Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

10 


                 Daş kömürün ən böyük yataqları Cənubi Afrikadadır 

(paleozoy 

çöküntülərində).  Bundan  əlavə  Rodeziyada, 

Tanqanika və Nyasa gölləri ətrsfında və Atlas dağlarında çoxlu 

kömür yataqları vardır. 

                 Neft  yataqları  əsasən  üçüncü  dövrün  və  mezozoyun 

dəniz  çöküntüləri  il  əlaqədardır.  Ən  böyük  yataqlar  Şimali 

Afrikada  ikinci  dünya  müharibəsindən  sonra  açılmışdır. 

Hazırda  Liviyada,  Misirdə,  Əlcəzairdə,  Tunisdə,  Niger,  Oqove 

və  Kvanze  çayları  mənsəbində  neftin  çox  böyük  yataqları 

məlumdur. 

Bunlardan 

bir 

çoxu 


istismar 

edilir 


(Misirdə,Əlcəzairdə  və  Liviyada).  Yanar  qaz  yataqları 

Əlcəzairdə kəşf edilmişdir. 

 

Relyefi 

Afrikanın  relyefi  onun  geoloji  quruluşu,  tektonikası,  

maqmatizm  və  uzun  geoloji  dövrlərdə  burada  hakim  olan 

ekzogen  proseslərin  fəaliyyəti  ilə  sıx  əlaqədardır.  Relyefin 

böyük  formaları  tektonik  strukturlara  uyğun  gəlir.  Afrikanın 

hipsometrik  quruluşu  bir  tərəfdən  neogen  və  dördüncü  dövrdə 

baş  verən  tektonik  hərəkətlərin,digər  tərəfdən  denudasiya  və 

akkumulyasiya proseslərinin qarşılıqlı təsiri ilə müasir formaya 

düşmüşdür.  Materik  sabit  platforma  rejimində  inkişaf  etdiyinə 

görə  onun  səthi  şaquli  istiqamətdə  az  parçalanmış  və  burada 

çox  kontrastlı  relyef  formalarına  yalnız  Atlas  və  Kap 

vilayətlərində,  qismən  də  Şərqi  Afrikada  rast  gəlmək 

mümkündür. 

Afrikada  ən  geniş  yayılmış  relyef  formaları  platforma 

düzənlikləri,  qapalı  çökəklər,  yüksəkliklər  və  yaylalardır. 

Sineklizlərə  uyğun  gələn  dairəvi  çökəklər  (Konqo,  Kalaxari) 

materikin  mərkəzi  hissəsində  və  cənubunda  daha  aydın 

görünür.  Şimalda  çökəklərin  konturu  o  qədər  də  kəskin  və 

aydın  deyildir.  Burada  yalnız  Çad  çökəkliyi  ətraf  sahələrdən 

yaxşı seçilir. 

Yüksəkliyinə görə Afrikada iki böyük sahə ayrılır:  



 

11 


1)Hündür Afrika, bu sahə onun cənub və şərq hissələrini tutur. 

Burada əksər ərazilərin mütləq yüksəkliyi 1000 m-dən artıqdır. 

2)Alçaq Afrika bu ərazi qitənin şimal və qərb hissəsini (Böyük 

Səhranı  və  Sudanı)  əhatə  edir.  Burada  geniş  əraziləri  

yüksəkliyi  1000  m-dən  azdır.  Yüksək  Afrikada  hündürlüyü 

1000 m-dən az, Alçaq Afrikada isə  2000 m-dən  xeyli  yüksəyə 

qalxmış  sahələr  vardır.  Bu  iki  hissə  arasında  şərti  sərhəd 

Qvineya 


sahilindəki 

Bonqvoelo 

(Benqela) 

şəhərindən 

Eritreyadakı  Mombasa  şəhərinə  qədər  uzanan  diaqonal  xətt 

üzrə keçir. Ovalıq və düzənliklərin əksəriyyəti tektonik əyilmə 

sahələrinə,  dağlıq  və  yaylalar  isə  tektonik  qalxmalara  uyğun 

gəlir. 


                   Beləliklə,  Afrikada  relyef  və  tektonikanın  əsas 

elementləri  bir-birinə  tam  uyğundur.  Bununla  yanaşı  bəzi 

sahələrdə  relyefin  inversiyası  müşahidə  edilir.  Məsələn,  Karru 

sineklizi əslində çökək deyil, yüksək yayladır. Bu sinekliz Kap 

dağları  üçüncü  dövrdə  (xüsusilə  neogendə)  qalxdığı  zaman 

onunla  bərabər  qalxmış  və  yüksək  yaylaya  çevrilmişdir. 

Afrikada arid denudasiya və arid akkumulyasiya (xüsusilə eol) 

relyef formaları daha geniş yayılmışdır. Bol yağıntılı ekvatorial 

qurşaqda  və  subtropiklərdə  flüvial,  keçid  iqlim  sahələrində  isə 

semiarid relyef formaları inkişaf etmişdir. 

                   Relyef  xüsusiyyətlərinə  görə  Afrikada  aşağıdakı 

morfostruktur  vilayətlər  ayrılır:  Atlas  dağları,  Böyük  Səhra  və 

Sudan  stolvarı  ölkəsi,  Şimali  Qvineya  yüksəkliyi,  Konqo 

çökəyi  və  ətraf  yüksəkliklər,  Həbəşistan  və  Somali,  Şərqi 

Afrika,  Cənubi  Afrika,  Kap  dağları  vilayəti  və  Madaqaskar 

adası. 


Atlas  dağları  hertsin  və  alp  qırışıqlığı  zamanı  yaranmış 

bir  neçə  böyük  morfostruktur  zonadan  ibarətdir.  Aralıq  dənizi 

sahilboyu  uzanan  alçaq  Tell  Atlas  qırışıq  dağlardır.  Cənub  və 

cənub-qərbdə  Yüksək,  Orta  və  Səhra  Atlası  yerləşir.  Yüksək 

Atlasda  Cəbəl-Tubkal  massivinin  hündürlüyü  4165  m-ə  çatır. 

Səhra  Atlası  orta  yüksəkliyə  malik  olan  massivlərdən  və  faylı 




 

12 


dağlardan  ibarətdir.  Atlas  dağlarının  daxili  hissəsini  yüksək 

Şott  yaylası  tutur.  Yüksək  Atlasla  Atlantik  okeanı  sahili 

arasında Mərakeş Mesetası (yaylası) yerləşir.  

Böyük  Səhra  və  Sudan  stolvarı  ölkəsi  Afrika 

platformasının  ümumi  əyilmə  sahəsindədir.  Burada  kristallik 

süxurlar  enlik  istiqamətdə  düzülmüş,  bir-birindən  təcrid 

olunmuş  massivləri  və  dağları  əmələ  gətirir.  Qərbdə  Regibat 

qalxanı sahəsində hündürlüyü 500 m-ə qədər yüksələn yayla və 

stolvarı  sahələr,  onun  şərq  kənarında  paleozoy  çöküntülərinin 

səthə  çıxdığı  sahədə  isə  kuestəbənzər  tirələr  və  yaylalar 

yerləşir.  Böyük  Səhranın  mərkəzində  yerləşən  Ahaqqar  və 

Tibesti dağları daha  yüksəkdir (Tahat dağı-3003 m, Emi-Kussi 

dağı  3415  m).  Burada  kristallik  süxurlar  böyük  gümbəzəoxşar 

qalxan  əmələ  gətirir.  Bu  qalxanın  tağında  isə  dərinlik 

qırılmaları  üzrə  vulkanik  dağlar  və  lava  yaylalrı  yerləşir. 

Ahaqqar və  Tibesti massivlərinin  ətrafında üzə çıxan paleozoy 

süxurları kuest tirələri (Təsili) və səthi meylli stolvarı yaylaları 

(Muidir,  Təsili-Əcər,  Təsili-Ahaqqar,  Adrar-İforas,  Air,  Çodo, 

Tummo)  əmələ  gətirir.  Mərkəzi  massivlər  yüksək  olduğundan 

quru  dərələrlə  çox  parçalanmışdır.  Böyük  Səhra  qumlarında 

itən  bir  çox  quru  dərələrin  (vadilərin)  mənbəyi  Ahaqqar  və 

Tibesti dağlarındadır. 

Böyük  Səhra  və  Sudan  vilayətinin  şərqində,  kristallik 

süxurların  səthə  çıxdığı  üçüncü  böyük  sahə  Qırmızı  dəniz 

qrabeninin qərb kənarında ucalan Etbay dağlarını (Ərəbistan və 

Nubiyə  səhralarının  yüksək  şərq  kənarıdır)  əmələ  gətirir  (Eş-

Şaib  2184  m).  Atlas  dağları  ilə  Ahaqqar  massivinin  şimal 

ətəkləri  arasında  Atlasqabağı  maili  düzənlik  və  səhralar,cavan 

tektonik  əyilmə  zonasını  tutan  şoran  ovalıqlar  yerləşir.  Şott 

adlanan  bu  ovalıqların  bəzi  yeri  okean  səviyyəsindən  alçaqdır 

(Şott  Melkir,  -30  m).  Ahaqqar  və  Tibestidən  şimalda  stolvarı 

yaylalar və qumlu səhralar yerləşir. Yaylaların yüksəkliyi 500-

1000  m  arasındadır  (Hamada  Tinqert,  Edeyn-Ubari,  Serir-

Tibesti və s.). Bu yayalalardan şərqdə Liviya ovalığının qumlu-




Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə