7
keçməklə, Zambezi çayının mənsəbinə qədər (Beyra şəhərinə
qədər) uzanır.
Şərqi Afrikanın geoloji quruluşunun başqa bir cəhəti
burada yer qabığını kəsib keçən qırılmalar üzrə sahəvi
püskürmələrin (aktiv effuziv vulkanizmin) olmasıdır. Burada
vulkanizm hələ mezozoyda başlamış, üçüncü dövrdə isə özünü
daha güclü göstərmişdir. Müasir dövrdə Şərqi Afrikada
püskürmələr mərkəz tiplidir. Hazırda Afrikada Niroqonqo,
Karasimbi, Kamerun, Qleyn və s. püskürən vulkanlar vardır.
Qleyn vulkanının püskürdüyü lava gündüz qara, gecə qırmızı
rəngdə görünür, soyuyanda isə ağarır.
Alp qırışıqlığına Atlas dağlarının ensiz Aralıq dənizi
sahili zonası (Er-Rif vəTel-Atlas) daxildir. Burada bir çox
antiklinal və sinklinal strukturlar enlik istiqamətdə uzanan
tektonik zonalar əmələ gətirir. Atlas dağlarının daha geniş
hissəsi və Kap vilayəti hertsin qırışıqlığına aid strukturlardan
ibarətdir.
Afrikanın geoloji inkişaf tarixində bir neçə əsas
mərhələ ayrılır. Arxey-proterozoy - 2500 mnl.il davam edən bu
ilk mərhələdə Afrika platformasının kristallik qırışıq bünövrəsi
təşəkkül tapır və yer səthinin ən böyük qədim platforması
yaranır.
Proterozoyun axırı və paleozoyun başlanğıcına qədər
qədim qırışıqlıq denudasiya ilə kəsilir, qırışıqlıq zamanı baş
verən vulkanizm, tam metamorfizm və süxurların kristallaçması
nəticəsində sabit platformanın yaranması başa çatır.
Afrikanın inkişafında ikinci böyük mərhələ paleozoy
erasını və mezozoyun başlanğıcını əhatə edir. Bu mərhələnin ən
əlamətdar cəhətləri Afrikanın vahid Qondvana qitəsi tərkibinə
daxil olması, materikin ərazisində böyük tektonik strukturların
yaranması, böyük örtük buzlaşmalarının baş verməsi, geniş
ərazilərdə müxtəlif mənşəli kontinental çöküntü qatlarının
toplnmasıdır. Nəhayət paleozoyda materikin şimal və cənub
kənarlarında yerləşən geosinklinal zonalarda inversiya başlanır.
8
Atlas və Kap dağlarının hertsin qırışıqlığı zonaları yaranır.
Bundan əvvəl isə paleozoyun birinci yarısında Ahaqqar-Tibesti
sahəsində, Atlaslarda kaledon qırışıqlığının baş verməsi güman
edilir.
Bu mərhələ təbaşir dövrünə qədər, yəni qədim
Qondvananın parçalanmasının başlanğıcına qədər davam edir.
Qondvananın parçalanması nəticəsində şimalda yerləşən Tetis
geosink- linalından, qismən şərqdən və qərbdən materikə
dənizlər transqressiya edir. Bu, şübhəsiz, parçalanma zamanı
materikdə əyilmə baş verməsi və yuxarıda qeyd edildiyi kimi,
təbaşir dövründə okean səviyyəsinin qalxması nəticəsində
olmuşdur. Lakin cənubi və Ekvatorial Şərqi Afrikada, Şimali
Afrikaya nisbətən əyilmə zəif olduğuna görə transqressiya az
sahəni
əhatə etmişdir. Ümumiyyətlə böyük mezozoy
transqressiyası zamanı materik çox peneplenləşmiş və onun
yüksəkliyi xeyli azalmışdır. Bu vaxt Şərqi Afrikada böyük
tektonik qırılmalar, rift zonaları yaranmağa başlayır və
vulkanizm güclənir.
Üçüncü dövrdə, xüsusilə onun ikinci yarısında
tektonik hərəkətlər daha da güclənir. Bu zaman şaquli
hərəkətlər nəticəsində Madaqaskar adası materikdən ayrılır,
Şərqi Afrikanın qraben- lər sistemi yaranır, effuziv vulkanizmin
arealı genişlənir, Atlas dağlarının alp qırışıqlığı zonası yaranır.
Üçüncü və dördüncü dövrlərdə materikin cənub hissəsi ümumi
qalxmaya cəlb olunur və bu fonda onun müasir kənar dağlıq
hissələri daha çox qalxır. Qalxma bütün Şərqi Afrikanı, Atlas
dağlarını və digər müsbət tektonik strukturları əhatə edir.
Şimali Afrika dəniz sularından azad olur. Konqo çayı Cənubi
Qvineya yaylasını kəsir və Konqo çökəyindəki göl yox olur.
Afrikanın sineklizlərini örtən cavan çöküntülər bu mərhələdə
toplanmışdır.
Faydalı qazıntıları
9
Afrika müxtəlif faydalı qazıntlarla çox zəngindir.
Faydalı qazıntıların müxtəlif mənşəli qrupları materikin ayrı-
ayrı tektonik sahələri ilə əlaqədardır. Arxey və ptoterozoy
qırışıqlığı zonası metal faydalı qazıntılarla, qiymətli daş-qaş
yataqları ilə daha zəngindir. Burada ən çox maqmatik,
metamorfik mənşəli faydalı qazıntı yataqları vardır. Qədim
qalxanların aşınma qabığı ilə ilkin mineralların aşınmasından
yaranan faydalı qazıntı yataqları, həmin sahələrdə çayların
fəaliyyəti ilə əmələ gələn səpinti yataqları yayılmışdır.
Postmaqmatik yataqların əksəriyyəti kristallik əsasla əlaqədar
olub, onun səthə çıxdığı yerlərdə rast gəlinir. Faydalı
qazıntıların çökmə yataqları platformanın çöküntü süxur örtüyü
ilə əlaqədardır və əsasən sineklizlərdə əmələ gəlmişdir.
Qara metalın əsas yataqları (dəmir, manqan, titan, xrom)
Şimali Qvineya yüksəkliklərində, Syerra-Leonedə, Aşağı
Voltada, Cənubi Afrikada və Atlas dağlarındadır. Başqa
sahələrdə də dəmir filiz yataqları məlumdur. (Konqo
hövzəsinin kənar qalxmalarında, Misirdə, Böyük Səhranin
qərbində, Şərqi Afrikada). Əlvan metalların böyük yataqları
yenə qədim qırışıqlıq əsasın çıxıntıları ilə əlaqədar olmaqla,
Katanqada (kobalt, mis, sink, qurğuşun), Şərqi Konqoda (sink),
Şimali Qvineya və Atlas dağlarındadır.
Nadir metal yataqları Cənubi Afrikada Kalaxari
sineklizini cənubdan və şərqdən əhatə edən kristallik əsasın
qalxanlarında (litium, berillium, sürmə, uran), Katanqada
(uran), Anqolada (uran) və s.sahələrdə məlumdur.
Əlvan metalların əhəmiyyətli yataqları Cənubi Afrikada
(maqmatik mənşəli qızıl, platin), Şərqi Afrikada (postmaqmatik
mənşəli qızıl) və Şimali Qvineyada aşkar edilmişdir. Qiymətli
daşlardan almazın ən böyük yataqları Cənubi Afrika, Katanqa
və Şimali Qvineyadadır. Qeyri-mütal fatdalı qazıntılardan
asbestin böyük yataqları Cənubi Afrikada (kianit, qrafit), Şərqi
Afrikada, Atlas dağlarındadır (fosforitlər).
Dostları ilə paylaş: |