14
da belə olmuĢdur Əl-Biruni (əl-Qanun əl-Məsudi) Ermənistandakı Sisian, Dəbi və
Naxçıvanı da Azərbaycana aid etmiĢdir (2).
Azərbaycan istilahı daha geniĢ mənada Dərbəndə qədər indiki Qafqaz
Azərbaycanını da əhatə edir. Dərbəndnaməyə görə islamın əvvəlində Azərbaycan
Həmədan, Əbhər və Zəncandan Xəzər Dərbəndinə (Dərbənd-i Xəzərana) qədər
uzanan ölkədir.
2
Həqiqətən, ilk islam tarixçisi Təbəri ərəblərin Xəzər ölkəsinə
qədər uzanan ilk istilalarından (-36-) danıĢarkən, ancaq “Azərbaycan və Bab”ın,
yəni Dərbəndin fəthindən bəhs etmiĢdir.
3
Sasanilər dövründə Atropatenanın Ģimal
hüdudu Dərbənd olmuĢdur. Bu Dərbənd divarlarında olan və yaxın vaxtlarda
professor Paxomov və Neuberq tərəfindən oxunan sasani-pəhləv kitabəsindən
məlum olur. Burada qalanın sasanilərin Azərbaycan valisi (və ya təhsildarı)
BərzniĢ tərəfindən 553-cü ildə tikildiyi dəfələrlə qeyd olunur.
4
Ərəb
səyyahlarından Əbu Düləf (miladi X
əsrin əvvəllərində yaĢamıĢdır) nüsxəsi
MəĢhəd kitabxanasında olan risaləsində (Ġbn əl-Fəqihə əlavə, vər. 184
b
), Gilandan
Muğana vs ġirvanın “Bakuyə” Ģəhərinə gəliĢindən bəhs edərkən “Azərbaycana
gəldim” deyir. Evliya Çələbi də Qarabağ haqqında [danıĢarkən onun] “kiçik
Azərbaycan Ģəhərlərindən” olduğunu
5
deyir.
DƏRBƏND-BƏRDƏ: Azərbaycandakı keçmiĢ yolları öyrənərkən əvvəlcə
Arranın paytaxtı olan Bərdəyə gələn yolları sonra Ərdəbilə gələn yolları, sonra
Təbrizə gələn yolları və nəhayət, Sultaniyyəyə gələn yolları tədqiq edəcəyik.
Ərəb mənbələrində (Ġstəxri, s.192) Dərbənddən Bərdəyə qədər altı böyük
dayanacağın olduğu göstərilmiĢdir. Dərbənddən 20 fərsəxdə* Samur körpüsü Cəsr-
e Samur (P.V.); oradan 12 fərsəxdə Abxaz; Abxazdan iki günlük [məsafədə]
ġirvan; ġirvandan üç günlük [məsafədə] ġamaxı; ġamaxıdan 14 fərsəxdə Kür
çayının keçidi Bərzənc Məbər əl-Kor-e Bərzənc (P.V.); oradan 18 fərsəxdə isə
Bərdə [yerləĢir] Burada Samur çayı indi də vardır. Xəzər dənizinə tökülür.
Dərbəndin cənubundadır. Abxaz indiki Quba Ģəhərinə və yaxud bir az aĢağı
tərəfinə uyğun gəlir. ġirvan indiki Dəvəçi stansiyasının Ģimalındakı xarabalardan
ibarət olan keçmiĢ ġabrandır.
ġamaxiyyə (P.V.) bugünkü ġamaxıdır. Bərzənçin yerini irəlidə təyin
edəcəyik. Bərdə isə bu gün Gəncənin cənub-Ģərqində Kiçik Tərtər çayının Kür
çayına töküldüyü yerdən 15-16 km məsafədə Bərdə kimi adlanan kənddən
ibarətdir. Dərbənddən Bərdəyə gedən yol göstərilən Dəvəçi stansiyasına qədər
2
Mirza Kazım-Beg. The Derbend Namth., p. 25 (Azərbaycanın ilk həddi Həmədan və Əbhərdən və
Zəncandan baaĢlayır və Xəzran Dərbəndinə yetiĢir. Bu aralıqda nə qədər Ģəhər varsa onların məcmuna
Azərbaycan deyirlər.
3
Təbəri, de Goeje nəĢri, I, 2660-2668.
4
Е.Пахомов, Г.Неуберг. Пехлевинские надписи Дербенда. -И.О.О.Из.Аз., № 8, вып. V, Баку,
1929, с. 29.
5
Evliya Çələbi, II, 240.
15
indiki dəmiryol xəttinin yanı ilə getmiĢ, qarĢı tərəfdə Bakıya [düz] getmədən
dağlara tərəf yönələrək ġamaxıya çatmıĢdır.
SAMUR KÖRPÜSÜ, əlbəttə, indiki Samur çayı üzərində mövcud
olmuĢdur. Bu yerlərin coğrafiyasını öyrənmək üçün mühüm mənbələrdən biri
“Dərbəndnamə”dir. Bu əsərin bizə gəlib çatan və Peterburqda nəĢr olunan qismi
əsərin axır zamanlarda dəyiĢilmiĢ və təhrif edilmiĢ Ģəklindən ibarət olub, Dərbənd
ətrafının ilk ərəb istilası dövrünə aid məlumatını əks etdirir. Kitabın hər hansı bir
əfsanədən çox uzaq həqiqi bir hadisənin Ģərhindən (-37-) ibarət ərəbcə əslinin
müəyyən hissəsi bir zamanlar Ġstanbulda mövcud olmuĢ və Münəccim BaĢı
tərəfindən istifadə edilmiĢdir. Münəccim BaĢıdan üzü köçürülmüĢ hissələr
tərəfimizdən (Vəlidi tərəfindən - P.V.) bir yerə toplanılaraq çap üçün
hazırlanmıĢdır. Tarix-e Bab əl-əbvab (P.V.) adını daĢıyan bu əsər yalnız Dərbənd
və ətrafına dair hadisələrin Ģərhindən deyil, Ġslam zamanındakı Dağıstan, ġirvan,
Arran və Azərbaycanın mükəmməl tarixindən ibarət olmuĢdur. Onun bizə gəlib
çatan hissələri ərəb əmirləri, Rəvvadilər, ġəddadilər, ĢirvanĢah Yəzid ibn Məzyəd
övladlarının əhvalından bəhs edir. Samur nəhri hövzəsi qədim ərəblərdə “Ləkz”,
yəni Ləzgilər ölkəsi Bilad əl-Ləkz (P.V.) kimi tanınır. Dərbənd tarixi (mənim
nüsxəm, s.50) bunu Ģərqi Ləkz və qərbi Ləkz kimi iki yerə ayırır. Buranın Samur
sahillərindəki mühüm Ģəhəri Məsqət olmuĢdur. Hələ Ġslamiyyətdən əvvəl sasanilər
dövründə məlum bir Ģəhər idi. Hüdud əl-aləm [müəllifi] buradan islam ölkələrinə
çoxlu əsir gətirildiyini söyləyir və Sərir, yəni Avarlar ölkəsinə tabe olduğunu
göstərir (vərəq 38
b
). Ġbn Xordadbeh (s.124) və Ġbn Fəqih onun müstəqil bir Ģəhər
olduğunu deyirlər. Bəlazuri də [bu Ģəhərdən] xəbər verir (s.204). Yaqut (Məsqət -
P.V.-məqaləsi) bu Ģəhər haqqında “Xəzər dənizi sahilində bir rustakdır. Əhalisi
müsəlmandır. Ləhz (Ləzgi)lər arasında qüvvət və Ģövkətə malikdir” yazır. Məsudi
(Müruc, II, 74)
6
burada sasanilərdən qalan maraqlı binaların olduğundan söhbət
açır. Dərbənd tarixinə görə, Məsqət Samur çayının mənsəbində olub, buraya
Dərbənddən dəniz yolu ilə gəlirdilər (s.55) və həmçinin həmin çayın sağ sahilində
mövcud idi ki, Dərbənddən gələrkən Samuru keçməyə ehtiyac duyulurdu (s.50).
Səlcuqi Alp Arslanın komandanlarından Sav (yaxud ġad) Teqin 1067-ci ildə
Dərbəndə olan səfərində Məsqəti ġirvanĢahların əlindən almıĢ və onun türk
əsgərləri Ģəhəri xarab edib iç qalasını yıxmıĢlar. (s.63:Türklər əvvəlcə Məsqəti
istila edib xaraba qoydular, Ģirvanlılardan qalanı aldılar, onun orta divarlarını
dağıtdılar, beləliklə də, Ģəhəri rəislərin əlindən aldılar - P.V.).
Amma bu hadisədən sonra da Məsqətin adı çəkilir. Səlcuqi əmirlərindən
Qara Tekin 1068-ci ildə bu Məsqətdə öldürülmüĢdür (s.48). Demək, bu Ģəhər bu
6
Bəlazuri (Fütuh əl-büldan P. V.), (Məsudi Müruc əl-zəhəb P.V.), Yaqut əl-Həməvi (Mücəm əl-büldan)
kimi Avropada və ġərqdə çap olunmuĢ əsərlərdən danıĢarkən, düzgün səhifə, yaxud cild və səhifə
göstərildiyi halda, Avropa nəĢrləri istifadəyə məqbuldur. Misir nəĢrindən istifadə edərkən “Ms” iĢarəsi
qoyuram.