“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Keçmiş günlərin həsrətində



Yüklə 1,34 Mb.
səhifə14/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

Keçmiş günlərin həsrətində


Behcət həmişə dünyasını dəyişmiş, əbədiyyətə qovuşan böyük alimləri və onların necə həyat sürmələrini çox həsrətlə yad edərdi. Bir gün yenə onlardan söz düşəndə, dedi: “Biz əvvəlki alimlərin getdiyi düz yolu getmirik.” Sonra dərindən ah çəkərək əlavə etdi: “Bilmirəm niyə belədir? Ayətullah Qazi öz ustadının dilindən belə nəql edir: “Bir vaxtlar Həzrət Əlinin (ə) hərəmində gecə namazlarının qunutunda “Əbu Həmzə Sumali” duasını oxuyan yetmiş nəfər böyük şəxsiyyət var idi. Qazi deyərdi: “Bizim dövrümüzdə bu cür adamlar üç-dörd nəfərdən çox deyil.” Amma biz öz zamanımızda hələ belə adamlardan birini də görməmişik. Hal-hazırda da vəziyyətin necə olduğunu görürsünüz.

Hanı əməl edən?


Bir dəfə tələbələrdən biri Behcətin yanına gedib deyir: Bizə əməl etmək üçün xüsusi dini tapşırıq verin. Behcət buyurur: “Tapşırıq? Tapşırığa əməl edən hanı?” Tələbə xahiş edir ki, heç olmasa bizə nəsihət və dua edin. O belə cavab verir: “Dua edirik. Dua ki, bir şey deyil.” Tələbə yenə deyir: İndi də bizə bir tapşırıq verin. Behcət buyurur: “Sizə deyəcəyim tək bir kəlamı eşidin və qulağınızdan sırğa edin: “Hara gedirsiniz gedin, amma günah etməyin.”

Seyri-sülukda niyə şagird qəbul etmirsiniz?


Höccətül-islam Ənsari Həmədani belə nəql edir: Nəcəf-Əşrəfdə olduğum vaxt bir gün Ayətullah Behcətdən soruşdum: “İrfan” və “Seyri-süluk” yolunda yetişdirmək üçün niyə şagird qəbul etmirsiniz? Dedi: “Çərşənbə axşamı Səhlə məscidinə get. Orada gördüklərinin hamısını mənə danışandan sonra sənin sualına cavab verəcəyəm.” Behcətin dediyi kimi həftənin çərşənbə axşamı Səhlə məscidinə getdim. Məsciddə adam çox idi. Qoca-cavan, hər kəs bir cür Allahla münacat etməyə məşğul idi. Gecə yarısına yaxın məscid yavaş-yavaş boşalmağa başladı. Barmaqla sayılası və uzun-uzadı gecə namazı qılan bir-neçə qocadan başqa məsciddə bir adam qalmadı. Behcətin yanına gedib məsciddə gördüklərimi ona danışdım. O cavabında belə dedi: “Şagird qəbul etməməyimin əsas səbəbi, ibadətdə möhkəm adam tapa bilməməyimdir.” (Adamların çoxu ağır ibadətə tab gətirə bilmirlər.)

Ayətullah Behcətin gündəlik proqramı


Onun gündəlik proqramı həmişə xüsusi nizam üzrədir. Mərcəi-təqlid olmazdan əvvəl və ya sonra onun bu proqramlarında heç bir dəyişiklik baş verməyib. Behcət vaxtını ibadət, zikr, təfəkkür, mütaliə, tədris etməklə və ya vacib məişət işlərini görməklə keçirər. Tarix boyu böyük dini şəxsiyyətlər ömürlərinin hər anından səmərəli istifadə etməyə çalışmışlar.

Hər gün sübh azanından bir-iki saat qabaq yuxudan durub ibadətlə məşğul olar və fürsət tapanda mütaliə edər. Namazını əvvəl vaxtında öz mənzilində qılar, bir az keçəndən sonra isə camaat namazı qılmaq üçün məscidə gedər. Camaat namazından sonra xüsusi təqibatı yerinə yetirib hərəmə yollanar, təqribən saat 930-da evə qayıdar. On-on beş dəqiqə oturub dincini alandan sonra tədris etmək üçün “Fatimiyyə” məscidinə gedər. Dərsdən sonra bir az mütaliə edib, camaat namazı qılmağa hazırlaşar, namazdan sonra müraciət edənləri qəbul edər, sonra isə nahar yeməyini yeyər. Günün qısa və uzun olmasını nəzərə alaraq bir-iki saat istirahət edəndən sonra yenə tədris etmək üçün məscidə yollanar və dərsdən sonra fasiləsiz şam namazına hazırlaşar. Evə qayıdan zaman qaranlıq bir otaqda namazdan sonrakı xüsusi ibadətləri yerinə yetirər, bir stəkan çay içib, mütaliə ilə məşğul olar və sonra isə şam yeməyini yeyib istirahət edər.1


Yemək proqramı


Ayətullah Behcət həftə ərzində bir-iki dəfədən artıq ət yeməyi yeməzmiş. Baxmayaraq ki, bəzi yerlərdə kabab və başqa yeməklər yeməyə tövsiyə edilmişdir. Səhərlər pendir, çay, çörək və ya bir stəkan süd, axşamlar isə çay-çörək meyl edər. Əlbəttə, əvvəllər axşam ayran-çörək yeyərdi, amma ağır xəstələndikdən sonra həkim ayranı qadağan etmişdir. Bundan sonra o, gecələr limon şərbətilə çörək yeyər. Mədə ağrıları baş verəndən sonra bu yemək proqramını da dəyişib.1

Sübh namazını gec qılmağın səbəbi


Ayətullah Behcət həmişə sübh namazını əvvəl vaxtında öz mənzilində qılandan sonra, camaat namazı qılmaq üçün məscidə gedərdi. Behcətin camaat namazında iştirak edənlərdən bəziləri uzaq yerdən gəldikləri üçün ondan namazı bir az gec qılmasını xahiş etmişdilər. Onların xahişinə görə daha sübh namazını da bir az gec qılar. İran inqilabından sonra yaranan vəziyyətə görə İmam Xomeyni onun üçün cangüdən qoymaq istəyir. Amma Behcət cavabında “cangüdəni qoruyan Allah, bizi də hifz edər”– deyib, İmamın bu təklifini qəbul etmir. Tehrandan belə sifariş gəldi: “Çalışın qaranlıqda evdən çölə çıxmayın.” Behcət bu sifarişdən sonra həmişə məscidə də bir az gec gedər. Bu da onun sübh namazını gec qılmasının başqa bir səbəbi idi.

Amma günorta namazının dəqiq vaxtını bilən kimi, namaza hazırlaşar. O öz həyətində üfüqi bir xətt düzəltmişdir. O bu üfüqi xətlə zöhr namazının şəri vaxtını dəqiq təyin edir.2


Məhbubla münacat


Ayətullah Şeyx Cavad Kərbəlayi deyir: Ayətullah Behcət gecə namazına və gecə yarısı ibadətlərinə xüsusi əhəmiyyət verər. Xüsusilə də cümə axşamlarında münacat etməyi çox üstün tutar. Tanınmış alimlərdən biri mənə dedi: “Nəcəf-Əşrəfdə olduğum vaxtlar idi. Bir dəfə cümə axşamı gecə yarısı Seyyidin mədrəsəsində Behcətin səcdə halında həzin səslə ağlayaraq bu cümləni təkrar etdiyini gördüm: “İlahi, mənli ğəyruk, əsəluhu kəşfə zurri vən-nəzərə fi əmri.” 1

Ayətəl kürsi və onun təsirləri


Cənab Zahidi məktublarının birində belə nəql edirdi:

“Kərəminijadın xahişinə əsasən, dostlardan birinin Behcət haqqında nəql etdiyi bir əhvalatı sizin üçün yazıram. Ümidvaram bu əhvalat möminlərin ürəyincə olsun, inşallah.

“Qum elmi hövzəsinin fazil şəxslərindən Urumiyə şəhərindən olan Mirzə Yusif başına gələn qəribə bir əhvalatı mənim üçün danışaraq dedi: Bir-iki il olardı ki, təhsil almaq üçün Qum elmi hövzəsinə gəlmişdim. Çoxlu dərs və mütaliə nəticəsində gözlərim ağrımağa başladı. Artıq üzbəüzdəki şeyləri görə bilirdim. Yavaş-yavaş ağrılarım şiddətlənməyə başladı. Qum şəhərindəki göz həkimlərinin əlindən bir şey gəlmədiyinə görə məni Tehrana göndərdilər. Tehrandakı mütəxəssis həkim gözlərimi müayinə edəndən sonra bir iynə vurdu və gözlərim sağalmağa başladı. Bir-iki aydan sonra yenə həmin xəstəlik üzə çıxdı. Əvvəl yanına getdiyim həkimin yanına getdim və yenə bir iynə vurdu. Bu dəfə iki-üç həftədən sonr yenə həmin ağrılar başladıqda həkimə müraciə etdim. Həminki kimi iynə vurub ağrılarımı sakitləşdirdi. Artıq bu dəfə iki-üç gün keçməmiş gözüm əvvəlkindən qat-qat şiddətli ağrımağa başladı. Həkim artıq heç bir şey edə bilmədi. Dəfələrlə aparılan müayinələrdən sonra həkimlər mənim bu xəstəliyimin əlacsız olduğunu dedilər. Mən dedim: Əgər xarici ölkələrdə bu xəstəliyi müalicə edə bilərlərsə, mən getməyə hazıram. Amma həkimlər qəti olaraq dedilər: “Bu xəstəliyin müalicəsi yoxdur.” Naümid halda Quma qayıtdım. Məsciddə Ayətullah Behcət ilə namaz qılandan sonra onun ardınca getdim. Sualı olan hər kəs cavabını alıb gedəndən sonra mənim də sual edəcəyimi başa düşüb dedi: “Buyur, sözünü de.” Kədər məni boğa-boğa başıma gələnləri Behcətə danışdım. Gülümsünüb dedi: “Gündəlik vacibi namazlardan sonra əllərini gözlərinin üstünə qoy və bir Ayətəl kürsi oxu. Sonra bu cümləni de: Allahum-məhfəz hədəqəti bihəqqi hədəqətəy Əli ibn Əbi Talib!”

Mirzə Yusif deyir: Altı-yeddi gün mən Behcətin dediyi tapşırığa əməl etdim və gözlərim tamamilə sağaldı. Həmin hadisədən on iki-on üç il keçməsinə və gecə-gündüz mütaliə etməyimə baxmayaraq həmin xəstəlikdən əsər-əlamət də yoxdur.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə