Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
34
Döyən özünü itirdi. Nə isə demək istədisə də, müdir 
imkan vermədi. Əlini masaya çırpıb qəzəblə qışqırdı: 
– Çıx otaqdan, yaltaq köpək oğlu! Bir də səni gözüm 
görməsin!  
 
 
 
 
 
 
 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
35
 
  
 
 
BAĞIŞLA  MƏNİ,  BABA 
 
 
 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
36
 
 
 
B
irgə yol eylədik, sən qabaqda, mən arxanca... 
Dünyaya üz tutduq. Məni sən çəkib apardın. Bəzən büdrədim, 
yıxıldım. Tutub əlimdən qaldırdın məni... 
Birgə yol eylədik. Tez-tez ağ atın belində. Başımızın 
üstündə günəşli, aylı-ulduzlu bir aləm... Ürəyimin içindəsə 
günəşdən də parlaq öz günəşim. 
Bizsə səninlə ağ at belində bəxtəvər olduq. Arzularımın, 
xəyallarımın işığında... Dünyaya, sevib-seçdiyim insanlara olan 
inamın işığında yol eylədik. Yorulmadan, qırılmadan... 
Nə yaxşı ki, sən var idin. Yoluma işıq saçır, mənə qol-
qanad verib, bəzən az qala Tanrının dərgahına qədər məni 
çəkib aparırdın.  
Özüm də bilmirəm sən nə vaxtdan ömrümdə peyda 
olmusan. Nə vaxtdan dolub gözümə, könlümə  mənə olmazın 
qüvvət verib, dünyanın qapısını üzümə açmısan.  
Yadıma salmaq istəyirəm, amma dəqiq xatırlaya 
bilmirəm. Səni nə vaxt, harada tapdım?.. Xatırlamaq istəyirəm. 
Uşaqlıq illərim... Çox-çox uzaqlarda qalan, xatirəyə dönüb tez-
tez yuxularıma gələn uşaqlıq illərim... Babamın səsi... O səs 
həmişə qulaqlarımdadır. Zaman ötdükcə mənə daha yaxın olur. 
Arxada qalan ən şirin xatirələrim, dadlı-ləzzətli günlərim.  
Deyilənə görə  mən kür uşaq olmuşam. Sözə qulaq 
asmayan... Dalaşqan...  İnadkar... Hələ  də  kəndimizdə bir 
çoxları  mənim uşaqlıq sərgüzəştlərimdən ləzzətlə danışıb 
gülür. Nə edəsən ki, insan böyüyəndə  uşaqlıq illərində et-
diklərinə cavab tapa bilmir. Yəqin ki, tək mən belə deyiləm.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
37
Atam sübh tezdən çöl işinə gedərdi. Bir də hava 
qaralandan xeyli sonra evə dönərdi. Çox vaxt həyətdəki daşın 
üstündə oturduğu yerdə yuxuya gedər... Anamın giley-güzarına 
qulaq asmağa halı olmazdı. Bəzən də anamın dediklərinə ilan 
vurmuş kimi yerindən dik atılardı. Mən də belə hallarda, 
əlimdən xəta çıxanda  əvvəlcədən işimi möhkəm tutardım. 
Atam evə dönənə yaxın həyətdəki qoz ağacının başına çıxıb 
yerimi orada rahatlardım ki, təhlükə ötüşsün.  
Belə olanda kişi lap özündən çıxardı: 
– Köpək oğlu! Düş  aşağı! Düş  aşağı deyirəm sənə... 
Məni biabır etmisən! Adam arasına çıxa bilmirəm. Birinin 
başını yarırsan, birinin şüşələrini daşa basırsan... Başqasının 
toyuq-cücələrini qırırsan... Belə də uşaq olar?! 
– Oğlum, sakit ol!.. Heç özündən çıxma. Uşağın da 
özünə oxşayıb. Uşaqlığın yadından çıxıb, nədir? 
Babam atamı sakitləşdirib bir kənara çəkərdi. Sonra da 
ağacın altında oturub gözləyərdi ki, atam yatsın, ara sakitləşsin. 
Bütün bunlar mənim vecimə də olmazdı. Yaxşı bilirdim 
ki, mənim arxamca atam ağaca çıxmayacaq. Əvvəllər bir dəfə 
çıxmışdı. Mən də  əlinə keçməmək üçün ağacdan yerə 
tullanmışdım və sağ qıçımı sındırmışdım. Bu da kişiyə yaxşıca 
dərs oldu. Az qala üç ay həkimlərə ayaq döydük.  
– Sən bir işə bax... Bir uşağın əlində qalmışıq məəttəl! – 
Atam tez-tez belə deyərdi. 
Anam isə hey deyinərdi: 
– Baxıram başqalarının uşağına, yanıb tökülürəm. 
Hamısı adam balası kimi dil bilir. Mənimkini Allah mənə bəla 
verib. Bilmirəm başıma haranın daşını töküm?.. 
Babam isə  təmkinli olardı, xətrimə  dəyməzdi. Arada 
dodaqaltı qımışardı. Nə üçün qımışdığını bilməzdim. Sonra da 
məni dizinin dibində oturdub mənə nəyisə başa salmaq istərdi. 
Lap böyüklərlə danışdığı kimi mənimlə söhbət edərdi. 


 
 
 
Solmaz Muxtarova 
 
38
Doğrudur, mən ona qulaq asardım. Çünki babamı çox 
istəyirdim. Amma nə dediklərinin fərqinə varmazdım. Bir 
qulağımdan alıb, o biri qulağımdan buraxardım.  
Demək olar ki, uşaqlığım babamla keçib. Babamla tez-
tez mal otarmağa bir gedərdik. Bahar-yay aylarında çöldə-
meşədə  hər günorta ocaq qalardıq. Qapqara hisbasmış 
qəfədanda çay qaynadıb baba-bala süfrə açardıq. Nədənsə o 
çölün, o çayın ləzzətini heç unuda bilmirəm. Babam mənə tez-
tez yelləncək asardı, hey yellənərdim... Qış aylarında isə qar 
yağanda babamın mənim üçün düzəltdiyi kirşədə  səhərdən 
axşama kimi sürüşərdim. Babam da baxıb ləzzət alardı.  
Mən tez-tez babama deyərdim: 
– Baba, mən böyüyəndə  sənin kimi olmaq istəyirəm. 
Sən yaxşı babasan.  
– Yaxşı baba olmaq üçün yaxşı uşaq olmaq gərəkdir!.. – 
Babam mənə belə cavab verərdi. Mən tutulardım. 
– Baba, mən pis uşağam? 
O, məni nəvazişlə bağrına basardı: 
–  Əbləttə yox... Sən mənim ağıllı balamsan. İnanıram 
ki, sən də böyüyüb yaxşı baba olacaqsan.  
Babamın bu cavabından yerə-göyə sığmazdım. Əslində 
yaxşı bilirdim ki, mən heç də yaxşı  uşaq deyiləm. Amma 
babamın gözündə yaxşı olmaq istəyirdim.  
Bir gün səhər-səhər anam məni başdan-ayağa təzə 
geydirib bəzədi. Sonra da əlimə çanta verib yola saldı. Babam 
əlimdən tutub məni məktəbə apardı. Birinci dəfə idi ki, mən 
bütün kənd uşaqlarını bir yerdə görürdüm. Səliqə ilə geyinmiş 
uşaqlar cərgə-cərgə düzülmüşdü. Hər cərgənin qabağında bir 
müəllim dayanmışdı. Mənə  qəribə  gələn o oldu ki, kənd 
uşaqları  hər gün gördüyüm üstü-başı tozlu-torpaqlı, dəcəl 
uşaqlara oxşamırdı. Müəllimlərdən bir neçəsi isə gül ilə bəzə-
dilmiş uzunsov masanın arxasında oturmuşdu. Valideynlər də 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə