11
sabaha yürüşdə start meydanı, irəliyə hərəkətdə mənəvi mühərrik
kimi fəal və diridir". Anar təkcə nəsr əsərlərində deyil,həm də tarixi-
publisistik esse və məqalələrində, digər səpgili yazılarında tarixi -
çağdaşlığın təməli kimi qavradır. "Zalım bir dövrdə" insani kamilliyə
və qəlb intibahına səsləyən, kosmik əxlaqın möhtəşəm poeziyasını
yaradan Nəsimi, tarixin Azərbaycan mənasını açmış Şah İsmayıl
Xətayi, Ortaçağ Azərbaycan türkcəsini Şərqin üç böyük dilindən biri
kimi sənət meydanına gətiribən bu dildə əbədiyyət duyğularını
dilləndirən ‘üzuli, "Şərqin mədəni irsiylə Qərbin mütərəqqi fikrinin,
vahid bəşəri dəyərlərin rəmzi", yeni ideyaların, "sübhün səfiri" Mirzə
‘ətəli Axundzadə, "min illik bir ənənənin axarında öz yönünü
taparaq", xalq mənəviyyatı və zövqünün dərinliyini, milli-estetik
zənginliyini aşıq şerində kükrədən Aşıq Ələsgər, bütün ədəbi
fəaliyyəti ilə tənqidi və milli-demokratik düşüncənin əsasını qoymuş
Cəlil Məmmədquluzadə və əsrini tərpədən mollanəsrəddinçilər,
"sənətimiz tarixinə əlvan, romantik bir səhifə yazmış" Hüseyn Cavid,
milli ədəbiyyatımızda tarixi roman janrının ən qüdrətli
yaradıcılarından biri Yusif Vəzir Çəmənzəminli, əsgi - yeni çağ, Şərq
- Qərb musiqisinin praktika və nəzəriyyədə klassik vəhdətini
yaratmış Üzeyir bəy Hacıbəyli Anarın "Şairin hünəri", "Şairin
zəfəri", "Şairin kədəri", "Sübhün səfiri", "Aşıq gördüyün çağırar",
"Anlamaq dərdi", "Molla Nəsrəddin - 86", "Qəm pəncərəsi", "Böyük
ömrün bir əsri", "Yusif Vəzir haqqında söz", "Üzeyir ömrü"
əsərlərinin ona görə araşdırma mənbəyi, örnək obrazıdır ki, bu böyük
insanların hər birinin şəxsiyyəti, yaradıcılığı, fəaliyyəti, mücadiləsi
ilə Azərbaycan mənəvi düşüncəsi və mədəniyyətinin bütövlüyü,
varisliyi, yaşam qüdrəti, indi və indən belə də hər çağda varolma
qabiliyyəti, hüququ yaradılmış olur. Bu - daha geniş və gerçək
mənada Azərbaycanın fiziki və etnik coğrafiyasının üst-mənəviyyat
qatıdır. Məhz bu qat yırtılanda Vətən torpağının əldən getməsi
doğrulanır.
Anar bütün yaradıcı həyatı boyu bu milli mənəviyyat qatını
möhkəmlətməyə, güclü və deşilməz etməyə çalışıb. "Qobustan"
incəsənət toplusuna redaktorluq etdiyi dönəmdə isə bu ümummilli
problemin dil mədəniyyəti çevrəsinə xüsusi bir həssaslığın
yaranmasına nail olub. Bu gün daha da aktuallaşan milli dil siyasətini
XX əsrin son çərəyində seçkin və ardıcıl səpgidə, əngəllərlə dirəşə-
dirəşə, ancaq milli mənəviyyat təməlini yalnız Azərbaycan
12
türkcəsinin tükənməz törədiçilik potensialı əsaslarında quraraq
yeritməyin, qətiyyətlə bu yolu davam etdirməyin bünövrəsini
Qobustan incəsənət - milli düşüncə hərəkatı qoydu. Dünya
mədəniyyəti ilə sıx ilgilənmə, qaynaqlanmanı da içinə alan bu
hərəkat milliliyin və bəşəriliyin harmoniya xəttini ən təbii əsaslarla
yaradırdı. Bu çağdan dil yenilikçiliyi məqsədyönlü şəkil aldı,
mədəniyyətimizi gəlişdirməyin özül daşına çevrildi. Bu çağdan
Azərbaycan türkcəsinin nəfəsi xeyli genişləndi, onun elmi-humanitar
tutarı gücləndi, bu təkanla onun gələcək inkişafına da perspektiv
açıldı. XXyüzilin ilk çərəyində "Molla Nəsrəddin" jurnalının həyata
keçirdiyi böyük missiyanı həmin yüzilliyin son çərəyində yeni tarixi
situasiyada Anarın "Qobustan"ı (əlbəttə, həm də onunla çiyin-çiyinə
"Azərbaycan", "Ulduz", "Xəzər", "Gənclik" dərgiləri…) daşıyırdı.
Mədəniyyətin inkişafı - yalnız bütün cinahlardakı hərəkatla təmin
olunur. Ona görə də klassik mədəniyyət qurucuları milləti
silkələmək, milli düşüncəyə təpər vermək üçün onun bütün
cəbhəsində fədakarlıqla çalışmışlar. Bu ənənə, göründüyü kimi, Anar
üçün də məram və örnək olub.
Yeni çağın klassik əsərlərini yaradan Anar ötəni - itən saymayan,
keçmişlə bugünün (ötənlə bitənin) ulu doğmalığına söykənc verən,
tarixin arxitekturasına öz naxışlarını, oymalarını yapan, sərt doğruları
ilə ürəyimizdən tikan çıxardan bütün yaxşı sənətkarlar kimi həqiqi
mənada adamı xoşbəxt edən yazıçıdır. Yazıçı Anarın yaradıcılığı
sanki bu hikmətli fikri bir daha təsdiq edir: "Öz nöqsanlarını duyan,
görən, düşünən, yazan xalq yetkin xalqdır!" "Aşağılıq
kompleksi"ndən sıyrılıban öz üstünlüklərini pasdan təmizləyib,
bülövləyib, itiləyib, parıldadıb kəsərli, etgili, gərəkli edən xalq da
eləcə.
MƏNƏVİYYATIN ƏKS DƏRİNLİKLƏRİNDƏ:
OKEANINDA VƏ KOSMOSUNDA
Anarın nəsri, şübhəsiz onun çoxşaxəli yaradıcılığının nüvəsini
təşkil edir. Yazıçının nəsri 60-cı illərdən ta günümüzədək
özünəməxsus zənginləşmə, dərinləşmə yolu keçmiş, gəlişməsində
yeni çalarlar, özəl keyfiyyətlər qazanmışdır. Onun nəsr
yaradıcılığındakı poetik təkamülün ritmlərini sanki bir-birindən
doğulan, fəqət ayrı-ayrı dünyalardan keçən əsərlərin ümumi
13
arxitektonikasında aydınca bəlirləmək olur. Yazıçının daim gərilən
üslubu, birərli-analitik təhkiyəsi, öz daxili enerjisinə güvəncli süjet-
obrazyaratma çəmləri, yorulmaz ideya axtarışları onun nəsr
poetikasının dinamikasını təmin edir.
Anarın bir əsərindən o birinə qapı açılır. Hər bir əsərin mövzu,
üslub və forma bitkinliyi olduğu üçün bu "poetik məkana" sığdırılan
hər bir detal incəliklərinə qədər işlənildiyindən həmin "poetik
məkana" sığmayanlar da yeni bir əsərin obraz potensiyasına çevrilir.
Dərinlik genişlənmə, budaqlanma, dürləşmə situasiyası yaradır. Bir
əsərin ötəri cizgisi, epizodik obrazı yeni bir əsərdə fokuslaşdırılır,
mayalanmış bədii hüceyrənin orqanizmə çevrilməsi, doğuluşu, həyat
qazanması kimi təbii bir proses baş verir. Bu mənada Anarın bütün
nəsr əsərləri bütöv, sürəkli bir romandır. Dünya ehramının şüuraltı
labirintlərində hörümçək torlarını yırta-yırta gedən, əlindəki lampa
ilə qaranlıqları işıqladan kahin bilib-bilmədiklərimizi bizə sirr
gözəlliyi ilə açır…
Anarın antik fəhmi onun bədii dünyagörüşü və düşüncə
texnologiyasını klassik nəsrdən (məsələn, Lukian, Rable, Servantes
satirasından, "Kəlilə və Dimnə" müdrikliyindən) çağdaş nəsrin
modern axtarışlarınadək dünya bədii mədəniyyətinin bütün buğum
nöqtələrinə qaynaqlayır. Çağdaş nəsr prosesi XX əsrin ikinci
yarısından günümüzədək olan dövrü əhatə edir ki, bu dövrün bədii
atlasında Azərbaycan nəsri həm də Anar yaradıcılığı ilə dəyərincə
təmsil olunmaqdadır. Çağdaş nəsr axtarışlarında Anarın yeri seçkincə
görünür. Bu fikri ayrı variasiyasında belə də demək olar: Anar çağı
ilə bütöv, dolğun, ahəngdar görünür. Anar nəsrində Zaman - saat
kimi çıqqıldayır, hər Anın - əbədiyyət qədər zəngin və ləzzətli
olduğu duyğusu yaradılır. Altmışıncılar sırasında Anar dövrünün
yazarları ilə bənzəyişlərindən daha çox bənzəməzliklərinə görə
nəsildaşdır. Yazıçı özü də "Nəsrin fəzası" adlı dəyərli araşdırmasında
"Yeni Azərbaycan nəsrinin" yaradıcılarını ortaq bir müstəviyə
gətirməyə çalışsa da, yenə məhz onların bənzərsizliklərində,
problemə ayrı tərzdə yanaşmalarında "Yeni nəsrin" ədəbi ruhunu
görürdü.
İnsanın daxili aləminə enməyin Balzak, Tolstoy, Dostoyevski,
Unamuno bədii üsulundan ayrı bir səpkidə, ancaq gələnəkli bir
bağlantıda təzahürü Yeni Çağ dünya nəsrinin estetikasını müəyyən
etdi. Buradakı realizm mistika və sürrealizmə varmasında da, sosial
Dostları ilə paylaş: |