4
çatan alt paleozoyda toplanmış kontinental kap seriyası
çöküntüləri
paleozoyun
axırlarında
qırışıqlığa
məruz
qalmışdır.Paleozoyun ikinci yarısı və alt mezozoyda (trias
dövrün- də) Cənubi Afrikada, Konqo hövzəsinin və Şərqi
Afrikanın cənubunda tektonik əyilmələr sahə- sində karru
sisteminin
buzlaq,kontinental,göl
çöküntü
kompleksi
toplanır.Kap qırışıqlığının şimal ətəyində hertsin dövründə
yaranmış dağətəyi əyilmə sahəsində bu çöküntülər daha
qalındır (10 km). Gil, qum, qumdaşı, konqlomerat və buzlaq
çöküntülərindən (tillitlərdən) ibarət olan karru sistemi
çöküntüləri qırışıqlıqda iştirak etmir. Lakin bəzi yerlərdə onları
tektonik qırılmalar kəsir.
Karbon dövründə Cənubi Afrikada bir neçə buzlaşma
mərkəzi olmuşdur. Güman edilir ki,ekvatora yaxın sahələrdəki
buzlaşma mərkəzlərində relyefin yüksəkliyi 3000 m və daha
artıq olmuşdur. Cənubi Afrikanın qərb hissəsini təşkil edən
süxurlardan ibarət tillitlər hələ 19-cu əsrin əvvəllərində
Braziliya syerralarında aşkar edilmişdir. Bu və bir sıra başqa
faktlar paleozoy erasında Cənubi Amerikanın Afrika ilə bitişik
olması haqda fikir söyləməyə imkan vermişdir.
Cənubi Afrikanın kaynozoy çöküntüləri əsasən müasir
relyefin alçaq sahələrində,o cümlədən burada ən böyük əyilmə
sahəsi olan Kalaxaridə daha geniş yayılmaqla, kalaxari sistemi
çöküntüləri adlanır. (göl, allüvial, eol və su mənşəli kontinental
çöküntülərdir). Cənubi Afrikada üst paleozoy və mezozoyun
dəniz çöküntülərinə materikin kənarlarında ensiz zolaq şəklində
rast gəlinir.
Şimali Afrikada platformanın kristallik süxurları
(ərazinin 2/3 və daha çox hissəsində) paleozoy və
mezokaynozoyun kontinantal və dəniz çöküntüləri ilə
örtülüdür. Paleozoy çöküntüləri (devon, karbon dövrləri)
Tunduf sineklizinin şimal kənarında geniş sahə tutur. Bunlar
kuest tirələri və maili səthli yaylalar əmələ gətirmişdir. Silur və
devon dövrü çöküntüləri həmçinin Syerra-Leone qalxanından
5
şimalda və Volta sineklizində yayılmışdır. Çox yerdə, xüsusilə
Şimali Qvineya yaylasında paleozoy çöküntüləri qumdaşı
qatlarından ibarətdir.
Böyük Səhra tavasında mezozoyda baş verən əyilmə
nəticəsində yura və xüsusilə təbaşir dövründə geniş dəniz
transqressiyası olmuşdur. Son zamanlar bir sıra tədqiqatçılar
təbaşir
dövründə
Dünya
Okeanı
səviyyəsinin
müasir
dövrdəkinə nisbətən 300 m. yüksək olmasını sübut etməyə
çalışmışlar. O zaman Dünya Okeanının dərinliyi indikinə
nisbətən xeyli az olmuş və okean suları demək olar ki, bütün
materiklərin alçaq platforma düzənliklərini örtmüşdür. Sonralar
okean dibini təşkil edən lava örtüyü soyuduqca sıxlığı və
okeanın dərinliyi artmışdır. Bu dənizlər çəkildikdən sonra
yerində üfüqi yatan və sonralar bəzi yerlərdə çox zəif platforma
qırışıqlarında yığılmış əhəngdaşı, qumdaşı, gil və s. çöküntü
layları qalmışdır. Böyük Səhranın sineklizlərində üçüncü və
dördüncü dövrlərdə də kontinental, bəzi yerlərdə dəniz
(paleogen) çöküntüləri toplanmışdır. Aralıq dənizinə yaxın
sahələrdə bu çöküntülər daha geniş yer tutur. Konqo çökəyinin
kənarlarında Karru sisteminin cavan qatları (trias), daxili
hissələrində isə üçüncü-dördüncü dövrlərin dəniz, göl və çay
çöküntüləri yığılmışdır.
Şərqi Afrikada qədim kristallik süxurlar çox yerdə
mezozoy və xüsusilə kaynozoyun (oliqosen və miosen yaşli)
effuziv süxurları ilə örülüdür. Somali yarımadasının cənub
yamacı üçüncü dövrün, Halla yaylasının qərbi isə yura
dövrünün dəniz çöküntülərindən ibarətdir. Hind okeanının sahil
ovalıq və düzənlikləri mezozoy və kaynozoyun dəniz
çöküntülərindən təşkil olunmuşdur.
Atlas dağları, Afrikanın başqa sahələrindən fərqli
olaraq kristallik süxurlardan tutmuş dördüncü dövrə qədər
müxtəlif dövrlərin vulkanik və çökmə süxurlarından ibarət
olub, hertsin və alp qırışıqlıqlarına məruz qalmışdır.
6
Afrika materiki tektonikasının ən başlıca xüsusiyyəti
onun proterozoyun axırlarından başlamış platforma rejiminə
keçməsidir.
Afrika
yer
səthinin
ən
qədim
sabit
platformalarından biridir. Geosinklinal sahələr onun yalnız
şimal və cənub kənarlarında yerləşən Atlas və Kap vilayətlərini
əhatə edir.
Afrikanın başlıca tektonik strukturları böyük sahə
tutmaqla, əksərən dairəvi və ya oval formalı anteklizlər və
sineklizlərdir. Böyük Səhra və Sudanda qərbdən şərqə Regibat,
Ahaqqar, Tibesti və Nubiyə-Ərəbistan anteklizləri (qalxanları),
Seneqal, Tunduf, Çad sineklizləri, bundan cənubda Syerra-
Leone qalxanı, Ços massivi, Kamerun və Azande qalxanları
yerləşir. Bu sırada cənub-qərb - şimal-şərq istiqamətli əyilmələr
sahəsi (sinekliz və qrabenlər) Volta və Benue çayları üzrə
uzanır.
Mərkəzi Afrikanın ən böyük tektonik strukturu
Konqo sineklizidir. Dairəvi formalı sinekliz hər tərəfdən
qalxanlarla əhatələnir. Materikin cənub hissəsini Kalaxari
sineklizi,onun kənar qalxanları və Karru sineklizi təşkil edir.
Şərqi Afrikada kristallik süxurlar şimaldan cənuba
böyük məsafədə uzanan iki qalxan əmələ gətirir. Başqa
qalxanlara nisbətən bu iki antekliz kaynozoyda daha çox
yüksəyə qalxmış və bunların tağında nəhəng qırılmalar
(qrabenlər) sistemi yaranmışdır.
Nubiyə-Ərəbistan qalxanının tağında böyük Eritreya
qrabeni (uzunluğu 2400 km-dən çox,eni 400 km,dərinliyi 4 km-
ə qədər), cənub-şərq kənarında isə ona perpendikulyar
istiqamətdə uzanan Ədən qrabeni yerləşir. Hər iki sistem
Danakil qrabenində birləşir və ensiz bir yarıq şəklində cənub-
qərbə uzanır, Şərqi Afrikada Rudolf gölündən keçərək
Unyamvezi sahəsində itir. Yaylanın qərbində isə onu əvəz edən
ikinci rift zonası yaranır. Bu zona Albert gölünün şimal
kənarından başlayıb, Tanqanika və Nyasa göllərindən
Dostları ilə paylaş: |