Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

www.azadliqciragi.org 

20 


Bazar əmək haqqı normaları 

 

Nəzəriyyədə, Smitin müəssisələrində iĢdən gələn gəlirlər bərabərləĢməyə xidmət etməlidir. Əgər bir 



ticarət daha yaxĢı qiymətləndirsəydi, adamlar baĢqa sahədən dəstə ilə ora axıĢar və bazar tezliklə tarazlığı 

düzəldərdi. Və həqiqətən nəyə görə əmək haqqı normaları fərqlidir? 

Onun cavabı budur ki, biz ancaq əməyin maddi gəlirlərini deyil, valyuta formasında olmayan  

qazancını da nəzərdə tutmalıyıq. Bəzi ixtisas sahələri çətin və ya xoĢagəlməzdir  (hansı ki, buna 

görə qəssablara və cəlladlara toxuculardan daha yaxĢı pul ödənilir).   Bəzi ticarət sahələri (bənna 

kimi) mövsümidir.  BaĢqası (tibb kimi) böyük ictimai etimad tələb etdiyinə görə böyük məvacib 

istəyir.

 

Bəzi  ixtisaslar



 

öyrənməyə  çox  xərc  aparır  (məsələn,  hüquq);  və  hətta  belə  sərmayədən 

sonra  real  uğur  Ģansı  da  zəif  ola  bilər  (opera  müğənniləri).  Bütün  bu  amillər  xüsusi  ticarət 

sahələrində əməyin bazar qiymətinə təsir göstərəcək.     

 

 

Əmək haqqı və siyasət 

 

Amma  siyasi  faktorlar  da  gəlir  və  mənfəətə  təsir  göstərir.  Qaydalar  insanların  xüsusi 



sənətlərdə  çalıĢmasının  qarĢısını  alır.  Smit  ġeffeld  bıçaqçılarının  bir  nəfərdən  artıq  Ģagird 

götürməsinə  və  ya  Norfolk  toxucularının  və  ingilis  papaqçılarının  iki  nəfərdən  artıq  Ģagird 

götürməsinə qanunla qadağa qoyulduğunu sitat gətirir. Bu maneələr bıçaqçı, toxucu və papaqçı 

kimi  sahələrdə  ixtisaslaĢanların  gəlirlərini  yüksək  saxlayır  –  baĢqa  adamların  “toxunulmaz 

əmlakını”  onların  öz  əməyi  ilə  oğurlayaraq.  Və  onlar  tənəzzülə  uğrayan  ticarət  sahələrindən 

iĢçilərin daha çox ehtiyac duyulan sahələrə axıb getməsinin qarĢısını alır.  

Smit  bunu  çox  yaxĢı  əsaslandırır:  “Eyni  ticarət  sahəsində  çalıĢan  adamlar,  hətta  əyləncə  və 

Ģənliklərdə  belə,  nadir  hallarda  bir  araya  gəlirlər,  ancaq  bu  görüĢlərdə  də  danıĢıqlar  əhalinin 

əleyhinə  olan  və  ya  bəzi  nəticələrə  görə  qiymətlərin  qaldırılması    haqda  sövdələĢmə  ilə  baĢa 

çatır.”         

Ancaq  (o  fikrinə  davam  edir)  siyasətçilər  və  qanun  belə  sövdələĢmələri  daha  uyğun  və  daha 

səmərəli edən qaydaları qəbul və tətbiq etməkdə əlbirdirlər. Onun fikrində peĢə təĢkilatlarından (və 

ya  “korporasiyalar”) gələn  müxtəlif  imtiyazlar var:  orta əsrlərdən qısqanclıqla öz  monopoliyalarını 

mühafizə  edərək,  bir  sənət  sahəsinə    qoĢulmaq  istəyənə,  hansı  Ģərtlərlə  olur-olsun,  məhdudiyyət 

qoyur və üzvlərindən öz yoxsullarının  mənafeyinə  fondu artırmaq və  təcrübə  keçməkdə  lisenziyası 

olanların qeydiyyatını saxlayır.  

Ancaq qanun  peĢə sahiblərinin  ictimai qeydiyyatını  həyata keçirir, Smit deyir, onlar bir-biri 

ilə  asan  əlaqə  yaradır  və  beləliklə,  bu  sövdələĢmə  görüĢlərin  baĢ  verməsini  daha  müvafiq  edir. 

PeĢə sahibləri gəlib öz hissələrini ödədikləri halda, məcburi ticarət xeyriyyə fondları bu görüĢləri 

labüd edir.Və harda ki, qanun uzağa gedir, peĢə sahələrinə imkan  yaradır ki, səsvermə çoxluğu 

ilə  siyasi  qərar  versinlər.  Bu  “rəqabəti  daha  təsirli  və  etibarlı  Ģəkildə  məhdudlaĢdıracaq,  nəinki 

hər hansı könüllü birləĢmə.”    

Smitə  görə,  yalnız  bizneslər  üzərində  “real  və  təsirli”  intizam  müĢtəriləri  itirmək  qorxusu 

yaradır.  MüĢtərilərin sərbəst olduğu azad bazar biznes davranıĢını  nizamlamaq üçün hər hansı 

rəsmi  qaydalardan  daha  etibarlı  yoldur,  hansı  ki,  bu  qaydalar  tez-tez  hamıya  məlum  olan 

məqsədinin əksinə iĢləyir.        

 

Kapital və mənfəət 

 

Eyni  dərəcədə  nöqsanlı  qaydalar  istehsalın  sonrakı  faktoruna  da  təsir  göstərir  ki,  Smit  bu 



faktoru  səhm    adlandırır.  Bu,  sonra  izah  edildiyi  kimi,  geyim  və  ərzaq  ehtiyatı  kimi  gündəlik 

istifadə  olunan  məmulatlar  ehtiyatını;  maĢınlar  kimi  dəyiĢməz  kapitalı;  və  dövriyyədə  olan 

kapitalı, davam edən iĢ proseslərini və hazırlanmıĢ, amma hələ rəflərdə olan malları əhatə edir. 



www.azadliqciragi.org 

21 


Smit  göstərir  ki,  səhm  mənfəəti  məhsuldar  müəssisələrə  kapital  qoyanlara  gələn  qazanc 

olmaqla  çox  dəyiĢkəndir.  O,  əmtəə  qiymətlərindən,  rəqiblərin  necə  uzaqlaĢdırılmasından

 

və 


malların  daĢınması  və  yığılması  zamanı  baĢ  verə  biləcək  “minlərlə  baĢqa  qəzalar”dan  asılıdır. 

Lakin mənfəət normaları mənfəətliliyin sərt ölçüsünü verir: əgər adamlar pul götürmək üçün daha 

çox ödəməyə həvəslidirlərsə, bu o deməkdir ki, o borc götürülən pullar istehsala qoyularsa, onlar 

böyük məbləğdə qazanc əldə edə bilərlər..     

O,  bunu  təsvir  etməklə,  Amerika  koloniyalarında  mövcud  olan    çox  yüksək  mənfəət 

normalarına iĢarə edir – harada ki, bol torpaq var, amma onu Ģumlamaq üçün kapital və ya əmək 

nisbətən  azdır.  Buna  görə  də  torpaq  ucuz,  kapital  və  əmək  bahadırsa,  yüksək  mənfəət 

normasında və yüksək əmək haqqında ifadə olunduğu kimi mənfəət də yüksəkdir.  

 

Torpaq və rentalar 

 

Smitin  torpaq  və  rentalar  (icarə  haqları)  haqqında  fikirləri  göstərir  ki,  o  iĢ  verənləri  torpaq 



sahiblərindən  çox  sevir:  onlar  “monopoliya  qiymətlərinə”  zəhmət  sərf  etməklə  deyil,  torpağa, 

onun  yerinə  və  münbitliyinə  sadəcə  sahiblik  sayəsində  nail  olurlar.  Buna  baxmayaraq,  zəngin 

tacirlərin önəmli  ölkə  sərvətlərinə  malik olmaq arzusu torpağa və  beləliklə, torpaq qiymətlərinə 

və rentalara, hətta daha artığına tələbatı artırır. 

Torpaq  ərzaq  və  sahə  kimi,  minerallar  təchiz  edir,  əlbəttə,  Smitin  uzun  “GümüĢün 

tükənməsi”  fikirləri  “milli  gəlirin  artımı  istehsalçıları  ucuzlaĢdırır,  amma  torpaq  daha  da 

bahalaĢır” kimi tezislərinə dəstək verən dəlil toplusu yaradır. 

 

Mexaniki sistem 

 

Qısaca  olaraq:  ölkənin  “illik  istehsalı”  qarĢısıalınmaz  surətdə  bir-birindən  asılı  olan  rentaya, 



əmək haqları və mənfəətlərə, torpaq sahibləri hesab olunan Ģəxslərə, iĢçilər və iĢ sahiblərinə ayrılır. 

Onlar  hərəkətdə  olan  bütöv  bir  sistemin  hissələridir  ki,  orada  məhsullar  yaranır,  mübadilə  edilir, 

iĢlənir və əvəz olunur və onların ən yaxĢı Ģəkildə iĢlənməsi üçün resurslar qoyulur – bunlar hamısı 

avtomatikdir, mexanikidir.    

Ancaq  bu  proses  hakimiyyət  gücünü  öz  mənafeləri  naminə  azad  bazar  sistemini  dağıtmaq 

üçün  istifadə  edən  Ģəxslər  tərəfindən  əsaslandırılmıĢ  hüquqlarla  (monopoliyalar) 

eybəcərləĢdirilmiĢdir.  Torpaq  sahibləri  çox  tənbəl  və  iĢçilər  çox  gücsüz  ola  bilər;  ancaq  iĢ 

sahiblərinin də həm marağı, həm də sərt xüsusiyyətləri vardır ki, rəqabəti boğmaq üçün qaydaları 

dəstəkləsin.  

Beləliklə: “Bu qaydadan irəli gələn hər hansı yeni qanun və ya kommersiya qanun layihəsi, gərək 

hər zaman yüksək prinsipiallıq, hətta Ģübhəli yanaĢma yolu ilə böyük ehtiyatla dinlənilə, uzun sürən 

və  diqqətli  yoxlamadan  keçmədən  qətiyyən  qəbul  olunmaya.  Bu  insanların  qoyduğu  qaydalardan 

irəli  gəlir.  O  insanların  ki,  onların  maraqları  ictimaiyyətlə  üst-üstə  düĢmür,

 

onların  ictimaiyyəti 



aldatmaq və hətta əzmək üçün ümumi maraqları və çoxlu imkanları var.”    

 

Kapital yığımı 

 

“Xalqların sərvəti” əsərinin 2-ci Kitabı kapitalın yaranması haqqındadır ki, Smit onu iqtisadi 



inkiĢafın əsas Ģərti adlandırır. Ġzafi məhsulların yaranması mübadiləni və ixtisaslaĢmanı mümkün 

edir.  Bu  ixtisaslaĢma  daha  böyük  artıq  məhsulun  yaranmasına  kömək  edir,  hansı  ki,  öz 

növbəsində  təzədən  yeni,  xüsusi,  iĢ  sərfinin  qarĢısını  alan  avadanlığa  yatırıla  bilər.  Bu,  əla 

dövriyyədir. Bu kapital artımı sayəsində rifah böyüyən piroqa çevrilir: bir adam (və ya bir xalq) 

bir baĢqasının daha zəngin olması yolu ilə kasıblaĢmağa doğru getməməlidir.  

Əksinə, sərvət artdıqca, bütün xalq zənginləĢir. 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə