“Аға Беһҹәтин һәјатынын башланғыҹы



Yüklə 1,34 Mb.
səhifə10/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

Bir gecə də qənimətdir.


Arif Taliqani rəhmətə getməmişdən bir gün qabaq mədrəsənin tələbələrini öz hücrəsinə dəvət etmişdi. O, tələbələrlə deyib-gülür və zarafatlaşırdı. Tələbələr hər dəfə durub getmək istəyəndə şeyx deyirdi: “Bir gecə də qənimətdir.”

Mədrəsənin xidmətçisi belə deyirdi: Şeyx rəhmətə getməmişdən qabaqkı gün axşam çağı mənimlə rastlaşanda dedi: “Səhər sübh namazına durub dəstəmaz alanda mənim rəhmətə getdiyimi eşidəcəksən.” Mən onun dediklərini başa düşməyib, zarafat kimi qəbul etdim.

Sübh azanında Şeyx mədrəsənin damına çıxıb azan dedi. Sonra qayıdıb öz hücrəsinə girdi. Şeyx həmişəki adəti üzrə hər gün sübh namazından sonra mədrəsənin həyətində gəzişərdi. Amma həmin gün onun hücrəsindən çıxmadığını görəndə, hamı narahat oldu. O, hücrəsində üzü qibləyə uzanıb canını Allaha tapşırmışdı. Tələbələr qışqırdılar: Şeyx Mürtəza öldü! Elə bu vaxt dəstəmaz alan mədrəsə xidmətçisi Şeyxin dünən dediklərinin zarafat deyil, həqiqət olduğunu başa düşdü.1

İlahi arif şeyx Mürtəza Taliqani 1942-ci il məhərrəm ayında vəfat edir və Həzrət Əlinin (ə) hərəminin həyətində dəfn olunur.


İKİNCİ FƏSİL

Kamil arif Əllamə Qazi

Həyatı


Ayətullah Behcətin mənəvi-əxlaqi şəxsiyyətinin formalaşmasında Əllamə Qazinin çox böyük rolu və təsiri olmuşdur. Ustadın tələbəsinə etdiyi bu qəribə təsir mərifət əhlinə xasdır. Şiə aləminin fəxri, ibrətamiz həyat tərzi və Behcətin ustadı olan Ustad Qazinin şərhi-halını burada qeyd etməyi özümüzə borc bildik.

Əllamə Seyyid Mirzə Əli Qazi 1864-cü il zilhəccə ayının 13-ü Təbriz şəhərində elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. O, Mirzə Rəhim Təbatəbai ibn Mirzə Əhmədin oğlu, Mirzə Hüseynin oğludur1 ki, soy kökü həzrət Əliyə (ə) çatırdı.2 Atası Mirzə Hüseyn Qazi elm və mərifət əhli idi. Mirzə Şirazinin tələbəsi olmuş Mirzə Hüseyn Qazi “həmd və ənam” surələrinə təfsir yazmışdır. Təbrizə gedərkən mərhum Mirzə Şirazi onunla sağollaşıb dedi: “İndiki gedirsən, heç olmasa gün ərzində özünə bir saat vaxt ayır.” Bir müddətdən sonra Mirzə Şirazi başqalarından onun haqqında soruşanda dedilər: “Hacı, sənin dediyin o bir saat iyirmi dörd saata çatıb. Mirzə Hüseyni həmişə “müraqibə” halındadır. O, 1893-cü il fani dünya ilə vidalaşmışdır.

Əllamə Qazi elm və maarifi atasının və digər böyük ustadların yanında öyrənmişdir. Bu ustadlar sırasında Mirzə Musa Təbrizi (Haşiyətul-vəsail kitabının müəllifi) və Seyyid Məhəmməd Əli Qaraçədağinin (“Haşiyeyi şərhe lümə” kitabının müəllifi) adını qeyd etmək olar.

Əllamə Qazi 1892-ci ildə Nəcəf-Əşrəfə yollanır. Orada Molla Məhəmməd Şərəbyani, Şeyx Məhəmməd Həsən Mamaqani, Şeyx Əşşəriyeyi İsfahani, Şeyx Məhəmməd Kazim Xorasani və Mirzə Hüseyn kimi fazil alimlərdən dərs alır.1

Maarif və Allaha doğru gedən yolda Axund Molla Hüseynqulu Həmədaninin şagirdi seyyid Əhməd Kərbəlayinin dərslərindən bəhrələnmiş və özü də bu yolda bir çoxlarını sirab etmişdir.

Onun əsərlərindən “Təfsiri-Quran” kitabını qeyd etmək olar. Bu kitabda Quranın əvvəlindən “Ənam” surəsinin 92-ci ayəsinə qədər təfsir etmişdir.2 Onun digər əsərlərindən biri də iyirmi bir yaşında Şeyx Müfidin “İrşad” kitabına yazdığı düzəlişdir.3

Onun həyatının parlaq nümunələrindən maddiyyatdan uzaq və tövhidə çatmış tələbələr yetişdirməsini misal çəkmək olar. Belə imanlı tələbələr tərbiyə etmək çox az adama qismət olur. Ötən yarım əsrdə İraq və İranın mühüm məntəqələri şiə aləminin fəxri–Əllamə Qazinin yetişdirdiyi tələbələrin mənəvi hakimiyyəti altında idi. Misal olaraq Əllamə Təbatəbai və kamil arif Ayətullah Behcətin Qum elmi hövzəsindəki yüksək təsirini qeyd etmək olar. Tehranda Ayətullah Şeyx Məhəmməd Təqi Amuli və son zamanlar Ayətullah Şeyx Abbas Hatif Quçani, fars vilayətində Ayətullah Dəstğeyb və Ayətullah Nəcabət Şirazi, Azərbaycanda (İran) Ayətullah Şeyx Əli Əkbər Mərəndi, Təbrizdə Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai, İraq və Məşhəddə də bu ilahi alimin mənəvi-əxlaqi dəsrlərindən bəhrələnmiş bir çox şagirdlərini misal çəkmək olar. Hal-hazırda onun əxlaqi yolunun davamçıları kamal aşiqlərini Əhli-beyt və Quran maarifinin zülal çeşməsindən sirab edərək, Allaha doğru gedən yola hidayət edirlər.

Ustad Qazinin tərbiyəvi göstərişləri barədə Ayətullah Hüseyni Tehrani belə deyir:

Qazi şagirdlərindən hər birinə onların istedadlarına uyğun, şəri əməllərin batini ədəb-ərkanına riayət etməklə qanunlar çərçivəsində xüsusi-əxlaqi tapşırıqlar verirdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazır edirdi. Onun “Səhlə” və “Kufə” məscidlərində kiçik bir hücrəsi (otaq) var idi. Bəzən gecələr bu hücrələrdən birində sübhə qədər ibadətlə məşğul olar və bunu öz şagirdlərinə də tövsiyyə edərdi.

Son dövrümüzün nadir incilərindən olan Ustad Qazi 1935-ci il rəbiül-əvvəl ayında əbədi dünyaya qovuşdu. O öz hicrəti ilə mənəviyat oduyla yanan ürəklərdə matəm qurdu.1


Qazinin elmi-tərbiyəvi metodu


Rəhmətlik Qazi dövrünün adlı-sanlı müctəhidlərindən olmasına baxmayaraq, öz evində tədris etməyi daha üstün tutardı. O fiqh bölməsindən dərs deyər və camaat namazını da tələbələri ilə öz evində qılardı. Ustad Qazi namazı çox yavaş qıldığı üçün, onun namazları həmişə uzun çəkərdi. Günəş qürub edən kimi “şam” namazını qılar və sonra isə namazın təqibatını oxumağa başlayardı.

Mübarək ramazan ayında tələbələr onun camaat namazından feyz almaq üçün Qazinin mənzilinə gedərdilər. Bəzi tələbələr günəş batan vaxtı göyün üzündəki qızartı tam itməmiş namaz qılmadıqları üçün, Qazidən bir az da səbir etməsini xahiş edəndə, o da gözləyərdi. Rəhmətlik Qazi günəş tam batan kimi iftar edərdi.

Ramazan ayının yalnız birinci və ikinci ongünlüyündə gecələr təlim və tədris edərdi. Amma ramazanın sonuncu ongünlüyündə dərsləri tətil edər və ayın sonuna qədər heç kim Ağa Qazini görməzdi. Bu müddət ərzində tələbələr onu görmək üçün Kufə və Səhlə məscidlərinə və Kərbəlaya gedər, amma ondan xəbər tuta bilməzdilər. Bu onun ömrünün sonuna qədər icra etdiyi proqramlardan biri idi.

Rəhmətlik Qazi ərəb dilini çox gözəl bilirdi. Onun öz dediyinə görə qırx min ərəb sözünü hifz etmişdi. Ərəbcə şer oxuyanda, hətta ərəblər belə onun qeyri-ərəb (İranlı) olduğunu ayırd edə bilməzdilər.

Bir gün Şeyx Abdullah Mamaqani sözarası Qaziyə deyir: Mən ərəb dili və ədəbiyyatını kamil bildiyim üçün əgər bir şəxs ərəb dilində şer desə, onun ərəb və ya qeyri-ərəb olduğunu dərhal deyə bilərəm. Hətta əgər o şer gözəl fəsahət və bəlağətlə deyilmiş olsa da.

Qazi ərəb şairlərin birindən bir qəsidə oxumağa başlayır. Qəsidənin ortalarında barəsində qabaqcadan fikirləşmədiyi şerlərindən bir neçəsini də əlavə edir. Sonra Şeyx Mamaqaniyə buyurur: “Bunlardan hansını qeyri-ərəb yazmışdır.” Şeyx ayırd edə bilmir.

Ayətullah Qazi Quranı təfsir və məna etməkdə çox yüksək istedada malik idi. Rəhmətlik Əllamə Təbatəbai buyurmuşdur: “Quranda ayəni ayə ilə təfsir etmək metodunu Qazi bizə öyrətmişdir. Biz onun kəşf etdiyi bu yolun davamçılarıyıq. Həmçinin “Fiqhul-hədis” deyilən on dörd məsumdan nəql olunmuş hədislərin mənasını dərk etmək metodunu da ondan öyrənmişdik.”

Rəhmətlik Qazi nəfsin və əxlaqın paklaşdırılmasında, ilahi maarif sahəsində, seyri-süluk məqamında qeybi mükaşifələr və eyni müşahidələr xüsusunda əsrinin yeganəsi olmuşdur. İlahi sirlərlə dolub-daşan və əzəmətli bir dağa bənzəyən Qazi tələbələrinin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirərdi. Gündüzlər tələbələri üçün öz evində xüsusi məclis təşkil edər və onları moizə və nəsihət etməyə çalışardı. Onun verdiyi tərbiyəvi dərslər nəticəsində böyük şəxsiyyətlərin bir çoxu haqq yolunda addımlayaraq yüksək kamal və məqam sahibi olmuşlar.1



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə