Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   2   3   4   5   6   7   8   9   ...   75

dəli sayacaqlar səni. Millətimiz niyə bu gündədir, niyə adamlar cırlaşır, müəllim?
Yox, Sarada günah yoxdur. Dəli olan bu cəmiy​yətdir ki, onu başa düşmür.
– Elmi işlə məşğulsanmı? – deyə soruşdu.
– Bəli!
– Mövzun nədir?
– XIX əsr rus-Azərbaycan ədəbi əlaqələri. Ancaq məqalələrimi buraxmır
Akademiyanın Elmi Əsərləri. Tək bir qəzetçi tapıldı ki, çəkinmədən iki məqaləmi
çap elədi.
– Kimdir o?
– “Ədəbiyyat və incəsənət”də ədəbi tənqid şöbə​sinin müdiridir: Altay Qızılbaş.
Akademik adı çəkilən jurnalisti tanıdığını, aralarında xoş münasibət olduğunu
demədi.
Onun döyüş yolu və tarix elmindəki yeri haqqında neçə il öncə Altayın yazdığı
Ziyad bəyi təsirlən​dirmişdi. Hətta qəzeti oxuyandan sonra durub tən​bəllik etmədən
redaksiyaya getmiş, müharibə veteranı dostlarından olan redaktorun yanında cavan
jurnalistə təşəkkürünü bildirmişdi. Gülə-gülə onu da əlavə eləmişdi ki, “Mahirə
xanım araya girməsəydi, söhbətimizi yarımçıq kəsib, qapını göstərəcəkdim sənə!”
Söhbət zamanı qonağı olan gənc jurnalistin bir cümləsi ona atmaca kimi
görünmüşdü: “Bu günün əyriliklərinə göz yumub, tarixin düz olanını axtarmaq,
bugünkü zülmlər qarşısında susub, tarixdən yazanda cəsarətə gəlmək qorxaqlığın
böyüyüdür və gözə kül üfürməkdir”.
Ziyad bəyə elə gəlmişdi ki, qarşısındakı da son vaxtlar mətbuatda çoxalan və heç
nə bilmədən, heç nə oxumadan hər yerə burnunu soxan, böyük-kiçik qanmayan,
yekəxana gənclərdən biridir.
Bu sözü cavan bir oğlanın onun gözünün içinə baxa-baxa, həm də öz evində
deməsi öncə Ziyad bə​yi əsəbi​ləşdirmişdi. Ərinin belə atmacalara və ya iradlara
dözümsüzlüyünü bilən Mahirə xanım indicə tufan qopacağından ehtiyat edib,
söhbəti dəyişməyə çalışmışdı.
Belə halları az görməyib. Ən yumşaq halda qapını açıb jurnalistə yol göstərər,
yəni sakitcə qovardı. Ziyad bəyin bu xasiyyətini bilməyən yox idi – onunla üzbəüz
oturmuş jurnalistdən başqa. Ayağa qalxıb hirsli-hirsli otaqda dolaşanda da Altay
suallarına və onunla bağlı nə yazmaq istədiyi barədə izahatına ara verməmiş və
bəlkə də elə buna görə ev sahibini yumşaltmışdı. Əsərlərinin, keçdiyi yolların ən
zərif nöqtələri, başqalarının diqqətini cəlb etməyən xırdalıqları barədə onun içini
titrədən məsələlərə toxunması və danışığından millətinə sadəlövhcəsinə aşiq
olmasının duyulması akademikin hirsini soyutmuş, əksinə, aralarında xoş
münasibət yaratmışdı. Bu gənc oğlanın ona dərin hörməti o qədər aydın görünürdü,


o qədər içdən və səmimi danışırdı ki, yəqin ev sahibi söhbəti yarımçıq kəssə də,
inciməzdi. Ziyad bəy bunu hiss eləmiş və halını pozmadan öz müharibə yolları və
elmi fəaliyyəti barədə danışığını davam etdirmişdi:
–Elə bilirsən bu günümüzlə bağlı heç nə yazmırıq? Mə​qalələrimi, pamfletlərimi,
parodiyalarımı oxumusan?
– Oxumuşam, qələminizdən çıxan nə varsa, ha​mısını oxumuşam. Ancaq mənim
fikrimcə, pam​flet​ləriniz, həcv​ləriniz sizin tarixi əsərlərinizin yanında çox
solğundur.
Arıq, uca boylu, qıvrım saçları çiyninə tökülmüş, redaksiyada daim deyib-gülən
Altay burda dəyişilmişdi, sual​larını tələsmədən, təmkinlə verir, qarşısındakı
adamın ürəyini oxumağa çalışır və eşit​diklərini sürətlə qara cildli dəftərinə qeyd
edirdi.
Ziyad bəy birdən-birə hiss eləmişdi ki, ondan müsahibə götürən və bəzi sualları
ilə onu əsə​biləş​dirən bu gəncin ötkəm səmimiyyətində nə isə izah oluna bilməyən
bir güc var. Buna cazibə və ya səmi​miy​yət də demək olardı. Bəlkə də bu qüvvə
onun ürəyə işləyən və anlaşılmaz bir kədərlə dolu göz​lərində idi. Bu oğlan
akademikə, nədənsə, uzaq müharibə illərində qucağında keçinmiş döyüşçü
dostlarını xatırladırdı.
Altay fikrini tamamlamaq istəyirdi:
– Pamflet ayrıdır, xalqın inandığı sizin kimi məş​hur bir adamın bu günün
dərdlərini qələmi ilə dünyaya çatdırması ayrı. Xalqın fikrincə, müharibə
qəhrəmanı həm də bu günün qəhrəmanı olmalıdır.
Ziyad bəy sanki söhbəti bu ağır mövzulardan uzaqlaşdırmaq məqsədilə soruşdu:
– Yaxşı, Altay qədim bir addır, yer adıdır, veriblər sənə, başa düşdüm, bəs bu
Qızılbaş hardan çıxıb?
Altay güldü:
– Atam da sizin kimi müharibə iştirakçısıdır, qə​​dim tariximizlə çox maraqlanır.
Altayın türklər üçün müqəd​dəs yer olduğunu bilirdi. Tez-tez qonşu kənddə yaşayan
təkləlilərdən bir kişinin vəsiyyətini xatırladırdı. Kişi ölümqabağı qardaşlarını,
övladlarını yığıb vəsiyyət edir ki, məni aparıb Dağlıq Altayda basdırarsınız.
Övladları etiraz edirlər: biz burda, sənin qəbrin orda, necə gəlib-gedərik? Kişi
sözündən dönmür: “Üstümə gəlib-getmək lazım deyil. Ordakılar da doğma
adamlardır; beşiyimiz oradır, məzarımız da orda olsun” Sonra başa salıb ki,
sıxıntınız olmayacaq, Dağlıq Altaya gedib-gəlmək xərcini özüm tədarük
eləmişəm... Yəqin atam ta​ri​xə marağına görə verib mənə bu adı. Qızılbaş da
təxəllüsümdür. Kökümüz Savalan ətrafına bağlıdır.
Bir neçə saat davam edən bu söhbət Altayın bir neçə gün sonra dərc olunan


yazısında akademikin gözləmədiyi bir ictimai rənglə, yeni dövrdə xalqın
aydınlardan umduqları barədə fəlsəfi düşüncələri də içinə alan, uzaq və yaxın
tarixlərin davam edən dialoqu şəklində təqdim edilmişdi.
Müsahibə Ziyad bəyin iç qovğaları və tarixlərin mü​na​qişələri ilə dolu olan
həyatını incəliklərinə qədər göstər​məklə, onun düşüncələrini alt-üst etmiş, içindən
təmiz hava kimi keçib getmişdi. Altay kimi gənclərin gözünə necə görünməsi və
gəncliyin onun haqqında düçüncələri onu sevindirir. Əslində, bu müsahibə onun
çoxdan başlamaq istədiyi yeni yaradıcılıq yolunun uğurlu bir yerə aparacağına
ümidlərini daha da gücləndirmişdi.
Məşhur akademikin redaksiyaya gəlişindən qürurlanan baş redaktor da ona
qoşulub işçisini xeyli tərifləmişdi. Bu, Altayın baş redaktordan indiyədək
eşitmədiyi və onu qanadlandıran sözlərdi: “Güclü qələmi var, təkcə publisistik
yazılar yazmır, həm də sizin akademiyada müdafiə edib, alimdir. Amma mən onu
daha çox şair kimi bəyənirəm.”
Yenə qalxıb pəncərəyə yaxınlaşdı. Cavid öz qəh​rə​manlarının yüzilləri aşan
tükənməz səbrində boğulub qalmışdı və sanki ondan sonra kimsəsiz qalmış qızı
Turanın taleyini düşünürdü. “Bizim əsl halımız budur. Bu əsrdə nə çəkdiyimizi
bilmək istəyənlər mənim kimi arxivlərdə qurdalanmaqdansa, elə bu üç qızın
həyatına baxsınlar – Hacı Zeynalabdinin qızı Sona, Cavidin qızı Turan, Heydər
Hüseynovun qızı Sara. Üçü də yalqız, kimsəsiz... Sovet hökuməti hər ailəyə bir cür
dərd verib. Amma bunların hamısının bir adı var: “Düşmənçilik, bir millətin
kökünü kəsmək...”
Bu fikirlə dönüb Saraya baxdı və:
– Səni heç kim ixtisara sala bilməz. Buna imkan ver​mərəm. Çap elətdirmək
istədiyin məqalələri də gətirər​sən mənə! – dedi.
Ürəyində bu qıza elə onun özü kimi zərif bir rəğ​bət hissi dolaşdı. Yazığı gəldi ona.
Yəqin bizim mühitdə onu heç dindirib-danışdıran da yoxdur. Tək​lik bir yana,
dərdini birisi ilə bölüşə bilməmək öldürür onu. Buna görə qızı söhbətə tutub
otaqda yubatmaq istədi:
– Atanın yetirmələrindən tanıdığın varmı? – soruşdu.
Qızın qəddi düzəldi. Atasından danışmaq ona güc verirdi:
– Qorxudan ona yaxınlığını boyun çəkməzlər. Tək bircəciyini tanıyırdım.
– Hardadır o? – Ziyad Şıxlını maraq götürdü.
Qız istehzalı təbəssümlə:
– Atamın yanında, – dedi. – Atamın intiharından sonra çağırıb əsərini verirlər ki,
dəyişsin. Atamın qəbul etmədiyi, tarixə uyğun olmayan ideoloji yanaşmanı onun
əliylə kitaba saldırmaq istəyirmişlər. “Mən bacarmaram” – deyib. Müəlliminə


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə