Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 14 
 
kiçildilir.  Lakin  tarixi  reallıq  ondan  ibarətdir  ki,  xristianlıq 
yüksəldiyi  regionların  köhnə  dillərində  kök  atmışdır  və  onların 
hamısı  politeist  (çoxallahlı)  və  astronomik  xarakterli  idi.  Erkən 
xristianların  inamları  bunu  əks  etdirir.  Onlar  üçün  spiritualizm 
aktual  ruhlarla  kommersiya  aparmaq  mənasını  verirdi.  Xristian 
kilsələri  –  Romadakı  Müqəddəs  Pyotr  kilsəsindən  tutmuş  kiçik 
məhəllə  kilsələrinə  qədər,  bütün  dünyadakı  qədim  müqəddəs 
quyuları, müqəddəs kahaları, məbədləri və Sirrli məktəbləri olan 
şəhərlərdə  tikilmişdir.  Tarix  boyu  bunlara  bənzər  müəyyən 
şəhərlər  ruhlar  üçün  baş  giriş  qapısı  kimi  qiymətləndirilirdi. 
Bütün  xristian  kilsələri  astronomik  qaydada  düzülmüşdür, 
kilsənin  həsr  edildiyi  müqəddəs  gündəki  tək  şərqə 
istiqamətlənmişdir. 
Parisdəki 
Notr-Dam 
kilsəsindən 
Barselonadakı Saqrada Familiaya qədər böyük kafedral kilsələrin 
hamısı astronomik və astroloji simvollarla örtülmüşdür. Bu ənənə 
yenə  də  davam  edir.  Müasir  kilsə  xadimləri  çox  vaxt 
astrologiyanı  məhkum  edirlər,  lakin  heç  kəs  bunu  inkar  edə 
bilməz  ki,  misal  üçün,  böyük  Xristian  bayramlarının  hamısı 
astonomik  qaydada  müəyyənləşdirilmişdir  –  Pasxa  bütöv  aydan 
sonrakı ilk Bazar gününə təsadüf edir və ya Milad bayramı qışda 
Günəş dönüşündən sonrakı ilk günə düşür. Bu vaxt qalxan Günəş 
üfüqdə  dönəndə  görünən  şəkildə  geriyə  doğru  hərəkət  etməyə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 15 
 
başlayır. (Astrologiya insan təbiətinin göylərin əlamətlərində başa 
düşülməli  olan  bir  birlik  sistemidir.  O,  astronomiyanın  anası 
olmaqla  astronomik  müşahidələrlə  yaxından  bağlı  olan  tətbiqi 
elm hesab olunurdu. İslam astroloqları göy cisimlərinin hərəkətini 
dəqiq qaydada öyrənib, ona əvvəlcədən xəbər verirdilər. Bu yolla 
onlar varlı himayəçilərinin bəxtini müəyyən edirdilər. Müsəlman 
astroloqlar Yerin öz oxu ətrafında və Günəş ətrafında fırlanması 
qənaətinə gəlmişdilər. Onların Göy cisimlərinin hərəkəti barədəki 
cədvəlləri  yunanınkılardan  çox  qabağa  getmişdi.)  Bütün  dinlər 
öyrədir  ki,  ağıl  materiyadan  qabaq  gəlmişdir.  Hamı  anlayır  ki, 
dünyanın  yaranması  bir  sıra  əmələ  gəlmə  seriyaları  kimi  yer 
tutmuşdur  və  onlar  universal  qaydada  ruhi  varlıqların 
iyerarxiyası,  allahlar  və  ya  mələklər  kimi  əyani  şəkildədir. 
Mələklərin, böyük mələklərin iyerarxiyası həmişə kilsə təliminin 
bir hissəsi olmuşdur. Müxtəlif ordenlərdə mələklər ulduzların və 
planetlərin  allahları  kimi  tanınır.  Kilsə  rəssamlığında  və 
arxitekturasında  hər  yerdə  dörd  xeruvim:  Öküz,  Şir,  Qartal  və 
Mələk kimi  rəmzləndirilir. Onların astronomik oxşarlığına sübut 
təxəyyüldə onların xatırlanmasına əsaslanır: Öküz Taurusdur, Şir 
Leodur,  Qartal  Əqrəbdir,  Mələk  isə  Akvariusdur.  Bibliyanın 
“Başlanğıc”  kitabında  1:26  cümləsi,  adətən  “Başlanğıcda  Allah 
Göyü  və  Yeri  düzəltdi”  kimi  tərcümə  olunur.  Lakin  fakt 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 16 
 
orasındadır  ki,  bəzi  Bibliya  alimləri  onlara  yalnız  təzyiq 
göstərildikdə,  bunu  qəbul  edirlər  ki,  “Elohim”  sözü  burada 
“Allah”  kimi  tərcümə  edilsə  də,  cəm  şəkildədir.  Bu  kəlam 
mahiyyətcə belə oxunmalıdır ki, “Başlanğıcda” allahlar Göyü və 
Yeri  düzəltdilər.  Dünyanın  yaranması  dramasında  ikinci  böyük 
səhnə Günəş allahın Ana Yeri Saturndan xilas etmək üçün gəldiyi 
vaxta təsadüf edir. Təxəyyül  gözündə Günəş  gözəl  və şüa verən 
gənc oğlandır. O döyüş arabasında gəzir və musiqi çalır. O çoxlu 
adlara  malikdir  –  Hindistanda  Krişna,  Yunanıstanda  Apollon  öz 
vücudu ilə tufanın ortasında qalxanda, Saturnun zülmətini arxaya 
tullayır,  Saturn  kosmosu  dövrəyə  alan  nəhəng  əjdahaya  və  ya 
ilana bənzəyənə qədər bu davam edir. Sirli məktəblərin öyrətdiyi 
kimi Günəşin qələbəsi təmiz mineral kosmosdan, ani olaraq bitki 
həyatını  daşıyan  kosmosa  keçmək  idi.  Sehrli  ənənəyə  əsasən 
erkən və ən primitiv bitki həyatı formasında sadə rüşeymlər, tora 
bənzəyən  geniş  yayılan  strukturlarla  birləşib,  cəm  halda  bütün 
kainatı  doldurmuşdu.  Hindistanın  müqəddəs  kitabları  olan 
“Vedalar”ın  izahında  bu  yaranma  səhnəsi  “İndranın  toru”, 
işıqlanmanın  nəhayətsiz  olaraq  işıq  verən  toru  idi.  O  daim 
müdaxilə  edən  təhlükələrdə  yaşayırdı,  birlikdə  işıq  dalğası  kimi 
gəlib,  sonra  yenidən  dağılırdı.  Vaxt  keçirdi  və  bu  təhlükələrdən 
bəziləri birlikdə daha çox daimi olmaqla dalğalanmağa başlayırdı 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 17 
 
və işıq axını bir-birinə bənzəyən üç formaya bölünürdü. Təxəyyül 
təəssüratı  bunu  kiçik  uşağa  bənzər  kimi  xatırlayır.  Burada 
rütubətli  duman  və  yaşıl  işıq  verən  günəşli  hava  vardır.  Geniş 
bitki  varlığı  kosmosun  özəyində  idi.  Onun  yumşaq  və  işıq  verən 
bədən üzvləri kosmosun bütün dörd guşəsinə yayılırdı, bu Adəm 
idi. Bura Cənnət idi. Çünki burada hələ kosmosa aid olan heç bir 
heyvan  ünsürü  yox  idi.  Adəmin  heç  bir  arzusu,  həmçinin  onun 
hansısa  bir  qayğısı  və  ya  narazılığı  yox  idi.  Adəm  sonsuz  bahar 
mövsümündə  olan  dünyada  yaşayırdı.  Təbiət  süd  şirəsi  şəklində 
olan ardı kəsilməyən qida ehtiyatı məhsulu əmələ gətirirdi, buna 
bənzərini  biz  bu  gün  zəncirotularında  tapa  bilərik.  Belə  xoşbəxt 
boşluğun  abidələrini,  bizə  gəlib  çatmış  çoxdöşlü  Ana  İlahənin 
heykəllərində  görürük.  Vaxt  keçdikcə  bitki  formaları  daha 
mürəkkəb, daha çox bu günkü bitkilərə oxşayan oldu. Biz güman 
edə  bilərik  ki,  dünyanın  yaranmasının  gizli  tarixi,  yaranmanın 
elmi  tarixi  üzərinə  mübahisəli  yolla  kölgə  salır.  Mövcudluğun 
təmiz mineral səhnəsinin arxasınca primitiv bitki səhnəsi ilə əvəz 
olunması gəldi. Bundan sonra daha mürəkkəb bitkilərin erası baş 
verdi.  Gizli  tarixdə  bu  yalnız  labüd  olaraq  bitki  səhnəsindən 
keçməklə insan həyatına daxil olur. Lakin bitki elementi bugünkü 
bəşər  varlığının  yenə  də  ayrılmaz  hissəsi  olaraq  qalır.  Bütün 
dünyadakı  ezoterik  təlim  bədənin  bitki  hissəsi  ətrafında  axan 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə