslərin  öz ad 

və soyadlarını ana dillərində qəbul edildiyi  kimi, rəsmi sənədlərdə işlətmək, eləcə 

də həm yazılı şəkildə, həm də rəsmiyyətçilik şəklində ana dilindən sərbəst surətdə

114


istifadə etmək,  bu dildə məlumat əldə etmək, öz ana dilində kütləvi informasiya 

vasitələrini  yaratmaq  da  daxil  olmaqla,  belə  məlumatları  yaymaq  və  mübadilə 

etmək  hüquqlarını  tanıyır.

2.  Razılığa  gəlmiş Tərəflərdən  hər biri  milli  qanunvericiliyə əsasən  mümkün 

və zəruri  olduğu  yerdə  rəsmi  hakimiyyətlə  ünsiyyətdə  milli  azlıqların  dilindən 

istifadə üçün şərait yaradacaqdır.

8-  ci Maddə

Razılığa  gəlmiş  Tərəflərdən  hər  biri  milli  azlıqlara  mənsub  şəxslərin  öz 

məzhəbinə uyğun olaraq, dininə etiqad etmək və dini ayinlərini yerinə yetirmək, 

ibadət  evlərini  saxlamaq,  dini  ayinləri  icra etmək  üçün  lazım  olan  əşyaları  əldə 

etmək  və onları  işlətmək,  eləcə də ana  dilində  maarifçi  dini  fəaliyyət göstərmək 

hüququnu  tanıyır.  Belə fəaliyyət  milli qanunvericiliyə zidd olmamalıdır

9-  cu  Maddə

Bu  Konvensiyanın  5-ci  maddəsində  göstərilən  maarifçi,  mədəni  və  dini 

xarakterli  təşkilatlar  həm  könüllü  pul  və  digər  yardımlar  hesabına 

maliyyələşdirilə  bilər,  eləcə  də  onların  yerləşdiyi  dövlətdən  qanunvericiliyinə 

uyğun  olaraq  yardım  ala  bilər.  Onlar  eləcə  də  yerləşdikləri  dövlətin 

qanunvericiliyi  ilə  müəyyən  edilmiş  tələblərə  əməl  etmək  şərtilə  digər  Razılığa 

gəlmiş Tərəflərin  dövlət  və ictimai  təşkilatlarından  yardım  ala  bilərlər.

10-  cu  Maddə

Razılığa  gəlmiş  Tərəflər  milli  azlıqların  etnik,  dil,  mədəni  və  dini 

özünəməxsusluqlarının  saxlanılmasına  kömək  məqsədilə  aşağıdakılara  əməl 

edəcəklər;

a)  Razılığa  gəlmiş  Tərəflərin  hər  biri  öz  qanunvericiliyinə  uyğun  olaraq 

dövlət dilini öyrənmək zəruriliyini  qəbul etməklə mövcud  tələbatı  nəzərə alaraq, 

milli  azlıqların  müxtəlif  mənbələrdən,  o  cümlədən  bu  Konvensiyanın  9-cu 

maddəsində  nəzərdə  tutulan  mənbələrdən  maliyyələşdirilən  müxtəlif  səviyyəli 

təhsil müəssisələrini və onların bölmələrini açmaq və saxlamaq da daxil olmaqla, 

ana  dilini  öyrənmək  və  ana  dilində  təhsil  almaq  üçün  müvafiq  şərati 

yaradacaqlar;

b)  tədrisin  milli  azlığın  dilində  aparıldığı  təhsil  müəssisələrini  və  onların 

bölmələrini həmin dildə proqramlar, dərs vəsaiti və ədəbiyyatla  təmin etmək, bu 

təhsil  müəssisələrində,  onların  bölmələrində  işləmək  üçün  mütəxəssislər 

hazırlığını  kömək  məqsədilə  Razılığa gəlmiş Tərəflərin təhsil məsələlərinə baxan 

dövlət orqanları  arasında əməkdaşlığa  kömək edəcəklər;

c) milli azlıqların mədəni irslərini saxlamaq və öyrənmək, o cümlədən onların 

farixi  və  mədəni  abidələrinin  mühafizəsini  təmin  etmək  üçün  tədbirlər 

görəcəklər;

d)  tədris  müəssisələrində  və  maarif  təşkilatlarında  dövlət  mədəniyyəti  və 

tarixi  öyrənilərkən  milli azlıqların  tarix  və mədəniyyətləri  nəzərə alınacaqdır;

e) milli  sənətlərin saxlanılmasına  və inkişaf etdirilməsinə kömək edəcəklər.

11-  ci  Maddə

1.  Razılığa  gəlmiş  Tərəflər  milli  azlıqların  ikitərəfli  bölgə  və  universal 

səviyyələrdə  qüvvədə  olan  sənədlərinin  sistemə  salınması  prosesinə  kömək 

edəcəklər

2.  Və  bu  məqsədlə  Birləşmiş  Millətlər  Təşkilatı  və  Avropa  Təhlükəsizlik  və 

Əməkdaşlıq  Təşkilatı  çərçivəsi  daxilində  ona  yönəldilmiş  səyləri  müdafiə 

edəcəklər.

115



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə