Microsoft Word Credit rating Final version docx



Yüklə 242,05 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü242,05 Kb.
#68905


 

 

 



 

 

 



Azərbaycanın Beynəlxalq  Kredit Reytinqi 

 

 

 

 

Orxan Bağırov, 

Azərbaycan Respublikasının Prezidenti yanında 

Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma 

məsələləri şöbəsinin məsləhətçi-eksperti.  



 

 

 



 

 

Baku 2015 




1

        İqtisadi  xəbərlərdə  tez-tez  kredit  reytinqi  anlayışına  rast  gəlirik.  Məsələn,  2015-ci  ilin 

avqust ayında Maliyyə nazirliyinin verdiyi məlumata əsasən “Fitch Ratings Ratings” beynəlxalq 

kredit  reytinqi  agentliyi  Azərbaycan  Respublikasının  uzunmüddətli,  yerli  və  xarici  valyutada 

kredit  reytinqini  “BBB-“  səviyyəsində  təsdiq  edərək  proqnozu  “sabit”  saxlamışıdır.  Bəs  kredit 

reytinqi nədir?, Necə müəyyənləşdirilir və əhəmiyyəti nədən ibarətdir? 

       Kredit  reytinqi  istər  fiziki  şəxslərə,  istərsə  də  korporasiyalara  və  milli  dövlətlərə  aid  edilə 

bilər. Suveren kredit reytinqləri milli dövlətlərə, korporativ kredit reytinqləri isə korporasiyalara 

aid  edilir.  Kredit  reytinqi  borc  götürənin  gələcəkdə  öhdəliyini  müqavilədə  göstərilmiş  şərtlərə 

əsasən  tam  olaraq  və  zamanında  ödəyib-ödəməmə  ehtimalını  müəyyənləşdirir.  İstər 

korpoprasiyalar, istərsə də dövlətlər üçün kredit reytininqinin əhəmiyyəti böyükdür. Çünki kredit 

reytinqi  ancaq  borcalana  gələcəkdə  kreditin  verilib  verilməyəcəyinə  deyil,  eyni  zamanda  hansı 

şərtlərlə  veriləcəyinə  təsir  edir.  Kredit  reytinqi  aşağı  olan  ölkələrə  kreditlər  daha  yuxarı  faizlə 

təklif  edilir.  Dövlətlərin  xərclərini  ödəməsində  aldığı  xarici  borcların  böyük  rolu  olduğundan, 

dövlətin  kredit  ala  bilməməsi  və  ya    yüksək  faiz  dərəcələrini  ödəmək  maliyyə  çətinliklərinə 

gətirib  çıxara  bilər.  Kredit  reytinqinin  aşağı  düşməsi  eyni  zamanda  yayılma  effekti  yaradır 

(spillover effect). Yəni kredit reytinqi aşağı düşərsə bu xarici borc faizlərinin qalxmasına, xarici 

borc faizlərinin qalxması dövlətdən maliyyələşən şirkətlərin və maliyyə  institutlarının maliyyə 

vəsaitlərini dövlətdən yüksək faizlə alması nəticəsində əhaliyə daha yüksək faizlə təklif etməsinə 

bu  da  öz  növbəsində  ölkə  daxilində  biznes  mühitinin  pisləşməsinə  və  inkşafının  zəifləməsinə 

səbəb  olur.  Kredit  reytinqinin  aşağı  düşməsi  həm  də  xarici  investorların  dövlətə  olan  inamının 

azalmasına,  dövlət  qiymətli  kağızlarının  satışının  zəifləməsinə  və  bu  da  kapital  axınının 

azalmasına  gətirib  çıxarır.  Buna  görə  də,  sadalanan  mənfi  təsirlərdən  yayınmaq  üçün  dövlətlər 

daima kredit reytinqini yüksək saxlamağa və artırmağa çalışırlar.     

        Kredit reytinqini müəyyənləşdirən ilk agentlik “Moody’s” olmuşdur. Bu agentlik 1909-cu 

ildə  yaradılsada  (investopedia)  30-cu  illərə  qədər  kredit  reytinqinə  əsaslı  bir  göstərici  kimi 




2

yanaşılmamışdır.  Lakin  zamanla  maliyyə  instituları  və  kompaniyalar  üçün  borcalanın  maliyyə 

vəziyyətinin  qiymətləndirilməsində  kredit  reytinqinə  əsaslanmaq  bir  ənənəyə  çevrildi.  Hal-

hazırda  korparasiyaların  və  dövlətlərin  kredit  reytinqi  əsasən  üç  kredit  reytinqi  agentlikləri 

tərəfindən  müəyyənləşdirilir.    Bunlar  “Standard  &  Poor’s”,  “Fitch  Ratings”  və  “Moody’s” 

agentlikləridir.  Kredit  reytinqini  müəyyənləşdirmək  üçün  bu  agentliklərə  korparasiyalar  və 

dövlətlər  müvafiq  ödəniş  edirlər.  Kredit  reytinqinin  müəyyənləşdirilməsində  kredit  reytinqi 

agentlikləri səkkiz əsas faktor və ya kriteriyaları nəzərə alırlar, bu kriteriyalar aşağıdakılardır: 

Ø

  Adam başına düşən gəlir  



Ø

  Ümumi daxili məhsulun artımı  

Ø

  İnflyasiya 



Ø

  Fiskal balans  

Ø

  Daxili balans  



Ø

  Xarici borc 

Ø

  İqtisadi inkşaf  



Ø

  Defolt tarixçəsi  

      Agentliklər kredit reytinqlərini həm yerli, həm xarici valyutada həm də qısa müddətli (bir ilə 

qədər)  və  uzunmüddətli  dövr  üçün  (bir  ildən  çox)  müəyyənləşdirir.  Hər  bir  kredit  reytinqi 

agentliyinin özünəməxsus qiymətləndirmə sistemi vardır (bax Cədvəl 1,2,3). Qiymətləndirmənin 

nəticələri  dərəcələrlə  və  alt  dərəcələrlə  göstərilir.  Bu  dərəcələr  iqtisadi  ölçü  vahidi  olmaqla 

ölkələri müqayisə etməyə imkan verir. Müəyyənləşdirilimiş dərəcələrə aid olan reytinqlərin bir 

çoxu  “+”,”-“  işarələri  və  rəqəmlərlə  də  işlənir.  Eyni  zamanda  bu  agentliklər  kredit  reytinqi  ilə 

yanaşı gələcək dövr üçün proqnozuda müəyyənləşdirir.  

     “Standard  and  Poor's”-un  uzunmüddətli  dövr  üçün  müəyyənləşdirdiyi  reytinqlər  AA 

dərəcəsindən  CCC  dərəcəsinə  qədər  “+”,”-“  işarələri  ilə  də  işlənirki  bu  da  həmin  reytinq 

göstəricisinin  dərəcə  daxilindəki  hansı  alt  dərəcəyə  uyğun  olduğunu  göstərir.  Eyni  zamanda 

“Standard  and  Poor's”  uzunmüddətli  reytinqlər  üçün  uzunmüddətli  dövrdə  proqnozu  da 

müəyyənləşdirir  və  bunun  üçün    beş  göstəricidən  istifadə  edir:  “Müsbət”(Positive),” 

Mənfi”(Negative), “Sabit”(Stable), “Dəyişkən”(Developing) və “Qeyri-müəyyən”(NM).  



3

      “Moody’s”-in  uzunmüddətli  dövr  üçün  müəyyənləşdirdiyi  reytinqlər  Aa  dərəcəsindən  Caa 

dərəcəsinə  qədər  1,  2,  3    rəqəmləri  ilə  də  işlənirki  bu  həmin  reytinq  göstəricisinin  dərəcə 

daxilindəki hansı alt dərəcəyə uyğun olduğunu göstərir. Eyni zamanda “Moody’s” ortamüddətli 

dövr  üçün    reytinqlərin  proqnozunu  müəyyənləşdirir  və  bunun  üçün  dörd  göstəricidən  istifadə 

edir: “Müsbət”(POS),  ”Mənfi”(NEG), “Sabit”(STA), “Dəyişkən”(DEV) .  

    “Fitch  Ratings”-in  uzunmüddətli  dövr  üçün  müəyyənləşdirdiyi  AAA  və  B-dən  aşağı  olan 

dərəcələrdən başqa digər dərəcələrə aid olan reytinqlər “+”,”-“ işarələri ilə də işlənirki bu həmin 

reytinq  göstəricisinin  dərəcə  daxilindəki  hansı  alt  dərəcəyə  uyğun  olduğunu  göstərir.  “Fitch 

Ratings”  eyni  zamanda  bir  ildən  iki  ilə  qədər  olan  dövr  üçün  reytinq    proqnozunu 

müəyyənləşdirir  və  bunun  üçün  dörd  göstəricidən  istifadə  edilir:  “Müsbət”(Positive),  

”Mənfi”(Negative), “Sabit”(Stable), “Dəyişkən”(Evolving) .  

 

 

 

 

 

 

 

 

 

  

 

Cədvəl 1

                  “Standard and Poor's” agentliyinin kredit reytinqi dərəcələri 

Uzunmüddətli dövr üçün 

Qısamüddətli dövr üçün 

AAA 

Son dərəcə güclü 



A-1 

Güclü 


AA 

Çox güclü 



A-2 

Qənaətbəxş 



Güclü 


A-3 

Adekvat 


BBB 

Adekvat 


Spekulyativ 



BB 

Zəif 


B-1 

Biraz spekulyativ 



Daha zəif 



B-2 

Çox spekulyativ 



CCC 

Çox zəif 



B-3 

Son dərəcə spekulyativ 



CC, C 

Yüksək dərəcədə zəif 



Yüksək dərəcədə zəif 



Tənzimləyici nəzarətdədir 



Tənzimləyici nəzarətdədir 



SD və D 

Defolt 


SD və D 

Defolt 


NR 

Reytinq müəyyənləşdirilməmişdir 



NR 

Reytinq müəyyənləşdirilməmişdir 

Mənbə: www.crmz.com 



4

 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 



Cədvəl 2

                               “Moody’s”agentliyinin kredit reytinqi dərəcələri 

Uzunmüddətli dövr üçün 

Qısamüddətli dövr üçün 

Aaa  Ən yüksək dərəcə , minimum kredit riski 

P-1 

Yüksək dərəcəli kredit ödəmə 

qabiliyyəti 

Aa 

Yüksək dərəcə, aşağı kredit riski 



P-2 

Güclü kredit ödəmə qabiliyyəti 



Yuxarı orta dərəcə, aşağı kredit riski 



P-3 

Qəbul edilən kredit ödəmə qabiliyyəti 



Baa  Spekulyativ xarakterli, Orta kredit riski 

NP 

Aşağı ödəmə qabiliyyəti 



Ba 

Spekulyativ xarakterli, əsaslı kredit riski 

 

 



Spekulyativ xarakterli, yüksək kredit riski 

 

 



Caa  Zəif dərəcə, Çox yüksək kredit riski 

 

 



Ca 

Yüksək dərəcədə spekulyativ, defolta yaxın 

 

 



Ən zəif dərəcə, defolt 

 

 



Mənbə: www.crmz.com 

Cədvəl 3

                               “Fitch Ratings” agentliyinin kredit reytinqi dərəcələri 

Uzunmüddətli dövr üçün 

Qısamüddətli dövr üçün 

AAA 

Ən yüksək kredit keyfiyyəti 



F1 

Qısamüddətli ən yüksək kredit keyfiyyəti 



AA 

Çox yüksək kredit keyfiyyəti  



F2 

Qısamüddətli yaxşı kredit keyfiyyəti 



Yüksək kredit keyfiyyəti 



F3 

Qısamüddətli kafi kredit keyfiyyəti 



BBB 

Yaxşı kredit keyfiyyəti 



Qısamüddətli spekulyativ kredit keyfiyyəti 



BB 

Spekulyativ 



Qısamüddətli yüksək defolt riski 



Yüksək dərəcədə spekulyativ 



RD 

Məhdud defolt 



CCC 

Əsaslı kredit  riski 



Defolt  


CC 

Yüksək dərəcəli kredit riski 



 

 

Çox yüksək dərərcəli kredit riski  

 

 

RD 

Məhdud defolt 

 

 

Defolt 

 

 

Mənbə: www.crmz.com 






5

    Kredit  reytinqi  agentlikləri  dövlətlərin  reytinqlərini  müəyyənləşdirərkən  hesabat  təqdim 

edirlər  və  bu  hesabatda  reytinqin  hansı  parametrlər  əsasında  müəyyən  edildiyi  göstərilir.  Qeyd 

etdiyimiz üç əsas kredit reytinqi agentliklərinin Azərbaycan haqqında hazırladığı son hesabatları 

nəzərdən keçirək. 

      “Fitch  Ratings”  agentliyi  28  avqust  2015-ci  il  tarixində  təqdim  etdiyi  hesabatda 

Azərbaycanın uzunmüddətli dövr üçün yerli və xarici valyutada kredit reytinqini “sabit” proqnoz 

ilə  “BBB-“  səviyyəsində,  qisamüddətli  dövr  üçün  xarici  valyutada  kredit  reytinqini  “F3” 

səviyyəsində  və  xarici  valyutada  olan  dövlət  qiymətli  kağızları  üçün  reytinqi  isə  “BBB-“ 

səviyyəsində  təsdiq  etmişdir.  Agentlik  Azərbaycanın  yuxarı  kredit  reytinqinin  formalaşmasına 

təsir edən əsas müsbət amillər kimi aşağı dövlət borcunu (ÜDM-un14%-i, 2015-ci ildə) və neft 

gəlirləri və cari hesabın profisiti hesabına formalaşmış böyük xarici valyuta ehtiyatlarını (ÜDM-

un  72%-i  )  götürmüşdür.  Reytinqə  təsir  edən  mənfi  amil  kimi  isə  neft  sektorundan  asılılıq 

götürülmüşdür. Agentliyin prqonozlarına görə neft sektorundan gələn gəlirlərin ÜDM-da payının 

24%-dən 20%-ə düşməsi nəticəsində 2015-ci ilin sonuna dövlət büdcəsinin profisitinin ÜDM-da 

payı 4%-ə bərabər olacaq. Eyni zamanda agentlik proqnozlaşdırır ki, neftin qiymətinin tədricən 

bərpa  olması  və  kapital  xərclərinin  ÜDM-da  payının  14%-dən  10%-ə  düşməsi  2016-cı  ildə 

dövlət  büdcəsində  balansın  təmin  olunmasına  və  2017-ci  ildə  büdcənin  ÜDM-un  4%-i  qədər 

profisitə  malik  olmasına  gətirib  çıxaracaq.  Qeyri-neft  sektorunun  gəlirlərinin  ÜDM-da  payının 

hal-hazırkı dövrlə müqayisədə 12.5%-dən 15%-ə qalxacağı ehtimal olunur.  Agentliyin qənaətinə 

görə  Azərbaycan  hakimiyyəti  Azərbaycan  Dövlət  Neft  Fondunun  aktivlərinin  qorunması 

istiqamətində  uğurlu  siyasət  həyata  keçirir  və  bunun  nəticəsində  2014-cü  ilin  sonunda  Neft 

Fondunun aktivlərinin ÜDM-da payının 49% olduğu halda 2017-ci ilin sonuna bu göstərici 57% 

olacaq.  Eyni  zamanda  qeyd  edilirik  ilin  sonuna  ÜDM-un  artımı  2.3%,  qeyri-neft  sektorunun 

artımı isə 5% proqnozlaşdırılır və bu artım neftin qiymətinin aşağı düşməsinin və devalvasiyanın 

mənfi təsirlərini tam zərərsizləşdirəcək.  




6

        “Moody’s”  agentliyinin  18  oktyabr  2015-ci  il  tarixində  açıqladığı  hesabata  əsasən 

Azərbaycanın uzunmüddətli dövr üçün yerli və xarici valyutada kredit reytinqi “sabit” proqnoz 

ilə “Baa3” səviyyəsində qiymətləndirilmişdir. Hesabatda qeyd edilir ki, neftin qiymətinin dünya 

bazarında kəskin azalması neftə əsaslanan Azərbaycan iqtisadiyyatına əsaslı sürətdə mənfi təsir 

etmişdir və nəticədə fiskal defisit artmış, iqtisadi artım zəifləmişdir.  Lakin Azərbaycanın böyük 

xarici  valyuta  aktivlərinə  sahib  olması  (2-ci  rübün  sonuna  $42  milyard)  ölkə  iqtisadiyyatını 

sadalanan mənfi təsirlərdən qorumuşdur. Son onillikdə Azərbaycanın neft ixracından əldə etdiyi 

gəlirlər dövlət borcunu aşağı səviyyədə saxlamağa, Neft Fondu və Mərkəzi Bank hesabına böyük 

miqdarda  xarici  valyuta  ehtiyatlarını  toplamağa  şərait  yaratmışdır.  Ancaq  Azərbaycan 

iqtisadiyyatının  neftdən  asılılığı  davam  edir  və  bu  gələcəkdə  neft  bazarında  baş  verə  biləcək 

qiymət  azalmasına  qarşı  iqtisadiyyatın  həssas  olduğunu  göstərir.  Azərbaycan  yaxın  gələcəkdə 

qeyri-neft sektorunu inkşaf etdirmək üçün neft sektorundan asılılığını davam etdirəcəkdir. Eyni 

zamanda agentlik qeyd edir ki, İran İslam Respublikasının “Nüvə Razılaşması”-nı əldə etməsi ilə 

İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması İranın neft bazarına yenidən qayıtması 

ilə  nəticələnəck  ki,  bu  da  2016-cı  ildə  neftin  qiymətinin  azalmasına  səbəb  olacaq.  Buna 

baxmayaraq    İrana  qarşı  olan  sanksiyaların  aradan  qaldırılması  Azərbaycanın  İranla  ticarət 

əlaqələrinin genişlənməsinə və İrana investisiyalar yatırılmasına şərait yaradacaqki, bu da aşağı 

neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına olan təzyiqini müəyyən qədər azaldacaq.  

     “Standard  and  Poor's”  agentliyi  31  iyul  2015-ci  il  tarixində  açıqladığı  hesabatda 

Azərbaycanın  kredit  reytinqi  neqativ  proqnoz  ilə  yerli  və  xarici  valyutada  uzunmüddətli  dövr 

üçün “BBB-“ səviyyəsində, qisamüddətli dövr üçün isə “A-3” səviyyəsində qiymətləndirmişdir. 

Hesabatda qeyd edilir ki, Azərbaycanın yüksək kredit reytinqinə sahib olmasına təsir edən əsas 

amil onun əsasən Dövlət Neft Fondunun aktivləri ($35 milyarddan çox)  hesabına formalaşmış 

güclü fiskal mövqeyidir. Eyni zamanda hesabatda qeyd edilir ki, neftin qiymətinin azalması ilə 

Azərbaycan  iqtisadiyyatına  təzyiqin  artması,  bunun  nəticəsində  cari  ilin  Fevral  ayında  manatın 

devalvasiyaya uğrayaraq dollara qarşı 33% ucuzlaşmasına baxmayaraq 2018-ci ilə qədər manatın 



7

yenidən  devalvasiyaya  uğraması  proqnozlaşdırılmır.  Agentlik  hesabatda  Azərbaycan 

Respublikasının mərkəzi bankının xarici valyuta ehtiyatlarının Fevral ayından Aprel ayına qədər 

azalması və May ayında stabilləşdiyini qeyd edərək  ilin sonuna qədər stabil qalacağını təxmin 

edir.  Hesabata  əsasən  2016-cı  ildən  etibarən  istehlakın  və  investisiyaların  artması  hesabına 

iqtisadi fəaliyyətin güclənəcəyi və uzunmüddəttli dövrdə yeni qaz sahələrinin istismarının azalan  

neft  sektoru  gəlirlərini  kompensasiya  edəcəyi  proqnozlaşdırılır.  Agentliyin  qənaətinə  görə 

Azərbaycanın  aşağı  dövlət  borcu  2015-ci  ilin  sonuna  onun  xalis  aktivlərinin  ÜDM-da  payının 

52% çatmasına imkan yaradacaq.  

     Azərbaycanın yüksək kredit reytinqini əldə etməsinin bir sıra əhəmiyyətli üstünlükləri  vardır: 



İnvestisya  cəlbi  -  İlk  növbədə  yüksək  kredit  reytinqi  ölkəyə  investisya  cəlbini  təşviq  edəcək. 

Çunki  kredit  reytinqinin  yüksək  olması  ölkədə  sağlam  investisiya  mühitinin  mövcudluğunu  və 

risklərin  az  olduğunu  göstərir.  Bu  da  birbaşa  real  sektorun  inkşafına  və  biznes  mühitinin 

yaxşılaşmasına  gətirib  çıxaracaq  ki,  nəticədə  qeyri-neft  sektorunun  inkşafı  sürətlənəcək. 

Azərbaycanın istər Cənubi Qafqaz regionunda, istərsə də digər qonşu dövlətlər ilə  müqayisədə 

daha  yüksək  kredit  reytinqinə  sahib  olması  eyni  zamanda  regionda  marağı  olan  investorların 

Azərbaycana  meyl  etməsinə  gətirib  çıxaracaq,  ona  görə  ki  investorlar  üçün  təhlükəsiz  iqtisadi 

mühit daha önəmlidir. 



Kapital  ixracının  zəifləməsi  -  Digər  tərəfdən  yüksək  kredit  reytinqi  ölkə  iqtisadiyyatına  olan 

inamı artırmaqla ölkədən kapital ixracını zəiflədəcək. Əgər əvvəlki dövrlərdə yerli investorlar öz 

iqtisadi fəaliyyətlərini həyata keçirmək üçün daha çox xarici ölkələrə meyl edirdilərsə lakin artıq 

Azərbaycanda  yaradılmış  sağlam  və  təhlükəsiz  iqtisadi  mühit  onların  vəsaitlərini 

iqtisadiyyatımızın  müxtəlif  sahələrinə  yatırmasına  gətirib  çıxaracaq  və  bu  da  sözsuzki  real 

sektorun inkşafına müsbət təsir edəcək.  



Beynəlxalq  maliyyə  bazarlarına  çıxış  -  Yüksək  kredit  reytinqi  respublikamızın  beynəlxalq 

maliyyə bazarlarına çıxışını asanlaşdıracaq. Maliyyə bazarlarında investorlar hər bir ölkəni onun 




8

kredit  reytinqinə  əsasən  qiymətləndirirlər  və  kredit  reytinqinin  yüksək  olması  həmin 

investorların Azərbaycanın qiymətli kağızlarına maraqlarının artması deməkdir. Artıq bu sahədə 

ilkin  müsbət  nəticə  əldə  edilmişdir.  Beləki,  2014-cü  ildə  1  milyard  250  milyon  ABŞ  dolları 

məbləğində dövlət avrobondları beş faizlik gəlirlilik və 10 il ödəmə müddəti ilə yerləşdirilmişdir. 

Qiymətli kağızlara olan tələbat təklifdən 4 dəfə artıq olmuş və 160-dan çox ölkənin institusional 

investorlarını  cəlb  etmişdir.  ABŞ  investorları  istiqrazların  47%-ni,  Britaniya  investorları 

istiqrazların 25%-ni, Almaniya investorları 18%-ni və qalan 10%-i isə digər ölkələr, o cümlədən 

Sinqapur və İsrail əldə etmişdir. 

Manatın  sabitliyinin  qorunması  -  Yüksək  kredit  reytinqinin  digər  əhəmiyyətli  üstünlüyü 

manatın sabitliyinin qorunmasına və manata olan təzyiqlərin azalmasına təsir etməsidir. Beləki, 

yüksək  kredit  reytinqi  xarici  kapital  axınını  sürətləndirdiyi  üçün  tədavülü  artırmadan  əmtəə 

dövriyyəsinin  həcmini  və  sürətini  artırmaqla  ümumi  daxili  məhsulu  artırır  və  bu  da  öz 

növbəsində məşğulluğun artmasına, inflyasiyanın zəifləməsinə gətirib çıxarır. Nəticədə əlavə pul 

emissiyası həyata keçirmədən əlavə dəyər yaradılması manatın möhkəmliyini artırır.  

 Qiymətli  kağızlar  bazarının  inkşafı  -    Yüksək  kredit  reytinqi  qiymətli  kağızlar  bazarının 

inkşafına bir-başa təsir edəcək. Təhlükəsiz və sağlam iqtisadiyyat ölkəmizdə fəaliyyət göstərən 

şirkətlərin qiymətli kağızlarına olan marağı artıracaq. Ölkəyə kapital idxalının artması fəaliyyət 

göstərən  şirkətlərin  sayının  və  potensialının  artmasına  bununlada  şirkətlərin  daha  çox  səhm 

emissiya edərək investorlar cəlb etməsi ilə qiymətli kağızlar bazarının inkşafının sürətlənməsinə 

səbəb olacaq. 

      Uzunmüddətli dövr üçün Azərbaycanın  kredit reytinqini digər ölkələrin kredit reytinqləri ilə 

müqayisə  etdikdə  respublikamızın  iqtisadiyyatının  gücləndiyinin  və  dünya  ölkələri  arasında 

mövqeyinin möhkəmləndiyinin şahidi oluruq. Cənubi Qafqaz regionuna nəzər salsaq Ermənistan 

və  Gürcüstanın  uzunmüddətli  dövr  üçün  daha  zəif  və  spekulyativ  kredit  reytinqlərinə  sahib 

olduğunu görə bilərik (bax cədvəl 4). Rusiya ilə müqayisə etdikdə isə uzunmüddətli dövr üçün 



9

“Fitch Ratings” agentliyi Rusiya ilə Azərbaycanın kredit reytinqini eyni səviyyədə,  “Standard & 

Poor’s”  və  “Moody’s”  agentliklərinin  isə  Rusiyanın  kredit  reytinqini  daha  aşağı  səviyyədə 

qiymətləndirdiyini  görürük.  Türkiyəyə  gəldikdə  isə,  uzunmüddətli  dövr  üçün  “Moody’s”  və 

“Fitch  Ratings”  agentlikləri  Türkiyənin  kredit  reytinqini  Azərbaycanla  eyni  səviyyədə,  

“Standard & Poor’s” agentliyi isə daha aşağı səviyyədə qiymətləndirmişdir.  

                 Cədvəl 4               Bir sıra ölkələrin 2015-ci ildə kredit reytinqləri 

 

Standard & Poor’s 

Moody’s 

Fitch Ratings 

Azərbaycan 

BBB- 

Baa3 

BBB- 

Gürcüstan 

BB- 

Ba3 

BB- 

Ermənistan 



Ba3 

B+ 

Rusiya federasiyası 

BB+ 

Ba1 

BBB- 

Türkiyə 

BB+ 

Baa3 

BBB- 

Mənbə: Tradingeconomics 

        Dünya iqtisadiyyatında böhranın mövcud olduğu, neft və neft məhsullarının qiymətlərinin 

kəskin  azaldığı  bir  dövrdə  Respublikamızın  kredit  reytinqinin  yüksək  səviyyədə 

qiymətləndirilməsi Azərbaycan iqtisadiyyatının dayanıqlı olduğunu və baş verə biləcək iqtisadi 

şokları  dəf  etmək  potensialına    malik  olduğunu  göstərir.  Respublikamızın  əldə  etdiyi  yüksək 

iqtisadi  göstəricilər  cənab  Prezident  İlham  Əliyev  tərəfindən  həyata  keçirilən  uzaqgörən  və 

səmərəli  iqtisadi  siyasətin  nəticəsidir.  Bu  uzaqgörən  siyasət  gələcəkdə  də  Azərbaycanın 

iqtisadiyyatının  daha  da  güclənməsinə  və  beynəlxalq  reytinqlərinin  daha  yüksək  səviyyəyə 

çatmasına səbəb olacaqdır.      



 

Yüklə 242,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə