12
AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI
Prof. Əhməd Zəki Vəlidi
Ġstanbul Darülfünunda Türk tarixi ilə yanaĢı olaraq, tərəfimizdən, həm də
hər dörd semestrdə iki dəfə “Türküstanın və türklərin yayılma sahələrinin tarixi
coğrafiyası” dərsləri deyilmiĢdir. Bunlardan “ġərqi və Qərbi Türküstanın tarixi
coğrafiyası” 1927-28-ci və 1929-30-cu tədris illərində, “Türklərin yayılma
sahələrinin coğrafiyası” isə 1928-29 və 1930-31-ci tədris illərində oxunmuĢdur.
Türküstanın tarixi-coğrafiyası nəhrlər üzrə - Amu-Dərya, QaĢqa-Dərya, ZərəfĢan,
Sır-Dərya, Çu, Ġle, Yeddisu, Tarim hövzələri, Çun-Dərya və Qazaxıstan çölləri
(səhraları) üzrə tərtib edilmiĢdir. “Türklərin yayılma sahələri” kimi Ģimal-qərbi
Çin, Monqolustan, Altay, qərbi Sibir, Ural və Ġtil, Ģimali Qafqaz, Krım,
Azərbaycan, Xəzər dənizinin cənub sahilləri, Xorasan, Ģimali Əfqanıstan və Ģimali
Tibet məmləkətləri nəzərdə tutulmuĢdur. Bu dərslərə aid qeydlər mənim özümün
(Ə.Vəlidinin -P.V.) və tələbəmin əlində dağınıq vəziyyətdədir. [Onları] indiyə
qədər toplayıb nəĢr etdirməyə müvəffəq olmamıĢıq. Ġndi ayrı-ayrı sahələrə aid
dərslərin [mətnlərini] elmi məcmuələrdə, dağınıq bir Ģəkildə olsa da, çap etdirmək
istəyirəm. [Buradakı] qeydləri yeni hərflərə çevirərək çap etməyi və [onların]
təshihini, lazım gələn yerlərdə xəritə və sxemlərin tərtib və əlavəsini
tələbələrimdən Pertev Naili və Hüseyn Nihal öz öhdələrinə götürmüĢlər.
Azərbaycana aid dərslər “Azərbay-can Yurd bilgisi”ndə də nəĢr ediləcəkdir.
Məxəzlərin ixtisarı və iĢarələr
1) M.J. de Geoje, Bibliotheca Geographorum Arabicorum I (= Ġstəxri), II
(=Ġbn Havqəl), III (= Məqdisi), V (=Ġbn əl-Fəqih), VI (Ġbn Xordadbeh və Qudamə
ibn Cəfər), VII (=Ġbn Rustah və Yaqubi coğraf.) VIII (=Məsudi, Kitab əl-tənbih)
2)
Yaqut Həməvi, Mücəm əl-büldan, Misir nəĢri (=Yaqut g.)
3)
Gibb Memorial VI = Yaqut Həməvi, ĠrĢad əl-Arib (=Yaqut B.)
4)
Gibb Memorial XX = Səmani, Kitab əl-Ənsab (=Səmani)
5)
Gibb Memorial XXIII №1, = Həmdullah Qəzvini, Nüzhət ql-Qülub,
farsca mətn (=H. Qəzvini, m.); XXIII, №2, kitabın ingiliscə tərcüməsi
(=H.Qəzvini, r.)
6)
Сборник материалов для описания местностей и племен Кавказа
(1), т. XXIX, Караулов, Сведения арабских писателей о Кавказе; Ġstəxri
(=Караулов,1); XXXI, Ġbn əl Fəqih (=Караулов, П), XXXII, Ġbn Xordadbeh,
Qudameh, Ġbn Rusta, Yaqubi (=Караулов, III), XXXVIII Məqdisi, Ġbn Havqəl
(=Караулов, VII-IX)
7)
Enzyklopaedie des Ġslam (= E.Ġ.)
13
8)
Hüdud ə1-Аləm, Рукопись Туманского, Rusiya Akademiyasının nəĢri,
Leninqrad, 1930 (=Hüdud ə1-Aləm)
9)
Записки Императорской Русской Академии Наук т. XXVI,
приложение №1, 1875, Дорн, Каспии (=Дорн, Каспии) (-35-)
10)
The Zafarnamah, by Mavlana ġarafaddin Ali of Yazd. Edited by
Maulana Muhammed Ilahdad, vol. 1, II, Calcutta, 1887 (=ZN)
11)
Lestrange, G., The Lands of the Eastern Caliphat (=Lestrange,
Caliphat)
12)
Бартольд В.В. Историко-географический обзор Ирана (=Бартольд,
Обзор)
13)
Marquart, Osteuropaische und ostasiatische Streifzwge (=Marquart,
Streifwzge)
14)
Evliya Çəbbi, Səyahətnaməsi, Ġstanbul, I-VlII cild (= E.Çələbi)
15)
Katib Çələbi, Cahannüma, Ġstanbul (= K.Çələbi)
16)
Известия
Азербайджанского комитета охраны памятников
старины, искусства и природы (= И. Азкомстарис)
17)
Известия Общества обследования и изучения Азербайджана
(=И.О.О.И.Аз.)
18)
Известия Азербайджанского археологического комитета (= И.Аз.
ар. К.)
19)
Бартольд В.В. Место Прикаспийских областей в истории
мусульманского мира. - Баку: 1925 (= Бартольд, Прикаспий)
I
Digər dərslərdə olduğu kimi, Azərbaycan haqqında danıĢarkən də, əsas
məqsəd buranın tarixi coğrafiyasına aid məxəzlərdə mövcud olan bütün faktları
(qeydləri) bir уerə toplamaq deyil, yalnız bu ölkənin islamlaĢmasından, xüsusilə
türkləĢməsindən sonrakı dövrlərinə aid məlumatı ixtisarla Ģərh etmək və tarixi
əsərlərdə təsadüf olunan coğrafi adlara [uyğun] məskənlərin yerlərini mümkün
olduqca dəqiq müəyyənləĢdirməkdən ibarətdir.
Azərbaycan sözü (E.Ġ. 141) Ġslam dövründə, əsl mənasında, Muğanın və
Araz çayının cənubunda Ġraq-i Əcəm, cənubi-qərbində Cibal və Ģərqində Deyləm
və Gilan vilayətləri, Ģimalında Arran və Ərminiyyə, qərbində Rum sərhəd
məntəqələri və sonra Rum (Anadolu) vilayətləri ilə hüdudlanan geniĢ vilayətin adı
olmuĢdur. Amma onun sərhədləri bəzi vaxtlarda dəyiĢilmiĢdir. Hal-hazırda
Muğanla həmsərhəd olan Varsan, Bacərvan və Bərzənd də ona aid edilmiĢdir,
cənubda Zəncan və Dinavər bura daxil olmamıĢdır. Ġbn əl-Fəqihə görə (s.285)
Azərbaycan Bərdə ilə Zəncan arasında məmləkətdir; Azərbaycanın ən Ģimal Ģəhəri
Varsandır; yəni Bərdə və Zəncan Azərbaycana daxil deyillər. Monqol zamanında