55
mətbəxi ilə birlikdə) açılır, Naxçıvan şəhər uşaq
məsləhətxanasında isə qadın kabinəsi açılır ki, o 1930-cu ildə
qadın məsləhətxanasına çevrilir.
* * *
Naxçıvan Inqilab Komitəsi ölkədə Sovet hakimiyyətinin
qurulmasının ilk günlərindən yaşayış yerlərinin sanitar
vəziyyətinə və epidemiya əleyhinə aid tədbirlərin qaydaya
salınmasına böyük diqqət verirdi. Artıq özünün ikinci ayında
Naxçıvan Inqilab Komitəsi «Naxçıvan şəhərində sanitar
vəziyyətin qaydaya salınması haqqında» ilk qərarını verir.
Qərarda göstərilir ki, qaçqınlar geri qayıdandan sonra
Fövqəladə Komitə tərəfindən qaçqınlardan ibarət xüsusi fəhlə
dəstələri yaradılsın. Səhiyyə şöbəsinin müdiri və milis rəisinin
nəzarəti altında şəhərdə təmizlik işi aparılsın və şəhərin tələb
olunan yerlərində ayaqyolları qazılsın.
1
Naxçıvan Inqilab Komitəsinin növbəti qərarı 1921-ci
ilin iyul ayında «kəskin yoluxucu xəstəliyin (vəba) baş
verməməsi üçün xəbərdarlıq edici tədbirlərin həyata
keçirilməsi haqqında» imzalanmışdı. Bu qərar xəstəliyin qonşu
ölkələrdən gətirilməsinin qarşısını almaqla səhiyyə orqanlarına
böyük kömək etdi. Qərarda həmçinin göstərilirdi ki, Naxçıvan
ölkəsinə xəstəliyin gətirilməsinin qarşısını almaq üçün
aşağıdakı tədbirlər görülsün: vəbaya şübhəli olan bütün
xəstələr dəmir yolu xəttində stansiyada yoxlanılsın; vəbalı
xəstələr izolə (təcrid) edilsin, xlorlu əhəng hazırlansın,
stansiyada daimi qaynanmış su olsun, kal meyvələrin qəbulu
qadağan edilsin, qaçqınların vəziyyəti yaxşılaşdırılsın.
Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığının 1926-
cı ilə aid hesabatında göstərilir ki, respublikanın kəndlərində
həyat tərzi və məişəti sanki bilə-bilə sanitar – gigiyenik
tələbata cavab verməmək üçün yaranıb.
__________________
1
Naxçıvan MSSR M.K.A. fond 17, siyahı 3, qovluq 1, səh.8.
56
Hesabatda daha sonra göstərilir: bizim kəndlər
ağılasığmaz dərəcədə natəmizdir ki, elə bil yeganə yolu budur
ki, onları söküb yenidən tikəsən.
1
1920-ci ildə Səhiyyə şöbəsinin nəzdində sanitar həkim
müfəttişi vəzifəsi təsdiq edilir.
Bir müddət bu vəzifəni həkim olmadığına görə feldşer
(Məhərrəmov M.T.) əvəz edir. Bir ildən sonra o vəzifənin
yerinə sanitar müfəttişlik (komitə), 1922-ci ilin oktyabr
ayından isə Səhiyyə şöbəsində həkimlərdən ibarət sanitar üçlük
(Sultanov M.P., Dmitriyev I.I. və Boqdanov N.) təşkil edilir.
Üçlüyə Naxçıvan şəhərində sanitar epidemioloji vəziyyətə
nəzarət etmək tapşırılır. Onlara cərimə etmək ixtiyarı verilir.
1925-ci ildə Xalq Səhiyyə Komissarlığı nəzdində sanitar
epidemioloji şöbə yaradılır. Burada iki sanitar müfəttiş –
həkim köməkçi ilə işləyir. Həkimlərdən biri Naxçıvan
qəzasında, o biri Ordubad qəzasında sanitar işlərlə məşğul olur.
1926-cı ildə Culfada karantin məntəqəsi yenidən bərpa
edilir. Artıq 1927-ci ildən respublikanın bütün rayonlarında
sanitar – epidemioloji şöbələrin özünün sanitar müfəttişləri
(həkim və onun köməkçisi) olur.
Naxçıvan MSSR-də Sovet hakimiyyəti qurulan zaman
dəqiq statistik məlumatlar olmadığından yoluxucu xəstəliklər
haqqında fikir söyləmək çətin olur. Lakin bir sıra
materiallardan aydın olur ki, o zamanlar əhali bir çox xəstəliklə
– malyariya, vərəm, traxoma, dəri-zöhrəvi, dizenteriya, yatalaq
və s. müraciət edirdi.
Naxçıvan Xalq Səhiyyə Komissarlığının əmr kitabında
qeyd olunub ki, 1923-cü ilin mart ayında Naxçıvan qəzasının
Əbrəqunus kəndində təbii çiçək xəstəliyi baş verib. Bununla
əlaqədar olaraq Səhiyyə Komissarlığı öz gücünü xəstəliklə
mübarizəyə səfərbər edir.
Malyariya Naxçıvanın əsas epidemik xəstəliyi olmuşdur.
Respublikanın Xalq Səhiyyə Komissarlığı yarandığı gündən
malyariya xəstəliyi ilə ciddi mübarizə
___________________
1
Anserov N.I. Birinci Azərbaycan tibb cəmiyyətinin əsərləri, Bakı,
1936-cı il, səh.456.
aparmışdır. Onunla mübarizə planlı surətdə dövlət miqyasında
aparılmağa başlanmışdır. Malyariya ilə mübarizəyə bütün
57
müalicə – profilaktika şəbəkəsi, xüsusi malyariya stansiyaları,
ambulatoriyaları, məntəqələri, habelə təsərrüfat təşkilatları və
əhalinin fəalları cəlb edilmişdir.
1923-cü ildə Naxçıvan ölkəsində ilk dəfə malyariya
əleyhinə müəssisələr təşkil edilir: - Naxçıvan şəhərində
malyariya ambulatoriyası (o, 1929-cu ildə malyariya
stansiyasına çevrilir) və Başnoraşen kəndində malyariya
stansiyası açılır.
Bütün maraqlı idarələri malyariya ilə mübarizəyə cəlb
etmək üçün 1924-cü ildə Naxçıvan Xalq Səhiyyə
Komissarlığının tabeliyində malyariya komitəsi, onun
nəzdində iki çevik (uçan) malyariya dəstəsi (biri Başnoraşen
kəndində, o biri Naxçıvan şəhərində) təşkil edilir. Komitə
malyariya əleyhinə tədbirlərin həyata keçirilməsində əhalinin
müayinə olunmasında böyük işlər həyata keçirir.
Azərbaycan SSR-i Xalq Səhiyyə Komissarlığı
rayonlarda malyariya xəstəliyinin yayılmasını öyrənmək üçün
Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığına daima əməli
köməklik göstərirdi. Belə ki, 1924-cü ildən 1926-cı ilə kimi
Azərbaycandan mütəmadi olaraq ekspedisiya dəstələri
göndərilib. Bu dəstələr Şərur rayonunun 43 kəndində 21621
nəfər əhalinin 16536 nəfərini və ya 3/4-nü yoxlamadan
keçirirlər.
Sonralar malyariya xəstəliyinə qarşı mübarizə daha da
gücləndirilir. Professor Ş.Həsənovun məlumatına görə 1925-
1928-ci illərdə xəstələrin sayı və onların tibb müəssisələrinə
müraciəti xeyli artır. Aşağıda əhalinin malyariya stansiyasına
və ambulatoriyasına müraciəti göstərilib.
1
________________
1
Ş.Həsənov. Azərbaycan SSR-də malyariya (statistik hesabat).
Azərbaycan tibb jurnalı, 1930-cu il, №1-3.
58
10-cu cədvəl
Naxçıvan MSSR-i əhalisinin malyariya müəssisələrinə
müraciət etməsi haqqında məlumat
1925 1926 1927 1928
Mü
əssis
ənin ad
ı
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Başnoraşen
malyariya
stansiyası
4856 25581 5542 31846 5758 25653 5055 20581
Naxçıvan
malyariya
ambulato-
riyası
2552 14117 2348 22495 2235 22154 2850 18800
Hər iki mal-
yariya mü-
əssisəsində
cəmi
7048 39698 7890 54341 7993 47807 7905 39381
Göründüyü kimi cədvəldə yalnız malyariya
müəssisələrinə müraciət edən xəstələrin sayı göstərilib.
Professor Ş.Həsənov həmin statistik xülasədə göstərir ki,
1928-ci ildə Naxçıvan respublikasının bütün tibb
müəssisələrində 16996 birincili malyariyalı xəstə qeydə alınıb
(o cümlədən şəhərlərdə 4394, kəndlərdə 12602).
Hesabat materialları göstərir ki, Naxçıvan
respublikasında 1926-cı ildə 23490 malyariyalı xəstə, 1927-ci
ildə 18259 xəstə qeydə alınmışdır.
Gəlişlərin sayı hər bir birincili qeyd olunan malyariya
hadisəsi belə olmuşdur: Naxçıvan malyariya stansiyası üzrə
1925-ci ildə – 5,2; 1926-cı ildə – 5,7; 1927-ci ildə – 4,4; 1928-
ci ildə – 4,0; Başnoraşen malyariya stansiyasında həmin illərdə
– 5,5, 9,5 və 9,5 və 6,5 (Azərbaycan SSR-də eyni illərdə – 5-3,
4,7, 5,2 və 4,6). 1928-ci ildə əhalinin 1000 nəfərinə 159, 1929-
cu ildə isə 169 malyariyalı xəstə düşürdü. (Azərbaycan SSR-də
eyni illərdə 122,4 və 135,2 xəstə düşürdü).