Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   2   3   4   5   6   7   8   9   10   ...   75

böyüklərin səhvi daha qorxulu olur. Sənin tariximizə vurduğun ziyanı on ilə, iyirmi
ilə düzəltmək olmaz. Bu halınla erməni tarixçilərindən nə fərqin qaldı ki? Sən
dünyada tanınan bir midiyaşünassan. Allah can sağlığı versin, araşdır o dövrü!
Ancaq sənin Midiyadan əvvəlki, sonrakı tarixlə, Atabəylərlə, Xürrəmilərlə,
ümumiyyətlə türk tarixiylə, yeni tarixlə nə işin?
Qafarı od götürmüşdü:
– Məni bəyənmirsənsə, buyur gəl, başçılıq elə Tarix İnstitutuna!
Ziyad bəy halını pozmadı:
– Sənin yerində gözüm yoxdur, narahat olma, ancaq sizin konsepsiyaları bir kənara
qoyub milli tariximizi hazırlayacağıq.
Akademiya prezidenti mübahisənin dərinləşdiyini görüb:
–Yaxşı, kəsin bu mübahisəni. Söhbət Heydər Hüseynovun qızından gedirsə,
tapşıraram, Muzeydə ondan muğayat olarlar. Müdafiəsini sürətləndirər, – dedi.
***
Bu qalmaqallı yığıncaqdan bir müddət sonra İran mət​buatın​da azərbaycanlı
akademik Ziyad Şıxlının guya antiislam təbliğatıyla məşğul olması barədə
yazıların ağzı açıldı. Bir sıra dini məzmunlu kitabların, islam tarixiylə bağlı
maraqlı araşdırmaların müəllifinə belə böhtan atılması inandırıcı görünmürdü.
Bəziləri isə belə hesab edirdi ki, bu, alimin kitablarına cavab tapa bilməyən
erməni, fars tarixçilərinin İrandakı güclü erməni ailələrinin, erməni yanlılarının
işidir...


QARA SİYAHININ AXTARIŞI
Yaxın tarixlərin gizli sənədlərinə yol tapmaq uzaq tarix​lərin nadir əlyazmalarını
əldə et​məkdən, oxumaqdan daha çətinmiş. Döşündəki Qızıl Ulduz da köməyə
çatmadı və otuzuncu illərin DTK arxivlərində işləməyə icazə almaq üçün illərlə
gözləməli oldu.
Təhlükəsizlik Komitəsinin Bakıdakı arxivlərinə get​məzdən əvvəl aylarla Moskva,
Sankt-Peterburq kitabxanalarından çıxmamışdı; 30-cu illərin qəzet​lə​rini dişi
bağırsağını kəsə-kəsə vərəqləmişdi. Qə​zetlərin tozuyla birgə o illərin
satqınlıqlarının, ca​hilliklərinin, hər şeyə boyun əyən qul psixologiyasının ağır
qaramatı dolmuşdu içinə və indi onu partdadırdı. Ona elə gəlirdi ki, repressiyanın
paslı maşını hələ də dayanmamışdır və bunun günahının bir ucu da alimlərin,
Akademiyanın həqiqi və müxbir üzlərinin, elmi institut direktorlarının, yəni öz
həmkarlarının çiynindədir...
“Atlar ölüb, itlərin bayramıdır”. Allah bilir hansı acı ovqatla deyilmiş sözdür.
Kobud olsa da, hər halda dünyada yaxşıların yerini pislərin tutmasından irəli
gələn bir yanğıdan doğulub. Daha yumşaq şəkildə, “hər yeni gələn köhnənin
atasına rəhmət oxutdurur” deyirlər. Köklü ailələrdə doğulmuş, dünyanın qabaqcıl
ölkələrinin ali məktəblərində oxumuş, yük​sək mədəniyyətli, təcrü​bəli, ağıllı,
dünyanın altını-üstünü bilən böyük ziyalı​la​rımız 20-ci yüzillik boyu davam edən
vətəndaş müha​ribələrində, qonşu savaşlarında, inqilab, repressiya adı altında,
əslində niyyəti türkün kökünü kəsmək olan cə​hən​nəm girdablarında boğulub
getmişdilər. Arvad-uşaqlarına, qohum-əqrə​balarına da aman verilməmişdir.
Cə​nubi Qafqaz türklərinin sürgün xəritələri çə​kilsə, Azərbay​canın ərazisindən yüz
dəfə, iki yüz dəfə böyük olar. Bir ucu Şimal Buzlu okeanı, bir ucu gün​çıxanın Sakit
okeanı, bir ucu İranın cəhənnəm püskürən səhraları. Sibir, ucsuz-bucaqsız qazax-
qır​ğız çölləri... Hələ indiyə qədər kimsə sürgün marşrutlarına düşüb o böyük
insanların xatirələrini, ömürlərinin Vətəndən kənardakı gün​lərini qələmə
almamışdır. Gedib gəzmək, görmək, material toplamaq bir yana, heç olmazsa,
arxivlər araşdırılmamışdır. Hələ İkinci Dünya müharibəsində əsir və itkin düşüb
Avropanın, Amerikanın müxtəlif guşələrinə səpələnən və ailələri incidilməsin
deyə, adlarını dəyişib izlərini itirən minlərlə insanın taleyini düşün! Onların da
arasında gələ​cəyin böyük alimləri və mütəfəkkirləri vardı. Yerlərini müharibədən
qaçan, fərarilik edən, həmkarları haqqında anonimlər yazan, sağ qalmaq üçün elmi
də, ədəbiyyatı da satan, qapılarda quyruq bulayan, növbənöv mədhiyyəçilik


üslubları yaradan kiçik adamlar – insanlar tutdu. Kimlərsə bunu Moskvanın
təzyiqi hesab edir, ancaq Azərbaycanda, ya Özbəkistanda universitet adına bir
müəssisənin və ya əsas iş mərkəzin təlimatlarını yerlərdə yaymaqdan ibarət olan
ortabab elm-təhsil müəssisələrinin, yaradıcılıq birlik​lərinin olması Mosk​va üçün
yetərli idi. Ana damarlardan gələn çirkli qan ildırım sürəti ilə bu kapilyarlarla
ölkənin ən ucqarlarına işləyəcək. Döşü orden, medalla bəzənmiş və adının önünə
bir xeyli gurultulu titullar qoşulmuş və hələ də yaşamaqda davam edən o
professor, akademik, məsul işçi və s. “böyüklərin” 30-cu illərdə millətin nə qədər
say-seçmə insanının qətlinə fərman verdikləri və ya dost-yoldaş qanı axıdan nə
qədər sənədə imza atdıqlarını millət hələ də bilmir. Heç imza da əsas deyil, imza
atmır, amma susur, antimilli mövqe tutur; elə bu da satqınlıq və riyakarlıqdır.
Cəhənnəm olsun Əzizbəyov, Caparidze qarışıq bütün 26-lar! Şaumyan öldürüldü
və ya Hindistanda öldü, heç bir anlamı yoxdur... Harda gəbəribsə, gəbərib. Zatən
onların hamısı Şaumyan kimi xain və bizə düşməndilər. Biri qəhrəman, biri satqın
sayılırsa və hər birinin kimliyi qəzetlərə çıxırsa, bu izi tutub gedənlər olacaq.
Qaranlıq qalan 20-ci illərdən sonrakı işlərdir. SSRİ-nin yaranmasından, kəndli
üsyanlarından, kollektivləşmədən çox yazıblar. Lakin milli hökumətin yetişdirdiyi
ziyalı nəslinin sonrakı taleyindən, aqibətindən yazan yoxdur, daha doğrusu,
yazmağa qadağa qoyublar.
Ancaq o, qəhrəman idi, döşündəki Qızıl Ulduz göz çıxarırdı. Ona nə edəcəkdilər?
Dilini kəsəcəkdilər, qələ​mini sındıracaqdılar? Yenidən cərimə batalyonuna gön​-
dərə​​cəkdilər?
Son vaxtlar bu düşüncələr ona rahatlıq vermirdi. Gücünün aşıb-daşdığı illər ən
qiymətli vaxtını uzaq tarixlərə sərf etməsi üzürdü onu. Dəb dalınca qaçan olmasa
da, indi belə görünürdü ki, o da ümumi axına qoşulub. 1980-ci illərin ortalarından
sonra ölkədə yaranmış şərait buzları əridir, bağlı dillər açılır, toz basmış örtüklər
qaldırılır.
Hamı yazır. Bacaran da, bacarmayan da. Sərbəst nəşr​lər, müs​təqil qəzetlər,
redaktor əli dəyməyən, senzor gör​məyən məcmuələr, alternativ tarixlər, baş-ayaq
nə​zəriy​yələr... bir çoxunu da saxtalaşdırılmış şəkildə DTK özü ötürür dövriyyəyə.
Ağlından keçənləri dünən yazsa, qəhrəmanlıq olacaqdı, bu gün artıq icazəlidir və
qəhrəmanlıq sayılmaz.
Bu gözlənilməz imkanlar əvvəlki qadağaları ina​nılmaz edib. Həmin qadağalardan
danışanda gənc​lərin ağlına batmır. Elə bilirlər, köhnə nəsil xidmətlərini
qabartmaq və ya cəsarətlərini nümayiş etdirmək üçün hər şeyi şişirdir.
“Doğrudanmı düz sözü demək, həqiqəti yazmaq bu qədər çətin imiş”.
Onlarda günah yoxdur. Sosializmi yaşamadan köh​nə​lərin nələr çəkdiyini anlamaq


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə