Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   40   41   42   43   44   45   46   47   48

3.  Razılığa  gəlmiş Tərəflər milli  azlıqların  hüquqlarının  müdafiəsi sahəsində 

beynəlxalq  təşkilatların  norma  yaradıcılığı  təcrübəsindən  istifadə edəcəklər.

12-  ci  Maddə

1.  Razılığa  gəlmiş  Tərəflərin  bu  Konvensiyadan  irəli  gələn  öhdəliklərindən 

heç  biri  dövlətlərin  suveren  bərabərliyinə,  ərazi  bütövlüyünə  və  siyasi 

müstəqilliyinə  hörmət  prinsipi  daxil  olmaqla,  beynəlxalq  hüququn  hamı 

tərəfindən qəbul edilmiş prinsip və normalarına zidd olan hər hansı  bir fəaliyyət, 

yaxud  hərəkət  üçün səbəb kimi yozula  bilməz.

2.  Bu  Konvensiyada  ifadə edilən  hüquqlar həyala  keçirilərkən  milli  azlıqlara 

mənsub  şəxslər  yaşadıqları  dövlətin  qanunlarına  əməl  edəcəklər  və  həmçinin 

digər şəxslərin  hüquq və azadlıqlarına  hörmət  bəsləyəcəklər.

13-  cü Maddə

Bu  Konvensiyanın  yerinə  yetirilməsinə  nəzarət  Müstəqil  Dövlətlər  Birliyi 

Nizamnaməsinin  33-cü  maddəsinə  müvafiq  olaraq  yaradılmış  İnsan  Hüquqları 

komisiyasına həvalə edilir.

1.  Bu  Konvensiya,  onun  qüvvəyə  minməsi  üçün  Razılığa  gəlmiş  Tərəflərin 

zəruri  dövlət  daxili  proseduranı  yerinə yetirməsini  təsdiq edən  üçüncü  bildirişin 

depozitariyə verildiyi  gündən qüvvəyə minir.

2.  Digər  Razılığa gəlmiş Tərəflər üçün mövcud  Konvensiya  bu  maddənin  1- 

ci hissəsində göstərilən dövlətdaxili proseduranın onların  yerinə yetirdiyinə dair 

bildirişin depozitari  tərəfindən alındığı  tarixdən qüvvəyə minir.

3.  Bu  Konvensiyanın depozitari  dövləti  Belarus  Respublikasıdır.

15-  ci  Madda

Bu  Konvensiyanın  məqsəd  və  prinsiplərinə  şərik  olan  digər  dövlətlər  onun 

qüvvəyə  minməsindən  sonra  bu  Konvensiyanın  14-cü  maddəsinin  birinci 

hissəsində  göstərilən  dövlətdaxili  proseduranı  yerinə  yetirdiyini  təsdiq  edən 

bildirişi  depozitariyə  verməklə  ona  qoşula  bilərlər.  Göstərilən  bildirişin 

depozitari  tərəfindən  alındığı  tarix  bu  Konvensiyanın  həmin  dövlətlər  üçün 

qüvvəyə mindiyi  tarixdir.

16-  cı  Maddə

Razılığa  gəlmiş Tərəflərdən  hər hansı  biri  bu  Konvensiyadan çıxdığını çıxma 

tarixindən  ən  azı  6  ay əvvəl  depozitariyə  xəbərdarlıq  məktubu  verməklə  bildirə 

bilər.

21  oktyabr  1994-cü  il  tarixdə  Minsk  şəhərində  rus  dilində  bir  əsl  nüsxədə 



yerinə  yetirilmişdir.  Əsl  nüsxə  Belarus  Respublikası  Hökumətinin  Arxivində 

saxlanılır  və  Belarus  Hökuməti  onun  təsdiq  edilmiş  surətini  bu  Konvensiyanı 

imzalamış dövlətlərin  hər birinə göndərir.

116


GÜRCÜSTANIN KONSTİTUSİYASI

38-  ci Maddə

1.  Gürcüstan  vətəndaşları  dil,  milli,  etnik  və  dini  mənsubiyyətindən  asılı 

olmayaraq,  sosial,  iqtisadi,  mədəni  və  siyasi  həyatda  bərabərhüquqludurlar. 

Beynəlxalq  hüququn  hamı  tərəfindən  qəbul  edilmiş  prinsip  və  normalarına 

müvafiq  olaraq,  onlar  heç  bir  ayrı-seçkiliyə  və  müdaxiləyə  yol  verilmədən  öz 

mədəniyyətlərini  inkişaf  etdirməkdə,  şəxsi  həyatda  və  açıq  şəkildə  öz  ana 

dilindən  istifadə elməkdə haqlıdırlar.

2.  Beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsip və normalarına 

müvafiq  olaraq,  azlıqların  hüquqlarının  həyata  keçirilinəsi  Gürcüstanın 

suverenliyinə, dövlət quruluşuna, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə zidd 

olmamalıdır.

39-  cu Maddə

Gürcüstanın  Konstitusiyası  insanların  və  vətəndaşların  hamı  tərəfindən 

qəbul  edilmiş,  ancaq  bu  Konstitusiyada  göstərilməyən,  bununla  belə  öz- 

özlüyündə  onun  prinsiplərindən  irəli  gələn  digər  hüquqlarını,  azadlıqlarını  və 

təminatlarını  rədd  etmir.

GÜRCÜSTANIN  "VƏTƏNDAŞLIQ  HAQQINDA"  QANUNU 

4-cü  Maddə

Gürcüstan  Respublikasının  vətəndaşları  mənşəyindən,  sosial  və  əmlak 

vəziyyətindən,  irqi,  yaxud  etnik  mənsubiyyətindən,  cinsindən,  təhsilindən, 

dilindən,  dini  və  siyasi  etiqadından,  fəaliyyətindən,  yaşayış  yerindən  və  digər 

hallardan  asılı  olmayaraq  qanun qarşısında  bərabər hüquqludurlar.

GÜRCÜSTANIN  "MƏDƏNİYYƏT  HAQQINDA"  QANUNU 

6-cı  Maddə

Gürcüstan  vətəndaşlarının  mədəni  həyalda  bərabərliyi  onların  milli,  etnik, 

dini,  yaxud dil  mənsubiyyətindən  asılı  deyildir.

GÜRCÜSTANIN  "TƏHSİL  HAQQINDA"  QANUNU 

4-cü  Maddə,  2-ci bənd

Dövlət  yerli  özünüidarə  orqanlarının  lövsiyvəsi  ilə  ana  dili  gürcü  dili 

olmayan  Gürcüstan  vətəndaşları  üçün  tədrisin  onların  doğıııa  dilində 

aparılacağı  əsas,  yaxud  orta  təhsil  müəssisələri  və  ya  bölmələrini  yaratmaq 

məqsədilə şərait  yaradır.

117



GÜRCÜSTAN  DÖVLƏT DİL PALATASI

DÖVLƏT DİLİ  HAQQINDA GÜRCÜSTAN  RESPUBLİKASININ 

QANUNU  LAYİHƏ

İzahedici qeyd

Gürcüstanın  "Dövlət Dili Haqqında"  qanunun layihəsinə dair

Gürcüsan  dövləti  və  onun  vətəndaşları  gürcü  və  abxaz  dillərinin  dövlət 

statusunun  öz  suverenliyinin  və  özünəməxsusluğunun  başlıca  şərtlərindən  biri 

hesab edirlər, dövlət və  ictimai həyatın bütün sahələrində onların işlədilməsinin. 

müdafiə və inkişafının  qayğısına qalırlar.

Gürcüstanın  dövlət  dili  gürcü  dövlətinin  tarixi-mədəni  irsidir  və 

dövlətçiliyinin  zəruri  şərtidir.  Bu  dövlət  dili  bütün  Gürcüstan  vətəndaşlarının 

ümumi  dövlət sərvətidir.

Dövlət  bütün  öz  funksiyasını  dövlət  dilində  həyata  keçirir.  Dövlət  bu  dili 

müdafiə  edir,  onun  fəaliyyət  göstərməsi  və  inkişaf  etdirilməsi 

siyasətini 

müəyyənləşdirir.

Gürcüstan dövləti istənilən  dilə münasibətdə hörmətsizlik təbliğatını, Gürcüstan 

vətəndaşlarının  dil  hüquqlarının  məhdudlaşdırılmasın!  yolverilməz  hesab  edir,  dil 

siyasətinin Konstitusiya prinsiplərinə zidd hər cür hərəkəti aradan qaldırır.

Gürcüstan  Konstitusiyasının  8-ci  maddəsi  Gürcüstanın  dövlət  dilinin 

müəyyənləşdirici  statusunu  ləyin  edən  əsas  müddəaları  müəyyənləşdirmişdir. 

Gürcüstanın  dövlət  dili  gürcü  dili,  Abxaziyada  isə  abxaz  dili  qəbul  edilmişdir. 

Təqdim edilən qanun layihəsi  Konstitusiya  prinsiplərinə əsaslanmışdır və dövlət 

dili  statusunun  hüquqi  əsaslarını,  müxtəlif  sahələrdə  dövlət  dilinin  və  digər 

dillərin  ümumi tətbiq  qaydalarını müəyyənləşdirir.

Qanun  layihəsində  "dövlət  dili"  Gürcüstan  Konstitusiyasının 

vasitəsilə 

qanunvericilik,  icraedici  və məhkəmə  hakimiyyətinin,  fiziki  və hüquqi  şəxslərin 

dövlət  və  yerli  özünü  idarəetmə  orqanları  ilə,  istehsalatla,  müəssisələr  və 

təşkilatlarla  münasibətlərinin  həyata  keçirdiyi  bir dil  kimi  izah edilir.  "Dövlət 

dili" termini gürcü dilinin Gürcüstanın  bütün ərazisində, gürcü və abxaz dillərini 

isə  Abxaziya  Muxtar  Respublikasında  işlədilməsini  nəzərdə  tutur.  Beləliklə, 

Gürcüstan  konstitusiyasının  8-ci  maddəsinin  layihədə  reallaşdırılmış 

konsepsiyasına  müvafiq  olaraq,  gürcü  dilinin  bu  statusunun  bütün  ölkə 

ərazisinə,  abxaz  dilinin  isə  yalnız  Abxaziya  M uxtar  Respublikasında 

yayıldığından  ibarət  bir  fərqi  göz  önündə  tutmaqla  gürcü  və  abxaz  dillərinin 

dövlət statusu eyni  dərəcədədir.

Dövlət  və  yerli  özünüidarə  orqanlarında  dövlət  dili  kargüzarlıq  dili, 

Gürcüstanın  silahlı  qüvvələrində  isə gürcü  dili  xidmət  dili  və  hərbi  əmrlərin  dili 

kimi  qəbul  edilmişdir.  Müstəsna  qaydada  layihə  kargüzarlıqda  qeyri-dövlət 

dillərindən  istifadənin mümkünlüyünü  müəyyənləşdirir.

Qanun  layihəsində  dövlət  dili  statusunu  müdafiənin  səciyyəvi  təminatı  və 

mexanizmlərinə xüsusi  diqqət  yetirilir.

Gürcüstan  Dövlət  Dil  Palatasında  işlənib hazırlanmış  "Dövlət  dili  haqqında” 

Qanun  layihəsi  12  fəsil  və  42  maddədən  ibarətdir.  Layihə  hazırlanarkən  son 

zamanlarda  ölkənin  və xarici ölkələrin hüquq ədəbiyyatında dövlət dilinin həyata 

keçirilməsinin  anlayışı,  statusu,  müdafiəsi  və  təminatı  ilə  bağlı  söylənmiş

118


fikirlər,eləcə  də  bir  sıra  xarici  ölkələrdə  qüvvədə  olan  müvafiq  normativ  baza 

dərindən  təhlil  edilmiş,  Gürcüstanın  gerçəkliklərinə  uyğunluq  əsasında  öyrənil­

mişdir.  Təqdim  edilən  layihə  ilkin  ekspertiza  qaydası  ilə  Gürcüstanın  dövlət  dili 

daimi  komissiyasının,  Gürcüstan  Elmlər  Akademiyası  Arnold  Çikobava  adına 

Dilçilik  İstitulunun,  Gürcüstan  Parlamentinin  əvvəlki  çağrışının  müvafiq  komitə 

və yarımkomitələrinin, Gürcüstan Konstitusiyasını Müdafiə Liqasının, Gürcüstan 

Jurnalistlər  Federasiyasının,  Gürcüstan  Yazıçılar  İttifaqının  və  Gürcüstan  Gənc 

Hüquqşünaslar Assosiasiyasının iclaslarında müzakirə edilmişdir.

Layihə Təhsil,  Mədəniyyət,  iqtisadiyyat,  Maliyyə  və Ədliyyə Nazirlikləri  ilə 

razılaşdırılmışdır.

Gürcüstanın  məşhur  alimləri,  yazıçıları,  ictimai  xadimləri  fərdi  qaydada 

qanun  layihəsilə tanış edilmişlər.

Layihə  üzərində  iş  zamanı  çoxlu  fikirlər  söylənmiş,  bunların  da  böyük 

əksəriyyəti  layihənin son  redaksiyasında öz  əksini  tapmışdır.

Müxtəlif  səbəblərə  görə,  bəzi  qeyd  və  təklifləri  layihədə  nəzərə  almaq 

mümkün  olmamışdır.

Qanun  layihəsinin  son  redaksiyası  Gürcüstan  Ədliyyə  Nazirliyi  ilə  bir  daha 

razılaşdırılmışdır.

Qanun  layihəsinin  qəbulu  Gürcüstan  büdcəsindən  böyük  miqdarda  maliyyə 

xərcinə səbəb olmur.

Qanun  layihəsinin  müəllifi -  Dövlət  Dil  Palatasıdır.

Qanun  layihəsini  Gürcüstan  Prezidenti  təqdim edir.

Gürcüstan  Dövlət  Dil Palatasının sədri  -  Levan Qvindjiliya

DÖVLƏT DİLİ  HAQQINDA  GÜRCÜSTAN 

RESPUBLİKASININ  QANUNU 

(LAYİHƏ)


Gürcüstanın Parlamenti:

-  gürcü  dilinin  Gürcüstanın  dövlət  dili  kimi  müəyyənləşdirilməsinin  və 

inkişafının zəruriliyini  qəbul edir;

-  milli  azlıqların  və  etnik  qrupların  dillərinin  ölkənin  mədəni  zənginləşməsi 

işinə öz tövhələrini  verdiyini qəbul edir;

-  Gürcüstanın  bütün  vətəndaşlarının  gürcü  cəmiyyətinə  tam  inteqrasiyası 

üçün dövlət dilini öyrənmə və tətbiq etmənin Gürcüstanın bütün vətəndaşlarının 

mənafeyinə daxil  olduğunu  nəzərə alır;

-  milli  azlıqlara  mənsub  hər  bir  şəxsin  ictimai  və  şəxsi  həyatda  öz  dilindən 

sərbəst  şəkildə  və  heç  bir  müdaxiləyə  yol  verilmədən  istifadə  etmək  hüququna 

malik  olduğunu  qəbul edir:

-  Gürcüstan  Koslitusiyasında  nəzərdə  tutulan  hüquqların  həyata 

keçirilməsini  təmin  etməyə çalışır;

aşağıdakı  qanunları  qəbul edir.

I  Fəsil

Ümumi  müddəalar

1-ci  Maddə.  Qanunun nizama salınması sahəsi 

l.  Bu  qanun  dövlət  dilinin  statusunu  müəyyən  edir,  onun  tətbiqinin  və 

müdafiəsinin  hüquqi  bazasını  yaradır,  dövlət  və digər (qeyri-dövlət)  dillərindən

119



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə