Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə50/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

Ansarullah Production 
110 
 
-  Biharul-Ənvar:  52/367,  hədis  150;  Mucəmul-Əhadis:  4/52,  hədis  1124;  Qeybəti-Numani 
(azəricə): səh.366, hədis 5 
Elə  isə  hər  kəs  yeniliklərə  hazır  olsun.  İnsanlar  Əhməd  əl  Həsənin  (ə.s)  istər  Mehdilər, 
istər  rəcət  və  ölülərin  dirilməsi,  istərsə  də  digər  məsələlərdəki  insanlara  təqdim  etdiyi, 
tarix boyu heç açıqlanmamış yeni məsələlərə təəccüb etməsinlər. Həmçinin insanlar zənn 
etməsinlər  ki,  müctehidlər  Qaimin  (ə.s)  dəstəkçiləri  olacaqlar,  əksinə  Qaimin  (ə.s) 
düşmənləri elə fətva əhli, müctehidlər olacaqlar. Halbuki çoxu onları İmamın (ə.s) naibi 
olaraq  görür.  Odur  ki,  papağınızı  qoyun  qarşınıza  bir  daha  düşünün.  Həqiqətən  də 
özünüzü  bu  işin  əhli  görürsünüzmü?  Bizə  gəldikdə,  bu  işin  əhlinə  yardım  etməyə 
çalışırıq.  
Əba Əbdillah (ə.s) buyurdu: “Qaim (ə.s) xüruc etdiyi zaman əvvəllər bu işin ƏHLİ hesab 
edilən şəxslər ondan ÇIXACAQ, günəşə və aya pərəstiş edənə oxşayanlar isə ona daxil 
olacaqlar.” 
- Biharul-Ənvar: 52/363, hədis 137; Bəşarətul-İslam: 222; Mucəmul-Əhadis: 3/501, hədis 1073; 
Qeybəti-Numani (azəricə): səh.360, hədis 1 
QAİMİN QEYBƏTİ DÖVRÜNDƏ ŞİƏLƏRİN HALI 
Əli (ə.s) deyirdi: “Bu şiələr daim bol yunlu qoyun sürüsü kimi olacaqlar. Zalım onlardan 
hansı  birinə  əl  atacağını  bilməyəcək.  O  zaman  onların  sığınacaq  yerləri,  işlərində 
arxalanacaqları bir dayaqları OLMAYACAQ.” 
- Biharul-Ənvar: 51/114, h.12; Mucəmul-Əhadis: 3/33, h.588; Qeybəti-Numani (aze): s.209, h.1 
Səlman Farisi dedi: “Möminlər daim ölü qoyunlar kimi olacaqlar. Zalım bilməyəcək ki, 
hansı birinə əl atsın. Onların gedəcəkləri yerləri  və işlərində sığınacaqları bir dayaqları 
OLMAYACAQ.” 
- Qeybəti-Numani (azəricə): səh.209, hədis 2 
İmam Əli (ə.s) buyurdu: “Ey şiələr, sanki mən sizi görürəm ki, dəvə kimi dönüb dolaşır-
sınız. Bir otlaq axtarırsınız, LAKİN TAPA BİLMİRSİNİZ.” 
- Kəmalud-Din: 302, h. 12; İlamul-Vəra: 400; İsbatul-Huda: 3/463, hədis 113, səh.464, hədis 115; 
Biharul-Ənvar: 51/109, hədis 1, səh.114, hədis 13; Qeybəti-Numani (azəricə): səh.209, hədis 3 
Əba Əbdillah (ə.s) buyurdu: “Osmanın qətlə yetirilməsindən sonra Əmirəl Möminin (ə.s) 
ilə  beyət  edildikdə  həzrət  minbərə  çıxıb  bir  xütbə  oxudu  və  xütbəsində  dedi:  “Bilin, 
müsibətiniz Allah Öz peyğəmbərini (s) göndərdiyi günkü vəziyyətinə qayıdıb. And olsun 
onu haqq olaraq göndərənə, fitnələrə düçar olacaq və ələnib xəlbirdən keçəcəksiniz. ƏN 
AŞAĞI DƏRƏCƏDƏ OLANLARINIZ ƏN HÖRMƏTLİLƏRİNİZƏ, ƏN HÖRMƏTLİ-
LƏRİNİZ İSƏ ƏN AŞAĞI DƏRƏCƏLİLƏRİNİZƏ ÇEVRİLƏCƏK. ARXADA OLAN-


ahmedalhasan313.wordpress.com 
111 
 
LAR ÖNƏ KEÇƏCƏK, ÖNDƏ OLANLAR ARXAYA DÜŞƏCƏK. Allaha and olsun ki, 
heç bir əlaməti gizlətmədim, heç bir yalan söyləmədim…” 
- Biharul-Ənvar: 32/46, hədis 29; Qeybəti-Numani (azəricə): 223, hədis 1 
Bu hədislərdən məlum olur ki, qeybət dövründə şiələrin sığınacaq yerləri, arxalanacaqları 
dayaqları olmayacaq, halbuki bugün “şiələr”in Mərceyi-Təqlidləri var. Elə isə ya İmam 
Əli  (ə.s)  boş  söz  danışıb  (haşa),  ya  da  axırzamanın  əməlsiz  alimlərinə  təqlid  edən  bu 
insanlar əslində şiələr deyil ki, elə həqiqət də budur, çünki Qaim (ə.s) qiyam etdiyi zaman 
İslamı yenidən başladacaq. Bir halda ki, İslam yenidən başlayacaq, onda bugün özlərinin 
İslam dini üzrə yaşadıqlarını deyən kəslər yanılırlar, çünki yer üzündə İslamın adından 
başqa  heç  nə  qalmayıb.  Ona  görə  də  bugün  müctehidlərə  təqlid  edənlər  əslində  bu 
hədisdə  keçən  şiələr  deyil,  çünki  onların  sığınacaq  yerləri  və  arxalanacaq  dayaqları 
vardır. Elə isə bu, əməlsiz alimlərə təqlid edənlərə bir xatırlatma olsun. 
NƏ ÜÇÜN QEYBƏT? 
Bəziləri təhqir və tənqid məqsədilə İmam Əhməd əl Həsənin (ə.s) zülmün artdığı belə bir 
dövrdə qeybə çəkilməsini zülmə qarşı çıxmayaraq qaçıb gizlənmə olaraq dəyərləndirirlər. 
Lakin  özləri  də  anlamadan  həm  Əmr  Sahibi  Yəmani  Əhməd  əl  Həsənə  (ə.s)  qarşı 
hörmətsizlik edirlər, həm də İmam Muhəmməd Mehdiyə (ə.s) qarşı hörmətsizlik edirlər. 
Çünki  əgər  zülmə  qarşı  çıxıb  ədaləti  bərpa  etməyin  zamanı  gəlibsə,  o  zaman  İmam 
Muhəmməd  Mehdi  (ə.s)  nəyə  görə  qiyam  etmir  hələ  də?  Həmçinin  bunun  qorxaqlıq 
olduğunu və qorxaqlığın da Allahın Xəlifəsinə yaraşmadığını deyənlər isə, ilahi qorxu ilə 
bəşəri  qorxu  arasındakı  fərqi  yəqin  ki  çözə  bilməyiblər.  Zira,  baxaq  görək  Qaimin  (ə.s) 
qorxmasına lağ edənlərə cavab olaraq Əhlibeyt (ə.s) nə buyurmuşdur: 
Zürarə  nəql  edir  ki,  Əba  Əbdillah  (ə.s)  belə buyurdu:  “Qaimin  (ə.s)  QİYAM'>QİYAM  etməzdən 
ƏVVƏL  qeybə  çəkilməsi  olacaqdır.”  Dedim:  “Nə  üçün?”  Buyurdu:  “QORXDUĞU 
ÜÇÜN”,  bunu  deyib  əli  ilə  qarnına  işarə  etdi,  sonra  dedi:  “Ey  Zürarə,  odur  intizarı 
çəkiləcək  şəxs,  odur  DÜNYAYA  GƏLMƏSİ  BARƏDƏ  ŞÜBHƏ  EDİLƏCƏK  ŞƏXS
İnsanların bəzisi deyəcək ki, “onun atası bir xələfi (övladı) olmadan ölüb getdi”, bəziləri 
deyəcək  ki,  “atası,  o  anasının  bətnində  olarkən  öldü”,  bəziləri  deyəcək  ki,  “QEYBƏ 
ÇƏKİLMİŞDİR”, bəziləri də deyəcək ki, “atasının  vəfatından bir  neçə il öncə dünyaya 
gəlib”.  O  intizarı  çəkiləcək  şəxsdir.  Lakin  Allah  istəyir  ki,  ŞİƏLƏRİN  QƏLBİNİ 
İMTAHAN ETSİN. Bu (qeybət) baş verdiyi zaman batilə uyanlar şübhəyə düşəcəklər, ey 
Zürarə.” Zürarə deyir, dedim: “Sizə fəda olum,  ƏGƏR O ZAMANDA YAŞASAM, nə 
edim?” Buyurdu: “Ey Zürarə, ƏGƏR O ZAMANDA YAŞASAN, bu duanı oxu: […]. 
- Kafi: 1/337, hədis 5, s.338, hədis 9, s.340, hədis 18; Kəmalud-Din: 342, hədis 24, s.346, hədis 32, 
s.481, hədis 7 və 10; Qeybəti-Tusi: 333, hədis 279; Qeybəti-Numani (aze): s.178 və digər mənbələr 
Zürarə  rəvayət  edir  ki,  Əba  Əbdillah  Cəfərin  (ə)  belə  dediyini  eşitdim:  “QİYAM 
ETMƏSİNDƏN ÖNCƏ Qaimin (ə) QEYBƏ ÇƏKİLMƏSİ olacaq.” Dedim: “Nəyə görə?” 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə