Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   40   41   42   43   44   45   46   47   48

istifadə ilə bağlı  hüquqi  münasibətləri  qaydaya salır.

2  Bu  qanun  dövlət  hakimiyyəti  orqanları  və  bələdiyyə  müəssisələri,  hüquq- 

mühafizə  orqanları  və digər dövlət  təsisatları,  o  cümlədən  dövlət  təşkilatları  ilə 

rəsmi  əlaqələr quran  bütün şəxslərə tətbiq edilir.

2-ci  Maddə.  Dövlət Dili  Haqqında Gürcüstan Respublikasının qanunvericiliyi

1.  Dövlət  dili  haqqında  Gürcüstan  Respublikasının 

Qanunvericiliyi 

Gürcüstan  Kostitusiyasından,  bu  qanundan  və  digər  normativ  aktlardan 

ibarətdir.

2.  Dövlət  dili  siyasətlərinin  əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi 

Gürcüstan  prezidentinin  və  Gürcüstan  Parlamenti 

rəhbərliyinin  müstəsna 

hüququdur.

3-cU Maddə.  Dövlət dilinin statusu

Gürcüstan  Respublikası  Kostitusiyasmın  8-ci  maddəsinə  uyğun  olaraq 

Gürcüstanın  dövlət  dili  gürcü dilidir, Abxaziyada  isə həmçinin abxaz dilidir.

4-cü  Maddə.  Qanunda işlədilən anlayışlar

Bu  qanunda  işlədilən anlayışlar aşağıdakı  mənaları daşıyır:

a) dövlət dili  ölkə qanunvericiliyi ilə müəyyənləşdirilən, tarixi ənənəyə uyğun 

olaraq  dövlət  hakimiyyətinin  həyata  keçirilməsində, ölkə vətəndaşlarının,  fiziki 

və  hüquqi  şəxslərin,  dövlət  və  yerli  özünüidarə  orqanlarının,  idarələrin, 

müəssisələrin  və  təşkilatların  qarşılıqlı  münasibətlərində  başlıca  vasitə  olan 

dildir.

b) bu qanuna görə, qeyri-dövlət dili dövlət dilindən  başqa istənilən  başqa bir 



dili  və Gürcüstanın  tarixi və mədəni  irsi  olan  başqa dilləri  ifadə edir.

5-ci Maddə.  Dövlət dilinin qorunmasının  təminatı

1.  Dövlət dilinin mühafizəsinin əsas qarantı  dövlətdir.

2.  Dövlət  orqanları  dövlət  dilinin  mühafizəsini,  sosial,  iqtisadi  və  hüquqi 

mexanizmlərdən istifadə olunmasını  təmin edirlər.

3. Dövlət dilinin sosial müdafiə mexanizmi bütün Gürcüstan  vətəndaşlarının 

qanuni  mənafelərini  nəzərə almaqla,  Gürcüstanda  yaşayan  bütün  sosial  (etnik, 

milli)  qruplar  barəsində  elmi  baxımdan  əsaslandırılmış  dil  siyasətinin 

yeridilməsini  ifadə edir.

4.  Dövlət  dilinin  iqtisadi,  maliyyə  mexanizmi  onun  sosial  müdafiəsinin 

məqsədli  büdcə və digər növ maliyyə təchizatını, müvafiq dövlət proqramlarının 

və elmi  proqramların planlaşdırma-maliyyələşdirilməsini  ifadə edir.

5.  Dövlət  dilinin  hüquqi  müdafiə  mexanizmi  Gürcüstan  qanunvericiliyinin 

dövlət  dili  haqqında  qanunda  nəzərdə  tutulan  tələblərinin  pozulduğu  hallarda 

hüquqi  və fiziki şəxslərin məsuliyyətinin  təmin  edilməsini  ifadə edir.

6-cı  Maddə.  Dövlət dilinin və digər (qeyri-dövlət) dillərinin 

işlədilməsinin  təminatı

1.  Dövlət  bütün  vətəndaşlara  dövlət  dilində  dövlət  və  yerli  özünüidarə 

orqanları,  müəssisələr  və  təşkilatlar  ilə  əlaqələr  qurmaq  üçün  müvafiq  şərait 

yaratmağa  borcludur.

2.  "Gürcüstanın  "Ümuminzibaıi  kodeksi"nə  görə,  Gürcüstan  vətəndaşı  açıq 

məlumatın  qeyri-dövlət  dilində  saxlandığı  hallardan  başqa,  dövlət  dilində  açıq 

məlumatla  təmin  olunmalıdır.

3.  Gürcüstanın  "Ümuminzibati  kodcksi"nə  və  Gürcüstan  "İctimai  xidmət 

haqqında"  qanununa  görə,  hər  bir  ictimai  qulluqçu  dövlət  dilində  xidməti 

məlumatla  təmin  olunubdur.

120

4. 


İctimai  qulluqçu  dövlət  dilini  yalnız  peşə  və  xidməti  vəzifələrini  yerinə 

yetirmək üçün  lazım olan səviyyədə bilməlidir.

7-ci Madda. Təhsil dilinin sərbəst seçimi

1. Qüvvədə olan müvafiq qanuna görə, Gürcüstanda yaşayan bütün şəxslərin 

təhsil  dilini seçmək hüququ  var.

Qüvvədə  olan  müvafiq  qanuna  görə,  Gürcüstan  ərazisində  yaşayan 

vətəndaşlar  və  etnik  qruplar  tərəfindən  yaradılan  əcnəbi  dilli  tədris 

müəssisələrində dövlət dilinin  tədrisi məcburidir.

8-ci  Maddə.  Dil üzrə dövlətin  xarici siyasətinin  prinsipləri

Digər  dövlətlərlə  qərarlaşdırılmış  beynəlxalq  hüquq  normalarını  və sazişləri 

nəzərə  almaqla,  Gürcüstanın  dövlət  dilinin  ölkə  xaricində  öyrəniləməsinə 

hərtərəfli  yardım göstərir.

9-cu  Maddə.  Dövlət dili proqramı

1.  Dövlət  dili  proqramının  hazırlanmasını  və  həyata  keçirilməsini  qanun­

vericilik  tərəfindən  bu  məqsədlə səlahiyyət verilmiş orqanlar təmin  edirlər.

2.  Dövlət  dili  proqramı,  bir  qayda  olaraq,  dövlət  dilində  ədəbiyyatın 

məqsədli  nəşri,  müvafiq  elmi  araşdırmaların  maliyyələşdirilməsi,  dövlət 

strukturlarında  çalışan  kadrları  hazırlamaq  üçün  şəraitin  yaradılması,  dil 

mədəniyyətini  təkmilləşdirmək  məqsədilə  təhsil  sisteminə  kömək  edilməsi  kimi 

istiqamətləri nəzərdə tutur.

3.  Dövlət  dili  proqramının  tam,  yaxud  qismən  maliyyələşdirilməsi  dövlət 

büdcəsi  tərəfindən  qabaqcadan  nəzərdə tutulmalıdır.

II  Fəsil

Gürcüstan vətəndaşlarının dili  işlətmək sahəsində hüququnun qanunvericiliklə

nizama salınması

10-cu Maddə.  Gürcüstan vətəndaşının dili işlətmək sahəsndə 

hüquqlarının təminatı.

1.  Gürcüstanın  bütün  vətəndaşları  dövlət  orqanları  ilə 

ünsiyyətdə  bu 

qanunda  nəzərdə tutulduğu  kimi, dövlət dilindən  istifadə etməlidirlər.

2.  Dövlət  hər bir vətəndaşına dövlət dilini öyrənməsi  və işlətməsi üçün şərait 

yaratmalıdır

3.  Vətəndaşların  dil.  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsi  digər 

vətəndaşların  hüquq  və azadlıqlarının  pozulmasına səbəb olmamalıdır.

11-ci Maddə.  Vətəndaşın dövlət  dilində rəsmi sənədləri əldə etmək  hüququ

Hər  bir  Gürcüstan  vətəndaşının  orijinala  uyğun  dildə  verilən  arxiv 

sənədlərinin  surətlərindən  başqa,  özü  haqqında  dövlət  və  yerli  özünüidarə 

orqanlarında  olan  rəsmi  sənəd  və  məlumatları,  dövlət  dilində  tələb  etmək  və 

qanunla  müəyyənləşdirilən  qaydada almaq  hüququ  var.

III  Fəsil

Dövlət  və yerli özünüidarə orqanlarının  və idarələrin  fəaliyyət,  kargüzarlıq  və

hüquq  icrası dili

12-ci  Maddə  Dövlət  və yerli özünüidarə orqanlarının  və idarələrin  kargüzarlıq dili

1.  Dövlət  və  yerli  özünüidarə  orqanlarının  fəaliyyəti,  bu  qanunla  və  dıgəı 

qanunvericilik  aktları  ilə  myəyyənləşdiıilən  istisnalardan  başqa,  dövlət  dilində 

həyata keçirilir.

2.  Dövlət və yerli  özünüidarə orqanlarında kargüzarlıq dövlət  dilində həyata

121



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə