Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

25 


i,  Aralıq  dəni-  zinə  14.88%-i  aiddir.  Daxili  hövzə  ərazinin  1/3 

hissəsini tutur (9 mln.kv.km). 

Afrikanın  müasir  çay  sistemi  cavandır.  Neotektonik 

mərhələdə  onun  kənarlarının  və  şərq  yaylalarının  qalxması 

qədim  dərələrin  çox  dərinləşməsinə,  astanalar  yaranmasına 

səbəb  olmuşdur.  Bu  mərhələdə  yüksəlməkdə  olan  kənar  yayla 

və yüksəkliklərin yamaclarında yeni çay dərələri əmələ gəlmiş, 

bir çox yerdə çay qovuşmaları baş vermişdir. Afrika çaylarının 

oxşar cəhətləri onları hamsının çox astanalı olması, dərələrinin 

tez-tez istiqamətləri dəyişməsidir. Çay dərələrinin bu morfoloji 

xüsusiyyətləri  onların  cavanlığını  bir  daha  sübut  edir.  Bu 

xüsusiyyətlərin  özləri  isə  daha  çox  ərazinin  tektonik  quruluşu 

ilə  bağlıdır.  Çay  dərələrinin  istiqaməti  əksər  hallarda  tektonik 

qırılmaların istiqamətinə uyğun gəlir, yaxud qırılmalar zonasını 

keçdikdə  onlar  astana  və  şəlalələr  əmələ  gətirirlər.  Buna  görə 

də  Afrika  çaylarının  enerji  ehtiyatı  olduqca  böyükdür  (dünya 

çayları enerji ehtiyatının 20%-ə qədəri). 

Afrikanın  səhralarında  bir  çox  quru  dərə  sisteminin 

mövcudluğu  keçmişdə  tropik  qurşaqların  daha  çox  rütubət 

alması  və  burada  daimi  yaxud  dövrü  axarlı  çayların  olduğu 

haqda  fikir  söyləməyə  imkan  verir.  Quru  dərələrin  bir  çoxu 

Ahaqqar  massivindən  başlanıb,  ətraf  səhralarda  qurtarır. 

Müəyyən  edilmişdir  ki,  keçmişdə  öz  sularını  okeana  çatdıran 

bəzi  çayların  dərələrini  qumlar  basmışdır.Quru  dərələrdən 

bəzilərinin  uzunluğu  1000-1500  km-ə  çatır.  Atlas  dağlarının 

cənub  yamaclarından  başlanan  Saura  dərəsi  (vadisi)  Tuat 

çökəyinə  qədər  uzanır.  Yaxud  Ahaqqar  massivinin  cənub 

yamacında  yerləşən  çox  şaxəli  quru  dərələr  birləşərək  Azavan 

vadisini yaradır. Bu keçmişdə Niger çayının böyük qollarından 

biri idi. 

Kalxaridə  də  bir  çox  quru  dərə  sisteminə  rast  gəlmək 

mümkündür.  Bunların  çoxu  okeana  axarı  olan  keçmiş  çay 

dərələridir.  Beləliklə,  dördüncü  dövr  plüvial  epoxasında 

Afrikanın  müasir  axarsız  sahələrinin  xeyli  hissəsindən  okeana 




 

26 


axar var idi. Bununla belə müasir axarsız hövzələrin çox geniş 

bir  hissəsindən  kaynozoyun  ikinci  yarısından  etibarən  okeana 

axar olmamışdır (Çad gölü çökəyi, Əl-Cof, Tuat vahəsi və s.). 

Bu pleystosendən (çox güman maksimal  buzlaşma dövründən) 

sonra iqlimdə aridləşmə təmayülünün artmasını göstərir. 

Hazırda 


materik 

ərazisinin 

35%-dən 

çoxunda 


yağıntıların miqdarı o qədər azdır ki, daimi, hətta az-çox davam 

edən  müvəqqəti  axarlı  çaylar  belə  əmələ  gələ  bilmir.  Bununla 

belə,  Afrikanın  ekvator  və  subekvator  qurşağında  yaranan 

nəhəng çayların bir neçəsi dünya çayları arasında görkəmli yer 

tutur.  Nil  uzunluğuna  görə  birinci,  Konqo  isə  sululuğuna  görə 

ikinci yerdə durur. Afrikanın 4 çayı isə dünyanın böyük çayları 

sırasına daxildir. 

Африканын 

бюйцк 

чайлары 

щаггында 

мялумат ъядвяли. 

Чайлар


ын ады 

Узунлуь


у 

(км-ля)  

Су 

топлайыъы 



щювзянин 

сащяси 


(мин км

2

 



-ля) 

Иллик 


ахымы 

(км


2

-ля) 


Сцлбахым 

(млн. тон-

ла) 

Нил 


Конго 

(Заир


Ниэер 


Замбе

зи 


Нарын

ъы 


Сенег

ал 


6671 

4700 


 

4160 


2660 

1860 


1430 

2800 


3690 

 

2092 



1330 

1020 


441 

70 


1350 

 

293 



500 

91 


88 


68 

 

67 



100 

153 




 

Afrika çaylarının illik su rejimi onların  qidalanması ilə 

sıx  bağlıdır.  Çaylar  yağış  suları  hesabına  qidalanır.  Qar  suları 



 

27 


olduqca  az  sahədə  kiçik  çayların  qidalanmasında  müəyyən  rol 

oynayır.  (Atlas  dağlarında,  cənub  kənar  dağlarında,  

Kilimancaro, Keniya, Elqon və s. dağlarda). 

Çaylar yağış suları ilə qidalandığından, yağıntılı fəsildə 

onlar olduqca çox su aparır, quraq dövrdə isə lap dayazlaşırlar. 

Ekvator qurşağı çaylarında səviyyə il boyu yüksək olur. Şimal 

subekvator  qurşağı  çayları  şimal  yarımkürəsi  yayında,  cənub 

subekvator  qurşağı  çayları  isə  cənub  yarımkürəsi  yayında 

daşırlar.  Aralıq  dənizi  və  Kap  vilayəti  çayları  qışda  çox  su 

axıtdığı  halda,  yayda  bəzən  quruyurlar.  Aşağıda  Afrikanın 

böyük çaylarının qısa səciyyəsi verilir. 

Nil  uzunluğuna  görə  dünyada  birinci,  sutoplayıcı  hövzəsinin 

sahəsinə  görə  beşinci  yeri  tutur.  Nil  öz  mənbəyini  ekvatorial 

Şərqi  Afrikadan  götürür.  Bu  nəhəng  çayın  mənbəyini  Stenli 

(1875-ci  ildə)  kəşf  etmişdir.  O  müəyyən  etmişdir  ki,  Nilin 

başlanğıcını  Viktoriya  gölünə  tökülən  Kaqera  çayı  təşkil  edir. 

Son  zamanlar  Nil  çayının  mənbəyinin  başqa  kiçik  çay  olması 

faktı  irəli  sürülmüşdür.  Bu  variantda  Nilin  uzunluğu  170  km 

artıq olmaqla 6841 km-ə çatır. 

Nil  yuxarı  axarında  çox  yağmurlu  yaylalardan  axır  və 

burada  bir  çox  göllər  onun  səviyyəsini  tənzim  edir.  Yuxarı 

axarında çay çox suludur. O,Viktoriya  gölündən Kioqa gölünə 

axır (bu hissə Yuxarı Nil adlanır) və suyunu bir qədər də artırıb, 

Albert gölünə (Viktoriya Nil), buradan isə çox sulu böyük çay 

kimi yuxarı Nil çökəyinə (Şərqi Sudan çökəyinə) istiqamətlənir 

(bu  hissə  əvvəlcə  Albert-Nil,  sonra  Bəhr-Əl-Cəbəl  çayı 

adlanır).Yuxarı hissədə çay çox suludur, iti axır, bir çox astana 

və şəlalələr (Murçison,hündürlüyü 50 m) yaradır. 

             Şərqi  Sudan  çökəyində  çayın  sürəti  azalır,  o  çoxlu 

qollara  ayrılır,  suyu  geniş  əraziyə  yayılır.  Bataqlıq  və 

qamışlıqlardan ibarət olan bu sahədə Nil bir çox qol qəbul edir 

(Bəhr-əl-Qəzəl,  Sobat  və  s.)  və  buradan  aşağı  Ağ  Nil  adlanır. 

Xartum  yaxınlığında  Nil  sağdan  özünün  ən  böyük  qolu  olan 

Göy Nili qəbul edir. Həbəşistan yaylasının geniş daxili və qərb 




Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə