Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə47/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

Ansarullah Production 
102 
 
İmam Sadiq (ə.s) buyurmuşdur: “Qaim’dən SONRA 12 MEHDİMİZ var, onlar Hüseyn 
(ə.s)’ın övladlarıdır.” 
- Biharul-Ənvar, 53/148; Qeybəti-Tusi: 358 
İmam Cəfər Sadiq (ə.s) dedi ki: “Bizim ortamızdan, Qaim’dən sonra Hüseynin soyundan 
ON İKİ MEHDİ olacaq.” 
- Ğeybəti-Tusi: 385 
Buna sadəcə hədislərdə deyil, keçmiş və bugünki bəzi fəqihlərin sözlərində də rast gələ 
bilərik.  
Seyyid Muhəmməd Baqir Sədr bir kitabında belə deyir: “İmam Mehdi (ə.s)’dan SONRA 
ON İKİ XƏLİFƏ gələcək.” 
- əl-Müctəma Əl-Fironi (Muhəmməd Baqir Sədr): bölüm 3, bab 4, s.175 
Əbu Bəsir dedi: Mən İmam Sadiq (ə.s)’a dedim: “Yəbnə Rəsulullah! Mən sənin atandan 
(ə.s)  belə  buyurduğunu  eşitdim:  ‘Qaimdən  SONRA  ON  İKİ  İMAM  olacaq.’”  O  (ə.s) 
buyurdu: “Şübhəsiz ki, o (ə.s) “ON İKİ MEHDİLƏR” deyə buyurmuş və İmamlar deyə 
buyurmamışdır. Onlar (Mehdilər) bizim Şiələrimizdən olan, insanları bizim əmrimizə və 
haqlarımıza çağıran bir dəstədir.” 
- Kəmalud-din: 2/358 
Əbu Cəfər və Əbu Əbdillah (ə.s) Kufədən bəhs edərkən belə buyurdular: “Allah elə bir 
peyğəmbər  göndərməyib  ki,  Səhlə  məscidində  ibadət  etməsin.  Allah  ədaləti  oradan 
çıxaracaq  və  Onun  (s.v.t)  Qaimi  orada  olacaq  və  ondan  (ə.s)  sonra  QAİMLƏR  olacaq. 
Onlarda peyğəmbərlərin, vəsilərin və həqiqi möminlərin evləri olacaq.” 
- Vəsailuş-Şiə: 3/524 
Allah Rəsulu (s) buyurdu: “Mehdi və ondan sonra YEDDİ ÖVLADININ hamısı salehlər-
dir, heç kim onlar kimi olmayacaq.” 
- Şərhil-Əxbarul-Qazi Numan Məğribi: 3/4 
Şeyx Müfid belə deyir: “Qaim (ə.s)’ın dövlətindən sonra ÖVLADLARININ dövləti quru-
lacaq, bunun xaricində heç bir dövlət olmayacaqdır inşəallah…” 
- İrşad (Şeyx Müfid): 2/387 
Əbu Bəsir nəql edir ki, İmam Sadiq (ə.s) belə buyurdu: “Ey Əba Muhəmməd,  Ümməti-
Muhəmməd  (s),  Bəni-filanın  (Abbas)  hakimiyyəti  çökmədikcə  dinclik  görməyəcək.  O 
çökdüyü zaman Allah Muhəmməd (s) ümmətinə biz ƏHLİBEYTDƏN (Ə.S) OLAN BİR 
NƏFƏRİ göndərəcək  ki, təvazökar  və  hidayət  üçün çalışacaq,  və  idarəçiliyində  heç bir 
rüşvət almayacaq. Vallahi onu ÖZ ADI VƏ ATASININ ADI ilə tanıyıram. SONRA xalı 


ahmedalhasan313.wordpress.com 
103 
 
və  iki  işarəti  olan,  adil  rəhbər,  buraxdığı  şeyin  HAFİZİ  yer  üzünü  zülm  və  haqsızlıqla 
dolduqdan sonra ədalət və bərabərliklə dolduracaq.” 
- Biharul-Ənvar: 52/269 
İmamlardan  nəql  edilən  Sahibəzzaman  duasında  belə  buyurulur:  “Allahım,  ona  və 
AİLƏSİNƏ,  OĞLUNA,  SOYUNA,  ümmətinə  və  bütün  rəiyyətinə,  onların  razı  və 
məmnun olduqlarını ver.” 
- Məfatihul-Cənan: s.616 və ya s.778 
Allah  Rəsulu  (s)  belə  buyurdu:  “...  MEHDİ  VƏ  MƏNSUR  və  onlardan  sonra  gələnlər 
MEHDİLƏR OLAN İMAMLARDIR, və Allah Öz Kitabında, Peyğəmbərinin (s) dili ilə 
bildirdiyini icra edəcək...” 
- Şərhul-Əxbar fi Fəzail Əimmətil-Əthar: 3/400 
Allah Rəsulu (s) Mehdidən (ə.s) və Allahın ona Öz Kərəmindən nəyi bəxş edəcəyini və 
necə onun əli ilə fəth edəcəyini bəhs etdi. Belə ki, ondan (s) soruşuldu: “Ey Allahın Rəsulu 
(s), Allah bunun hamısını onun üçün toplayacaq?” O (s) buyurdu: “Bəli. Və onun həyatı 
dövründə  və  günlərində  baş  verməyənlər,  ondan  sonra  ONUN  SOYUNDAN  OLAN 
İMAMLARIN (ə.s) zamanında baş verəcək.” 
- Şərhul-Əxbar: 2/39 
İmam Rzanın duasında keçən İmam Mehdinin zühur əsri haqqındakı bəyanatında belə 
buyurulur: “Allahım, ona və AİLƏSİNƏ, OĞLUNA, SOYUNA və ümmətinə, və bütün 
rəiyyətinə onların razı qalacağı şeyi ver...” Ta ki belə buyurdu: “Allahım, onun dövrünün 
hökmdarlarını  və  ONDAN  SONRAKI  İMAMLARI  mübarək  qıl  və  onları  ümidlərinə 
çatdır və onların həyatını uzun et və onların zəfərini əziz qıl.” 
- Misbahul-Mütəhacid: s.409 
Bu  hədisdə  iki  fərqli  xarakterdən  bəhs  edilir.  Onlardan  biri  Əhlibeytdən  (ə.s)  olan  bir 
nəfərdir, digəri isə Hafizdir ki, bu ləqəb Peyğəmbərin (s) vəsiyyətində sadəcə 12ci İmama 
(ə.s) verilmişdir, belə  ki,  vəsiyyətdə  o (ə.s) hafiz sözündən törəyən “Müstəhfəz” olaraq 
adlandırılmışdır.  Hədislərdən  də  məlum  olduğu  kimi  Yəmani  İmam  Mehdi  (ə.s)’dan 
əvvəl gələcək və insanları İmam Mehdi (ə.s)’a tərəf çağıracaq. Və o, İmam Mehdi (ə.s)’ın 
bayrağını  daşıyacaq.  Odur  ki,  hədisdə  keçən  “Əhlibeytdən  (ə.s)  olan  bir  nəfər”  İmam 
Mehdi (ə.s) deyildir, əksinə o, İmamın (ə.s) elçisi olan Yəmanidir.  
BƏSRƏ DƏCCALI YOXSA MEYSAN DƏCCALI 
Əmirəl Möminin Əli (ə.s) buyurdu: “…və Fatimənin (ə.s) övladlarından olacaq Dəccallara 
diqqət  edin  (özünüzü  qoruyun).  Həqiqətən  Fatimənin  (ə.s)  övladlarından  Dəccal  olan 
şəxslər  var.  Dəccal,  BƏSRƏNİN  DİCLƏSİNDƏN  (دِجْلة  ةرص ب لا)  çıxacaq  və  o  məndən 
deyil. O, DƏCCALLARIN İLKİDİR.” 


Ansarullah Production 
104 
 
- Məlahim vəl-Fitən: səhifə 123, hədis 362 
Bəzi iddiaçılar böhtan və əsassız ittihamlar irəli sürməklə “Əhməd ibn İsmail Bəsrədən 
çıxan Dəccaldır” ya da “Bəsrə Dəccalı” kimi sözləri tez-tez işlədərək xəbərsiz, məlumatsız 
insanları aldadır və Hidayət Bayrağından ciddi cəhdlə uzaqlaşdırmaq istəyirlər. 
Onlar bu iddialarını hədisə dayandırdıqlarını bildirsələr də, əslində dayandıqları hədislər 
bunu demir.  
Əvvəla, heç bir hədisdə “Bəsrədən” Dəccal çıxacağına dair kiçikdə olsa bir qeyd yoxdur. 
Təbii coğrafi mövqeləri bilməyən bəzi insanlar bu dezinformasiyalara tez inanır. Hədisdə 
açıq-aşkar  “Diclətul-Bəsrə”,  yəni  Bəsrənin  Dicləsi  yazılmışdır.  Bu  isə  Bəsrədən  keçən 
çayın  axdığı  məntəqədir.  Burada  çayın  məcrasından  söhbət  gedir.  Çünki  hamı  bilir  ki, 
Dəccal çayın dibindən yox sahilindən çıxacaq. 
İkincisi; Yaxşı, hədisdən və ərəb dili ilə izahdan və hədisin ərəbcə mətnindən də məlum 
oldu ki söhbət Bəsrə məntəqəsindən yox Bəsrədən keçən çayın axıb-töküldüyü məntəqə-
dən gedir. Bəs bu məntəqənin adı nədir? 
Cavabı  isə  çox  sadədir.  Bu  məntəqənin  adı  Bəsrə  deyil, 
Meysandır.  Çünki  çayın  məcrası  Meysana  gedib  çıxır.  Bunu 
bilmək çox asandır, axtarıb Google Map-də coğrafi mövqeyini 
tapa  bilərsiniz.  Əgər  coğrafi  mövqeyə  nəzər  salmaqda 
çətinliyiniz varsa bu linkdəki videoya da nəzər sala bilərsiz: 
https://www.youtube.com/watch?v=bsXtMp-kudA 
Üçüncüsü,  hədis kitabındakı original mətnlə də məlum oldu 
ki  söhbət  çayın  məcrasının  töküldüyü  yer  olan  Diclətul-
Bəsrədən  gedir.  Bəs  hər  hansısa  digər  bir  hədisdə  açıq-aşkar 
Meysan məntəqəsinin adı zikr edilərək bunu təsdiq edən dəlil 
və ya hədis varmı? 
Bəli! Elə eyni kitabda “Məlahim vəl-Fitən” kitabı, səhifə 134, 386’cı hədisdir: 
Əmirəl  Möminin  Əli  (ə.s)  buyurdu:  “...  Mehdi  (ə.s)  çıxdığı  zaman  Dəccal  da  BƏSRƏ 
NAHİYƏSİNDƏKİ MEYSANDAN çıxacaq.” 
- Məlahim vəl-Fitən: səhifə 134, hədis 386 
Bəsrədən  çıxan  şəxsə  gəldikdə  isə,  gəlin  onun  Ali-Muhəmməd  (ə.s)’dan  nəql  edilən 
hədislərdə necə zikr edildiyinə baxaq. 
Səlman  Farisi  nəql  edir:  Bir  dəfə  Əmirəl  möminin  (ə.s)’ın  yanına  gəldim  və  ona  (ə.s) 
dedim: “Ey Əmirəl möminin, sənin oğullarından olan Qaimin (zühur)  vaxtı nə zaman-
dır?”  O  (ə.s)  dərin  bir  nəfəs  çəkib  buyurdu:  “Qaim,  uşaqların  məsələləri  olmadıqca  və 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə