Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə52/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

Ansarullah Production 
114 
 
lər ki, səsləri qulaqlarını keçmir, qəzəbi bədənlərini aşmır, bizi aşkarda tərif etmirlər, bizə 
dost  olanla  düşmənçilik  etmirlər,  bizə  tənə  vuranla  oturmurlar,  bizi  təhqir  edənlə 
danışmırlar,  bizə  nifrət  edəni  sevmirlər,  bizi  sevənə  nifrət  etmirlər.”  Dedim:  “BƏS 
ÖZLƏRİNİN  ŞİƏ  OLDUĞUNU  DEYƏN  BU  FƏRQLİ  ŞİƏLƏRLƏ  NECƏ 
DAVRANIM?”  Buyurdu:  “ONLARIN  ARASINDA  SEÇİLMƏ,  ARINMA  VƏ 
DƏYİŞİLMƏ  BAŞ  VERƏCƏK.  İLLƏR  GƏLİB  ONLARI  ARADAN  APARACAQ
Onlara, onları öldürən bir qılınc və həlak edən bir ixtilaf üz gətirəcək. Bizim şiələrimiz o 
kəslərdir ki, it kimi hürməzlər (və ya ulamazlar), qarğa kimi tamahkar və acgöz olmazlar. 
Bizim  şiələrimiz  acından  ölsələr  də  camaata  əl  açmazlar.”  Dedim:  “Sizə  fəda  olum,  bu 
xüsusiyyətlərə  sahib  kəsləri  harada  tapım?”  Buyurdu:  “Onları  yer  üzünün  ətraf 
yerlərində axtar. Onlar o kəslərdirlər ki, yaşayışları aşağı səviyyəlidir, evləri dəyişkəndir. 
Əgər  camaat  içərisində  olsalar  tanınmazlar.  Əgər  gözdən  itsələr  axtarılmazlar.  Xəstə 
olsalar heç kəs onlara baş çəkməz, elçi düşsələr heç kəs onlara qız verməz. Əgər ölsələr 
cənazələrində  heç  kəs  iştirak  etməz.  Onlar  o  kəslərdirlər  ki,  mal-mülkləri  barədə  bir-
birlərinə  təsəlli  verirlər.  Qəbirlərində  bir-birlərini  ziyarət  edirlər.  Onların  istəkləri  bir-
birlərindən fərqlənməz, hərçənd (yaşadıqları) şəhərlər fərqlənsə belə.” 
- Biharul-Ənvar: 68/164, h.16; Mucəmul-Əhadis: 4/10, h.1089; Ğeybəti-Numani (aze): s.224, h.4 
YƏMANİNİN YAXINLARI ONU İNKAR EDƏCƏKLƏR 
Əbu Əbdillah (ə) buyurdu: “Qaimin (ə) qeybət günləri çox  uzun olacaq. Elə ki, həqiqət 
aşkar  olacaq  və  pis  fitrətə  sahib  Şiədən  olan  hər  kəsin  dönəkliyi  nəticəsində  əqidə 
çirkabdan təmizlənəcək. Bu kəslər, Qaimin (ə) hökmranlığı dövründə varisliyi, gücü və 
geniş  bir  təhlükəsizliyi  GÖZLƏDİKLƏRİ  HALDA,  MÜNAFİQ  OLDUQLARINDAN 
qorxulan  kəslərdir..."  Sonra  İmam  (ə)  buyurdu:  "…İslamın  adından  başqa,  Quranın 
yazısından başqa heç nəyin qalmadığı və əmrin sahibi, onun üçün açıqlanmış bir səbəblə 
yalnış yola sürüklənmiş qəlblərdən dolayı arzulandığı zaman, nəhayət ONA ƏN YAXIN 
OLAN, ƏN DÜŞMƏN KƏS OLACAQDIR. Ona görə də Allah onu GÖRMƏDİYİNİZ 
ƏSGƏRLƏRLƏ  dəstəkləyəcəkdir,  əlləri  ilə  Öz  Nəbisinin  (s)  dinini  aşkar  edəcək  və 
müşriklər istəməsə də, onu bütün dinlər üzərində qalib edəcək." 
- Kəmalud-Din: s.356; Qeybəti-Tusi: s.172; Biharul-Ənvar: 51/222 
Bu hadisə də artıq baş vermiş və bir zamanlar Əhməd əl Həsənə (ə.s) ən yaxın olanlar, 
onun (ə.s) qeybəti dövründə onun ən acımasız düşmənlərinə çevrilmiş və İraq höküməti 
ilə birləşib onun (ə.s) dəvətini təhrif etməyə cəhd etmişlər və hal-hazırda da buna davam 
etməkdədirlər. Hətta bu işdə Əhməd əl Həsənin (ə.s) qardaşı Muhəmməd ibn İsmail də 
onlarla əlbir olmaqdan çəkinməmiş və öz doğma qardaşına xəyanət etmişdir. Beləliklə də 
həqiqətən də Yusifin (ə.s) başına gələnlər Əhməd əl Həsənin də başına gəlmiş və hadisə 
təkrarlanmışdır, hədislərdə də birdirildiyi kimi. Onu da qeyd edək ki, bu sadəcə Əhməd 
əl Həsən (ə.s)’a deyil, həm də İmam Mehdi (ə.s)’a aid olan bir hədisdir. Çünki Əhlibeyt 


ahmedalhasan313.wordpress.com 
115 
 
(ə.s) hədisləri mərtəbə-mərtəbədir, bir zahiri varsa, bir batini də vardır ki, zamanı gəldiyi 
vaxt açılır.  
Zürarə  rəvayət  edir  ki,  Əna  Əbdillah  Cəfərin  (ə)  belə  dediyini  eşitdim:  “QİYAM 
etməsindən  ÖNCƏ  Qaimin  (ə)  QEYBƏ  ÇƏKİLMƏSİ  olacaq.”  Dedim:  “Nəyə  görə?” 
Buyurdu: “Çünki qorxacaq.” Bunu deyib əli ilə qarnına işarə etdi və bununla öldürülməyi 
nəzərdə tuturdu. 
- Kafi: 1/337, h.5, səh.338, h.9, səh.340, h.18, səh.342, h.29; Kəmalud-Din: 342, h.24, səh.346, h.32, 
səh.481, h.7 və 10; Qeybəti-Tusi: 332, hədis 274; Qeybəti-Numani: 192, hədis 21 və 22 
İmamın  (ə.s)  qarnına  işarə  etməsi  heç  də  təsadüfi  deyildir.  Burada  yaxınlar  tərəfindən 
xəyanətə uğramış insanın çəkdiyi acı nəzərdə tutulur. 
Əbu  Xalid  Kabuli  nəql  edir:  İmam  Zeynəl  Abidin  (ə.s)  vəfat  etdiyi  zaman  İmam 
Muhəmməd  Baqirin  (ə.s)  yanına  gəldim  və  dedim:  “Sizə  fəda  olum,  mənim  atanıza 
bağlılığımı,  ona  yaxınlığımı  və  insanlardan  inzivaya  çəkildiyimi  bilirsiniz.”  İmam  (ə.s) 
buyurdu:  “Doğru  dedin,  ey  Əbu  Xalid.  Nə  istəyirsən?”  Mən  dedim:  “Sizə  fəda  olum, 
atanız  mənim  üçün  bu  Əmrin  Sahibini  elə  xüsusiyyətlərlə  tanıtdı  ki,  onu  yolda  görsə, 
əlindən tutardım.” İmam (ə.s) buyurdu: “Ey Əbu Xalid, elə isə nə istəyirsən?” Mən dedim: 
“Mənə onun adını  deməyinizi istəyirəm, beləliklə onu adı  ilə tanıya bilim.” İmam (ə.s) 
buyurdu:  “Ey  Əbu  Xalid!  Vallahi,  mənə  çox  təhlükəli  bir  sual  verdin.”  Sonra  da  belə 
buyurdu: “Məndən elə bir məsələ haqqında soruşdun ki, əgər o mövzu haqqında biri ilə 
danışmaq  məcburiyyətində  qalsaydım,  (sadəcə)  səninlə  danışardım.  Məndən  elə  bir 
mövzu  haqqında  soruşdun  ki,  əgər  BƏNİ-FATİMƏ  (Fatiməoğulları)  onu  tanısaydılar, 
parça-parça etmək üçün can atardılar.” 
- Biharul-Ənvar: 51/31; Mucəmul-Əhadis: 3/229; Ğeybəti-Numani: s.299 
QAİMƏ QİYAMINDAN ƏVVƏL İMAN EDƏNLƏR 
Zürarə nəql edir: Əba Əbdillah (ə.s) belə buyurdu: “Bir carçı səmadan belə nida edəcək: 
‘Həqiqətən də əmir filankəsdir.’ Başqa bir nidaçı isə belə səslənəcək: ‘Həqiqətən də yalnız 
Əli və onun şiələri nicat tapan kəslərdir.’” Dedim: “Elə isə bundan sonra Mehdi ilə kim 
vuruşacaq?” Buyurdu: “Şeytan da belə nida edəcək: Həqiqətən də yalnız filankəs və onun 
şiələri  nicat  tapan  kəslərdir.  Bəni-Üməyyədən  olan  bir  şəxsin  adını  çəkəcək.”  Dedim: 
“Düzü yalandan kim ayıra biləcək?” Buyurdu: “Bunu yalnız BİZİM HƏDİSLƏRİMİZİ 
NƏQL  EDƏN,  o  baş  verməmişdən  əvvəl  “O  BAŞ  VERƏCƏK”  DEYƏN  və  özlərinin 
haqq və doğru olduqlarını BİLƏN şəxslər ayırd edə biləcəklər.” 
- İsbatul-Huda: 3/736, hədis 104; Mucəmul-Əhadis: 3/457, hədis 1018; Biharul-Ənvar: 52/294, 
hədis 46; Qeybəti-Numani (azəricə): s.296-297, hədis 28 
Zürarə nəql edir: Əba Əbdillaha (ə.s) dedim: “Heyrət edirəm, Allah işinizi yoluna qoysun! 
Heyrət  edirəm  ona  ki,  necə  olur  ki,  Beyda  çölünün  qoşunu  udması  və  səmadan  edilən 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə