“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Hədis və rəvayətlərə diqqətin lüzumu



Yüklə 1,34 Mb.
səhifə18/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

Hədis və rəvayətlərə diqqətin lüzumu


Elmi hövzə ustadlarından biri Ayətullah Mömininin dilindən belə nəql edir:

Təhsil aldığım illərdə həmişə tələbə yoldaşlarımdan biri ilə dərslərimi oxuyardım. Bir gün həmin tələbə yoldaşım dərs oxumaq üçün mənim otağıma gələndə dedi: Doğrusunu bilmək istəsən, daha hövzədə qalmaq istəmirəm. Artıq bu mühitdən bezmişəm. Gedib başqa bir işlə məşğul olmaq istəyirəm. Burada qalmağın insana heç bir faydası yoxdur. Mən ona dedim: Axı hara getmək istəyirsən və nə iş görəcəksən? Dedi: Müəllimlik və ya başqa bir işlə məşğul olaram. Bu söz bizim öz aramızda qaldı. Üstündən bir-neçə gün keçəndən sonra həmin tələbə yoldaşımla birlikdə Behcətin mənzilinə getdik. Əyləşən kimi Behcət buyurdu: “Ay bala bu “Qalə Sadiq” və “Qalə Baqir”ləri yüngül (əhəmiyyətsiz) saymayın. Elə fikirləşməyin ki, müəllim olmaqla nə isə əldə edəcəksiniz. Heç də bu cür deyil, hər nə varsa buradadır.”

Behcətin bu sözləri mənim dostum üçün əməlli-başlı tənbeh oldu və səhvini başa düşüb öz yanlış fikirlərindən daşındı.

Qeyb aləminin şühudu


Böyük övliyalardan biri belə buyurur: Biz əvvəllər cümə günləri Ağa Behcətin mənzilinə gedərdik. Behcət həmişə bu cümləni təkrar edərdi: “Ey eyibləri örtən!” Onun təkrarladığı bu zikrin böyük mənası vardı. Yəni, Behcət başqalarının bəzi əməllərini gördüyü və bildiyi üçün Allah-təaladan bu eyibləri bir sirr olaraq saxlamağa kömək istəyir. Ona görə də bu zikri çox təkrarlayardı.

Bu barədə Misbah Yəzdi belə buyurur: “Mənim nəzərimcə Behcət irfan və mənəvi kamal məqamının elə yüksək bir həddinə çatmışdır ki, qeyb aləmindən bəzi şeyləri müşahidə edirdi. O çox vaxt bəzi şəxslərin batinini görür, amma bunları bilmək istəmədiyi üçün bu zikr onun dilinin əzbərinə çevrilmişdir.”1

Əlbəttə elə şəxslərin camaatın sirlərindən xəbərdar olmasının Allah-təalanın “səttar” sifətilə heç bir ziddiyyəti yoxdur. İnsan fəna məqamına çatmayınca bu xüsusiyyət hasil olmaz. Həmin məqamda Allahın zatından başqa kimsə olmur. Allah-təala buyurur: “Bəndəmin görən gözü və eşidən qulağı Mən özüm olaram.” Digər tərəfdən bə’zi ilahi şəxsiyyətlər elə bir məqama çatırlar ki, başqalarının sirlərini faş etmək onların şəninə yaraşmayan bir əməldir. Onlar əgər kiminsə sirini bilsələr belə, Allah dərgahının əmanətdarı olduqları üçün heç vaxt bunu faş etməzlər.

Biz elə bir zikr bilirik ki...


Bir dəfə ilahi şəxsiyyətlərdən biri “Müqəddəs ziyarətgahlar”ın ziyarətindən məhrum olduğumuz barədə söhbət edərək dedi: “Biz gör nə qədər məhrum olmuşuq ki, məsum imamları ziyarət etmək belə bizə nəsib olmur. Bütün bunlar bizim öz əməllərimizin nəticəsidir.”

İran-İraq müharibəsi zamanı bir qrup alim Behcətin hüzuruna gedib dedilər: Ağa, siz Səddamın dövlətinin süqut etməsi üçün bir dua edin.” Behcət buyurdu: “Bizim elə zikr və virdlərimiz var ki, əgər onları oxusaq, Səddama möhlət belə verilmədən məhv olar. Amma İmam Zaman (ə) bunu hələ məsləhət bilmir və hələlik Allah onun məhv olmasını iradə etməyibdir.”


İlahi töhfə


Seyyid Hüseyn Təqəvi belə nəql edir: Fumən şəhərinə gedib bir gün orada qaldım. Quma qayıtmaq istərkən, Fumən alimlərindən olan Seyyid Əbülqasim Ərib Fuməninin hüzuruna getdim. Seyyid Ərib mənə bir-neçə sikkə verib dedi: “Bunlardan birini Behcətə verərsiniz.” Quma gələn kimi Ayətullah Behcətin yanına gedib sikkələri (pul) ona verdim. Yenə də Fumənə getmək istədiyimi bilən Ayətullah Behcət mənə min tümən verib buyurdu: Bu pulu bir nəfərin vasitəsilə Seyyid Əribə çatdır.” Mən pulu dükan sahiblərindən birinə verib dedim: Bu pulu Seyyid Əribə verin və kimin göndərdiyini ona deməyin. Həmin şəxsin dükanında oturub onun qayıtmasını gözlədim. Dükançının qayıdarkən çox təəccübləndiyini görəndə soruşdum: Nə olub. O dedi: Mən bu pulu ona verəndə buyurdu: “Evimin bir tərəfi uçulub tökülmüşdü. Usta evi yenidən təmir etmək üçün min tümən pul istədi. Amma mənim pulum olmadığına görə ustadan bir az gözləməsini xahiş etdim. İndi sənin gətirdiyin bu pul evimin təmiri üçün ehtiyacım olan məbləğ qədərdir.1

Bəli, bu cür hadisələr və ya əhvalatlar təsadüfi deyil. Allah övliyaları ilahi sirlərə agahdırlar. Onların həyat tərzi başdan-başa sirlərlə doludur.


Hər sözə tez inanma


Qumun əxlaq ustadlarından biri öz dərslərinin birində buyurdu: Bir gün bir-neçə nəfərlə xüsusi bir mövzu ətrafında söhbət edirdik. Söhbət əsnasında gətirdikləri dəlillərə görə demək olar ki, mən onların bu sözü ilə razılaşdım. Bu söhbətdən sonra yolda Behcətlə rastlaşdım. Məni görən kimi dedi: “Demək, indi də uşaqlar sənin üçün nüsxə yazırlar.” Mən Behcətin nə dediyini dərhal başa düşdüm. O, bu qısa sözü ilə çox şeyi mənə başa saldı. Behcət mənimlə dostlarım arasında olan söhbətdən agah olduğuna görə bizi, belə yersiz təsirlənməkdən xilas etdi.

Yuxuda sənə demişəm


Bir nəfər bəzi etiqad məsələlərində şəkk-şübhəyə düşdüyünə görə çox əziyyət çəkir və suallarına doğru-düzgün cavab tapa bilmirdi. O, Qum şəhərinə gəlib orada sakin olur. Bir dəfə gecə Behcəti yuxuda görür. Yuxuda Behcət onun bütün şəkk-şübhələrinə tutarlı cavab verir. Həmin şəxs yuxudan ayılan zaman bu yuxunun sadiq olub-olmaması fikri onun qəlbində qəribə nigarançılıq yaradır. O, bu suallarana cavab almaq üçün cümə günü Behcətin hüzuruna gedir. Bu şəxs hələ bir söz deməmiş Behcət buyurur: “Suallarının cavabını sənə yuxuda demişdim, daha şəkk etmə.”1

Dilə nəzarət üçün tapşırıq


Behcətin dostlarından biri belə nəql edir: Bir dəfə dilimi qorumağı qəlbimdə niyyət etmişdim. Təsadüfən, həmin gün Behcətin hüzuruna getmişdim. O, mənə dedi: “İnsanın öz dilinə yiyə durması çox yaxşı bir işdir. Əgər məsləhət olsaydı və insan bacara bilsəydi, yalnız Quran ayələri ilə söhbət edərdi.”

Övladlara bərabər sevgi


Ayətullah Behcətin dərslərində iştirak edən ruhanilərdən biri belə deyir: Mənim iki qız övladım var idi. Bir dəfə axşam kiçik qızımı nəvaziş edib öpdüm və böyük qızımı, sanki unutdum. Bir anlıq ürəyimdə fikirləşdim ki, birdən böyük qız oyaq olar və onu nəvaziş etmədiyimə görə məndən inciyər. Buna baxmayaraq daha fikir vermədim. Səhər tezdən Behcətin hüzuruna getdim. Salam verəndən sonra dərhal mənə dedi: “İnşallah, övladlar arasındakı bərabərliyə riayət edirsiniz.”

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə