Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   40   41   42   43   44   45   46   47   48

ilə onun  bu geriçəkilməni  dayandırdığı  tarix bildirilməlidir.

III  HİSSƏ

14-cü  Maddə

Hər kəsin ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, tam 

bərabərlik  əsasında ən azı  aşağıdakılarla  təminat hüququ  var:

a)  ona  qarşı  irəli  sürülən  ittihamın  xarakteri  və  əsası  haqqında  onun  başa 

düşdüyü  dildə təcili  qaydada və ətraflı xəbərdar edilmək;

i) məhkəmədə istifadə olunan dili  başa düşmürsə, yaxud bu dildə danışmırsa, 

tərcüməçinin  köməyindən  pulsuz istifadə etmək;

18-ei  Maddə

1.  Hər  bir  insanın  fikir,  vicdan  və  din  azadlığı  hüququ  var.  Bu  hüquqa 

özünün  seçdiyi  dini  və  ya  əqidəni  daşımaq,  yaxud  qəbul  etmək,  ibadəti  icra 

edərkən,  dini  ayin  və mərasimləri,  onlara  aid adət və təlimləri yerinə yetirərkən 

öz dininə  və əqidəsinə istər  təkbaşına,  istərsə də  başqaları  ilə  birgə,  açıq,  yaxud 

xüsusi qaydada  etiqad etmək  azadlığı  daxildir.

2.  Heç  kəs  onun  özünün  seçdiyi  dini  və  ya  əqidəni  daşımaq,  yaxud  qəbul 

etmək azadlığını azaldan  məcburiyyətə məruz qalmamalıdır.

3.  Dinə,  yaxud  əqidəyə  etiqad  azadlığı  yalnız  qanunla  müəyyənləşdirilən  və 

ictimai  təhlükəsizliyin,  asayişin,  sağlamlıq  və əxlaqın,  həmçinin  başqa  şəxslərin 

əsas  hüquq  və  azadlıqlarının  qorunması  üçün  zəruri  olan  qədər 

məhdudlaşdırılmalıdır.

20-ci  Maddə

2.  Milli,  irqi,  dini  nifrətin  xeyrinə edilən  ayrı-seçkiliyə,  düşmənçiliyə,  yaxud 

zorakılığa  təhrikçiliklə  bağlı  hər  bir çıxış qanunla qadağan  edilməlidir.

24-  cü Maddə

1.  Hər bir uşağın  irq, dərisinin rəngi, cins, din,  dil, milli, yaxud sosial mənşə, 

əmlak  vəziyyəti,  yaxud  doğuluş  əlamətlərinə  görə  heç  bir  ayrı-seçkiliyə  məruz 

qalmadan  ailəsi,  cəmiyyət  və  dövlət  tərəfindən  azyaşlı  vəziyyətinin  tələb  etdiyi 

müdafiə  tədbirləri  görülməsinə hüququ  var.

25-  ci  Maddə

a)  dövlət  işlərinin  aparılmasında  həm  bilavasitə,  həm  də  azad  seçilmiş 

nümayəndələrin  vasitəsilə iştirak etmək;

b)  iimumi  və  bərabər seçki  hüququ  əsasında gizli  səsvermə yolu  ilə keçirilən 

və  seçicilərin  öz  iradələrini  azad  bildirməsini  təmin  edən  həqiqi,  vaxtaşırı 

seçkilərdə səs vermək  və seçilmək;

c )

 öz ölkəsində ümumi,  bərabərlik şəraitində dövlət qulluğuna  buraxılmaq.

27-ci Maddə

Etnik,  dil  və din azlıqlarının  mövcud olduğu ölkələrdə belə azlıqlara mənsub 

şəxslərin  həmin  qrupun digər üzvləri  ilə birgə öz mədəniyyətindən  faydalanmaq

öz  dininə  etiqad  etmək  və  onun  ayinlərini  icra  etmək,  eləcə də  öz doğma  dilini 

işlətmək  hüququ  rədd  edilə bilməz.

104


Baş  Məclisin  2200 Л  (21)  saylı qətnaməsi ilə  16 dekabr  1966-cı  il ianxdə 

qəbul edilmiş,  imzalanmaq,  təsdiq edilmək  və qoşulmaq  üçün açıqdır.

3  yanvar  1976-cı il tarixində qüvvəyə minmişdir.

II  HİSSƏ

2-ci Maddə

1.  Bu  Paktda  iştirak  edən  dövlətlər  Paktda  elan  edilmiş  hüquqların  irq. 

dərisinin  rəngi,  cins,  din,  dil.  siyasi,  yaxud  digər  əqidələr,  milli,  vaxud  sosial 

mənşə, əmlak  vəziyyəti, doğuluş, və ya digər hallar ilə bağlı heç bir ayrı-seçkiliyə 

yol vermədən həyata  keçiriləcəyinə təminatı  verirlər

III  HİSSƏ 

13-cü Maddə

1.  Bu Paktda iştirak edən dövlətlər hər bir insanın təhsil hüququnu tanıyırlar. 

Onlar  razılaşırlar  ki,  təhsil  insan  şəxsiyyətinin  inkişafına  və  onun  ləyaqətinin 

dərk  edilməsinə  yönəldilməli  insan  hüquqlarına  və  əsas  azadlıqlara  hörməti 

möhkəmləndirməlidir.  Onlar  daha  sonra  razılaşırlar  ki,  təhsil  hər  kəsin,  azad 

cəmiyyətin yararlı iştirakçısı olmasına imkan yaratmalı, bütün  irqi, etnik və dini 

qruplar  arasında  qarşılıqlı  anlaşmaya,  dözümlüyə  və  dostluğa  kömək  etməli. 

Birləşmiş  Millətlər Təşkilatının sülhü  müdafiəsinə yardım göstərməlidir.

İ Q T t S A D t ,   S O S İ A L   V Ə   M Ə D Ə N İ   H Ü Q U Q L A R   H A Q Q I N D A

B E Y N Ə L X A L Q   P A K T

105



BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ YETKİNLİK 

YASINA  ÇATMAYANLAR  BARƏSİNDƏ 

ƏDALƏT  MƏHKƏMƏSİNİN  İCRASINA AİD 

MİNİMAL STANDART QAYDALARI

("PEKİN QAYDALARI")

Birləşmiş Millətlər  Təşkilatı  Baş  Məclisinin  40/33 saylı qətnaməsi ilə  10 dekabr 

1985-ci il tarixdə qəbul edilmişdir.

III  HİSSƏ.  MƏHKƏMƏ QƏRARLARININ  ÇIXARILMASI  VƏ TƏSİR 

TƏDBİRLƏRİNİN SEÇİLMƏSİ

22.  Peşəkarlıq  və hazırlıq zərurəti

22.2  Yetkinlik  yaşına  çatmayanların  işləri  üzrə  ədalət  məhkəməsi 

orqanlarının  işçilər  heyəti  yetkinlik  yaşına  çatmayanların  işləri  üzrə  ədalət 

məhkəməsi  sistemi  ilə  ünsiyyətə  girən  yetkinlik  yaşına  çatmayanların  müxtəlıl 

kateqoriyaları  nəzərə  alınmaqla  seçilməlidir.  Yetkinlik  yaşına  çatmayanların 

işləri  üzrə  ədalət  məhkəməsi  orqanlarında  qadınların  və  milli  azlıqların ədalətli 

təmsil olunmasını  təmin etməyə çalışmaq  lazımdır.

106

UŞAQ  HÜQUQLARI  HAQQINDA  KONVENSİYA



Baş Məclisin 44/25 saylı  qətnaməsi ilə 20 noyabr  1989-cu il tarixində qəbul 

edilmiş,  imzalanmaq,  təsdiq edilmək  və qoşulmaq  üçün açıqdır.  49-cu maddəyə 

əsasən 2 setnyabr  1990-cı il tarixində qüvvəyə minmişdir.

I  HİSSƏ


2-ci  Madda

1. 


İştirakçı  dövlətlər onların  yurisdiksiyası  daxilində olan  hər  bır  uşaq  üçün 

bu  Konvensiyada  nəzərdə  tutulan  bütün  hüquqlara  uşağın  və  onun 

valideynlərinin,  yaxud  qanuni  qəyyumlarının  irqindən,  dərisinin  rəngindən, 

cinsindən,  dilindən,  dinindən,  siyasi,  yaxud  digər  əqidələrindən,  milli,  etnik, 

yaxud  sosial  mənşəyindən,  əmlak  vəziyyətindən,  uşağın  sağlamlıq  və  doğuluş 

durumundan,  yaxud  hər  hansı  digər  hallardan  asılı  olmayaraq,  heç  bir  ayrı- 

seçkiliyə yol vermədən hörmət göstərir və onları  təmin edir.

29-cu Maddə

1.  İştirakçı dövlətlər razılaşırlar ki, uşağın  təhsili aşağıdakılara yönəldilməlidir

d) 


uşağın  azad  cəmiyyətdə  anlaşma,  sülh,  dözümlük,  kişi’  və  qadınların 

hüquq  bərabərliyi  və  bütün  xalqlar,  etnik  milli  və  dini  qruplar,  eləcə  də  yerli 

əhalidən  olan şəxslər arasında dostluq  ruhunda şüurlu  həyala  hazırlanmasına;

107



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə