Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
61
borcuna qalıb ki, “xozeyin”in şəxsi mülkündə bağlı qapı 
arxasında kimlər nə edir. Amma iş onda idi ki, arada bir söz 
gəzirdi. Deyirdilər guya kişi, sex saxlayır. Bəlkə böyüklər bu 
sözün mənasını bilirdi. Ona görə də çox astadan deyilən bu 
sözdə deyəsən nə isə xoşa gəlməyən, qorxulu bir şey var idi. 
“Gizli sex!” Qəribə  də olsa, uşaqların öz uçaq dünyası var. 
Onlar bu söhbətlərə məhəl qoymazdı. Bu “gizli sex” deyilən 
sözdə  şübhəli, qorxulu nəyinsə olduğunu dərk etməzdilər. 
Çünki onların dünyasında bol-bol işıq var idi. Hələ ora qara 
ləkə düşməmişdi.  
Geniş, uzunsov həyətin üst tərəfində  Əşrəf kişinin 
aynabəndinə söykənib həyət boyu uzanan ikimərtəbəli evlər 
düzülmüşdü.  İkinci mərtəbədə yaşayanlar elə-belə adamlar 
deyildi. Yuxarı başda birinci evin ikinci mərtəbəsində 
prokuror Həşim kişi ailəsi ilə, sonra isə hansısa zavodun 
direktoru, müəllim ailəsi... Sayadgilin mənzilinin üstündə, 
ikinci mərtəbədə uzunsov eyvanın bir başında tar çalan 
Qasım kişi, o biri başında isə Nikolay öz ailəsi ilə yaşayırdı. 
Birinci mərtəbədə olan mənzillər isə demək olar ki, zirzəmi 
və ya yarımzirzəmi idi. İşıqsız, havasız, rütubət qoxulu. 
Sayadgilin yaşadığı yarımzirzəmi küçə qapısının yanında 
həyətdən üç pilləkən aşağı  pəncərəsiz bir otaq idi. Qapısı 
həyətə açılırdı. Gecə-gündüz zülmət qaranlıq, rütubət qoxulu 
bu otaqda ana-bala baş-başa verib dolanırdılar. Ən başlıcası 
o idi ki, başlarının üstündə tavan var idi. Nə olsun ki, zirzəmi 
idi? Nə olsun ki, otağa işıq düşmürdü? Bəzən Sayada elə 
gəlirdi ki, o, ömrünün sonuna kimi bu rütubət qoxusundan 
və zülmət qaranlıqdan xilas ola bilməyəcək.  
Qış aylarında daha ağır, dözülməz olurdu. Bütün qış 
uzunu həyətə açılan taxta qapı  bərk-bərk bağlanırdı. Evə 
düşən azca işığın yolu kəsilirdi. Belə olanda Sayad dərslərini 


 
 
 
Solmaz Muxtarova 
 
62
hazırlamağa çətinlik çəkirdi. Gündüzlər işıq yandıranda 
Əşrəf kişinin arvadı  Səkinə  əsib-coşur, göz verib, işıq 
vermirdi. Söz-söhbət olmasın deyə anası neft lampası 
almışdı. Sayad çox vaxt dərslərini lampa işığında 
hazırlayırdı.  
Yay fəslində isə Sayadın üzünə  işıqlı bir dünyanın 
qapıları açılırdı. O, başqa bir həyat yaşayırdı.  Əşrəf kişinin 
həyətində gecə-gündüz su kranının yanından asılmış rezin su 
şlanqı ilə səhər-axşam həyət yuyulub-süpürülürdü. Axşamlar 
isə  hər kəs stulunu qoyub, mənzilinin qarşısında oturardı. 
İkinci mərtəbədəkilər də həyətə düşüb, onlara qoşulardı. Bir 
yerdə çay içib, söhbət edərdilər. Arada qonşular həyətdəki 
köhnə taxta masanın başına toplaşıb birgə çay süfrəsi açar, 
hər kəs olanından gətirib süfrəyə qoyar, şirin-şirin söhbət 
edib dincələrdilər. Sonra da kimsə xahiş edərdi ki, Qasım 
kişi tar çalsın. O da etiraz etməzdi.  
Qasım kişi tarı sinəsinə  sıxıb, gözlərini yumar, bir 
xeyli tarını kökləyib çalmağa başlardı. Sinəsi qalxıb-enərdi. 
Həmişə deyib-gülən, zarafatından qalmayan Qasım kişi 
tarını sinəsinə  sıxanda sifətinə kölgə düşərdi. Adama elə 
gəlirdi ki, onun ürəyindəkilər təkcə tarın həzin səsində deyil, 
onun solğun üzünün hər bir cizgisindən  ətrafa boylanırdı. 
Bəzən o, ahəstə  səslə tarın səsinə  səs verib zümzümə  də 
edərdi:  
 
Əzizinəm, gül əllər, 
Ağ biləklər, gül əllər. 
Dəryaca ağlın olsa, 
Kasıb olsan gülərlər. 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
63
Nədənsə Qasım kişi bu bayatını tez-tez oxuyardı, 
sonra da araya sükut çökərdi. Bir an hər kəs öz dünyasına 
qapılar, ürəyindəki acı-ağrılarını yaşayardı. Qonşuların belə 
məclisləri Sayadın könlünü açar, ona zirzəminin qaranlığını, 
rütubət qoxusunu azca da olsa unutdurardı. 
Yay fəslində Sayadı az qala xoşbəxt edən başqa bir 
şey də vardı. Zirzəminin həyətə açılan qapısı. Bu qapı bütün 
günü açıq qalar, evə bol-bol işıq seli axardı. Sayad da 
zirzəminin taxta döşəməsini dəmir şotka ilə o ki var sürtüb
sapsarı olana kimi yuyub-təmizlərdi. Bəzən ona elə  gəlirdi 
ki, taxta döşəmənin sarı  rəngi ilə zirzəminin işığı azca da 
olsa çoxalır. 
– Ay qızım, nə düşmüsən bu döşəmənin canına? 
– Anacan, qoy təmiz olsun, – deyə Sayad öz işindən 
zövq alardı.  
Anası  Məsumə yeməkxanada qabyuyan işləyirdi. 
Sayad dəfələrlə anasına bu işdən çıxmağı, ya da işini də-
yişməyi təkid etsə də, anası razı olmamışdı:  
– Qızım, işin pisi, yaxşısı yoxdur. Dolanışıq üçün 
çətinliyə dözmək lazımdır. Əsas odur ki, pis yol tutmayasan.  
– Axı  sənə çox çətindir. Bütün gün əllərin soyuq 
sudadır.  
– Səni oxutmaq üçün əlimdən gələni etməliyəm
qızım. Sən oxumalısan. Yaxşı oxumalısan. Mən də  işlə-
məliyəm. Hər kəsin öz işi var.  
Sayadı  hər zaman narahat edən bir məsələnin üstü 
bağlı qalardı. Nə Sayad anasından soruşmağa cürət edər, nə 
də Məsumə qızına bu barədə nə isə açıb deyərdi. Bu “nə isə” 
heç vaxt Sayadı rahat buarxmazdı ki, buraxmazdı. “Atam 
bizi nə üçün atıb gedib?” Bu sual həmişə onun beynində 


 
 
 
Solmaz Muxtarova 
 
64
dolanardı. Arada nənəsi pay-para ilə  kənddən gəlib onlara 
baş çəkərdi. Bir neçə gün şəhərdə qalardı.  
– Ay qızım, bəlkə  yığışıb gələsən evinə? Kənddə 
evimiz, şəraitimiz... 
Məsumə kədərlə qayınanasına baxardı: 
– Yox. Belə yaxşıdır. Həm də mənim o kənddə evim 
yoxdur. Mən artıq ora qayıtmaram.  
Nənə dərindən köks ötürüb susardı. Sonra öz-özü ilə 
danışırmış kimi astadan deyərdi: 
– Pis övladın üzü qara olsun.  
Söhbət beləcə bitərdi. Sonra da bir gün nənəsi yığışıb 
kəndə qayıdardı. O, hər dəfə ayrılanda gah Məsuməni, gah 
da Sayadı bağrına basıb doyunca öpərdi.  
– Sizdən çox nigaranam. – Qapıdan çıxanda axırıncı 
sözü bu olardı. Məsumə qayınanasına ürək-dirək verərdi: 
– Nigaran qalma. Biz də pis-yaxşı dolanarıq.  
Sonra da adəti üzrə Sayad anası ilə onu aparıb kənd 
avtobusuna oturdub yola salardılar.  
Bir gün kənddən qonşuları  Qərib kişi gəldi. Məktub 
gətirmişdi. Anası  məktubu oxuyub qanı  bərk qaraldı. Bir 
neçə dəfə hövsələsiz nəyisə götürdü, nəyisə qoydu.  
– Qızım, arvadın gözünü yolda qoyma. Nə olub, olub. 
Qocanın nə günahı? Qızı da götür, qayınanana baş çək, qoy 
dünyadan rahat getsin.  
– Haqlısan, Qərib dayı. Gedərik, mütləq gedərik. 
Ertəsi gün ana-bala kəndə yola düşdülər. Avtobusa 
minib hər kəs yerini rahatladı. Sayad pəncərəyə söykənib 
kitab oxumağa başladı. Məsumə isə gözlərini yumdu. Bu 
avtobus, bu yollar onu keçmişinə aparırdı. Keçmişin ağlı-
qaralı günləri gözlərinin içində bərq vurdu.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə