“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Qarnının fikri səni götürməsin



Yüklə 1,34 Mb.
səhifə13/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

Qarnının fikri səni götürməsin.


Höccətü-lislam Seyyid Mehdi Qazi Təbatəbai, rəhmətlik Seyyid Əli Qazi Təbatəbainin oğlu idi. Qazinin oğlu Seyyid Mehdi “Cəfr” elmində kamil bir ustad olmasıyla yanaşı, “süls və nəsx” xətlərini də çox gözəl məharətlə yazırdı. Zahidlər kimi ömür sürən Seyyid Mehdi ömrünün sonuna qədər subay yaşamışdır. O, mənə belə nəql edirdi:

“Nəcəf-Əşrəfdə hövzə təhsili aldığım vaxtlar “Cəfr” elmini də çox böyük səylə öyrənməyə çalışırdım. Rəhmətlik atam həmişə mənə nəsihət edib deyərdi: “Sən bu elmləri (cəfr) öyrənməklə bir şey əldə edə bilməyəcəksən.” Ömrünün son günlərini yaşadığım bir vaxtda atamın dediklərinin həqiqət olduğu mənim üçün isbat oldu. İnsana bu elmlərdən qaranlıq və zülmətdən başqa bir şey nəsib olmur.

Atam Seyyid Əli Qazi böyük bir ailə başçısı idi və Allah yolunun həqiqi yolçusu olduğundan dünya gəlirlərinə əhəmiyyət verməzdi. Buna görə də biz çox kasıb yaşayır və hətta gündəlik ehtiyaclarımızı ödəməyə belə çətinlik çəkirdik. Bizim gündəlik nahar yeməyimiz kiçik çörək tikələri və ayran olurdu. Bir gün anam mənə dedi: Get atanın hücrəsinə, ondan bir az pul al. Heç olmasa, bu gün bir yaxşı yemək yeyək. Ayran-çörək yeməkdən bədənimizdə güc qalmayıb.

Rəhmətlik atam siqaret çox çəkərdi. Siqaret külünü hücrəsinin arxa tərəfindəki kiçik otağa tökərdi. Hücrəyə daxil olub salam verəndə, nə üçün gəldiyimi dərhal başa düşüb dedi: “Seyyid Mehdi! Bu otaqdakı zibilləri (külü) təmizləmək lazımdır.” Dedim:

Ayaq üstə durmağa belə halım yoxdur, o ki, qaldı bu ağır işi görəm. Buyurdu: “Bu kisənin qıraqlarını ki, tuta bilərsən.” Sonra xakəndazı götürüb zibilləri kisəyə tökməyə başladı. Xakəndazdakı zibilin içindən bir qızıl əşrəfi tapıb dedi: “Bu bir əşrəfi!” Yenə də xakəndazı zibillə doldurub kisəyə tökdü. Hər dəfə bir qızıl əşrəfi mənə verib dedi: “Bu üç əşrəfini götür get! Bundan sonra daha bu qədər qarnınızın fikrini çəkməyin. Allah ruzi yetirəndir.”1

ÜÇÜNCÜ FƏSİL

Ayətullah Behcət hidayətçi kimi

Seyri-süluka dəvət


Ayətullah Behcət Nəcəf-Əşrəfdə olduğu vaxtlar Ayətullah Xoinin dərslərində iştirak edərdi. Bir gün onun dərsində deyilən mətləblə razılaşmayıb məsələyə öz iradını bildirir. Dərs bitdikdən sonra Ayətullah Xoi söhbət əsnasında Behcətə deyir: “Tutduğun irad çox mühümdür. Kim bunu sənə deyib? Bu sözlər sənin öz fikrindir, yoxsa başqasının?” Behcət söhbəti başqa səmtə yönəldib deyir: “Yaxşı olar ki, siz də Qazinin yanına gedib, onunla əlaqə saxlayasınız.” Həmin söhbətdən sonra Ayətullah Xoi bu barədə çoxlu götür-qoy edir. Həvayi-nəfs ona Qazinin yanına getmə deyir. Buna baxmayaraq o öz nəfsinə qələbə çalaraq Qazinin yanına gedir. Ondan xüsusi tapşırıqlar alan Xoi uzun müddət onlara əməl edir.

Ramazan ayında hər axşam min dəfə “Qədr” surəsini oxumaq Qazinin Xoiyə verdiyi xüsusi tapşırıqlardan biri idi. Bir dəfə yenə “Qədr” surəsini oxuduğu vaxt gələcəkdə onun üçün nə baş verəcəyini müşahidə edir. Mərcəiyyət məqamından tutmuş ölənə qədər bütün olacaqlar gözü önündən ötüb keçir. Amma sonralar onun həyatında baş verən dəyişikliklərə görə Qazinin verdiyi xüsusi tapşırıqlara əməl edə bilmir və onunla olan əlaqəsi kəsilir.

Ayətullah Xoi rəhmətlik Qazinin yanına getməzdən əvvəl onun seyri-sülukdakı metodunu bəyənmir və hətta bu fikrini də ona söyləyir. Əllamə Qazi cavabında ona deyir: “Sən də gələcəksən!” Doğrudan da bir müddətdən sonra Xoi Əllamə Qazinin yanına gedib ondan xüsusi tapşırıqlar alır.

Allah övliyalarının zahidanə həyatı


İlahi insanlar “seyri-süluk” məqamına çatmaq üçün həmişə dünyəvi və nəfsani ləzzətlərdən pəhriz edir və ancaq zəruri ehtiyaclarını təmin etməklə kifayətlənirlər. Bu xüsusi pərhiz və ehtiyatlar nəticəsində adi insan Allah tərəfindən seçilmiş xass bəndəyə çevrilir. Bəli, bu səy və təlaş nəticəsində onların bəsirət (mələkut) gözləri açılır.

Ayətullah Behcət heç vaxt yazdığı “Tozihul məsail”i çap etdirmək istəmirdi. Hər dəfə onunla bu haqda söhbət edəndə belə cavab verərdi: “Başqaları da bu işin öhdəsindən gələ bilərlər.” Böyük müctəhidlərin vəfatından sonra, ictimaiyyət və yaranan mənəvi ehtiyac və islam alimlərinin ardıcıl təkidlərinə əsasən, Behcət adının qeyd edilməməsi şərtilə “Tozihil-məsail” risaləsinin çap edilməsinə icazə verdi. Nəhayət, onun risaləsi çap olur, amma adsız və altıncı çapdan sonra kitabın üzərində “Əl-əbd Məhəmməd Təqi Behcət” yazılır. Bu ilahi nurun tərənnümüdür ki, Allah övliyalarının əhvalatlarında bu cür özünü göstərir.

Onun (Behcət) tərəfindən təşkil olunan məclislərdə xətiblərə məclisdə hətta onun adını çəkməmələrini tapşırardı.1

Əvvəllər Ayətullah Behcət istixarə etmək üçün məsciddə oturar və Quranla istixarə edərdi. İstixarənin cavabını isə işarə ilə deyərdi. Amma sonralar cismən gümrah olmadığına görə öz evində istixarə edərdi və onları məxsus dəftərdə qeydə alardı. Bu dəftərin vərəqləri ən ucuz kağızdan hazırlanmışdır. Dəftər dolanda Behcət üçün ağ vərəqləri olan jurnal tipli dəftər alıb apardıq. O dəftərə baxıb nə isə fikirləşib dedi: “Bu dəftər mənim işim üçün münasib deyil. Gərək sarı, ucuz kağızdan olsun.”

Biz bu dəftəri saxladıq ki, bir gün lazım olar. Bir gün onun öz dərslərini qeyd etdiyi dəftəri qurtardı. Həmin saxladığımız dəftəri ona verəndə yenə də qəbul etmədi. Çox israr və müxtəlif dəlillər gətirəndən sonra deyəndə ki, sizin yazılarınızı başqa dəftərlərdə oxumaq çox çətin olur və aradan gedir – o vaxt razılaşdı.

Belə incəliklərə diqqət yetirmək bəzən bizim üçün dərk edilməz olsa da, ilahi insanların kamala çatmasında mühüm rolu olmuşdur.


Qadını da həyatdan məhrum etmək olarmı?


Bir gün çox imanlı dostlardan biri belə nəql edirdi: “Bir dəfə Behcəti yuxuda gördüyüm zaman mənə tapşırdı ki, xanımına elm öyrət. Bir müddət keçəndən sonra gördüyüm yuxunu ona (Behcətə) danışanda, buyurdu: “Qadının elm öyrənməyinin qarşısını almağa bizim heç bir haqqımız yoxdur.”

Əgər elmin tədrisi qadınlara məhrəm olan şəxslər vasitəsilə olsa, daha yaxşıdır. Əsas məsələ qadınların vacibata əməl etmələridir. Əlbəttə, kişilərin də qadınlar kimi vacibata riayət etmələri çox mühümdür. Sonra belə buyurdu: “Elm həyat deməkdir. Məgər qadını da həyatdan məhrum etmək olarmı?” Sözünü bəzi alimlərin xanım və qızlarının çatdığı məqamlara işarə etməklə davam etdirdi. Axund Molla Əli Həmədanidən nəql edərək dedi: “O öz qızlarını Nəcəf-Əşrəfə aparmaq şərtilə ərə verirdi ki, orada təhsil ala bilsinlər.”



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə