Ansarullah Production
6
Önsöz
Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil Aləmin
Allahım, Muhəmməd və Al-i Muhəmmədə, İmamlara və Mehdilərə səlat və salam eylə
Bu kitabda, Əhməd əl Həsən (ə.s)’ın haqqaniyyətinin dəlilləri Əhlibeyt (ə.s)’ın hədisləri
ilə ortaya qoyulmuşdur.
Əhməd əl Həsən (ə.s) – İmam Muhəmməd Mehdi (ə.s)’ın Müsəlmanlara, İsa (ə.s)’ın
Xristianlara və İliya (ə.s)’ın Yəhudilərə göndərdiyi Elçidir və bütün ilahi kitablarda və
hədislərdə zikr edilmiş Qaimdir. O, bütün inancların, axırzamanda dünyada haqq-ədaləti
bərpa edəcəyini, insanları Allahın Hakimiyyətinə hidayət edəcəyini və bütün dinləri
yeganə tövhid dini üzrə birləşdirəcəyini vəd etdiyi Qurtarıcıdır.
O, 1968ci ildə İraqın Bəsrə şəhərinin Mədinə mahalında anadan olmuşdur. 1999cu ildə
onun (ə.s) İmam Mehdi (ə.s) ilə ilk görüşü gerçəkləşdi, 2004cü ildən isə açıq dəvətə
başladı. Bu dəvətin hekayəsini Əhməd əl Həsən (ə.s) bir xütbəsində belə nəql edir:
“İmam Mehdi əleyhissəlam ilə bu fiziki dünyada ilk görüşüm, İmam Hadi və İmam
Əsgəri ziyarətgahlarında oldu. Və bu görüşdə İmam Mehdi əleyhissəlam’ı tanıdım. Və
bu görüş illər əvvəl baş vermişdi. Və bu görüşdən sonra da onunla (əleyhissəlam) bir çox
başqa görüşlərimiz oldu. Beləliklə özünü mənə tanıtdı və başqa bir çox məsələlər də
məlum oldu.
Amma Həzrət əleyhissəlam, o vaxtlar insanlara çatdırmağım üçün mənə xüsusi bir əmr
verməmişdi. Əksinə, məni məlumatlandırırdı ki, tərbiyəli və itaətkar olum və ilahi əxlaq
dərəcələrinə çatım. Və məni elm ilə təqdis etdi, və o vaxtlar Nəcəfdəki Elmi Hövzənin bir
çox ciddi xətaları haqqında da mənim həqiqətləri görməyimi təmin etdi...
Və bu görüşün hekayəsi də bu cür idi ki; bir gün yatmışdım və yuxu gördüm. Və İmam
Mehdi əleyhissəlam, İmam Həsən Əsgəri əleyhissəlam’ın qardaşı olan Seyyid
Muhəmməd əleyhissəlam’ın ziyarətgahının yaxınlığında dayanmışdı. Və mənə əmr etdi
ki, onunla görüşüm. Sonra oyandım. Saat 02:00 idi. Və 4 rükət gecə namazımı qıldım. Və
yenidən yatdım və İmam Mehdi əleyhissəlam’ın onunla görüşdüyümü sual etdiyi, başqa
bir yuxu gördüm. Və oyandım, saat 04:00 idi. Beləcə gecə namazlarının hamısını xətm
etdim və ardınca sübh namazını qıldım.
Bu yuxulardan 2 gün sonra, İmam Hadi və İmam Əsgərinin (əleyhimussəlam) olduğu
Samirraya yollandım. Sonra Seyyid Muhəmməd əleyhissəlam’ın ziyarətga-hının olduğu
ölkəyə geri qayıtdım. Ardınca, İmam Kazım əleyhissəlam və İmam Cavad əleyhis-
ahmedalhasan313.wordpress.com
7
səlam’ın ziyarətgahının olduğu şəhərə getdim. Daha sonra İmam Hüseyn əleyhissəlam
və şəhidlərinin olduğu Kərbəla şəhərinə getdim, Allahın salamı olsun onlara. Və İmam
Mehdi əleyhissəlam ilə gecə, İmam Hüseyn əleyhissəlam’ın ziyarətgahında görüşdüm.
Sonra səhər, İmam Mehdi əleyhissəlam ilə özünün Kərbəlada, Xidrə küçəsinin
qurtaracağında olan məqamında görüşdüm.
Beləliklə, məqamda tək oturduq və demək olar ki məqam (ziyarətgah) mühafizəçi-sindən
başqa orada heç kim yox idi. Və o mühafizəçi də, bizdən uzaqda, qadınların ibadət
sahəsində dayanmışdı.
Hər halda, o gün, Hicri təqvimi ilə 30 Şaban, 1420-ci il idi. Və bu görüşdən sonra geri
qayıtdım və Allahın ehsanı ilə Ramazan ayının orucunu tutdum. Sonra Ramazan ayının
sonunda, Nəcəfə yollandım ki, beləcə nəyi bilmək üçün gəldiyimi bəyan edim. Beləliklə
bəzi tələbələrlə aramızda baş tutan söhbət çox qızğın keçdi. Və nəticə olaraq, bəziləri ilə
əlaqəni kəsir və onların bəziləri də, külli şəkildə anlaşılmazlıqda qalırdı. Və bəzisi də
mənə yardım etmədən, mənimlə eyni fikirdə idilər. Və Hövzə tələbələrindən heç biri
məni dəstəkləmədən günlər, aylar, hətta demək olar 3 il keçdi.
Və bəli, Hövzədəki
maliyyə pozğunluğu mövzusunda mənimlə eyni fikirdə olan bəziləri var idi və buradan
da, bu maliyyə fəsadı məsələsində islahat hərəkatı başladı...
Və bir neçə ay sonra İmam Mehdi əleyhissəlam ilə olan əlaqəm aşkar olmağa başladı. Və
mən, onun tərəfindən göndərilən bir Elçi idim və bu müddət yalnız mənim bildirişimlə
də olmadı. Həmçinin bir qrup Hövzə tələbəsi eşitdi və Mələkut Aləmində
1
gördülər. Və
bu gördükləri, onlara həqiqətin sübutu oldu. Bəzi, məni tanıyanlar və bəzi mənimlə heç
bir rabitəsi olmayanlar mənə beyət etmək üçün təkid etdilər. Və mən onları bu məsələnin
çətinliyi və ağırlığı barədə xəbərdar etdim. Və dedim ki, məndən üz çevirib gedəcəksiniz
və eynilə Muslim ibn Əqili tərk edən Kufə camaatı kimi, siz də məni tərk edəcəksiniz.
Lakin onlar özləri bunu etiraf edəcəyi vaxta qədər mənə xidmət etmək üçün öz canları,
malları və övladları ilə mənə beyət etdilər. Və mən buların heç birini onlardan istəmədim.
Və bu, Hicri 1423-cü ilin Cəmadi ayında idi. Və bu hadisədən sonra bir çox Hövzə tələbəsi
mənə sədaqət andı içdi. Lakin sonra onların canına qorxu düşdü və Səddamın qüvvələri
məni təqib etməyə başladı. Beləliklə onlar da beyət və andlarından döndülər. Və sonra
hər dəstə və qrup, andlarından dönmək və məni günahkar çıxartmaq üçün bəhanə
axtarmağa başladı...
Və 1424-cü ilin Cəmadiul-Əvvəl ayında, bir dəstə mömin mənim yanıma gəldi və
andlarını təzələdilər. Və məni evdən çıxartdılar və Dəvət (Allahın inayəti ilə) yenidən
başladı. Və 1424-cü hicri ilinin Ramazan ayının son 2 günündə, İmam Mehdi əleyhissəlam
mənə, dünyadakı insanların hamısına və özünün (əleyhissəlam) hər bir buyruğuna
istinadən, Mehdi əleyhissəlamdan gələcək əmr ilə səslənməyimi əmr etdi.
1
Yuxu və kəşf vasitəsilə
Dostları ilə paylaş: |