Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
19
Otaqdakı  qız-gəlinlər onu təbrik edib, onun sevincinə 
qoşularaq hər kəs bir söz deyirdi. Əslində Natəvan heç nə 
eşitmirdi. Bu xoş günün sehrində idi. Özü də mavi rəngdə 
paltar geyinmişdi. Hər dəfə səmaya baxanda ona elə gəlirdi ki, 
bu rəng Tanrıya çox yaxındır. Çünki bu dünya elə anasının 
dediyi kimi “göy köynək” kişinin ovcunun içindədir.  
Əsas məclis o biri otaqda idi. Ağsaqqallar ora yı-
ğışmışdı. Axır ki, gözlənilən an çatdı. Oğlanın əmisi iki nəfərlə 
nişan üzüyünü taxmaq üçün qız-gəlinlər olan otağa keçdi. 
– Xoşbəxt ol, qızım!.. 
Qoca üzüyü Natəvanın barmağına taxıb, onun alnından 
öpdü. Həmin nişan üzüyü idi.  
Bir damla göz yaşı Natəvanın yanağını islatdı. 
– Xoşbəxt ol, Natəvan... – qız-gəlinlərin səsi bir-birinə 
qarışdı.  
– Xoşbəxt ol, qızım! – bu, anasının səsi idi. Anası onu 
bərk-bərk qucaqlayıb yanaqlarından öpdü. 
– Xoşbəxt ol, mənim balam, – deyə bir də təkrar etdi. 
Natəvan təbriklərə cavab vermək istədi. Nə  qədər 
etdisə, səsi çıxmadı. Sözlər boğazında qalıb onu boğdu.  
– Natəvan! Natəvan! Qızım... Sənə nə olub? 
Bu səs sanki yerin altından gəldi. Anasının səsi idi.  
– Natəvan! Natəvan! – deyə anası bir də onu çağırdı. 
Natəvan zorla gözlərini açdı  və anasının təşviş dolu 
baxışları ilə rastlaşdı.  
– 
Qızım, deyəsən pis yuxu görürdün?! 
Natəvanı qəhər boğdu…  
 
 
 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
20
 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
21
 
 
BORC 
 
 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
22
 
 
 
Z
akir tələsik paltosunu qarderoba verib nömrə aldı. 
Elə bu an dərsin başlanmasını xəbər verən zəngin səsi dəhlizə 
vəlvələ saldı. Tələbələr hay-harayla, bir-birini itələyə-itələyə 
hərəsi bir tərəfə qaçdı. Müəllimlər isə  şəstlə  dərs otaqlarına 
tərəf gedir, sanki öz vəziyyətlərindən həzz aldıqlarını hamıya 
bir daha nümayiş etdirirdilər.  
Zakirgilin dərsi beşinci mərtəbədə, dekanatlığın yanında 
idi. O, Babazadənin zəhmli sifətini yadına salıb, addımlarını 
yeyinləşdirdi, pillələri az qala iki-iki çıxırdı. “İntizam, qayda-
qanun yaxşı  şeydir, amma nə edəsən ki, səhərlər saatlarla 
avtobus gözləyirsən. Nə qədər çalışsan da bəzən vaxtında gəlib 
çıxmaq olmur”.  
Zakir sonuncu pillələri qalxmışdı ki, ətrafa yayılan tanış 
səs elə bil onu silkələdi. 
Tık... tık... tık... 
Bu səs sanki divarlara çırpılaraq geriyə qayıdır, sonra 
da Zakirin düz ürəyinə  dəyirdi. O, addımlarını yavaşıtdı. 
Babazadənin zəhmli sifətini də yadından çıxartdı.  
Tık... tık... tık... 
Səslər bir az da yaxından gəldi.  
– Salam, Tərlan!  
– Salam, Zakir! – deyə  Tərlan gülümsədi. Alnındakı 
punçur-punçur tərini sildi. Onun sinəsi qalxıb enirdi, çətinliklə 
nəfəs alırdı. Tık... tık... tık... 
– Zakir, sən get. Mənə bənd olma. – Tərlan qırıq-qırıq 
dedi. 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
23
Qrup yoldaşlarından bir neçəsi onları itələyərək ötüb 
keçdi. Zakirin qanı  bərk qaraldı. Addımlarını bir az da 
yavaşıtdı.  
Tələbələrin ayaq səsləri, zarafatları, dəhlizdəki hay-küy
elə bil hər  şey itib getdi. Zakirin qulaqlarında bircə  səs qaldı. 
Tık... tık... tık...  Əslində Zakir birinci dəfə deyildi ki, bu səsi 
eşidirdi. Hər dəfə bu səs onu çox ağrıdırdı, lap çox. 
– Zakir, dedim ki, sən get, – deyə  Tərlan ikinci dəfə 
bildirdi.  
– Narahat olma, bir yerdə gedərik. – deyə Zakir sakit 
cavab verdi. 
– Bu zəmanədə deyilənə görə elm çox inkişaf edib. Hər 
şey mümkündür. Gərək mən də bu ağaca qaçmağı öyrədim, 
yoxsa... – Tərlan  əl ağacına işarə etdi, ardını demədi. Sifəti 
tutuldu. 
Zakir xoş bir söz deyib onun könlünü almaq istəsə də, 
deməyə söz tapmadı. Uzaqdan baxdı ki, Babazadə 
auditoriyanın qabağında dayanıb, qaçaraq gələn tələbələri 
auditoriyaya buraxır. Babazadə Zakirlə  Tərlana ötəri nəzər 
saldı. “Bizi gözləyir.  Əlbətdə gözləyir!..” Zakir ürəyində belə 
düşündü. Onlar dərs otağının bir neçə addımlığında idi ki, 
Babazadə auditoriyaya keçib qapını örtdü. Müəllimin bu 
hərəkəti gözlənilməz oldu. Zakirlə  Tərlan dərs otağının 
qarşısında ayaq saxladı.  
– Bəlkə  dərsə girməyək? – Babazadənin xasiyyətini 
düşünüb Zakir təklif etdi. 
Tərlan cavab vermədi, bir an susdu. Sonra nə fikir-
ləşdisə, hövsələsiz qapını açmaq istədi. Bu anda əl ağacı 
kəndara ilişərək Tərlanın  əlindən çıxdı. O, yıxılmamaq üçün 
qapıdan tutmaq istədikdə qapı qəflətən açılaraq divara çırpıldı. 
Tələbələr səsə  tərəf boylandı. Babazadə isə  təbini pozmadan 
jurnalı yoxlamağa davam etdi. Tərlan özünü itirdi: 


 
 
 
Solmaz Muxtarova 
 
24
– Bağışlayın, – deyə mızıldandı. Rəngi pörtmüşdü. 
Zakir Tərlanın əl ağacını qaldırıb ona verdi. 
– Darıxma, olan işdir... 
Tərlan xəcalətindən bilmədi nə etsin. 
– Bağışlayın, – deyə, ikinci dəfə üzr istədi. 
Babazadəyə çırtma vursaydın qanı çıxardı. Jurnalı axıra 
qədər yoxlayıb hazır-qaib etdikdən sonra qapının ağzında 
dayanan Zakirlə Tərlana tərs-tərs baxdı. 
– Məndən sonra auditoriyaya girməyi qadağan etmişəm. 
Çıxın bayıra. Dərsə mane olmayın. 
Tələbələr narahatçılıqla tərpənişsələr də, heç kəs cürət 
edib bir söz demədi. Əslində kim nə deyə bilərdi ki?! 
Qabaqda Tərlan, arxasınca da Zakir auditoriyadan 
çıxdılar. Onlar dəhlizdə pəncərənin qabağında dayanıb bir xeyli 
çölə baxdılar. Axşamdan başlayan yağış  hələ  də narın-narın 
yağırdı. Şəhərin üzərində dövrə vuran buludlar adamı daha da 
darıxdırırdı. Tərlan  əl ağacına söykənib uzaqlara baxırdı. 
Fikirli görünürdü. Arada Zakirə tərəf çevrilib dedi: 
– Bilirsən Zakir, hər kəs özü öz qarşısında hesabat 
verməlidir. İnsanın haqlı, ya da haqsız olduğunu bircə özü bilir. 
Başqalarının fikri çox da əhəmiyyətli deyil.  
Zakir Tərlanın niyə belə dediyini, daşın kimə atıldığını 
başa düşüb gülümsədi.  
– Sən haqlısan, Tərlan.  İnsanı özündən yaxşı heç kəs 
tanıya bilməz.  
Zakir bir qədər susub əlavə etdi: 
– Gedək, bir nahar edək. 
Tərlan bir söz demədi. Onlar institutun yaxınlığındakı 
yeməkxanaya gəldilər. Zakir növbəyə dayandı, Tərlan keçib 
qıraqdakı boş masanın arxasında oturdu, əl ağacını divara 
söykədi.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə